Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2219/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Baxışova Vüsalə Ələkbər qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxslər X1, onun vəkili X8 və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X6 və X7) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) X1 və X2 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh 10.02.2021-ci il tarixli cavab məktubu ilə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarılmanın mümkün olmasına istinad edərək iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və X2 iddiaçının atasına məxsus olmuş və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31.03.2021-ci il tarixli qərardadı ilə X6 və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət həmin evdə yaşadığına görə həmin iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Həmçinin, mənzilin dövlət reyestrində qeydiyyatdan keçməməsinə görə mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmamasınının əsas götürülməsi də qanunsuz hesab edilməlidir. Çıxarışı olmayan evə qeydiyyata düşmək mümkündürsə, həmin evdə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması barədə iddianın qaldırılması da tam əsaslıdır. İddiaçının 46/48 saylı mənzildə yox, 48 saylı mənzildə qeydiyyatda olması ilə bağlı qeyd olunmuşdur ki, o, anadan olandan 46/48 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşamışdır. Lakin şəxsiyyət vəsiqəsində yaşayış yeri kimi 48 saylı ünvanın göstərilməsi ondan asılı olmayan səbəblərə görə texniki səhv kimi yazılmışdır. Əslində o, 46/48 ünvanlnda qeydiyyatdadır. Apellyasiya baxışı zamanı iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X6 və onun vəkili X13 iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)- 5165/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X7 iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının cavabdehin niştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı ev özbaşına tikilidir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.04.2021-ci il tarixli sorğuya cavabından müəyyən olunur ki, həmin fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.06.2021-ci il tarixli məktubundan görünür ki, Ünvan Reyestri İnformasiya Sistemində ünvan 1 ünvanı barədə məlumat mövcud deyil. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 15.10.2010-cu il tarixli 2(006)-3683/2010 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh X4 və X3 qarşı iddia tələbi təmin edilmiş, İradə Yusifovanın cavadehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bu qətnamə Bakı Apellayasiya Məhkəməsinin Mülki kolegiyasının 13.01.2011-ci il tarixli qətnaməsi ilə, sonuncu isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.06.2011ci il tarixli 2(102)-1902-11 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İradə Yusifovaya məxsus fərdi uçot kartoçkasından görünür ki, o 18.10.2010-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. X5 məxsus 14526565 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus 02182502 nömrəli 18.03.2005-ci il tarixli və ******** nömrəli 24.05.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətlərindən aydın olur ki, o, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 48 ünvanında qeydiyyatdadır. 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlarda iddiaçının ünvan 1 ünvanında qeydiyyatda olduğu göstərilsə də, yuxarıda qeyd edildiyi kimi iddiaçının şəxsiyyət vəsiqəsinə əsasən onun qeydiyyat ünvanı ünvan 3eyd etmişdir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Beləliklə, İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, onun belə bir hüququ qanun, müqavilə və ya inzibati aktla təsbit edilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 6-cı madəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət etmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən dərhal qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlarda iddiaçının ünvan 1 ünvanında qeydiyyatda olduğu göstərilsə də, yuxarıda qeyd edildiyi kimi iddiaçının şəxsiyyət vəsiqəsinə əsasən onun qeydiyyat ünvanı ünvan 4 iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. Ona görə də, məhkəmə haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Vüsalə Baxışova Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2219/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2219/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver