Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-222/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Bakı şəhər 24 saylı şəhər poliklinikası) “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(112)-2496/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2021-ci il tarixli “Diaqnoz əlaməti təyin edilməməsi barədə” qərarının etibarsız sayılması və ömürlük təyin edilmiş əlillik pensiyasının bərpa edilərək, verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.2010-cu il tarixdə təyin edilmiş əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəbrayıl rayon hərbi komissarlığından 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. 1-ci Qarabağ müharibəsi zamanı döyüş bölgəsində hərbi xidmət keçərkən 27 yanvar 1994-cü il tarixdə sağ kürək və sol gicgah nahiyyələrindən yaralanmışdır. Ona, aldığı kəllə-beyin travmasından, baş-beyin silkələnməsindən “asteno-nevrotik” diaqnozu qoyulmuşdur. Bakı şəhəri M.Nağıyev adına X7 Klinik Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Bu barədə Bakı şəhəri X7 klinik xəstəxanasından 1098 saylı çxarış, Cəbrayıl rayon hərbi komissarının 3/40 saylı xx.xx.2000-ci il tarixli arayışı, N saylı hərbi hissəsinin tibbi bölüyü tərəfindən ilk tibbi kartoçka Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmişdir. Qeyd olunan sənədlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Mərkəzi Hərbi Həkim Komissiyasının 72 saylı, xx.xx.1999-cu il tarixli qərarı ilə aldığı xəsarətlər “HƏRBİ TRAVMA” kimi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli Zona Tibb Sosial Ekspert Komissiyasının 886001 saylı arayışı, 2374 nömrəli xx.xx.2010-cu il tarixli müayinə aktına əsasən AR ƏBM-ilə əlaqədar ona müddətsiz əlillik verilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb Sosial Ekspert Komissiyası tərəfindən barəsində “Diaqnoz əlaməti təyin edilməməsi barədə” qərar qəbul edilmiş, pensiya verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X4” publik hüquqi şəxs Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs Bakı şəhər 24 saylı şəhər poliklinikası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinə 24 saylı şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları=> S06 - Kəllədaxili travma=> S06.8-Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Sağ kürək və sol kürək nahiyyələrinin qəlpə yaralarından sonra dəri çapıqları. Keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı astenonevrotik vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ kürək və sol kürək nahiyyələrinin qəlpə yaralarından sonra dəri çapıqları. Keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı asteno-.” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. 24 saylı şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1 : XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Sağ kürək və sol kürək nahiyyələrinin qəlpə yaralarından sonra dəri çapıqları. Keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı astenonevrotik vəziyyət; Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(112)-2496/2022 saylı qərarı ilə iddia təmin edilərək, iddiaçı xx.xx.1970-ci ildə Cəbrayıl rayonunda doğulmuş İddiaçı xx.xx.2010-cu il tarixdə təyin edilmiş əlillik dərəcəsinin (müddətsiz ikinci dərəcə) xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında heç bir mübahisənin mövcud olmadığını, belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Ttibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 5 avqust 2022-ci il tarixli, **********8 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətdiz ikinci dərəcə əlillik təyinatı barədə qərarın qüvvədə saxlanıldığını bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsiin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Ttibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 5 avqust 2022-ci il tarixli, **********8 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətdiz ikinci dərəcə əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən xx.xx.2010-cu il tarixdə təyin edilmiş əlillik dərəcəsinin bərpa edilməsi cavabdeh tərəfindən təmin edildiyindən tərəflər arasında mübahisə mövcud deyildir. Belə ki, xx.xx.2010-cu il tarixdə təyin edilmiş əlillik dərəcəsi (müddətsiz ikinci dərəcə) xx.xx.2021-ci il tarixdən bərpa edilməklə iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin verilməsi təmin edilmişdir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, yəni xx.xx.2010-cu il tarixdə təyin edilmiş əlillik dərəcəsi bərpa edildiyindən, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Bakı şəhər 24 saylı şəhər poliklinikası) “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-222/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-222/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver