Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-221/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X və X ibarət tərkibdə; Y katibliyi, İddiaçı və tərcüməçi iştirakları ilə, iddiaçılar İddiaçı (ünvanında qeydiyyatdadır) və İddiaçı ( ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X (ünvan 4 ünvanında qeydiyyatdadır)) qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-502/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X10) qarşı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehin xx xxxxxxx 2017-ci il tarixli 92 nömrəli sərəncamının ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evi hazırkı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X3 ümumi paylı mülkiyyətindədir. X10 ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin həyətyanı sahəsində özbaşına olaraq özü üçün əlavə fərdi yaşayış evi inşa etdiyinə görə hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 qanunsuz inşa edilən həmin tikilinin sökülməsi və s. tələblə Bakı şəhəri Xətai Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışlar. Həmin icraatda X10 qarşılıqlı iddia tələbi ilə sürərək, özünə məxsus hesab etdiyi həmin mənzildən birgə iddiaçıların çıxarılması və həmin mənzilə iddiaçıların adına verilmiş mülkiyyət hüququ haqqında MH seriyalı ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinə göndərilmişdir. Məhkəmə ekspertizası mərkəzinin həmin iş üzrə verdiyi xx xxxx 2017-ci il tarixli 6319 nömrəli rəyində sözügedən tikilinin müvafiq icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər olmadan, həmçinin digər tikinti norma və qaydaları pozulmaqla inşa edildiyi müəyyən olunmuşdur. Buna görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(011)-932/2017 saylı qətnaməsi ilə birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanındakı fərdi yaşayış evinin iddiaçıların mülkiyyətində olan hissəsinin sərhədlərindən 4,5 metr ara məsafəsi saxlanılmaqla, həmin ünvanda inşa etdiyi özbaşına tikilinin 2 metr hissəsində öz vəsaiti hesabına sökülməsi vəzifəsi cavabdeh X6 həvalə edilmiş, X3 qarşlıqlı iddiası təmin edilməmişdir. Həmin tikilinin qanunsuz inşa edildiyi barədə məhkəmə qərarı olduğu halda, X10 Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək, sözügedən mübahisəli tikilinin öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının x xxxxxxx 2017-ci il tarixli 92 saylı sərəncamı ilə həmin tikilinin X3 adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Halbuki, həmin tikili tərəflərin ümumi paylı mülkiyyətində olan həyətyanı sahədə və tikinti norma və qaydalarını pozmaqla inşa edildiyi üçün onun X3 adına sənədləşdirilməsinə və tikili üzərinə onun hüququnun qeydə alınmasına icazə verilə bilməzdi. Hazırkı iş üzrə üçüncü şəxs X3 inşa etdiyi ev tikinti norma və qaydalarını pozmaqla birgə iddiaçıların mülkiyyətində olan yaşayış sahəsinə bitişik inşa edildiyindən, onun X3 adına sənədləşdirilməsinə icazə verilməsi tamamilə qanunsuzdur və bu fakt birgə iddiaçıların hüquqlarını pozur. Birgə iddiaçıların nümayəndəsi Ə.Rzayev xx xxx 2019-cu il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində mübahisələndirilən sərəncamın nömrəsinin səhvən “92” göstərildiyini, əslində isə həmin sərəncamın nömrəsinin “292” olduğunu bildirmişlər və iddianın dəyişdirilərək “Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında yerləşən mövcud fərdi yaşayış evinin X3 adına rəsmiləşdirilməsi və hüquqi qeydiyyata alınması barədə Xətai RİH-in x xxxxxxx 2017-ci il tarixli, 292 saylı sərəncamının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdirlər. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-502/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qərardadı ilə üçüncü şəxs X3 “icraatın dayandırılması barədə” ərizəsi təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-502/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin x xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncamı ləğv edilmişdir. Cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti qərardan apellyasiya şikayəti verməmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-502/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev İrinanın qaynanası Antoninaya məxsus olub. Antonina həmin evi satmaq istəyərkən, keçmiş gəlini İrinanın qeydiyyatı olduğu üçün, alqı-satqıya razılıq verməsi üçün Antonina İrinaya 40.000 rubl pul verir, müqabilində İrina rəsmi qaydada həmin evə qarşı heç bır iradının olmadığını bildirərək, qeydiyyatdan çıxaraq başqa ünvanda qeydiyyata düşür, o zaman olan məhkəmə çəkişməsinə bu barışığa görə xitam verilir. Təxminən 6-7 ay sonra İrina hansı yollarlasa həmin evə yenidən pasport qeydiyyatına düşərək, evin iki otağını zəbt edir və orada yaşamağa başlayır. O vaxtdan, yəni 1992ci il tarixdən bu mübahisə davam edir. Evin mülkiyyətçisi Şura dünyasını dəyişəndən sonra, mübahisəli ev vərəsəlik qaydasında onun mülkiyyətinə verildi. İrina yenidən evdən çıxmaq istəmədi, oğlu mübahisə zamanı onu vuraraq, yüngül xəsarət yetirdi, cinayət işi başlanıldı. Həmin vaxt onların arasında yenə də məhkəmə çəkişməsi davam edirdi. Məhkəmə zamanı belə bir təklif olundu ki, İrina özünə ev alana qədər mübahisəli evdə yaşasın və İrina bunun qarşılığında şikayət etməsin. Onlar bu mövzuda barışıq sazişi bağladılar. Təəssüf ki, onun savadsızlığı, notariusun səhlənkarlığı nəticəsində barışıq sazişində sadəcə “iki otağı ona verirəm” kimi qeyd olundu. Amma “niyə verirəm? istifadəsinə, mülkiyyətinə, yaxud icarəsinə verirəm” kimi hallar göstərilməmişdir. Bundan ustalıqla istifadə edən, İrina yenə hansı yollarlasa onun mülkiyyətində olan evə paylı mülkiyyətçi kimi çıxarış əldə etməyə nail olmuşdur. Baxmayaraq kı, sözügedən barışıq sazişi hüquqverici sənəd hesab oluna bilməz. Göründüyü kimi mübahisəli evə İrinanın heç bir hüququ yoxdur, onun burada aparılan hər hansı bir tikinti işinin aparılıb-aparılmamasına müdaxilə etməsi yolverilməzdı. Məhkəmə bu faktları dərindən araşdırmamış və hüquqi qiymət verməmişdir. Məhkəmə öz qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə istinad etmişdir. Lakin nəzərə almamışdır ki, burada özbaşına tikilidən söhbət gedə bilməz, ilk öncə nəzərə almaq lazımdır ki, mübahisəli ev onun mülkiyyətində olduğundan, onun yerləşdiyi torpaq sahəsidə ona məxsusdur. Eyni zamanda həmin torpaq sahəsi Antoninanın ərinin adına olmuşdur. O, həmin torpaq sahəsini özəlləşdirmək istədiyi zaman ona məlum oldu ki, İrina paylı mülkiyyətçi kimi qeydiyyatdan keçmişdir. Ona görədə torpaq sahəsinin sənədləşdirilməsi yubadıldı. Deməli o, istifadəsində olan torpaq sahəsi üzərində əlaqədar inzibati orqanın razılığını alaraq istənilən tikintini apara bilər. Eyni zamanda İcra Hakimiyyəti tikinti üçün, eskiz layihə hazırlamış və rəsmi təsdiq etmişdir. Göründüyü kimi məhkəmə həmin sərəncamı ləğv etməklə birbaşa onun hüquqlarını pozmuşdur. Digər tərəfdən o, məhkəməni rəsmi qaydada hazırkı iş üzrə məhkəmə çəkişməsi olduğu barədə məlumatlandırmışdır. Məhkəmə işin icraatını təxirə almışdır. Lakinbu barədəqərardagöstərilməmiş və qiymətverilməmişdir.Məhkəmə sadəcə qanunvericiliyin müddəalarını sadalamaqla kifayətlənmiş, işin hallarını araşdırmadan belə qənaətə gəlmişdir. Bu da onun konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Hesab edir ki, sözügedən qərar ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir. İşin apellyasiya icraatı zamanı iddiaçılar sədrlik edən hakim Baxışova Vüsalə Ələkbər qızına yazılı etiraz təqdim etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-221/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə etiraz təmin edilmiş və iş məhkəmənin hakimi icraatına verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi heç bir məhkəmə iclasına gəlməmiş, apellyasiya şikayətinə dair yazılı münasibət bildirməmiş, sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin surətlərini təqdim etməmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq, o, iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, vəsatət əsassız olduğundan təmin edilməmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən digər İddiaçı1 və vəkili X8 (Bakı şəhəri 12 saylı Vəkil Bürosu) izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Əlavə olaraq, iddiaçıların nümayəndəsi və vəkili torpaq sahəsinin istifadə olduğunu, üçüncü şəxsin tikintiyə uyğun olaraq ara məsafəsinə riayət etmədiyini, üçüncü şəxsin həyətdə əlavə tikilisinin də olduğunu, İcra Hakimiyyətinin bir neçə il sonra sərəncam verdiyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-502/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Üçüncü şəxsin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli MH seriyalı ******* nömrəli reyestrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsində istifadədə olan 0,01846 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 70,6 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 2 otaq 36,2 kv.m, 25,9 kv.m mətbəx, hamam, dəhliz, qaraj, X1 İddiaçı1 2 otaq 20,3 kv.m, y/s 17,7 kv.m mətbəx, hamam adlarına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabında 7254 nömrəli vərəqdə qeydiyata alınmışdır. İş materiallarında olan AZ-İ № 629891 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş X5 xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş X2 ilə xx xxxxxx 2010-cu ildə nikahlarını bağlamışlar. Nikah Bakı Nikah evində 3076 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 2(011)-932/2017 saylı mülki iş (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş) üzrə verilmiş xx xxxx 2017-ci il tarixli 6319 saylı ekspert rəyi ilə müvafiq məhkəmə qərardadında qoyulmuş sullar üzrə aşağıdakılar müəyyən edilmişdir: - (1-ci sual) Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında X11 tərəfindən inşa olunan tikili tikinti norma və qaydalarına, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin x xxxxxx 2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”na uyğun inşa olunmuşdurmu? – (2-ci sual) Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında X10 tərəfindən inşa olunan tikili İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan tikililərin yerləşdiyi torpaq sahəsində inşa olunmuşdurmu? - (1-ci sual üzrə tədqiqatın nəticəsi) Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında yerləşən Qüdrət Cabbarova tərəfindən inşa edlmiş evin Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edimiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə, həmin tikilinin iddiaçının evi ilə arasındakı məsafənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə və həmin evin iddiaçının həyətyanı sahəsinə tərəf olan pəncərələrinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70-ci maddəsinin 70.1-ci bəndinə uyğun olmadığı müəyyən edilir; - (2-ci sual üzrə tədqiqatın nəticısi) Tədqiq olunan tikilinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2008-ci il tarixli texniki pasportda göstərilən torpaq sahəsinin daxilində yerləşdiyi, lakin həmin tikilinin həmin texniki pasportda göstərilmədiyi müəyyən edilir. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin iki iddiaçı tərəfindən qaldırılması ilə bağlı qeyd edir ki, iş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli MH seriyalı ******* nömrəli reyestrdən çıxarışdan Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsində istifadədə olan 0,01846 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 70,6 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 2 otaq 36,2 kv.m, 25,9 kv.m mətbəx, hamam, dəhliz, qaraj, X1 İddiaçı1 2 otaq 20,3 kv.m, y/s 17,7 kv.m mətbəx, hamam adlarına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabında 7254 nömrəli vərəqdə qeydiyyata alındığı görünür. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, çıxarışda hər iki iddiaçının adı qeyd edilmişdir. Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin x xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncamı ilə X3 müraciəti əsasında Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında yerləşən mövcud fərdi yaşayış evinin onun adına sənədləşdirilməsi və razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq hüquqi qeydiyyata alınması, Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl etməklə yaşayış evinin tikintisinin layihə sənədlərinin tərtib edilməsinin vətəndaş X3 hesabına yerinə yetirilməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi, (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: (36.1.1) inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, (36.1.2) barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, (36.1.3) inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Bakı şəhəri Xətai RİHin “Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 ünvanında yerləşən mövcud fərdi yaşayış evinin X3 adına rəsmiləşdirilməsi və hüquqi qeydiyyata alınması barədə” x xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncamı qanunsuzdur. Belə ki, mövcud tikilinin şəxsin (hazırkı halda üçüncü şəxsin) adına rəsmiləşdirilməsi və hüquqi qeydiyyata alınması səlahiyyəti qanunvericiliklə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə RİH-in səlahiyyətlərinə aid edilməmişdir. Qanunvericilik müvafiq ölçüdə və təyinatda olan tikililərlə bağlı tikintiyə icazə tələb olunmadan məlumatlandırma icraatı nəzərdə tutur ki, həmin icraatda da müvafiq icra hakimiyyəti orqanı kimi yerli icra hakimiyyəti orqanına yalnız tikinti layihəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması təqdim olunmalıdır; Mövcud tikili aidiyyəti mülki iş üzrə alınmış ekspert rəyinə əsasən x xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncamın qəbulundan əvvəl inşa edildiyi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli 160 nömrəli “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın müddəalarının tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisənin predmetini təşkil edən xx xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncamın hansı əsasla, o cümlədən hansı şəxsin ərizəsi əsasında qəbulununa dair sübutetmə yükü daşıyan inzibati orqan Bakı şəhəri Xətai RİH heç bir sübut, sənəd təqdim etməmişdir. İnzibati orqan Bakı şəhəri Xətai RİH tərəfindən xx xxxxxxx 2017-ci il tarixli 292 nömrəli sərəncam qəbul olunarkən məsələ maraqlarına toxunan üçüncü şəxslər kimi hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 inzibati icraata cəlb olunmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin x xxxxxxx 2017-ci il tarixli sərəncamı qanuna zidd olmaqla yanaşı, müvafiq torpaq sahəsindəki evin birgə mülkiyyətçiləri olan hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqlarını da pozmuş olur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 164 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubunda birinci instansiya məhkəməsi tərəfindən sərəncamən qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi qeyd edilsə də, yalnızca Sərəncamın təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Eyni zamanda işin apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh orqan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə mübahisələndirilən sərəncamın qəbul olunmasına əsas olmuş sənədlərin və inzibati icraat materiallarının təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəfindən qeyd edilən sənədlər məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-502/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 94 və 99 cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-502/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-221/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-221/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver