Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2209/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Göyçay rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) iddiaçıya güzəştli avtomobil növbəsinə götürülməsi üçün göndərişin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3977/2021 saylı 24 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Göyçay rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya güzəştli avtomobil növbəsinə götürülməsi üçün göndərişin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2021 saylı 24 may 2021-ci il tarixli qərardadı ilə iddia tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı inzibati Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, 1980-cı ildə SHXÇDX-nin Göyçay rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 1982-ci il tarixində hərbi xidmətini başa vurmuşdur. Xidmət keçdiyi zaman 03.09.1982-ci il tarixində məzuniyyətdə olarkən qranatamyotdan açılan mərmi nəticəsində ağır yaralanmış, üz nahiyəsində çoxlu sayda qəlpə yaraları və iki gözlərindən xəsarət almışdır. İlkin cərrahi yardım göstərilmişdir. SSRİ-ri Federasiyasının P.F.Borovskoqo adına Hərbi Hospitalının müayinə və müalicə olunduğu, cərrahi əməliyyat keçirməyinin 28 oktyabr 1982-ci il tarixli 2812 №-li xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Həmin hospitalın rəyi ilə xəstəliyi haqqında şəhadətnamədə qeyd edilib ki, Hərbi Travmadır döyüş zamanı almışdır qərarı verilmişdir. Hal-hazırda İİ qrup Əfqanıstan əlilidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da sonuncu müayinəyə dair məlumat vərəqəsində xəstəliyinin hərbi xidmət dövründə alınması ilə əlaqədar ona İİ qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin “Tibbi Sosial Ekspert Komissiyası”nın rəyi olduğu halda, ona həmin nazirlik tərəfindən “növbəlik qaydasında pulsuz avtomobil verilməsi” üçün süni, bürokratik əngəllər yaradaraq bu qəbildən olan onun kimi əlil insanlara maddi və mənəvi əzab verirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi tərəfindən “növbəlilik qaydasında pulsuz avtomobil verilir. ”Bu günə qədər həmin xüsusi nəqliyyat vasitəsi olan avtomobil, növbəlilik əsasında ona təqdim edilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Bütün bunlar bir daha təsdiq edir ki, bu iş barəsində verilən iddia tələbinin mümkün sayılmaması barəsində qərardad qanunsuzdur, işə mahiyyəti üzrə baxılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı izahat verərək bildirmişdir ki, ona güzəştli avtomobil növbəsinə götürülməsi üçün cavabdeh tərəfindən göndəriş verildiyindən o ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədərin geri qaytarılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçıya avtomobil növbəsinə götürülməsi üçün göndəriş verilmiş və bu barədə ona bildiriş təqdim olunmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X3 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona güzəştli avtomobil növbəsinə götürülməsi üçün göndərişin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin işdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Sonradan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı inzibati Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya baxışı zamanı izahatında isə ərizənin özü tərəfindən yazıldığını və cavabdeh tərəfindən avtomobil növbəsinə götürülməsi üçün göndəriş verildiyini təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Qeyd edilən Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını istəməsi iddiaçının hüququdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi isə haqlı olaraq iddiaçının ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2021 saylı 24 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2209/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2209/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver