Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2217/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddət ümumi iş stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2029/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində olan 13-cü qeydlə təsdiq olunan və xx.xx.2001- xx.xx.2004-cü il tarixləri arasında "X3 İnk" Şirkətində işlədiyi müddətin ümumi iş stajına daxil edilməklə 57 yaşdan hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü il tarixdə Abşeron rayon X14 İdarəsinin "PS-174" gəmisinə 1-ci dərəcəli motorçu peşəsinə (xx.xx.1983-cü il tarixli 204-k nömrəli əmr) işə qəbul olunmuşdur. xx.xx.1983-cü il tarixdən Donanmanın s/b "42", "431", "Abşeron-12", "Calğan-2" gəmilərində növbə mexaniki, 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. xx.xx.2000-ci il tarixdə X6 12-ci dərəcəli təlimatçı-mexanik vəzifəsinə (xx.xx.2000-ci il tarixli 212-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2001-ci il tarixdə "Taydvoter" firmasında işləməyə göndərilməklə əlaqədar X4 işlədiyi 12-ci dərəcəli təlimatçı-mexanik vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e" bəndinə əsasən (xx.xx.2001-ci il tarixli 158-k nömrəli əmr) azad edilmişdir. xx.xx.2001-ci il tarixdən "Taydvoter" X12 şirkətinin icarəsində olan "Aura" gəmisində motorçu vəzifəsinə təyin edilmiş və xx.xx.2004-cü il tarixli 24 saylı əmr ilə əmək müqaviləsinin başa çatması ilə əlaqədar olaraq işdən azad olunub "Xəzər X14" İdarəsinin sərəncamına göndərilmişdir. xx.xx.2004-cü il tarixdə "R.Mirzəyev" gəmisinə böyük mexanik vəzifəsinə (xx.xx.2004-cü il tarixli 173-k nömrəli əmr) işə qəbul edilmişdir. Həmçinin "ÜE-639", "Calğan-2", "Xəzri" gəmilərində böyük mexanik vəzifəsində işləmişdir. xx.xx.2011-ci il tarixdə X6 rəis müavini (xx.xx.2011-ci il tarixli 354-k nömrəli əmr), xx.xx.2012-ci il tarixdə isə həmin şöbəyə 13-cü dərəcəli hamiyəçi-mexanik vəzifəsinə (xx.xx.2012-ci il tarixli 1857-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2016-cı il tarixdən Donanmanın "Orion-3", "M.Süleymanov", "Abşeron-21", "Orion18", "Z.Vəliyev" gəmilərində 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. Hazırda isə "Sokar-1" gəmisində böyük mexanik vəzifəsində işləyir. Ayrı-ayrı vaxtlarda müxtəlif gəmilərdə işlədiyi vəzifələr (peşələr) üzən heyətə, işlədiyi gəmilər isə XDND-nin gəmilərinə aiddirlər. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyillər. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 "b" yarımbəndi, eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarına 2 saylı əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərilcilərin siyahısı"-nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 "1" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr siyahısına aid edilir. Əmək şəraitinə görə (xx.xx.2006-cı il tarixədək) güzəştli şərtlərlə əmək stajı 18 il 08 ay 25 gün təşkil edir. Tərəfindən ayrı-ayrı vaxtlarda üç dəfə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı "ASAN xidmət" mərkəzinə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. İlk olaraq xx.xx.2020ci il tarixdə yazdığı ərizəyə verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası qanunvericiliynə əsasən əyani təhsil ümumi iş stajına daxil edildiyindən tərəfindən Mərkəzi Filiala 1978-ci ildən 1982-ci ilədək təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənədi təqdim etməmişdir. Bu səbəbdən qeyd olunan təhsilin əyani olub-olmamasını sübüt etmək üçün müvafiq sənədləri təqdim etmək tələb edilmişdir. Göstərilənləri nəzərə alaraq o, müvafiq sənədləri toplayıb yenidən ikinci dəfə xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin yenə də cavabdeh tərəfindən ona müsbət cavab verilməmişdir. Ona göndərilən xx.xx.2021-ci il tarixli cavab məktubunda xx.xx.1982ci il tarixli /T-İ ******* nömrəli əmək kitabçasında 12-13-cü səhifələrində olan 13-cü qeyddə işə götürülmə əmrinin qeyd olunmaması faktını qabardaraq əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yarandığını və buna görə də xx.xx.2001xx.xx.2004-cü il tarixləri arasındakı dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığı və onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi qeyd olunmuşdur. Bu səbəbdən də ona 57 yaşdan hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 29 dekabr 1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində olan 13-cü qeyddə işə götürülmə əmrinin qeyd olunmaması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Nəticədə, B.Z.X10 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 2 ay 3 gündür. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı tələb olunan 25 ildən azdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş əmək pensiyasının 57 yaşın tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2029/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarı əmək kitabçasında qeyd olunan mübahisəli dövrün “X7 İnk” şirkətinin qeydiyyatının olması ilə əsaslandırılmışdır. Lakin iddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasının 13-cü bəndində mübahisəli müəssisə “X5” olaraq göstərilmişdir. X11 İdarəsinə hər iki ad üzrə sorğu göndərilmiş, buna baxmayaraq qeyd olunan müəssisənin arxiv sənədlərinin təhvil verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-cı il tarixli, 03/2020 saylı qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən coxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və va yenidən hesablanması üçün inzibatı orqana həmin sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qərardaddan göründüyü kimi, iddiaçıya yalnız müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il ödənilməsi qanuna müvafiqdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 04 avqust 2022-ci il tarixli, **********1 nömrəli imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: - 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2019-cu il tarixdə tamamlamışdır. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 Nli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1ci yarımbəndinə (kod ********) nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması işin mübahisəsiz halıdır. Belə ki, iş mtaeriallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Xəzər X14sı tərəfindən iddiaçıya təqdim olunmuş EN01/02-253 saylı, 14 iyun 2022-ci il tarixli arxiv arayışında bildirilmişdir ki, İddiaçı, həqiqətən xx.xx.1983-cü il tarixdə Abşeron Rayon X14 İdarəsinin “PS-174” gəmisinə 1-ci dərəcəli motorçu peşəsinə (xx.xx.1983-cü il tarixli 204-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdən Donanmanın s/b “42”, “431”, “Abşeron-14”, “Abşeron-12”, “Calğan-2” gəmilərində növbə mexaniki, 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. xx.xx.2000-ci il tarixdə X6 12-ci dərəcəli təlimatçımexanik vəzifəsinə (xx.xx.2000-ci il tarixli 212-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2001-ci il tarixdə “Tayd Woter” firmasında işləməyə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (xx.xx.2001-ci il tarixli 158-k nömrəli əmr) işdən azad edilmişdir. Müqavilə müddəti başa çatdiqdan sonra xx.xx.2004-cü il tarixdə “R.Mirzəyev” gəmisinə böyük mexanik vəzifəsinə (xx.xx.2004-cü il tarixli 173-k nömrəli əmr) işə qəbul edilmişdir. O, ÜE-639”, “Calğan-2”, “Xəzri” gəmilərində böyük mexanik vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdə X6 rəis müavini (xx.xx.2011-ci il tarixli 354-k nömrəli əmr), xx.xx.2012-ci il tarixdə isə həmin şöbəyə 13-cü dərəcəli hamiyəçi-mexanik vəzifəsinə (xx.xx.2012-ci il tarixli 1857-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2016-cı il tarixdən Donanmanın “Orion-3”, “M.Süleymanov”, “Abşeron-21”, “Orion-18”, “Z.Vəliyev” gəmilərində 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. Hal-hazırda “Sokar-1” gəmisində böyük mexanik vəzifəsində çalışır. Onun gəmidə tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr siyahısına aid edilir. Əmək şəraitinə görə (01.01,2006-cı il tarixədək) güzəştli şərtlərlə əmək stajı: 18 il 08 ay 25 gün təşkil edir. İşin mübahisəli halı ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az olması ilə bağlıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixə münasibətdə iddiaçının ümumi iş ştajının 25 ildən az təşkil etməsi səbəbilə, 57 yaşdan pensiya təyinatının aparılması mümkün olmamışdır. İşin hallarından göründüyü kimi, mübahisələndirilən dövr iddiaçının xx.xx.2001xx.xx.2004-cü il tarixləri arasında "X3 İnk" Şirkətində işlədiyi dövrlərdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 29 dekabr 1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X8 İnk. Şirkətində icarədə olan “Aura” gəmisində motorçu vəzifəsində işləməsinə dair qeydlər mövcuddur. Bundan başqa, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********983600 saylı, 29 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində hüquqi ünvanı Az 1005, ünvan 1ar konyukturasının tədqiqi və ictimai rəyin öyrənilməsi olan Panama Respublikasının “X8 İnk." (ingiliscə adı “X15 İnternational İnc") Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.1997-ci il tarixdə 230 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.2015-ci il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur. Həmçinin, Azərbaycan Xəzər Dəniz Gəmiçıliyi QSC Xəzər X14sının 02 dekabr 2022ci il tarixli TQ xx/xx-1104 nömrəli məktubuna xx.xx.2001-xx.xx.2004-cü illər tarixləri arasında “X1” İNK Şirkətində icarədə olan “Aura” gəmisində motorçu işləmiş İddiaçı ilə bərabər həmin gəmidə Donanmanın digər 3 nəfər üzən heyət üzvünün əmək kitabçalarının təsdiqlənmiş surətləri əlavə edilmişdir. Göründüyü kimi, əmrin nömrəsinin əmək kitabçasında qeyd edilməməsi və “X8 İnk." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin arxiv sənədlərinin saxlanılmaması iddiaçı ilə həmin müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X8 İnk. Şirkətində işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, aparılan qeydlərdə şübhəli məqam mövcud olmadığından, qeydlərdə ardıcıllıq pozulmadığından və əmək kitabçasının mötəbərliyi şübhə doğurmadığından, həmçinin, cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisələrdə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. - 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbi məhz ona 57 yaşdan pensiya təyin edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi də məhz iddia tələbi həcmində mübahisəni araşdırmışdır. Əvvəlki dövrlər üzrə ödənişlə bağlı isə tələb olmasa da qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda sadalanan hal isə inzibati orqan tərəfindən icra mərhələsində həll olunan məsələdir. Bununla da, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2029/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2029/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2217/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2217/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver