Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2219/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X6) “torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2-1(112)-2951/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının 24 may 1995-ci il tarixli 1579 saylı Sərəncamına əsasən, iddiaçıya Badamdar qəsəbəsi ərazisində ayrılmış 600 kv.m. torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulmasına dair qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh Başçısının 1579 saylı, 24 may 1995-ci il tarixli Sərəncamına əsasən, ona Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini qanunvericilikə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ üzrə qeydiyyata aldırmaq üçün ilk növbədə ayrılmış torpaq sahəsinin ilkin cizgisinin əldə olunmasına zəruriyyət var. Bu məqsədlə cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək, Sərəncama əsasən ona ayrılmış torpaq sahəsinin ilkin cizgisinin tərtib edilməsini xahiş etmişdir. Lakin, cavab olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli 5-19/2- 2/10-N-41-091 saylı cavab məktubu verilmişdir. Məktubda ona 1579 saylı, 24 may 1995-ci il tarixli Sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin dəqiqləşməsinə dair müraciət etiyi və rayon icra hakimiyyəti arxivində həmin sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin (sxem və s.) aşkar edilmədiyi bildirilmişdir. İddiaçı hesab edir ki, bu cavab onun hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Belə ki, müraciətində cavabdehdən tələb olunan cizginin tərtib edilməsi olsa da, cavab məktubunda müraciətinin məzmunu ümumiyyətlə təhrif edlmiş və əslində faktiki olaraq ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, bu imtina qanunvericiliyə ziddir və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin imtina səbəbinin qanuni əsası yoxdur. Nəzərə alınmalıdır ki, torpaq sahəsi 1995-ci ildə ayrılmışdır. Belə olan halda, “Torpaq islahatı haqqında” qanunun 25-ci maddəsinin tələbləri tətbiq edilməlidir. “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin birinci abzasına əsasən, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin maddənin üçüncü abzasına əsasən, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Göründüyü kimi, torpaq ayrılması səlahiyyətləri 2001-ci ilin 01 yanvar tarixinədək məhz yerli icra haklimiyyətlərinin səlahiyyətlərində olmuşdur. Belə olan halda, yerli icra hakimiyyəti olaraq Cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin ayrılma vaxtı tərtib edilməməsi, həmin cizginin tərtibindən imtina edilməsinə əsas vermir. Torpaq sahəsini ayıran dövlət qurumu hal-hazırda fəaliyyətdədir, səlahiyyəti çərçivəsində ayırmış olduğu torpaq sahəsinin hansı ölçülərdə ayrılmış olamsım müəyyən edən sənədin verilməsi də məhz həmin təşkilatdan tələb edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdiriləsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi “Bakı şəhəri Cavabdeh Başçısının 24 may 1995-ci il tarixli 1579 saylı Sərəncamına əsasən, iddiaçıya Badamdar qəsəbəsi ərazisində ayrılmış 600 kv.m. torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2-1(112)-2951/2024 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2-1(112)-2951/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Cavabdeh Başçısının aparatı tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmişdir. - “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Lakin sərəncama İddiaçı barədə heç bir sənəd əlavə edilmədiyi qeyd edilmişdir. - “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X4 mülkiyyətinə verilməsi barədə” xx.xx.2005ci il tarixli 179 nömrəli Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin qərarı ilə vətəndaş X4 ərizəsi nəzərə alınaraq Badamdar qəsəbəsi 1-ci yaşayış massivində olan 520 kv.m torpaq sahəsi üzün müddət istifadəsində olduğuna əsasən X4 adına alqı-satqı yolu ilə sənədləşdirilmişdir. - Badamdar bələdiyyəsinin sədri tərəfindən X4 istifadəsində olan torpaq sahəsinin cizgisi tərtib edilmişdir. - X5 Badamdar bələdiyyəsi ərazisində 520 kv.m torpaq sahəsinin satılmasına dair “Torpaqların alqı-satqısına dair” akt imzalanmış və torpaq sahəsinin dəyəri Səbail rayon Badamdar bələdiyyəsinin xəzinəsinə əvvəlcədən köçürülmüşdür. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Kollegiyasına ünvanlanmış İddiaçı “iddianın etiraf edilməsi barədə” ərizəsindən görünür ki, Cavabdeh 24 may 1995-ci il, 1579 saylı sərəncamı ilə Batamdar qəsəbəsində İddiaçı 600 kv.m. torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 2003-cü ildə X1. Sərəncamı və bunula əlaqədar bütün işlərin aparılması üçün M.Ağcayevaya müvafıq etibarnamə vermişdir. Həmin vaxtdan da torpaq sahəsi M.Ağcayevaya məxsusdur. Aralarında heç bir mübahisə yoxdur. Ona görə də Mədinə Ağcayevanın torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpağa istifadə və sahiblik hüququnun tanınması barəsindəki iddiasını etiraf edir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Kollegiyasına ünvanlanmış X7 “iddianın etiraf edilməsi barədə” ərizəsindən görünür ki, X3 Ağcavevanın verdiyi iddiasını qeydşərtsiz bütövlükdə qəbul edir. O, təsdiq edərək bildirir ki, xx.xx.1995-ci il və xx.xx.1995-ci il tarixli Cavabdeh tərəfindən sərəncamla ayrılmış 1200 kv.m. torpaq sahəsini 2003-cü ildə X1. O, torpaq sahəsini satmamışdan əvvəl dəfələrlə bu barədə qəzetlərdə elanlar vermişdir. Torpaq sahəsini M.Ağcayevaya satanda orada heç bir tikili olmamışdır. M.Ağcayeva torpaq sahəsini aldıqdan sonra orada müxtəlif tikililər aparmışdır. 2003-cü ildən torpaq sahəsi M.Ağcayevanın istifadəsində və sahibliyindədir. Torpaq sahəsinin M.Ağcayevaya satılması və torpaq sahəsinin onun mülkiyyətində, istifadəsində və sahibliyində olması barəsində aralarında heç bir mübahisə yoxdur. 1579 saylı, 24 may 1995-ci iltarixli sərəncam İddiaçı adına olsa da faktiki onun istifadə və sahibliyində olmuşdur. Hər iki torpaq sahəsinin M.Ağcayevaya satılmasında İddiaçı razılığı olmuş və heç bir etirazı olmamışdır. Torpaq sahəsi M.Ağcayevaya satıldıqdan sonra sərəncamları da ona vermişdirlər. R.Q.Rüstəmov və İddiaçı torpaqla bağlı bütün hərəkətlərin edilməsi üçün M.Ağcayevaya müvafiq etibarnamə də vermişdirlər. - xx.xx.2004-cü il tarixli Etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh 24 may 1995-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpağa dair sərəncamda dəyişiklik edilməsi, şəhadətnamə alması, özgəninkiləşdirilməsi ilə bağlı X5 etibarnamə vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) M a d d ə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Maddə 9. Torpaq üzərində dövlət mülkiyyəti Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Maddə 10. Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; .... Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. M a d d ə 23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının 25 iyun 1999cu il tarixli, 695-İQnömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) 65.5-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65.8-ci maddəsinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 43-cü maddəsinə əsasən 1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.
5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaqtəsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Hazırkı işin hallarından müəyyən edilir ki, “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt (sərəncam) mövcud olsa da, lakin həmin sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Bu səbəbdən iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı cavabdeh icra hakimiyyətinə müraciət etmişdir. Cavabdeh icra hakimiyyəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq qeyd etmişdir ki, sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmişdir. Həmin imtinanı əsassız hesab edən iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsinin ayrıldığı göstərilsə də, həmin torpağın yerləşdiyi ünvan və bununla bağlı digər rekvizitlər həmin Sərəncamda öz əksini tapmamışdır Həmçinin, həmin Sərəncamda fərdi yaşayış evinə dair tikililərin sərəncam qəbul edildiyi tarixdən 2 il ərzində həyata keçirilməsi və həmin müddətdə tikinti işlərinə başlanmazsa torpaq sahəsinin geri alınmasına dair bənd öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki , iddiaçı tərəfindən nəinki, həmin müddətdə fərdi yaşayış evinə dair tikinti işlərinin aparılması, ümumiyyətlə onun tərəfindən tikinti işlərinin aparılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, göstərilən torpaq sahəsində mövcud olan qeyri-yaşayış sahələrinə dair tikililərin isə 3-cü şəxs olan X5 aid olduğu məhkəmə tərəfindən müəyyən olunmuşdur Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəqiqliklə yerini bilmir və məhkəməyə təqdim etdiyi topaq sahəsi isə onun istifadəsində deyil. Qeyd edilən məsələlərin araşdırılması məqsədilə məhkəmə müvafiq sorğular vermiş və iş üzrə mübahisəli əraziyə yerli baxış (yerində müayinə) keçirmişdir. Əlavə olaraq işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi başqa fiziki şəxs (hazırkı iş üzrə üçüncü şəxs olan X6) tərəfindən istifadə olunur və həmin fiziki şəxs tərəfindən mişar daşı ilə tam hasara alınmış və hal-hazırda onun istifadəsinədir. Bu səbəbdən də, həmin torpaq sahəsinə daxil olmaq mümkün olmamışdır. Həmçinin məhkəmə tərəfindən sözügedən torpaq sahəsində üçüncü şəxsə məxsus uzun müddətli qeyri-yaşayış sahəsi olan tikililərin mövcudluğu müəyyən olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi 2003-cü il tarixdə X2 və sərəncamın icrası və digər işlərin icrası ilə bağlı üçüncü şəxsə iddiaçı tərəfindən etibarnamə verilmişdir. Eyni zamanda iş materiallarında olan İddiaçı tərəfindən verilmiş “İddianın etiraf edilməsi barədə” ərizədə də qeyd edilir ki, Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini 2003-cü il tarixdən X1 və həmin vaxtdan da torpaq sahəsi M.Ağcayevaya məxsus olduğu qeyd edilmişdir. İddiaçı üçüncü şəxslə aralarında heç bir mübahisə olmadığı və M.Ağcayevanın torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi və torpağa dair istifadə və sahiblik hüququnun tanınmasını etiraf etmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X4 mülkiyyətinə verilməsi barədə” xx.xx.2005- ci il tarixli 179 nömrəli Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin qərarı ilə vətəndaş X4 ərizəsi nəzərə alınaraq, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində olan 520 kv.m torpaq sahəsi üzün müddət istifadəsində olduğuna əsasən X4 adına alqı-satqı yolu ilə sənədləşdirilmişdir. Badamdar bələdiyyəsinin sədri tərəfindən X4 istifadəsində olan torpaq sahəsinin cizgisi tərtib edilərək təsdiq edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə əsasən iddiaçının mübahisəli torpaq sahəsinə dair torpağın yerləşmə cizgisinin (plan ölçü sxeminin) hazırlanaraq iddiaçıya verilməsini cavabdehdən tələb etmək hüququ yoxdur. Belə ki, torpaq sahəsi iddiaçıya Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamı ilə ayrılsa da, 1995-ci ildən keçən müddət ərzində torpaq sahəsinə yerləşmə cizgisinin (plan ölçü sxeminin) verilməsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il (28 il sonra) RİHə müraciət etmişdir ki, iddiaçının göstəridiyi torpaq sahəsi 2003-cü il tarixdən iddiaçının deyil, üçüncü şəxsin faktiki istifadəsindədir. Qeyd edilən hal iddiaçı tərəfindən iddianın etiraf ərizəsində və iş materiallarında olan digər sənədlərlə də sübuta yetirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, yerində müayinə zamanı da iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin ona məxsus olması barədə hər hansı mötəbər sənəd təqdim edilməmişdir Həmçinin, qeyd edilən torpaq sahəsinin üçüncü şəxsə satılması ilə bağlı Bələdiyyə qərarı və yerləşmə cizgisi mövcuddur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2-1(112)-2951/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2-1(112)-2951/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.