Məhkəmə qərarları › İş №2-1(103)-2212/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2212/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2212/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 saylı evin ümumi sahəsi 17 kv.m olan, 41 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iş üzrə Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavbdehin nümayəndəsi X5, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil olğlunun iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 saylı evin ümumi sahəsi 17 kv.m olan, 41 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2814/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 saylı evin ümumi sahəsi 17 kv.m olan, 41 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir.

2. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2814/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.

3. X2 ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2814/2019 saylı qərarının ləğv edilməsini və iş üzrə icraatının təzələnməsini, X3 üçüncü şəxs qismində cəlb edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsində İddiaçı cavabdeh X4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə iş vardır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(82)-2814/2019 saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 saylı evin ümumi sahəsi 17 kv.m olan, 41 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı ŞİH MKTB-nin üzərinə qoyulmuşdur. Ərizəçi 2012-ci ildən həmin mənzildə qeydiyyatdadır. Lakin onun məhkəmə iclasından məlumatı olmamışdır. Odur ki göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2814/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

6. Bundan narazı qalan ərizəçi həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və X3 üçüncü şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHƏKMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu cavabdeh Bakı şəhəri icra Hakimiyyətinin MKTD nə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 saylı evin ümumi sahəsi 17 kv.m olan, 41 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, yuxarıda qeyd olunan ünvanda (yataqxanada) yaşayır və bütün kommunal xərcləri ödəyir. Yataqxana keçmiş Leytenant Şmidt adına Maşınqayırma Zavodunun balansında olmuş və həmin zavodda polad əridən işlədiyi üçün zavod rəhbərliyinin icazəsi ilə ora köçürülmüşdür. Əslində məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, araşdırma aparılmış olsa idi görərdi ki, qeydiyyatda olan şəxs var və kommunal ödənişləriddiaçı tərəfdən deyil mənim tərəfimdən icra olunur! Qərarın 1-ci səhifə , 2-ci abzasında qeyd edilmişdir ki, Eyni zamanda həmin məktubda yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələrin məhkəmə qaydasında həll edilməsi tövsiyyə edilmişdir. O hesab edir ki, cavabdeh təşkilatın imtinası əsassızdır, belə ki, yuxarıda qeyd edildiyi kimi o 1994-cü ildən etibarən qeyd olunan otaqda yaşayır və kirayəçi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirir. Mənzilə keçmiş Leytenant Şmidt adına Maşınqayırma Zavodunun rəhbərliyinin razılığı ilə köçdüyü üçün həmin mənzilin (nığato) kirayə müqaviləsi onunla bağlanmalıdır. Hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan RespublikasınınMənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə bu hissədədə yanlış araşdırma apararaq düzgün olmuyan nəticəyə gəlmişdir. Belə ki, iş üzrə iddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür. 1994-cü il tarixində İddiaçı 10 yaşı olmuşdur. Belə olan halda əsaslandırma əsassız olmuşdur. Qərarın 2-ci səhifə , 4-cü abzasında qeyd edilmişdir ki, Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1984-cü ildə Siyəzən rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 6, mənzil 25 ünvanında qeydiyyatdadır.Əgər iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 6, mənzil 25 ünvanında qeydiyyatdadırsa nə üçün iddia tələbinə yuğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 saylı evin ümumi sahəsi 17 kv.m olan, 41 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanmasına dair iddia tələbi təmin olunurdu? Göründüyü kimi iddia əsassız və qanunsuz olmuş, məhkəmə tərəfindən əsassız qərar qəbul edilmişdir. Tərəflərin izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və X3 üçüncü şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilən qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

İŞİN HALLARİ:

11. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılması məqsədi ilə müvafiq dövlət orqanlara sorğular göndərilmişdir:

12. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 114 saylı Mənzil Kommunal İstismar Sahəsinə- ünvan 1 ünvanına dair mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqında, məişət tullantılarının yığılması və daşınması və digər xidmətlərin göstərilməsi üzrə haqlarla bağlı ödənişlərin 2012-ci ilindən kim tərəfindən ödənilməsi barədə və X6 həmin mənzildə faktiki yaşayıb-yaşamaması barədə məlumatın təqdim edilməsi;

13. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə və Nərimanov rayon Polis İdarəsinə xx.xx.1971-ci il təvəllüdlü X3 ünvan 2 ünvanına pasport qeydiyyatına alınmasına əsas olan sənədlərin və sonuncunun qeyd olunan ünvanında nə vaxtdan qeydiyyatda olması barədə məlumatın təqdim edilməsi barədə.

14. Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti 114 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 27 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanına dair mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqında məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirilməsi, mənzildən istifadə haqqı 2019-cu ildən İddiaçı tərəfindən ödənilmişdir. X1 binanın 41-ci mənzilində yaşamayıb və hal-hazırda yaşamır. Onun mənzilə aid heç bir sənədi yoxdur.

15. Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 56/1-2265/24 saylı məktubunda bildirilmişdir ki, X6 xx.xx.2012-ci il tarixdə ünvan 3 ünvanına pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən məhv edilmişdir.

16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-2421/24 saylı məktubunda bildirilmişdir ki, X6 xx.xx.2012-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Şəxsin qeydiyyata alınmasına səsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün deyildir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qəradadın qanuniliyini tam yoxlayır.

21. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin mövcud hallarının yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir.

22. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, “....Göründüyü kimi, X6 tərəfindən təqdim edilmiş vəsatət əsaslandırılmamış, məhkəmə qərarının onun subyektiv hüquqlarına toxunması barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırılması zamanı belə bir halın mövcud olması aşkar edilməmişdir. Odur ki, qeyd edilən məhkəmə qərarı ilə X3 hər hansı bir subyektiv hüquqlarının pozulması aşkar edilməmişdir.”

23. Kollegiya məhkəmənin hazırkı iş üzrə yuxarıda qeyd edilən əsaslandırması ilə razılaşmır və aşağıdakıları qeyd edir:

24. Belə ki, birinci instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, “Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 56/1-2265/24 saylı məktubunda bildirilmişdir ki, X6 xx.xx.2012-ci il tarixdə ünvan 3 ünvanına pasport qeydiyyatına alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyindən məhv edilmişdir.”

25. Halbuki iş materiallarında olan Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 56/1-2265/24 saylı məktubunda bildirilmişdir ki, “X6 xx.xx.2012-ci il tarixdə ünvan 3 ünvanına pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən məhv edilmişdir.”

26. O cümlədən iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-2421/24 saylı məktubunda bildirilmişdir ki, X6 xx.xx.2012-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün deyildir.

27. Birinci instansiya məhkəməsi isə qərardadında, ümumiyyətlə, yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-2421/24 saylı məktubuna istinad etməmiş, hüquqi qiymət verməmişdir.

28. Eyni zamanda, Azər Məmmədovun mübahisəli mənzildə yaşamaması ilə bağlı iddiacının sualını cavablandırarkən, apelyatorun nümayəndəsi izahatında bildirmişdir ki, Azər Məmmədovun anası Səttərxan adına (kecmiş L.Şmidt adına zavodda) kadrlar şöbəsinin rəisi işləməklə, o da həmin binada qeydiyyatda olmaqla yaşamışdır. Mübahisəli mənzil əvvəl başqa bir şəxsin (milliyətcə rus olan qadının) adına olmuş, o vəfat etdikdən sonra Azər Məmmədov 2012-ci ildə mübahisəli mənzilə (bir otaqlı 17 kv.m sahəsi olan) pasport qeydiyyatına düşməklə orada yaşamış, sonradan ailə həyatı qurduqdan sonra anası, həyat yoldaşı və uşaqları ilə birlikdə bir otaqlı mənzildə yaşamaq cətin olduğuna görə başqa ünvanda kirayədə yaşamaq məcburiyyətində qalmış, lakin həmin mənzildən imtina etməmişlər.

29. Göründüyü kimi Azər Məmmədovun 2012-ci ildə qediyyatda olmaqla mübahisəli mənzilə aidiyyatının olması işin mübahisəsiz halıdır.

30. Belə olan halda, Azər Məmmədov zəruri cəlbetmə qaydasında ücüncü şəxs qismində cəlb edilməli, 2 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılmalıdır.

31. İşə yenidən baxılarkən iddiacı İddiaçı 2017-ci il tarixə kimi hansı ünvanda qeydiyyatda olması və yaşaması, 01.06 2017-ci il tarixdən-11 may 2019-cu il tarixə kimi həmin binada başqa mənzildə - Bakı şəhəri Ş N.Nərimanov rayonu, N.Hacıyev kücəsi ev 6, mən. 25-də qeydiyyatda olması, yuxarıda qeyd edilən ünvanda isə “müddətli” qeydiyyata düşməsinin səbəbi, mübahisıli mənzilə hansı hüquqmüəyyənedici sənəd əsasında hüququnun yaranması, eyni zamanda Azər Məmmədovun nümayəndəsinin də məhkəmə kollegiyasının iclasında bildirdiyi hallar araşdırılmalıdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

36. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, Azər Məmmədov zəruri cəlbetmə qaydasında ücüncü şəxs qismində işə cəlb edilməli, 2 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılması ücün birinci instansiya məhkəməsinə qaytarılmalıdır,

37. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2814/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilərək, X6 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilsin. 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2814/2019 nömrəli, 07.08 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 saylı evin ümumi sahəsi 17 kv.m olan, 41 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması ücün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar