Məhkəmə qərarları › İş №2-1(103)-2213/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2213/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2213/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, iddiaçı X7, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-498/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı N989-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır, N99N-ci ildə hərbi xidmətini başa vurmuşdur, xx.xx.N992-ci ildə N saylı hərbi hissə komandirinin N saylı əmri ilə baş gizir, həmin hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 23 saylı əmri ilə tağım komandiri, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli,67 saylı əmri ilə döyüş bölgəsinə göndərilmiş və döyüş pulu almışdır. Döyüş pulu almağı və döyüş bölgəsində olmağı Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin sənədi ilə təsdiq edilir. N996-cı ildə həmin hərbi hissədə xidmətini başa vurub tərxis olunmuşdur. O cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2855/202N nömrəli, xx.xx.202N-ci il tarixli qərarı ilə iddiaçının iddiası qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə iddiaçı xx.xx.N97N-ci ildə Astara rayonunda doğulmuş İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-N(N03)-N968/202N nömrəli, xx.xx.202N-ci il tarixli qərarı ilə qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2855/202N nömrəli, xx.xx.202N-ci il tarixli qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilərək yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-498/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-498/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmadığı arxiv arayışı ilə təsdiq olunduğundan ona "Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 67 saylı əmrilə (Ağcabədi rayonu ərazisinə) göndərilməsi iddiaçıya "Müharibə veteranı” adının verilməsinə əsas ola bilməz, çünki döyüş əmaliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilmesi üçün ezam olunmağı nizami hissə üzrə əmrlərlə təsdiq olunmamışdır. Mərkəzi Arxivin tərəfindən sorğumuza əsasən təqdim edilmiş xx.xx.202N -ci il tarixli 9/2-N669 nömrəli arxiv arayışında iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməsin və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ikayətin təmin edilməməsin və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfilərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan İddiaçı AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.N97N-ci ildə doğulmuşdur. İşdə olan iddiaçıya məxsus AO seriyalı ******* №li, xx.xx.2002-ci il tarixli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı may N989-cu il tarixdən Astara rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış, sentyabr N992-ci il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, iyul N994-cü il tarixdən yanvar N996-cı il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli 040 saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (tərxis olunmuşdur). Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli 9/2-876 saylı məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 9 №li əmri ilə (əsas: səh-9; qeyd: əmrdə soyadı Sadıqov, hərbi rütbəsi baş gizir yazılmışdır) baş gizir X7 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, starşina vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il 23 №- li əmrilə (əsas: səh-24, sıra-N; qeyd: əmrdə soyadı Sadıqov yazılmışdır) tağım komandiri X2 şəhərinə döyüş bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N993-cü il tarixli 67 №-li əmrində (əsas: səh-24, sıra-N; qeyd: əmrdə soyadı Sadıqov yazılmış, adı və atasının adı tam yazılmamışdır) döyüş bölgəsində olmuş V.Ə.Sadıqovun döyüş pulu alması barədə məlumat vardır. Həmçinin qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin zabit və gizirlərinin əlifba qeydiyyatı kitablarında və komandirin yanvar N996-cı il tarixli nizami hissə üzrə əmrlərində X5 xidməti barədə məlumat aşkar edilməmişdir. İşdə olan iddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli N/SN3999 №li məktubda iddiaçıya bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmişdır. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-876 nömrəli arayışına əsasən N () nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən sonrakı dövrdə xidmət keçmək barədə məlumat olmadığına və Ağcabədi rayonu döyüş bölgəsinə göndərilməsi məqsədi bilinmədiyi üçün ona müharibə veteranı vəsiqəsiin və adıın verilməsindən imtina edilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.202N-ci il tarixli, N0N-N4NN4-N22N nömrəli məktubuna əlavə edilmiş tələbnaməyə əsasən iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş NN2 nömrəli hərbi hissənin N nömrəli məktubuna əlavə edilmiş sənədlərə əsasən xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı keçmiş Astara rayon hərbi komissarlığı tərəfindən keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılmış, may N989-cu il tarixdən may N99N-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuş, may N99N-ci ildən noyabr N99N-ci ilə qədər gizirlər kursunu bitirmiş, noyabr N99Nci ildən sentyabr N992-ci il tarixə qədər N4342 saylı hərbi hissədə hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində sentyabr N992-ci ildən xx.xx.N993-cü ilədək N saylı hərbi hissədə xidmət etmiş, N saylı hərbi hissədə qulluq edərkən Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərilmişdir, xx.xx.N993-cü ildən xx.xx.N995-ci ilə qədər N saylı hərbi hissədə, xx.xx.N995-ci ildən xx.xx.N995-ci ilə qədər N saylı hərbi hissədə xidmət keçmiş, xx.xx.N995-ci ildən xx.xx.N996-cı ilə qədər N nömrəli hərbi hissə komandirinin sərəncamında olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli müvafiq əmrilə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) ehtiyata buraxılmışdır, qeyd edilən xüsusatlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçının şəxsi işində olan sənədlərlə də təsdiqlənir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki , iş materiallarına əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, N nömrəli hərbi hissədə hərbi xidmətdə olan zaman Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərilmişdir, xidmət etdiyi hərbi hissə komandirinin müvafiq əmrində döyüş bölgəsində olmuş V.Ə.Sadıqovun döyüş pulu alması barədə məlumat vardır.İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini əsas götürərək cavabdehə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli N74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında”. Həmin əsasnaməyə əsasən ”Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, şəxslərə şamil olunmur.” İddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialın) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilməmişdir. Əksinə inzibati iş materiallarında olan tələbnamədən görünür ki, iddiaçının məhkumluğu olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə - yəni xx.xx.N995-ci ildən xidmətini davam etmək üçün hərbi hissəyə gəlmədiyinə görə xx.xx.N996-cı il tarixli müvafiq əmrilə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) hərbi xidmətdən tərxis olunması ona müharibə veteranı adının verilməsini istisna etmir. Belə ki, həmin dövrdə artıq hərbi əməliyyatlar dayandırılmışdı, habelə iddiaçı həmin əmələ görə cinayət məsuliyyətinə cəlb olunmamışdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli N74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin tələblərinə əsasən isə yalnız ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə müharibə veteranı adının verilməsi istisna edilir ki, belə bir halın olmasını təsdiq edən dəlil inzibati işin materiallarında mövcud deyildir. Apellyasiya şikayətində göstərilən “İddiaçı döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmadığı arxiv arayışı ilə təsdiq olunduğundan ona "Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur.” dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi barədə müvafiq nizami hissə üzrə əmrləri cavabdehin arxivində mövcuddur. Beləliklə, işin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsin hərbi hissədən ezam olunması kimi əmrin olmaması kimi əsasın həmin şəxsə müharibə veteranı adının verilməsini istisna etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında imperativ qaydada göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar və bu zaman qanunverici döyüş zonasına ezam olunması barədə əmrin mütləq qaydada olması barədə normanı nəzərdə tutmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, , iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-498/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən N ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən N ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar