Məhkəmə qərarları › İş №2-1(103)-221/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-221/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-221/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon Şöbəsinə ( hazırda DSMF publik hüquqi şəxsinin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4111/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Arxiv və Sosial ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuş, 1970-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya yaşına çatdığından cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hisəssində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Şöbəyə təqdim edilən əmək kitabçasında qeyd olunan xx.xx.1994xx.xx.2001-ci illərə aid sığorta stajı öz təsdiqini tapmadığına görə pensiya hüququ yaranmır. Onun əmək kitabçasında iş yerləri barədə müvafiq qeydlər var. İddiaçı müxtəlif müəssisələrdə işləməsinin mötəbər sübutla- əmək kitabçası ilə təsdiqləndiyinə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4111/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4111/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövr sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eləcə də Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında şəxsə pensiya təyin edilərkən 2 prinsipin əsas götürülməli olduğu qeyd edilmişdir: 1. Əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilir; 2. Əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Lakin birinci instansiya məhkəməsi bu məsələni araşdırmamış, müəssisənin və vətəndaşın müvafiq olaraq sığortaedən və sığortaolunan kimi qeydiyyata alınıb-alınmamasını, məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə diqqət yetirməmişdir. Halbuki “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu” Qaydalarına görə hüquqi şəxslər olduqları və ya fəaliyyət göstərdikləri ərazi üzrə DSMF orqanlarında uçota alınmalıdır. Vətəndaşlar isə özlərinin sığortaolunan kimi qeydiyyata alınmasını işəgötürəndən tələb etməlidirlər. Həmçinin həm işəgötürənlər, həm də işçilər fəaliyyət göstərdikləri dövr üzrə sığorta haqları ödəməlidirlər. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutları düzgün tədqiq etməmişdir. Belə ki, “xxxx” ASC-nin 2 saylı müəssisəsi tərəfindən göndəilən sənədlərdə iddiaçının əmrlər kitabında staja daxil edilməsi tələb edilən bütün dövrlər öz əksini tapmamışdır. Şəxsi hesab vərəqələrində 1996 və 2001-ci illər üzrə hər hansı məlumatlar qeyd olunmamışdır. Digər tərəfdən şəxsin işə daxil olma əmri və sosial sığorta ayırmaları barədə sənədlər iş materiallarında mövcud deyildir. Bu səbəblə iddiaçıya pensiya təyin edilməməsi barədə qərar əsaslı hesab olunmalıdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və 3-cü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə İddiaçı və 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 03.02 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı tələbi “xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi”ndən ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.1994- xx.xx.2001ci illərdə müəssisədə işləməsinin iddiaçıya məxsus əmək kitabçasında, müəssisə tərəfindən verilmiş arayış, əmrlər və şəxsi hesab vərəqələri ilə təsdiqlənməsinə, əmək kitabçasında və müəssisə tərəfindən verilmiş arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsasların da müəyyən edilməməsinə, iddiaçının əmək kitabçasına qeyd olunan müddət toplandıqda iddiaçının yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğunun müəyyən edilməsinə istinad edərək sözügedən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi və ona 63 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, şöbəyə təqdim edilmiş əmək kitabçasında qeyd olunan xx.xx.1994-xx.xx.2001-ci illərə aid sığorta stajı öz təsdiqini tapmadığına görə həmin illər sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, cavabdeh inzibati orqanın yuxarıda göstərilən məzmunda imtina verməsinin əsasını cavabdeh inzibati orqanın keçirdiyi müvafiq yoxlama təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək “xxxx” Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində işləmiş İddiaçı sosial sığorta stajı müəssisədə saxlanılan əmək haqqı ödəniş sənədlərinə, məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin uçot kitabına, T2 şəxsi vərəqələrinə və əmrlər kitabına əsasən qarşılıqlı yoxlanılmış və həmin yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı 1997, 1998, 1999 və 2000-ci illərin əmək haqqısı şəxsi hesablarda möhürsüz və 131/k saylı xx.xx.1994cü il tarixdə işə daxil olma əmri və 09/120 k saylı xx.xx.2001-ci il tarixli işdən çıxma əmri, əmrlər kitabı son vərəqdə möhürlənməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikası “xxxx” Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin 09/03 saylı xx xxxx 2020ci il tarixli məktubu və ona əlavə edilmiş 1994-2001-ci illərə aid əmrlər, şəxsi hesab vərəqələri və sosial sığorta ödəmələri haqqında arayışlar məhkəməyə daxıl olmuşdur. Təqdim olunmuş 09/20k saylı xx.xx.2001-ci il tarixli əmrin ksero-surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir, həmin əmr müəssisənin möhürü ilə təsdiqlənmişdir. Bundan əlavə təqdim olunmuş sənədlərdən, o cümlədən iddiaçıya məxsus şəxsi hesab vərəqələrindən iddiaçının 1995, 1997, 1998, 1999 və 2000-ci illər üzrə əmək fəaliyyətini icra etməsi ilə bağlı əmək haqqından tutulmaların aparıldığı müəyyən olunur, digər- 1994, 1996 və 2001-ci illər üzrə belə tutulmaların aparıldığı öz təsdiqini tapmır (həmin dövrə şəxsi hesab vərəqələri təqdim olunmamışdır). Apellyasiya baxışı zamanı təqdim edilmiş **********6 saylı xx xxxxxx 2021-ci il tarixli xidməti məktubdan görünür ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.2001-ci il tarixədək İddiaçı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın verilməsi Filial tərəfindən mümkün olmamışdır. Qeyd olunan sığortaedənlərin rekvizitləri qeyd olunmadığından sığortaedən kimi hansı tarixdə qeydiyyatdan keçməsini müəyyən etmək mümkün olmamışdır. xx xxxxxx 2021-ci il tarixli xidməti məktubdan görünür ki, Nazirliyin **********8 saylı xx.xx.2020-ci il tarixli Əmrinin 2-ci bəndinə əsasən Fondun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi uçot İdarəsi kimi adlandırılmış, Fondun şəhər və rayon şöbələri üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün mərkəzləşdirilmiş, lakin sığortaedənlərin iş qovluqları təhvil-təslim olunmamışdır. Qeyd olunan sığortaedənin iş qovluğu Filiala təhvil verilmədiyi üçün tələb olunan dövr üzrə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddianın təmin edilməsi qənaətinə gələn məhkəmə iddiaçının tələbi ilə bağlı cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən halları sonadək zəruri araşdırmasını aparmamışdır. Qeyd olunması zəruridir ki, iş materiallarından birinci instansiya məhkəməsinin cavabdehin istinad etdiyi xx.xx.2020-ci il tarixli aktın əslini tələb etməsi, aktın hansı pozuntular əsasında tərtib edilməsi, həmin pozuntuların həqiqətən mövcudluğu (onun pozuntu hesab olunub-olunmaması), o cümlədən əmrlərin möhürlənibmöhürlənməməsi, işəgötürəndə qalan əmr nüsxələrinin möhürlə təsdiqinin məcburiliyinin qanunvericilikdə nəzərdə tutulması, həmçinin iddiaçının sığortaedəni olan müəssisənin sığortaedən kimi müvafiq orqanda qeydiyyata alınıb-alınmaması, iddiaçının cavabdehdə mübahisə doğuran əmək fəaliyyətinin mövcudluğu, həmin dövrlər üzrə əmək haqqından tutulmaların tam olaraq həyata keçirilib-keçirilmədiyi məsələləri araşdırılmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinin tələblərinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12, 74, 80, 87, 90, 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4111/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Aidə Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar