Məhkəmə qərarları › İş №2-1(103)-2213/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2213/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2213/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınaraq bu barədə şəhadətnamənin verilməsİ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı "qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınaraq bu barədə şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-893/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının A173/23 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı (ərizəçi) İddiaçı məxsus “aydoğanstar” (92023 00807 nömrəli iddia sənədi) əmtəə nişanının ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş etiraz əsassız hesab olunmuş və təmin olunmamışdır, qərarda etirazın əsassız hesab edilməsinə əsas kimi iddiaçının təqdim etdiyi əmtəə nişanının qarışdırılacaq dərəcədə oxşar olan əmtəə nişanları ilə oxşar əmtəə nişanı olması, “AYDOĞAN” əmtəə nişanının “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ adına xx.xx.2019-cu ildə ******* beynəlxalq qeydiyyat nömrəsi ilə qeydiyyata alınması və nişana xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının ərazisində mühafizə verilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin “Əmtəə nişanının qeydiyyata almaqdan mtina edilməsi haqqında” qərarına əsasən iddiaçının 2023 00807 nömrəli iddia sənədinin ekspertizasının nəticəsinə əsasən aşağıdakı əmtəələr və / və ya xidmətlər üzrə əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında qərar qəbul edilmişdir, imtinanın əsasları kimi göstərilmişdir: “Ekspertizanın nəticəsinə uyğun olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Bu səbəbdən “aydoğanstar” əmtəə nişanının Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının ƏXBT 25-ci sinfi üzrə qeydiyyata alınmasından imtina edilir. Eyni zamanda iddiaçının hüququ ünvanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində olduğu halda iddia etdiyi əmtəə nişlanının üzərində Azərbaycan dilinə Türkiyə kimi tərcümə edilən “Türkey” söz işarəsi qeyd edilmişdir. Bu isə əmtəənin mənşəyi və yaxud istehsal olunduğu yer ilə bağlı coğrafi mənşə baxımından istehlakçını yanılda bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №li qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin “ə” yarımbəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “f” bəndinə əsasən “əmtəələrin və ya xidmətlərin coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları”nın əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir”. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “cavabdehin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının A173/23 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, “aydoğanstar” təsviri əmtəə nişanının ƏXBT-nin 25-ci sinifi üzrə iddiaçının adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən 2023-ci il 23 iyun tarixli, 21 nömrəli Protokolla təsdiq edilmiş qərarının ləğv edilməsi, “aydoğanstar" təsviri əmtəə nişanının ƏXBT-nın 25-ci sinifi üzrə İddiaçı adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "aydoğanstar” əmtəə nişanının Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının” (bundan sonra- ƏXBT) 25—ci sinif üzrə İddiaçı adına qeydiyyata alınmasına dair Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinə müvafiq iddia sənədi ilə müraciət etmişdir. Qeyd edilən iddia sənədi 2023 00807 nömrə ilə qeydə alınmışdır. Həmin iddia sənədi üzrə Əqli Mülkiyyət Agentliyinin tabeliyində (bundan sonra-“Agentlik”) olan Patent və X1 Mərkəzi (bundan sonra - “Ekspertiza Mərkəzi") tərəfindən 2023-ci il 23 iyun tarixli, 21 nömrəli Protokolla təsdiq edilmiş qərar qəbul edilmiş, həmin qərarla “aydoğanstar" əmtəə nişanının ƏXBT-in 25-ci sinif üzrə İddiaçı adına qeydiyyata anmasından imtina edilmişdir. Ekspertiza Mərkəzinin göstərilən qərarından Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına (bundan sonra Apellyasiya Şurası) etiraz verilmiş və Apellyasiya Şurasından "Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin 2023 00807 nömrəli iddia sənədi üzrə 2023-ci il 23 iyun tarixli, 21 №-li Protokolla təsdiq edilmiş əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında Qərarı”nın ləğv edilməsi və 2023 00807 nömrəli iddia sənədi üzrə "aydoğanstar" əmtəə nişanını ƏXBT-in 25-ci sinif üzrə İddiaçı adına qeydiyyata alınmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya Şurasının А173/23 nömrəli, 05 dekabr 2023-cü İİ tarixli qərarı ilə etiraz təmin edilməmiş, ekspertiza mərkəzinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır), 4-cü maddəsinə əsasən əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşmasıdır, 5ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra—“Paris Konvensiyası” adlandırılacaqdır) 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin "b”, "c”, “d" bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə əsasən aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır, 6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında, eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-cl maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafızəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır; a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları, ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü bəndinə əsasən bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır, 29.6.1-ci bəndinə əsasən sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər, 29.6.2-ci bəndinə əsasən səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu, 29.6.3-cü bəndinə əsasən qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası), 29.6.4-cü bəndinə əsasən məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üstüstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri, 29.6.5-ci bəndinə əsasən bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər, 29.7.1-ci bəndinə əsasən təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə), 29.7.2-ci bəndinə əsasən təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (nalurallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması, 29.7.3-cü bəndinə əsasən bu Qaydaların 29.7.1-ci və 29.7.2-ci bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər, 29.8.1-ci bəndinə əsasən kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə, 29.8.2-ci bəndinə əsasən kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1— 29.6.5 və 29.7.1— 29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur, 29.9.1-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır, 29.9.2-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri,onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Apellyasiya şurasının şikayət olunan qərarında qeyd edilmişdir ki, iddia olunan nişan ilə qarşı qoyulmuş nişan üzrə ƏXBT-nin 25-ci sinfinə aid olan əmtəələrin üst-ustə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) bırıbırınə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) ust-üslə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağlı yanılda bilər. Odur ki, ərizə təmin edilməməlidir. Halbuki, apellyasiya şurası tərəfindən nəzərə alınmamışdır ki, nişanların müqayisəsi aparılarkən orta istehlakçı tərəfindən qavranılma zamanı nişanlar bütöv şəkildə götürülməlidir. Ona görə də, nişanlar bütövlükdə müqayisə edilkdə aydın şəkildə görünür ki, orada bənzərlik yalnız hərflərdən ibarətdir, lakin nişan bülövülükdə götürüldükdə orada rənglərin kombinasiyası, nişanın görünüşü, yazı şrifti, ölçüsü və s. ( kifayət qədər fəqləndirici əlamətlər) mövcuddur. Belə ki, iddia edilən “aydoğanstar” əmtəə nişanı ağ rəng kombinasiyalı hərflərdən ibarət olmaqla qara çərçivə içərisində yerləşdirilmiş və kursiv formalda tərtib edilmişdir. Lakin iddia edilən əmtəə nişanına qarşı qoyulmuş "aydoğanstar” iddia edilən nişandan tamamilə fərqli rənglərdə, dizaynda, ölçüdə, şriftdə və məzmunda və s. olmasına baxmayaraq cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq həmin nişanların qarışdırılacaq qədər oxşar olunması qənaətinə gəlinmişdir. Belə ki, qarşı qoyulmuş nişan sadə şrift, latın əlifabası ilə, üzərində müvafiq loqo olan və ağ fon üzərində yazılmış, yalnız “AYDOĞAN” “Türk malı” hərf birləşməsindən ibarətdir. Belə olduğu təqdirdə isə həmin nişanların qarışdırılacaq dərəcədə oxşar olması qeyri-mümkündür. Ümumiyyətlə nişanlar müqayisə edilərkən onların qarışdırılacaq dərəcədə oxşar olub-olmadığını müəyyən etmək üçün nişanın ayrı-ayrı elementləri deyil, ümumi təsvirin bütöv şəkildə istehlakçıda alqısı nəzərə alınmalıdır. Hansı ki, müvafiq nişanları müqayisə etdikdə onların söz ifadələrindən başqa təsviri hissələrinin də fərqləndiyi aydın görünür. Bundan əlavə bir çox ölkələrdə “aydoğanstar”, “aydoğan”, “aydoğanlar” və s. hərf birləşmələrindən ibarət olan əmtəə nişanları müvafiq konvensiyanın üzvü olan dövlətlərdə qeydiyyatdan keçmişdir. Təqdim edilmiş təsvir nişanlar isə bunu bir daha təsdiq edir. Belə olduğu təqdirdə ekspertiza mərkəzi tərəfindən hazırkı iş üzrə verilmiş imtina tam qanunsuz və əsassızdır. Həmçinin cavabdeh tərəfindən nəzərə alınmamışdır ki, onun qeyd etdiyi dəlillər əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsaslarına aid deyil (“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsi). Başqa sözlə, həmin dəlillər iddianın əsaslılığını qeyd-şərtsiz aradan qaldırmır. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsaslarına dair Qanunun tələbinə gəldikdə (“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6cı maddəsi), həmin normanın tələbinə görə, normanın birinci hissəsinin “a-e” bəndlərində göstərilənlərlə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Bu baxımdan, qeyd edilənlərin istehlakçılarda eyni istehsalçıya (sahibkara) məxsus mallar (xidmətlər) olduğu təsəvvürü yarada bilməsinə dair dəlil də əsaslı deyil. Belə ki, iddia olunan nişanın fərqli istehsalçıya məxsusluğu onda aşkar ifadə olunmuşdur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsində də məhz “eyniliyin” və “qarışdırılacaq dərəcə”nin mövcudluğu nişanın qeydə alınmasından imtinanın əsasları kimi çıxış edirlər. Həmin əsaslar isə hazırkı işdə mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox presedentlərində, o cümlədən Anheuser-Busch İnc. v.Portugaİ (11 yanvar 2007-ci il tarixli qərar), Paeffgen GMBH v.Germany (18 sentyabr 2007) işində bildirmişdir ki, əmtəə nişanından istifadə hüququ iqtisadi dəyər daşıdığından Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan “mülkiyyət hüququ”na daxildir və qanunsuz şəkildə əmtəə nişanının qeydiyyat alınmasından imtina Konvensiyanın sözügedən maddəsinin pozulması ilə nəticələnəcəkdir. Həmin işə baxan Məhkəmənin Böyük Palatası bildirmişdir ki, əmtəə nişanının qeydiyyata alınması barədə ərizə verildiyindən, ərizəni vermiş şəxsin həmin əmtəə nişanına dair müstəsna müdafiə hüququ yaranır. Əgər ərizə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğundursa, səlahiyyətli milli orqan həmin əmtəə nişanını qeydiyyata almalıdır və bu məsələdə onun hər hansı bir mülahizə sərbəstliyi olmamalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, ******* beynəlxalq qeydiyyat nömrəli “AYDOĞAN” əmtəə nişanı ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə 2019-cu il 8 oktyabr tarixində “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ” adına beynəlxalq qeydiyyata alınmışdır. Nişana 2023-cü il 24 fevral tarixindən Azərbaycan Respublikası ərazisində mühafizə verilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin “a” yarımbəndinə əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın (bundan sonra- Qaydalar) 29.3-cü maddəsinə əsasən bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır; Qaydaların 29.4-cü bəndinə əsasən eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. Qaydaların 29.5-ci bəndinə əsasən qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş sayılan iddia sənədləri nəzərə alınmır. Qaydaların 29.6 - 29.8-ci bəndləri iddia edilən nişanların yoxlanılması ilə əlaqədar prosedurları müəyyən edir. Nişanların qarşılıqlı müqayisəsi əsasında aşağıdakıları müəyyən etmək olar: 1. Nişanlarda fərqli rəng çalarlarından istifadə edilsə də, hər iki nişanda əsas fərqləndirici element olan “aydoğan” sözü eynilik təşkil edir.

2. “AYDOĞAN” sözü 25-ci sinif əmtəələri üzrə “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ” adına Azərbaycan Respublikasında hüquqi mühafizə edilir. 3. İşarələrin təəssüratını meydana gətirən bir çox elementə sahib olan təsvir şəklində nişanları müqayisə edərkən qrafik meyar, ideya uyğunluğu və orta istehlakçıda yarada biləcək təəssürata nəzərən ümumi görünüşlü (müşahidə) təəssüratı nəzərə alınmalıdır. Göründüyü kimi müqayisə edilən nişanların ümumi görünüşlü (müşahidə) təəssüratı, hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası, qrafiki yazılış, nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu müqayisə edilən nişanların qarışdırılacaq dərəcədə oxşar olmasını deməyə əsas verir. 4. Müqayisə olunan simvollar oxşar bir semantik yük daşıyır və istehlakçının təxəyyülündə eyni istehsalçıya məxsus əmtəələrin cüzi qrafik fərqlərə malik seriyası olması fikrini yaradır. 5. Müqayisə edilən nişanlar istər qrafiki (görünüşlü), istər fonetik cəhətdən, istərsə də məna etibarı ilə (semantik) oxşardırlar. “AYDOĞAN” sözünün 25-ci sinif əmtəələri üzrə “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ” adına Azərbaycan Respublikasında, hüquqi mühafizə edilərkən onun razılığı olmadan başqa şəxsin adına qeydiyyata alınması sahibkarın nişan üzərində müstəsna hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçinin İddiaçı Qanunun 6-cı maddəsinin birinci hissəsinin "a" və "b" bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədinin əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə Apellyasiya şurasında nəzərə alına biləcəyi barədə məlumat verilsə də, belə razılıq məktubu və ya başqa razılaşma sənədi təqdim edilməmişdir. Qeyd edilməlidir ki, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Müxtəlif istehsalçılar tərəfindən fərqli əmtəələrin istehsal edilməsi və ya xidmətlərin göstərilməsi əmtəə nişanını digər sahibkarın əmtəə nişanından fərqləndirən əsas amillərdən biridir. Əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olub olmaması müəyyən edilərkən müqayisə edilən nişanların qrafik, fonetik və semantik cəhətdən oxşarlığı ilə yanaşı, həmin əmtəə nişanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib edilməməsi, əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyri-müəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir. Belə ki, müqayisə edilən nişanların ƏXBT-nin 25-ci sinif əmtəələri həmcinsdir, bəzi hallarda isə bir-biri əlaqəlidir. Qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. Beləliklə, “aydoğanstar” əmtəə nişanının qeydiyyata almaması üçün iddia etdiyi əmtəələrlə və qarşı qoyulmuş “AYDOĞAN” əmtəə nişanı əmtəə nişanına Azərbaycan Respublikasında hüquqi mühafizə verilmiş ƏXBT-nin 25-ci sinfinə aid olan əmtəələrin üst-üstə düşür və ya həmcinsdirlər, habelə müqayisə edilən nişanlarda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağlı yanılda bilər. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-893/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun iddia tələbini təmin etməməklə maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən qəbul olunmuş yuxarıda qeyd etdiyi qərar ləğv olunmalı, onun iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul olunmalıdır. Belə ki, iddia predmetinin əsasını təşkil edən əmtəə nişanı ilə məhkəmənin əsas gətirdiyi əmtəə nişanları arasında kəskin fərqlər vardır. Bu əmtəə nişanında olan bir neçəsəsin digər əmtəə nişanında təkrarlanması həmin əmtəə nişanının qeydə alınmamaması üçün əsas ola bilməz. Göründüyü kimi, qanunverici əmtəə nişanlarının qeydiyyatından imtinası ilə bağlı bir neçə əsas göstərmişdir ki, hazırkı halda onların heç biri mövcud deyildir. Məhkəmə iddianı təmin etməməyinin əsasını onunla göstərmişdir ki, guya onun tələbinin əsasını təşkil edən əmtəə nişanı ilə əvvəl qeydə alınmış əmtəə nişanı arasında oxşarlıq mövcuddur. Əvvəla qeyd olunan əmtəə nişanları arasında hər hansı oxşarlıq yoxdur. Digər tərəfdən əmtəə nişanları arasında oxşarlığın olub-olmamasını müəyyən etmək qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilməmişdir. Bu oxşarlıq ilə bağlı mübahisəyə son qoymaq üçün isə məhkəmə müvafiq ekspertiza təyin etməmiş, yalnız cavabdeh orqan tərəfindən təqdim olunmuş ekspert rəyləri ilə kifayətlənmişdir.

Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmədə iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iş üzrə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərarın ləğvi ilə bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Həmin qərarın iddiaçı tərəfindən nə vaxt əldə edilməsi iş materiallarından müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Hazırki halda mübahisələndirilən qərar üzrə iddia müddətinin ötürülməsi barədə cavabdeh orqan dəlil irəli sürmür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı tələbi “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən 2023-ci il 23 iyun tarixli 21 №-li Protokolla təsdiq edilmiş qərarın ləğv edilməsi, “aydoğanstar" təsviri əmtəə nişanının ƏXBT-nın 25-ci sinifi üzrə İddiaçı adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən heasb etmişdir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən 2023-ci il 23 iyun tarixli 21 №-li Protokolla təsdiq edilmiş qərar “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası qaydaları”na uyğun olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razışaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə 1. əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Maddə 4. Əmtəə nişanı kimi qeydə alınan nişanlar Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Maddə 5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6-cı maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır. Maddə 6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları. Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları. ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmişdir): İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması (...) 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması. 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1. Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2. Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 29.7.3. Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1. Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. 29.8.2. Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin “Əmtəə nişanının qeydiyyata almaqdan imtina edilməsi haqqında” qərarına əsasən iddiaçının 2023 00807 nömrəli iddia sənədinin ekspertizasının nəticəsinə əsasən aşağıdakı əmtəələr və / və ya xidmətlər üzrə əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda imtinanın əsasları kimi göstərilmişdir: “Ekspertizanın nəticəsinə uyğun olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Bu səbəbdən “aydoğanstar” əmtəə nişanının Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının ƏXBT 25-ci sinfi üzrə qeydiyyata alınmasından imtina edilir. Eyni zamanda iddiaçının hüququ ünvanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində olduğu halda iddia etdiyi əmtəə nişlanının üzərində Azərbaycan dilinə Türkiyə kimi tərcümə edilən “Türkey” söz işarəsi qeyd edilmişdir. Bu isə əmtəənin mənşəyi və yaxud istehsal olunduğu yer ilə bağlı coğrafi mənşə baxımından istehlakçını yanılda bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №li qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin “ə” yarımbəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “f” bəndinə əsasən “əmtəələrin və ya xidmətlərin coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarını”nın əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir”. İddiaçı həmin qərardan cavabdeh quruma inzibati şikayət vermiş və həmin şikayətə baxan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının A173/23 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı (ərizəçi) İddiaçı məxsus “aydoğanstar” (92023 00807 nömrəli iddia sənədi) əmtəə nişanının ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş etiraz əsassız hesab olunmuş və təmin olunmamışdır, qərarda etirazın əsassız hesab edilməsinə əsas kimi iddiaçının təqdim etdiyi əmtəə nişanının qarışdırılacaq dərəcədə oxşar olan əmtəə nişanları ilə oxşar əmtəə nişanı olması, “AYDOĞAN” əmtəə nişanının “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ adına xx.xx.2019-cu ildə ******* beynəlxalq qeydiyyat nömrəsi ilə qeydiyyata alınması və nişana xx.xx.2023- cü ildə Azərbaycan Respublikasının ərazisində mühafizə verilməsi göstərilmişdir. Hazırda iddiaçı həmin imtinanın əsassız olduğunu bildirir, bu barədə qəbul edilmiş qərarın ləğvini və iddia etdiyi əmtəə nişanının qeydiyyata alınması ilə bağlı müvafiq inzibati aktın qəbul olunmasını tələb edir. Hazırki işin birinci instansiya məhkəməsində icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli e-2- 1(112)-7037/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, təqdim olunmuş mülki iş üzrə təqdim edilmiş şəkillərdəki “AYDOĞAN” və “aydoğanstar” əmtəə nişanlarları qarışdırılacaq dərəcədə oxşardır. Bundan başqa birinci instansiya məhkəməsinə "xxxx" MMC-nin dövlət qeydiyyatına alınması haqqında sənəd, elektron-faktura, gömrük bəyannaməsi, nəqliyyat bəyannaməsi, invoyslar, iddiaçıya cavabdeh tərəfindən iddiaçının eitrazına (ərizəsinə) baxılmasının vaxtı və yeri barədə göndərdiyi bildirişlər də təqdim edilmişdir. Yuxarıda qeyd edilən qanunvercilik normalarından görünür ki, iddia edilən və qarşı nişanların qarışdırılacaq qədər oxşar olmasının yoxlanılması üçün qanunda nəzərdə tutulan üç meyar əhəmiyyət kəsb edir: 1) fonetik; 2) qrafik; və 3) semantik; Hazırki işdə hər iki nişan fonetik, qrafik və semantik meyarlara əsasən araşdırılan zaman aydın şəkildə görünür ki, iddia edilən və qarşı nişanlar arasında önəmli fonetik, qrafik və semantik oxşarlıqlar mövcuddur, bu faktorların kombinasiyası isə təqdim edilmiş şəkillərdəki “AYDOĞAN” və “aydoğanstar” əmtəə nişanlarlarının qarışdırılacaq dərəcədə oxşar olmasını göstərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Həmin Qanunun 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən 2023-ci il 23 iyun tarixli, 21 nömrəli Protokolla təsdiq edilmiş qərarı yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olduğundan onun ləgvi ilə bağlı iddiaçının iddia tələbi əsassız olmuşdur. Bu baxımdan iddiaçının həmin tələbinə əlavə olaraq göstərdiyi digər tələblər əsas iddia tələbinin əsassız olub rədd edildiyi üçün həmin əlavə tələblərin də rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri Kollegiya əsassız hesab edir və belə nəticəyə gəlir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-893/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X6 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar