Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2217/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: Qasımova (Abbasova) Günay Rasim qızı, X5 və X6) «üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3700/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı (üşüncü şəxs Qasımova (Abbasova) Günay Rasim qızı) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qasımova (Abbasova) Günay Rasim qızı və onun yetkinlik yaşına çatmayan övladları, X5 və X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 11 saylı evin 18 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslarıdırılmışdır: «…Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 11 saylı evin, 18 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə iddiaçıya qeydiyyat vəsiqəsi də verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin surətini ərizəyə əlavə edilmişdir. Mənzilində onlardan başqa iddiaçının keçmiş gəlini Qasımova (Abbasova Günay) Rasim qızı və onun yelkinliklik yaşına çalmasan övladları X5 və X6 da qeydiyyatdadırlar. Onlar həmin mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Qasımov (Abbasova) Günay Rasim qızını iddiaçı öz razılıq ərizəsi ilə 2012-ci ilin yanvar ayında mənzilinə qeydiyyata saldırmışdır. Onunla oğlu Zaur arsındakı nikah pozulmuş, bu barədə olan nikahın pozulması haqqında şəhadətnamənin surətini ərizəyə əlavə edilmişdir. A.Qasımova (Abbasova) Ülvi adlı başqa şəxslə evlənmiş və həmin nikahdan onun X6 adında övladı vardır, həmin övladı da mənzildə qeydiyyatdadır. Bütün bunlar iddiaçının mənzil hüquqlarını pozur …" İddiaçı hazırkı tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etmiş, lakin soununcu xx.xx.2023-cü il tarixli məktubu ilə imtina edərək bildirmihşdir ki, ərizənin icrası ilə əlaqədar olaraq bildiririk ki, keçmiş gəlininiz Qasımova (Abbasova) Günay Rasim qızı, övladları Ayxan və Xaliqin Sabunçu rayonu, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3700/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləriənə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Qərar maddi vo prosessual hüquq normaların pozulması vo düzgiin tətbiq olunmaması ilə qəbul olunmuşdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Sülh küçəsi, 1 1 saylı evin, 1 8 saylı mənzili onun xıısusi mülkiyyətimdədir. Bu barədə mənə qeydiyyat vəsiqəsi də verilmişdir. Onun mənzilində onlardan başqa keçmiş gəlini Qasımova /Abbasova/Günay Rasim qızı və onun yetkinliklik yaşına çatmayan övladları, X7i və X6 da qeydiyatdadır, lakin burada yaşamırlar. Qasımova /Abbasova/Günay Rasim qızını öz razılıq ərizəs ilə 2012-ci ilin yanvar ayında mənzilə qeydiyyat salmışdır.Onların nikahları pozulmuş, hətta G.Qasımovaıova Ülvi adında başqa şəxslə evlənmiş və həmin nikahdan onun X6 adından övladı da vardır və həmin övladı da mənzilidə qeydiyyatdadır. Bütün bunlar mənzil hüquqlarımı pozur. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş subtlar əhəmiyyət vermək istəməmiş və nəticədə maddi hüquq normaların pozulması ilə nəticələn qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun 24 sentyabr, 2020-ci il tarixli qərarın 2-ci bəndindən müəyyən olunur ki, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cü nuıdəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərisəzi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam vcilməlidir. Bütün bunlarla yanaşı, G.Qasımova mənzildə faktiki yaşamır və həmin mənzilə istifadə hüququ yoxdur. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsin Plenumunun 24 sentyabr, 2020-ci il tarixli qərarına əhəmiyyət verməmiş və qanunvericiliyin bu normasını pozmuş, Qərarın əsaslandırıcı hissəsində iddiaya adiyyatı olmayan fiziki şəxslərin və dövlət orqanlarının adını çəkməklə kobud texniki səhvlərə yol vermişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Əkbərov X2 Rayon Məhkəməsinin Qətnaməsini təqdim edərək apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan ünvanı üzrə məhkəmə kollegiyasının iclası barədə üçüncü şəxslərə göndərilmiş məhkəmə bildirişi geri qayıtmış, İPM-in 62-ci və həmin Məcəllənin 1.2-ci və 81.3-cü maddələri baxımından, MPM-in 146-cı maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehə iddia tələbində mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 11 saylı evin 18 saylı mənzilindən üçüncü şəxs Qasımova (Abbasova) Günay Rasim qızı və onun yetkinlik yaşına çatmayan övladları, X5 və X1 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, işdə olan sənədlərə və hazırkı mərhələdə əldə olunmuş sənədlərə əsasən iş üzrə müəyyən olunan faktiki hallardan aşağıdakılar aydın olur: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdirma və Mülkiyyət Hüquqlarinin Qeydiyyati İdarəsi tərəfindən iddiaçıya Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ xx.xx.1998-ci il tarixdə reyestr kitabında qeydə alınaraq ona MH seriyalı ******* nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışa əsasən üçüncü şəxs X3 (xx.xx.1989) və onun övladları X5 (xx.xx.2011) və X6 (7.07.2020)iddiaçının mülkiyyətində olan həmin mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Sabunçu Rayon Məzkəməsinin Qanunun qüvvəsini almış 2(008)-6302/2014 saylı qətnaməsi ilə müəyyən olunan hallardan görünür ki, iddiaçının oğlu Abbasov zaur Cəlal oğlu ilə hazrık iş üzrə üçüncü şəxs X4 (Qasmova) arasında nikahakt qeydi 12 oktyabr 2010-cu il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmış, həmin nikahdan onun X5 adında övladları anadan olmuş, həmin qətnamə ilə onlar arasındakı nikah qeydinin pozulması, birgə nikahdan anadan olmuş Ayxan Abbasovun anasının yanında qalması və hər ay ona 103 manat aliment tutulb verilməsi qət olunmuşdur. İşə əlavə olunmuş, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 noyabr 2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən aydın olur ki, onlar arasndakı nikah xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. Eyni zamanda, işə əlavə olunmuş, Bakı şəhər İH MKTD Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin birinci instansiaya məhkəməsinin sorğusuna ünvanladığı 06 dekabr 2023-cü il tarixli139/3 nömrəili məktubunda, habelə, həmin Birliyin 81 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01/311 nömrəli arayışda bildirilmişdir ki, üçüncü şəxslər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 11 saylı evin 18 saylı mənzilində faktiki olaraq yaşamırlar. Ümumiyyətlə, üçüncü şəxsin nikah qeydi ləğv olunduqdan sonra, yenidən başqa şəxs ilə ailə həyatı qurduğu və həmin nikahdan da onun X6 adında övladının doğulduğu da onu deməyə əsas verir ki, övladları ilə birlikdə iddiaçıya məxsus mənzildə faktiki olaraq yaşamırlar. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, sorğuda sadalanan üçüncü şəxslərin istifadə hüququna dair reyestr məlumatı aşkar edilməmişdir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən o edilən hallar birmənalı olaraq onu deməyə əsas verir ki, üçüncü şəxslər 2014-cü ildən sonra, 1998-ci ildən iddiaçının mülkiyyətində olan mənzildə yaşamırlar. Onların formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları iddiaçının qanunvericiliklə müəyən olunan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli qərarında şərh etmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. 3“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri və Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə olunan sözügedən hüquqi mövqeyi baxımından, cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları barədə ərizəsinin təmin olunmasından imtina edilməsi, qanunla qorunan mülkiyyət hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işdə olan sübutlar hərtərəfli araşıdırılıb, onlara hüquqi qiymət verilməmiş, məhkəmənin iddianın rədd olunması barədə gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3700/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddianın təmin edilməsi, üçüncü şəxslər Qasımova (Abbasova) Günay Rasim qızı və onun yetkinlik yaşına çatmayan övladları, X5 və X1 İddiaçı mülkiyyətində olan - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 11 saylı evin 18 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsininin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3700/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. Üçüncü şəxslər Qasımova (Abbasova) Günay Rasim qızı və onun yetkinlik yaşına çatmayan övladları, X5 və X1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 11 saylı evin 18 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.