Məhkəmə qərarları › İş №2-1(103)-2217/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2217/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2217/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınaraq vahid çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(112)-10006/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi ev 5, mənzil 2 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsi, 11, M1,m1)-in mənzilinin fərdi yaşayış evi kimi qeydiyyatına alınması (mənzildən fərdi yaşayış evinə keçirilməsi), həmin tikilinin altındakı torpaq sahəsinin özəlləşdirilməsi, 169 kv. m torpaq sahəsinə üzərində yerləşən 91,7 kv.m yaşayış evi ilə birlikdə (faktiki ölçülər əsasında) vahid əmlak kimi qeydiyyatdan keçirilərək çıxarışın (91,7 kv.metr) verilməsi və onun əsasında texniki pasportun tərtib edilməsi, eyni zamanda X2 məxsus olan qeydiyyatsız tikili ilə iddiaçıya məxsus olan fərdi yaşayış evi arasında mühafizə zolağının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 (yeni qaydalarla ünvan 1-in mənzilinin fərdi yaşayış evi kimi qeydiyyata alınması (mənzildən fərdi yaşayış evinə keçirilməsi), həmin tikilinin altındakı torpaq sahəsinin özəlləşdirilməsi, 174,9 kv. m torpaq sahəsinə üzərində yerləşən 87,2 kv.m fərdi yaşayış evi ilə birlikdə (faktiki ölçülər əsasında) vahid əmlak kimi qeydiyyatdan keçirilərək çıxarışın (87,2 kv.metr) verilməsi və onun əsasında texniki pasportun tərtib edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə idia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim olunmuşdur.

4. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(112)-10006/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilin ölçüsü 80.1 kv.m göstərilməklə fərdi yaşayış evi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Вirinсi instansiya məhkəməsi fərdi yaşayış evinin В7,2 kv.m fərdi yaşayış evi qeydiyyata alınması hissəsində iddianı qismən, 80.1 kv.m olmaqla təmin etmiş, qalan 7.1 kv. m hissəsində isə təmin etməmişdir. Hesab edilir ki, həmin hissədə məhkəmənin iddianı təmin etməməsi əsassızdır. Belə ki, 2021-ci ilin mагt ayında mənzilindən аrаkəsmə (taxta konstгuksiyalı) divarla ауrılan və qonşuya məxsus оlаn mənzil оnun istəyi ilə sökülmüş, mənzilin аrха tərəfi açıldığı üçün həmin taxta konstruksiyalı divаr daşı istinad divarı оlаrаq və düzlənərək уеnidən tikilməsi zərurəti yarandığından, tərəfindən yenidın tikilmiş və nəticədə mənzilin sahə ölçüləri genişləmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin qərarı ilə tikilinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi hissəsi ilə bağlı razılaşmır. Belə ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən X3 adına xx.xx.1994-cü ildə tərtib edilmiş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 80.1 kv.m, yaşayış sahəsi 59.6 kv.m olan, 1-ci otaq – 17.1 kv.m, 2-ci otaq – 11.4 kv.m, 3-cü otaq – 31.1 kv.m, mətbəx – 7.8 kv.m, ön giriş – 8.1 kv.m, daxili dəhliz – 0,7 kv.m. təşkil edir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Ə.Bəbişbəyli apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Sabunçu rayon İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 015559 nömrəli orderinə əsasən ünvan 3 ünvanında yerləşən 1 otaqlı 18,0 kv.m ölçüdə mənzil X3 (arvadı F.H.Əskərova) istifadəsinə verilmişdir. -xx.xx.1993-cü il tarixli Müqaviləyə əsasən ünvan 4 ünvanda yerləşən 2 saylı mənzil “Balaxanıneft” NQÇİ-nin əməkdaşı X3 şəxsi mülkiyyətinə əvəzsiz olaraq verilmişdir. -“Balaxanı neft və qazçıxarma” İdarəsinin xx.xx.1999-cu il tarixli 18 nömrəli qərarına əsasən Bakıxanov qəsəbəsi, Ağayev küçəsi, ev 5, 2 nömrəli mənzil X3 xüsusi mülkiyyəti kimi əvəzsiz verilməsi qərara alınmışdır.

10. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin xx.xx.1994-cü il tarixli 30/14164 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4, mənzil 2 X3 adına qeydiyyata alınmışdır.

11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən X3 adına xx.xx.1994-cü ildə tərtib edilmiş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 80.1 kv.m, yaşayış sahəsi 59.6 kv.m olan, 1-ci otaq – 17.1 kv.m, 2-ci otaq – 11.4 kv.m, 3-cü otaq – 31.1 kv.m, mətbəx – 7.8 kv.m, ön giriş – 8.1 kv.m, daxili dəhliz – 0,7 kv.m təşkil edir.

12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 5, mənzil 2 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.82 kv.m olan 2 saylı mənzil X3 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 5 ünvanda yerləşən 2 saylı mənzilin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən mənzil hüquqmüəyyənedici sənəd üzrə 1 otaq, yaşayış sahəsi – 18.0 kv.m, ümumi sahəsi –, faktiki isə 1 otaq, yaşayış sahəsi – 18.0 kv.m, ümumi sahəsi – 81.7 kv.m-dir. Texniki pasportdan kənarda qalan 10 kv.m əlavə tikilisi mövcuddur. Aktın qeyd hissəsində göstərilmişdir ki, arxiv qovluğunda cizgi və texpasport olmadığından, sənədlər toplusunda olan texniki pasporta əsasən, mövcud vəziyyətin eskizi baxılması üçün tərtib olundu. Arxiv məlumatlarına əsasən bir yaşayış otağı kimi eskiz tərtib edildi. Mənzil ümumilikdə kapital divarlar arasında yerləşir, kənarlaşma yoxdur. Koordinatlar akta əlavə edildi.

14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 5 ünvanda yerləşən 2 saylı mənzilin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən mənzil hüquqmüəyyənedici sənəd üzrə 1 otaq, yaşayış sahəsi – 18.0 kv.m, ümumi sahəsi – 36.82 kv.m-dir, faktiki isə 3 otaq, yaşayış sahəsi – 60.4 kv.m, ümumi sahəsi – 87.2 kv.m-dir.

15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, mənzilin sahəsi ilə faktiki sahə arasında fərq mövcuddur. Belə ki, hüquqmüəyyənedici sənədə əsasən mənzilin ümumi sahəsi 36.82 kv.m qeyd edilsə də, ümumi sahəsi 81.7 kv.m təşkil edir. Bu səbəblərdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır.

16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, sözügedən ünvanda yerləşən mənzilin fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə vahid əmlak şəklində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir;

21. torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: - 55. müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; -10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: - 3.1: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.

26. Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 5, mənzil 2 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ümumi sahəsi 36.82 kv.m mənzil olmaqla İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

27. Hazırkı iddiasında İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın-mənzilin təyinatının dəyişdirilərək fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınmasını, o cümlədən həmin tikilinin yerləşdiyi 174,9 kv.m torpaq sahəsi və üzərində yerləşən 87,2 kv.m fərdi yaşayış evi ilə birlikdə vahid əmlak kimi qeydiyyatdan keçirilərək çıxarışın verilməsini mübahisələndirir.

28. Cavabdehin sözügedən ünvanda yerləşən mənzilin fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə vahid əmlak şəklində qeydiyyata alınmasından imtina əsası ondan ibarət olmuşdur ki, iddiaçı əmlaka dair hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir.

29. Məhkəmə ilk növbədə iddiaçının mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması barədə cavabdehin imtina əsası ilə razılaşmır.

30. Belə ki, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, sözügedən yaşayış sahəsi mənzil qismində qeydiyyata alınmış əmlak olsa da, lakin tikili olaraq mənzil kimi texniki göstəricilərə deyil, fərdi yaşayış evinə xas olan yerləşmə və texniki xüsusiyyətlərə malikdir.

31. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir

32. Qeyd olunan normalardan görünür ki, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsi olsa da, lakin fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir.

33. Hazırkı iş üzrə mübahisəli əmlakın texniki pasportundan görünür ki, mənzil ümumi sahəsi 80.1 kv.m, mənzilin tikintialtı torpaq sahəsi olmaqla, çoxmənzilli binanın struktur bölməsi kimi çıxış etmir. Başqa sözlə, mənzil faktiki cəhətdən çoxmənzilli binaya aidiyyatı olmayan ayrıca sahəli mənzil deyil, məhz fərdi müəyyən edilmiş evdir.

34. Belə olan halda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış mənzil texpasportundakı məlumatlara əsasən və qanunla yuxarıda göstərilən fərdi yaşayış evi meyarlarına cavab verdiyinə görə onun fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkündür və əsaslıdır.

35. İddiaçının hazırkı tələbi 87.2 kv.m ölçüdə tikiliyə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlıdır.

36. Məhkəmə fərdi yaşayış evinin ölçüləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən X3 adına tərtib olunmuş xx.xx.1994-cü ildə tərtib edilmiş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 80.1 kv.m təşkil etdiyi qeyd edilmişdir. Buna baxmayaraq, həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən daşınmaz əmlakın ümumi sahəsi 36.82 kv.m kimi qeydə alınmışdır.

37. Məhkəmə hesab edir ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınmış xx.xx.1994-cü ildə tərtib edilmiş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 80.1 kv.m göstərildiyindən, iddiaçının tələbi həmin hissədə, yəni fərdi yaşayış evinin 80.1 kv.m ölçüdə qeydiyyata alınması hissəsində əsaslıdır, tələb 7.1 kv.m hissədə isə təmin edilə bilməz.

38. İddianın digər hissəsinə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 2 ünvanında yerləşən tikilinin yerləşdiyi 174,9 kv.m torpaq sahəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

39. Belə ki, mülkiyyət anlayışı yalnız binanın və ya tikilinin özü ilə məhdudlaşmır. Hər bir tikili müəyyən torpaq sahəsi üzərində inşa olunur və həmin torpaq sahəsi olmadan tikilinin hüquqi statusu da tam təsdiqini tapmış sayılmır. Buna görə də fərdi yaşayış evinin altındakı torpaq sahəsi onun ayrılmaz tərkib hissəsi kimi qəbul olunur. Torpaq sahəsinə dair çıxarışın verilməsi, ilk növbədə, mülkiyyət hüququnun tamlığını təmin edir. Əgər yaşayış evinin yalnız özünə dair sənəd mövcuddursa, lakin onun yerləşdiyi torpaq sahəsinə dair hüquqi təsdiq yoxdursa, mülkiyyət hüququ natamam hesab olunur. Çıxarış isə mülkiyyətçiyə həm tikili, həm də torpaq üzərində sərbəst və maneəsiz hüquqların tanınmasını təmin edir. Həmçinin, torpaq sahəsinə dair çıxarış mülkiyyətçiyə öz əmlakından tam şəkildə istifadə etmək imkanı verir. Nəticə etibarilə, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın verilməsi mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsidir, mülkiyyətin bütövlüyünü təmin edir, sahibinə əmlak üzərində tam hüquqi sərəncam vermək imkanı yaradır və hüquqi münasibətlərin sabitliyini qoruyur.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

41. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(112)- 10006/2024 saylı qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilin ölçüsü 80,1 kv.m göstərilməklə fərdi yaşayış evi kimi və həmin mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi 80,1 kv.m. torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(112)-10006/2024 saylı qərarı qismən ləğv edilsin, ləğv edilən hissədə iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilin ölçüsü 80,1 kv.m göstərilməklə fərdi yaşayış evi kimi və həmin mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi 80,1 kv.m. torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar