Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2217/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və X1 və iddiaçı Qurbanov Əlzaı̇ d Zümürxan oğlunun iştirakı ilə, İddiaçı Qurbanov Əlzaı̇ d Zümürxan oğlunun cavabdeh Azərbaycan Respublı̇ kasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publı̇ k hüquqi şəxsı̇ Sosı̇ al Ödənı̇ şlərin Təyı̇ natı üzrə Mərkəzi Fı̇ lı̇ alına qarşı “xx.xx.1996xx.xx.2004-cü illərdə işlədiyi dövr nəzərə alınmaqla, “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2621/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq, şifahi məhkəmə baxışı qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (“PHŞ”) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1996- cı il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi staj nəzərə alınmaqla, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2621/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1996-cı il tarixindən xx.xx.2004- cü il tarixinədək "xxxx" ASC-də işlədiyi staj nəzərə alınmaqla yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Fərəh Miriyeva, iddiaçı tərəfindən iddia qaldırıldıqdan sonra iddia tələbinin filial tərəfindən təmin olunaraq xx.xx.1996-xx.xx.2004-cü illərdə "xxxx" ASC-də işlədiyi dövrün sığorta stajına daxil edilərək əmək pensiyasının xx.xx.2022-ci il tarixdən yenidən hesablandığını və əmək pensiyası 236 manat olduğu halda, hazırda ona ödənilən pensiya məbləğinin 248 manat təşkil etdiyini bildirmiş və bu barədə sənədləri və ərizəsini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı 1996-2004-cü illər üzrə əmək fəaliyyətinin cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilsə də, onun pensiyasında əhəmiyyətli artım olmadığını və məsələ ilə bağlı filiala müraciət edəcəyini qeyd edərək, hər bir halda, hazırkı iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası tərəflərin ərizəsini iş materialları ilə əlaqəli surətdə araşdırıb belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına, cümlədən, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş iddiaçının pensiya işi üzrə sənədlərin surətlərinə əsasən müəyyən olunur ki, ona xx.xx.2021-ci il tarixdən yaşa görə 236,75 manat məbləğində yaşa görə əmək pensiya təyin edilmiş, həmin məbləğ xx.xx.2022-ci il tarixdən 240 manat minimum pensiya məbləğinə çatdırılmış, həmin məbləğ də öz növbəsində iddiaçının xx.xx.1996-xx.xx.2004cü illərdə "xxxx" ASC-də işlədiyi dövr onun sığorta stajına daxil edilərək, əmək pensiyası yenidən hesablanaraq 248,15 manat məbləğində pensiya müəyyən edilmişdir. Konkret halda da, iddiaçının tələbi - xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi dövr pensiyasında nəzərə alınaraq yenidən hesablanması təşkil edir. Qeyd olunanlardan göründüyü kimi, həmin dövr cavabdeh tərəfindən nəzərə alınaraq iddiaçının sığorta stajına daxil edilərək, pensiyası yenidən hesablanmışdır. Başqa sözlə, cavabdeh orqan tərəfindən iddia tələbi təmin olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, hazırkı mübahisənin predmeti olan, iddiaçının “xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi staj nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi cavabdeh tərəfindən təmin edildiyi, bununla da mübahisə predmetinin artıq mövcud olmadığı və tərəflərin işə xitam verilməsi barədə ərizələri nəzərə alaraq, yekunda belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 90-cı maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qurbanov Əlzaı̇ d Zümürxan oğlunun cavabdeh Azərbaycan Respublı̇ kasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu PHŞ Sosı̇ al Ödənı̇ şlərin Təyı̇ natı üzrə Mərkəzi Fı̇ lı̇ alına qarşı xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi staj nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2217/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2217/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver