Məhkəmə qərarları › İş №2-1(103)-221/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-221/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-221/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X10 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3758/2024 saylı 20 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı döyüş əməliyyatları dövründə, yəni 27 sentyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək yaralı əsgərlərin könüllü olaraq TTTY üzrə xidmət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbçilərin FMDM-nə təxliyə olunmasında iştirak etmişdir. İddiaçı həyat təhlükəsi hesabına, yaralı əsgərlərin təxliyəsində və xilas olmasında iştirak etmiş, onun kimi digər Səhiyyə Nazirliyi əməkdaşlarına müharibə veteranı adı və vəsiqəsi verilsə də, ona qarşı ayrı-seçkilik edilmiş, Müdafiə Nazirliyi tərəfindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, döyüş bölgələrində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü ugrunda döyüş əməliyyatları zamanı yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyə olunmasında da iştirak etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3758/2024 saylı 20 may 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3758/2024 saylı 20 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, , İddiaçı döyüş əməliyyatları dövründə, yəni 27 sentyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək yaralı əsgərlərin könüllü olaraq TTTY üzrə xidmət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbiçələrin FMDM-nə təxliyə olunmasında iştirak etmişdir. İddiaçı həyat təhlükəsi hesabına, yaralı əsgərlərin təxliyəsində və xilas olmasında iştirak etmiş, onun kimi digər Səhiyyə Nazirliyi əməkdaşlarında müharibə veteranı adı və vəsiqəsi verilsə də, ona qarşı ayrıseçkilik edilmiş, Müdafiə Nazirliyi tərəfindən imtina edilmişdir. İddia ərizəsinə əlavə edilmiş АО seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı döyüş əməliyyatları dövründə, yəni 27 sentyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək yaralı əsgərlərin könüllü olaraq TTTY üzrə xidmət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbiçilərin FMDM-nə təxliyə olunmasında iştirak etmişdir. İddia ərizəsinə əlavə edilmiş “X6" X13 tərəfindən verilmiş 15 noyabr 2020-ci il tarixli, 894 nömrəli arayışdan görünür ki, İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 5 noyabr 2020-ci il müddətinə TTTY üzrə xidmət göstərmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "X9 Mərkəzi" X13 tərəfindən verilmiç 16 mart 2021-ci il tarixli, 345 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də ikinci vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbiçələrin təxliyə olunmasında iştirak etmişdir. İddia ərizəsinə əlavə edilmiş Fəxri Fərmanlardan görünür ki, İddiaçı Respublikası Azərbaycan Respublikası ərazi bütovlüyünün bərpası uğrunda 2-ci Qarabağ müharibəsində aparılan əməliyyatlar zamanı yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyyə olunmasında göstərdiyi xidmətə görə fəxri fərmanlarla təltif olunmuşdur. İddiaçı müharibə veteranı adının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, 04 oktyabr 2023-cü il tarixli 2/2-9168 nömrəli məktubla ona imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Döyüş bölgələrində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları zamanı yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyə olunmasında da iştirak etmişdir. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası barədə iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apllyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3020/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının 1-ci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş sayılması və apellyasiyanın mümkün sayılması qərara alınmışdır. İddianın mümkünlüyü ilə bağlı isə qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırki işdən aydın olur ki, iddiaçının cavabdeh orqana qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçı tibb müəsisəsinin əməkdaşı olmaqla, hərbçilərin döyüş əməliyyatları zonasından təxliyyəsini həyata keçirməsi ona müharibə veteranı adının verilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının qoyduğu cavabdeh inzibati orqana qarşı tələbinə mahiyyəti üzrə baxılması ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan iddiaçıya məxsus AO seriyalı, ******* nömrəli hərbi biletdə aparılmış qeyddən görünür ki, iddiaçı 27 sentyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək “X6” publik hüquqi şəxində yaralı əsgərlərin könüllü olaraq Təcili və X7 üzrə xidmət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbçilərin X9 Mərkəzinə təxliyə olunmasında iştirak etmişdir. Qeydin edilməsinə əsas kimi X9 Mərkəzinin 345 saylı, xx.xx.2021-ci il tarixli arayışı göstərilmişdir. “X6” X13 tərəfindən verilmiş 15 noyabr 2020-ci il tarixli, 894 nömrəli arayışdan görünür ki, iddiaçı 27 sentyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixə kimi həmin PHŞ-də TTTY üzrə xidmət göstərmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi “X9 Mərkəzi” X13 tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli, 345 nömrəli arayışdan görünür ki, iddiaçı həqiqətən də ikinci vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbçilərin təxliyə olunmasında iştirak etmişdir. “X6” X13 tərəfindən verilmiş xx.xx.2022--ci il tarixli 302 nömrəli arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020.-xx.xx.2020, xx.xx.2020.- xx.xx.2020-ci il tarixlərdə “44 günlük Vətən müharibəsi” dövründə Tərtər, Talış, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə yaralı əsgər və zabitlərin təxliyəsində iştirak etmişdir. İddiaçının müraciətinə cavabdeh qurum tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabnetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13inin məhkəməyə təqdim etdiyi 27 yanvar 2025-ci il tarixli 18-1/2- 570/2025 saylı sorğuya cavab məktubuna əlavə edilmiş Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının PHŞ-nin 70/k nömrəli 28 sentyabr 2020-ci il tarixli əmrində iddiaçının 27 və 28 sentyabr 2020-ci il tarixdən döyüş zonası olan X3 sərəncamına, Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının PHŞ-nin 89/k nömrəli 16 oktyabr 2020-ci il tarixli əmrində iddiaçının 16 oktyabr 2020-ci il tarixdən döyüş zonası olan Ağdam və X1 sərəncamına, Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının PHŞ-nin 101/k nömrəli 30 oktyabr 2020-ci il tarixli əmrində iddiaçının 30 oktyabr 2020-ci il tarixdən döyüş zonası olan Ağdam və X1 sərəncamına və Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının PHŞ-nin 116/k nömrəli 13 noyabr 2020-ci il tarixli əmrində iddiaçının 13 noyabr 2020-ci il tarixdən Ağdam və X1 sərəncamına ezam olunması qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının hərbi qulluqçu kimi hərbi hissələrə ezam olunması faktı iş materialları ilə təsdiqini tapmır. Əksinə, iş üzrə müəyyən olunur ki, iddiaçı döyüş zonası olan Ağdam və X1 sərəncamına hərbi qulluqçu kimi deyil, Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının PHŞ-nin sürücüsü olaraq avtomobili ilə birlikdə mülki şəxs kimi ezam olunmuşdur. Lakin iddiaçının “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı tələbi cavabdeh inzibati orqan qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yönəlmişdir. İddiaçıya məxsus AO seriyalı, ******* nömrəli hərbi biletdə aparılmış qeyddən görünür ki, iddiaçı 27 sentyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək “X6” publik hüquqi şəxində yaralı əsgərlərin könüllü olaraq Təcili və X7 üzrə xidmət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlər zamanı yaralı hərbçilərin X9 Mərkəzinə təxliyə olunmasında iştirak etmişdir. Hərbi biletdəki həmin qeydin edilməsinə əsas kimi X9 Mərkəzinin 345 saylı xx.xx.2021-ci il tarixli arayışı göstərilmişdir. Həmin qeydlər isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin Əsasnamənin 10-cu abzasında qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 2-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə, döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı tələbi düzgün olmayan cavabdehə- Müdafiə Nazirliyinə qarşı yönəlmişdir. Buna baxmayaraq iş üzrə birinci instansiya məhkəməsi düzgün olmayan cavabdehə qarşı iddiaya mahiyyəti üzrə baxaraq müvafiq qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının iddiasının düzgün cavabdehə qarşı verilməsinin əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçının qaldırdığı məsələ cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yönəlmişdir ki, sonuncu da hazırkı iddiaya cavab verməli olan orqan deyil. Bu hal birinci instansiya qaydasında işə baxmış məhkəmə tərəfindən araşdırılmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyi yoxlanılmadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılmışdır ki, bu zaman da məhkəmə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3758/2024 saylı 20 may 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3758/2024 saylı 20 may 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar