Məhkəmə qərarları › İş №2-1(103)-2214/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2214/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2214/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5171/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.08.1992-ci il tarixdən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 702, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 10.08.1992-ci il tarixdən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 702, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı 10.08.1992ci il tarixdə SHXÇDX-nin Zəngilan rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 14.08.1992-ci il tarixdən 28.12.1993-cü il tarixədək N saylı hərbi hissədə, 04.01.1994-cü il tarixdən 17.07.1996-cı il tarixədək N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10.12.2019-cu il tarixli arxiv arayışında da qeyd edilir ki, o, İddiaçı N nömrəli hərbi hissə komandirinin 27.08.1992-ci il tarixli 263 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. Hərbi biletində 14.08.1992-ci il tarixdən 28.12.1993-cıı il tarixədək N saylı hərbi hissədə, 04.01.1994-cü il tarixdən 17.07.1996-cı il tarixədək N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmətdə olmağı barədə qeydlər vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Komissiyanın 21.02.2020-ci il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Halbuki, ərizəyə əlavə olunan hərbi biletimin səhifəsində göstərilmişdir ki, o, Azərbaycan Respublikası SHXÇDX-nin Nəsimi rayon şöbəsi tərəfindən 10.08.1992-ci il tarixdən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğum 17.07.1996-cı il tarixədək döyüşən ordunun tərkibində 702, N və N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may 1994-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6 bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. X1 göndərilən Arxiv Arayışında hərbi xidməti barəsində Arxiv məlumatının olmaması onun təqsiri ucbatından olmamışdır. Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərin də olduğu qərargah yanıb? Arxiv Arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilmirlər. Halbuki, bütün bunların araşdırılması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5171/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılammışdır. (hakim: F.Mədətli) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi iddianın mümkün sayılmaması barəsində qərardad vermişdir ki, guya iddiaçı tələbini düzgün qoymamışdır. Halbuki, məhkəmənin hüquqi yardımı əsasında iddia tələbində dəqiqləşdirmə apararaq Müdafiə Nazirliyi ilə birlikdə Arxiv İdarəsini də cavabdeh kimi qoymuşdur. Bütün bunlardan sonra məhkəmə tərəfindən belə bir əsasla iddianın mümkün sayılmaması absurtdur. Belə ki, əlində olan hərbi biletində bütün xidmətləri qanuna müvafiq surətdə göstərilməsi və həmin qeydlərə əsasən ona Müharibə Veteranı statusunun verilməsi qanunidirsə arxivdə hərbi hissənin sənədlərinin olmaması nə üçün maneə yaratmalıdır? Azı yuxarıda göstərdiyi kimi, hərbi hissə tərəfindən sənədlərin arxivə verilməməsi onun günahıdırmı? Bütün bunlar bir daha təsdiq edir ki, bu iş barəsində verilən iddia tələbinin mümkün sayılmaması barəsində qərardad qanunsuzdur, işə mahiyyəti üzrə baxılmalıdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 10.08.1992-ci il tarixdən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 702, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 10.08.1992-ci il tarixdən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 702, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6512/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərardadı əsasında iddiaçının 10.08.1992-ci il tarixdən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 702, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 10.08.1992-ci il tarixdən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 702, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2-1(103)- 716/2021 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 29.10.2020-ci il tarixli 2-1(112)- 6512/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilməmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən tələblərə artıq bir dəfə məhkəmə icraatı qaydasında baxılaraq, həmin tələblər üzrə qəbul edilmiş məhkəmə qərarı artıq qüvvəyə minmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2021-ci il tarixli 2-1(103)-716/2021 saylı qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi tələbinə dair iddianın mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6512/2020 saylı 29 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilmədiyi üçün qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddiaçı artıq hazırkı tələbi ilə təkrar eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmış və məhkəmə qərarları ilə onun iddiası mümkün sayılmamışdır. İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı Plenumunun Qərarının 1.1-ci maddəsinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5171/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar