Məhkəmə qərarları › İş №2-1(103)-2221/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2221/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2221/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X13 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, onun Binəqədi Rayon İcra Hakimiyyətində dövlət hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına qeydiyyata alınması və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın 2023-cü il noyabr ayının 1-dən hesablanması və ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli e-2-1(112)-1277/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın 2023-ci il noyabr ayının 01-dən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətində dövlət hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına qeydiyyata alınması və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın 2023-cü il noyabr ayının 1-dən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, istefada olan baş gizir, 20 ildən artıq müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz xidmət etmişdir. Belə ki, o, xx.xx.1997-ci ildən – xx.xx.1999-cu il tarixədək, xx.xx.2001-ci ildən – xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) həqiqi hərbi xidmətdə olmuş və yaşa görə (həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda) əsası ilə “baş gizir” hərbi rütbəsində AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, Vətən Müharibəsi iştirakçısıdır. Döyüş əməliyyatlarında fəal iştirak etdiyinə görə çoxsaylı dövlət təltiflərinə layiq görülmüşdür. Belə ki, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanının xx.xx.2023-cü il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “b” (yaşa görə) bəndi ilə AR Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmətdə olarkən mənzil, yaxud torpaqla təmin edilməmişdir. Ehtiyata buraxıldıqdan sonra ailə üzvləri olan həyat yoldaşı X11, övladları İzzət Ağayev, Əsma Ağayeva və Zəhra Ağayeva ilə birgə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 1, mənzil 90 ünvanında yerləşən mənzildə kirayədə yaşayırlar. Kirayə mənzildə yaşaması Cəlilabad rayonu, Kürdlər ərazi dəirəsi, Xanılı kəndin sakini (qeydiyyatda olan) X12 ilə aralarında 01 fevral 2023-cü il tarixdə bağlanmış (kirayə müqaviləsinin müddəti xx.xx.2026-cı ilədəkdir) və Cəlilabad rayonu xüsusi notariusu L.Fərəcov tərəfindən təsdiq edilmiş 3M-32 qeyd nömrəsi ilə informasiya sisteminə daxil edilmiş “mənzilin müvəqqəti istifadəyə verilməsi (kirayə) müqaviləsi” ilə təsdiq edilir. Həmin müqaviləyə görə o mənzil kirayəsinə görə mənzilin mülkiyyətçisinə ayda 450 (dörd yüz əlli) manat pul ödəyir. Qanunveriliciklə nəzərdə tutulmuş hüquqlarından istifadə edib, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın verilməsi məqsədi ilə 2023-cü ildə qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək zəruri sənədləri təqdim etmişdir. Müraciətinə imtina cavabı verilmişdir. Həmin məktubda “onun adına daşınmaz əmlakın olub olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X17 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsindən təqdim etdiyi 3-21-3-30/2-A0796- 8/2023/**********00 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0.2 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə JN-153 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Həmçinin həyat yoldaşı X5 adına Cəlilabad şəhəri, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Onun adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyytdan keçməsi və özünüzün və həyat yoldaşının adına mülkiyyət hüququ əsasında yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müraciəti əsasında məsələyə yenidən baxılacaq”. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin qanunvericiliklə nəzərdə tutulmuş ona ödənilməli olan müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsindən imtina edilməsini aşağıdakı göstərilən əsaslara və səbəblərə görə qanunsuz hesab edir. Məktubda qeyd olunan adına rəsmiləşdirilmiş 0.2 ha torpaq sahəsi Cəlilabad rayonu 1 saylı Dövlət notariusu F.Əkbərov tərəfindən təsdiq edilmiş və “Torpaq sahəsinin bağışlanması haqqında” 09 iyun 2011-ci il tarixli, Reyestr 4Ə-175 №-li müqaviləyə əsasən onun tərəfindən atası X3 bağışlanılmışdır. (özgəninkiləşdirilmişdir). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində 329 nömrəli reyestr kitabının 29 №-li qeydiyyat vərəqəsinə əsasən Cəlilabad rayonu, Kürdlər kəndində olan 0.2 ha torpaq sahəsinə mülkiyyət hüququ 01 noyabr 2023-cü il tarixdə atası X2 adına rəsmiləşdirilmişdir. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin 865 saylı, xx.xx.2023-cü il tarixli Arayışına əsasən o Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 02/221 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Həmçinin, Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondunun 07 avqust 2023-cü il tarixli məktublarına əsasən onun, həyat yoldaşı Günel Ağayevanın, övladı İzzət Ağayevin adına Fondun mövcud informasiya sistemində ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Əlavə olaraq, o və ailə üzvləri qardaşı X1 mülkiyyyətində olan ünvan 2 ünvanında olan mənzilində qeydiyyatdadırlar. O, ailəsi ilə birlikdə Bakı şəhəri Yasamal rayonunda yuxarıda qeyd etdiyi ünvanda mənzil kirayəsi müqaviləsi əsasında yaşayırlar. Binəqədi rayon İcra Hakimiyyətinin onun mülkiyyətində olmayan Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0,2 ha yaşayış mənqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mövcud olması və həyat yoldaşı X5 rəsmilləşdirilmiş 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin olması səbəbi ilə müvəqqəti mənzil kirayəsi xərclərinin əvəzinə kompensasisyanın ödənilməsindən imtina edilməsini qanunsuz və əsassız hesab edir. Çünki ilk növbədə qeyd etdiyi kimi, imtina məktubunda qeyd edilən torpaq sahəsi onun tərəfindən özgəninkiləşdirilmişdir. Bundan əlavə, hər hansı bir normativ hüquqi aktda (qanunda, sərəncamda, fərmanda, qərarda) kompensasiyanın ödənilməsi üçün Respublikasının ərazisində hərbi qulluqçunun həyat yoldaşının (ailə üzvünün) torpağın adına mövcud olmaması tələbi nəzərdə tutulmamışdır. Binəqədi rayon İcra Hakimiyyətinin bu tələbi əsassızdır, çünki yaşadığı və qeydiyyatda olduğu ünvan üzrə ərazidə onun və ailə üzvlərinin adına hər hansı bir daşınmaz əmlak yoxdur. Binəqədi rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən özbaşınalıq nümayiş etdirirərək əsassız olaraq, müxtəlif bəhanələrlə ona kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Bununla da, onun Konstitusiyanın 68-ci maddəsi (Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ) ilə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh etirazını onunla əsalandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli 5-10/1-A- 159-068/2024 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. Həmçinin, vətəndaşın onun adına daşınmaz əmlakın olubolmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyi 3-21-3-30/2-A0796-8/2023 **********00 saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunmuşdur ki, Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0.2 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixində JN-153 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Həmçinin, həyat yoldaşı X5 adına Cəlilabad şəhəri, Ü.Hacıbəyov küçəsində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçının adının dövlət hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi və özünün və həyat yoldaşının adına mülkiyyət hüququ əsasında yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi olduğundan onun mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi mümkün olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququnun olmasını müəyyən edir. Bu isə o deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (yaşayış sahəsinə və torpaq sahəsinə) malik olub-olmamaları yoxlanılmalıdır. Bu səbəbdən də, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə ilk olaraq onlardan adlarına Azərbaycan Respublikası üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olub-olmaması barədə arayışın təqdim olunması xahiş olunur. Qüvvədə olan Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Bu o deməkdir ki, vətəndaşın adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi mövcud olduqda, o mənzil növbəsinə götürülə bilməz. İddiaçının və həyat yoldaşının adına isə adına yaşayış məntəqələri torpaqlarına aid torpaq sahələri mövcuddur. İddiaçı Müdafiə Nazirliyində artıq mənzil növbəsindədir. Rayon İcra Hakimiyyəti iddiaçıya kirayə pulu ödəmək üçün ilk olaraq vətəndaşı mənzil növbəsinə götürməlidir. Bir vətəndaşın isə iki qurum tərəfindən mənzillə təmin olunması qanunvericiliyə uyğun deyildir. Belə ki, yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülmüş vətəndaşlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunurlar. Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüş şəxslər isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin olunur. Bir vətəndaş bir dövlət qurumu tərəfindən mənzillə təmin olunur. Bu səbəbdən də, bir şəxs iki qurum tərəfindən mənzil növbəsinə götürülə bilməz. İddiaçının müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsindən imtina olunması hal-hazırda mülkiyyət hüquqları əsasında özünün və həyat yoldaşının adına torpaq sahələrinin mövcud olması və Müdafiə Nazirliyində dövlət hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi ilə bağlı olmuşdur. Hesab edirlər ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. İddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli e-2-1(112)-1277/2025 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon İcra Hakimiyyəti iddiaçıya kirayə pulu ödəmək üçün ilk olaraq vətəndaşı mənzil növbəsinə götürməlidir. Bir vətəndaşın isə iki qurum tərəfindən mənzillə təmin olunması qanunvericiliyə uyğun deyildir. Belə ki, yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülmüş vətəndaşlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunurlar. Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüş şəxslər isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin olunur. Bir vətəndaş bir dövlət qurumu tərəfindən mənzillə təmin olunur. Bu səbəbdən də, bir şəxs iki qurum tərəfindən mənzil növbəsinə götürülə bilməz. Vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətinə təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2- A0796-8/2023 **********00 saylı xx.xx.2023-cü il tarixli arayışna əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tarixində xx.xx.2006-cı il tarixində JN-153 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmiş və onun Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0.2 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ müəyyən edilmişdir. Həmçinin İddiaçı həyat yoldaşı X5 adına Cəlilabad şəhəri, Ü.Hacıbəyov küçəsində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətində olaraq qalır. Vətəndaşın təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, onun həyat yoldaşının adına olan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaq sahəsinə aiddir. Bu isə o deməkdir ki, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisini həyata keçirtmək olar. Tərəflərin iştirakı: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçının həyat yoldaşı X5 adına olan Cəlilabad şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə özgəninkiləşdirilmişdir. Bu da o anlama gəlir ki, Mənzil məcəlləsinin 52-ci maddəsinə əsasən, şəxs öz vəziyyətini qəsdən pisləşdirdiyi üçün iddiaçı yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyi vaxtdan beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilməz. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçı mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına qeydiyyata alınması və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. - 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.1997-ci ildən – xx.xx.1999-cu il tarixədək, xx.xx.2001-ci ildən – xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) həqiqi hərbi xidmətdə olmuş və yaşa görə (həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda) Quru Qoşunların komandanının xx.xx.2023-cü il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “b” (yaşa görə) AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi qulluqçu kimi 20 ildən çox xidmət ili vardır. o və ailə üzvləri qardaşı X1 mülkiyyyətində olan ünvan 2 ünvanında olan mənzilində qeydiyyatdadır, hazırda ailəsi ilə birlikdə ünvan 5 ünvanında kirayədə yaşayır. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin 865 saylı, xx.xx.2023-cü il tarixli Arayışına əsasən o Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmişdir.Ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, qanunvericilik normaların birgə təhlinindən aydın olur ki, müvafiq kateqoriya hərbi qulluqçuların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunubolunmaması (torpaq sahəsi verilib-verilməməsi), əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. Yuxarıda sadalanan qanunvericilik normalarında mənzillə təmin edilmək hüququna malik olan hərbi qulluqçuların kateqoriyası aşağıdakı kimi təsbit edilmişdir:

1. 15 təqvim ili və daha çox xidmət edən və xidmətini davam etdirən hərbi qulluqçular;

2. 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular;

3. Xidmət müddətindən asılı olmayaraq yaşa, xəstəliyə, ştatların ixtisarına (5 il xidmət etməsi şərtilə) və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular. Konstitusiya Məhkəməsinin Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə özünün hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçununöz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət 4 hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” İş materiallarından görünür ki: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşıdır. -AZ-İİ seriyalı 298263 №-li “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı və X11 arasında xx.xx.2003-cü ildə nikah bağlanmışdır. -İddiaçıya məxsus AO seriyalı ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı “Hərbi Xİdmətkeçmə haqqında” Əsasnamənin “156” maddəsinin “b” bəndinə əsasən (yaşa görə) və 164-cü maddəsinə əsasən müvafiq olaraq geyim forması daşımaq hüququ verilməklə ehtiyyata buraxılmışdır -İddiaçı tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Fizulinin azad olunmasına görə” medalı və “Xocəvəndin azad olunmasına görə” medalının surətləri məhkəməyə təqdim edilmişdir. -xx.xx.2023-cü il tarixli “mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsin müqaviləsinin (kirayə müqaviləsi) surətindən görünür ki, kirayə verən - X12 Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 1, mənzil 90 ünvanında yerləşən mənzili kirayəçi – İddiaçı kirayəyə vermişdir. -DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X7 adına Respublikası ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2023cü il tarixli, 865 №-li arayşından görünür ki, ehtiyatda olan baş gizir İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və onun adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmişdir. -Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02/221 №-li arayışından görünür ki, İddiaçı adına Binəqədi rayonu Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri Bələdiyyəsi tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********64 №-li məktubundan görünür ki, X5 adına Cəlilabad şəhəri, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X21 və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına (ümumibirgə pay) Cəlilabad rayonu, Kürdlər kəndində 3.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-29 nömrəli xx.xx.1999cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sözügedən torpaq sahəsi Cəlilabad rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə736 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********31 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0.2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyatdan keçmişdir . -Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli, 3-16-5/6-13-A-189-6/23 nömrəli məktubundan görünür ki, “Torpaq sahəsini bağışlanması haqqında” 09 iyun 2011-ci il tarixli müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Sözügedən müqaviləsinin dublikatı üzərində müvafiq qeydiyyat aparılmaqla İddiaçı təqdim edilmişdir. “Torpaq sahəsini bağışlanması haqqında” 09 iyun 2011-ci il tarixli müqavilənin dublikatından görünür ki, X4 – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkıın Dövlət Reyestr Xidməti Cəlilabad rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il tarixli 23/693 nömrəli arayışa əsasən Cəlilabad rayonu Kürdlər kəndində yerləşən 0.20 ha torpaq sahəsini doğma atası X3 bağışlamışdır. Bağışlanılan torpaq sahəsi – Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Cəlilabad rayon Torpaq şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 153 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı məxsus olmuşdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********98 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü ildə X6 adına qeydiyyatdan keçmişdir -DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X5 adına Respublikası ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. -İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2023-cü il tarixli 12-3/2-A-1398-25- 1397/2023 nömrəli məktubundan görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində X9 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2023-cü il tarixli 12-3/2-A-1397-25- 1396/2023 nömrəli məktubundan görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində X8 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. --İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2023-cü il tarixli 12-3/2-A-1399-25- 1398/2023 nömrəli məktubundan görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərinin əsası kimi iki halı qeyd etmişdir:

- Bir şəxs iki qurum tərəfindən mənzil növbəsinə götürülə bilməz.

- İddiaçının həyat yoldaşının adına torpaq sahəsi mövcuddur.

Cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edən kollegiya qeyd edir ki, istinad olunan qanunvericilik normalarına əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış “yaşayış sahəsi olmayan” hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi üçün mənzil növbəsinə götürülməsi və müvəqqəti kirayə xərclərinin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqanın imtinasının və hazırda da apellyasiya şikayətinin dəlili iddiaçının adının dövlət vəsaiti həsabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında olması təşkil edir. Apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülsə də, onun hazıradək mənzillə təmin edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması ilə də bu hal təsdiqini tapmamışdır. Belə olan halda, kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqanın göstərdiyi dəlillər iddiaçının 5 nəfər ailə tərkibi ilə mənzil uçotuna götürülməsindən imtina üçün əsas ola bilməz. Həmçinin məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, cavabdehin apellyasiya şikayətindəki dəlili onu “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı irəli müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. İddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn tələb hüququ vardır. Qanunda qadağanedici norma nəzrədə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar mübahisələr üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi məhz yuxarıda qeyd edilən kimi olmuşdur (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2569/2023 saylı qərarı). Belə ki, həmin məhkəmə qərarının məzmunundan da göründüyü kimi, kollegiyanın qənaəti o istiqamətdə olmuşdur ki, mövcud vəziyyətdə sosial müdafiəyə ehtiyacı olan şəxsin bir inzibati orqan tərəfindən mənzil növbəsinə götürülməsi digər inzibati orqanı qanunla müəyyən edilmiş öhdəliklərdən azad etmir. Digər mübahisəli məqama münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da aydın görünür ki, cavabdehin iddia etdiyi iddiaçıya məxsus 0.2 ha sahəsi “Torpaq sahəsinin bağışlanması haqqında” 09 iyun 2011-ci il tarixli, Reyestr 4Ə-175 №-li müqaviləyə əsasən onun tərəfindən atası X3 bağışlanılmışdır. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində 329 nömrəli reyestr kitabının 29 №-li qeydiyyat vərəqəsinə əsasən Cəlilabad rayonu, Kürdlər kəndində olan 0.2 ha torpaq sahəsinə mülkiyyət hüququ 01 noyabr 2023-cü il tarixdə atası X2 adına rəsmiləşdirilmişdir. Bundan başqa cavabdehin iddia etdiyi iddiaçının həyat yoldaşı X8 məxsus 0.6 ha torpaq sahəsinə münasibətdə kollegiya qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********98 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü ildə X6 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, hal-hazırda nə iddiaçının, nə də ki, həyat yoldaşının adına daşınmaz əmlak qeydiyyatı mövcud deyildir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin mübahisələndirdiyi torpaq sahələri iddiaçının qeydiyyatda olduğu Bakı şəhəri ərazisində deyil, Cəlilabad rayonunda yerləşirdi. Həmçinin məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, cavabdehin səlahiyyətli nümayəndəsinin şifahi məhkəmə baxışı zamanı Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edərək vətəndaşın öz vəziyyətini qəsdən pisləşdirməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, hazırki işlə bağlı xüsusi norma (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı) mövcud olduğundan cavabdehin qeyd etdiyi ümumi norma (Mənzil Məcəlləsinin 52-ci maddəsi) bu mübahisəyə münasibətdə tətbiq edilə bilməz. Belə ki, hüquq nəzəriyyəsinə əsasən xüsusi norma ümumi normadan daha üstündür. Məhkəmə kollegiya hesab edir ki, hazırkı tələb üzrə iddiaçı yaşa görə, yəni öz iradəsindən asılı olmayan səbəbdən hərbi xidmətdən ehtiyata buraxılmış və 15 ildən artıq xidmət ili olan hərbi qulluqçu olduğundan, özünün və ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsi təyinatlı daşınmaz əmlak aşkar edilmədiyindən, beləliklə də, sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olduğundan yuxarıda sadalanan normaların təsir dairəsinə düşür və bu səbəbdən onun ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün “qanuni gözləntisi” vardır. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, birinci instansiya məhkəməsi kirayə xərclərinin 2023-cü il noyabr ayından ödənilməsi barədə qərara gəlməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından aydın görünür ki, iddiaçı inzibati orqana ilkin olaraq xx.xx.2023-cü il tarixdə müraciət etmiş, inzibati orqan 23 oktyabr 2023-cü il tarixli məktubla müraciətə imtina cavabı vermiş, iddiaçı daha sonra məhkəmədə iddia qaldırmışdır. Onu da məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı inzibati orqana müraciət zamanı, həmçinin məhkəmədə iddia qaldıran zamanı xx.xx.2023-cü il tarixli kirayə müqaviləsini də əlavə etmişdir. Kirayə müqaviləsinin xx.xx.2026-cı ilədək qüvvədə olduğu qeyd edilmişdir. Beləliklə, Məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarının məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı işin hallarından da göründüyü kimi, iddiaçı həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxsdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir, bu səbəbdən, şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli e-2-1(112)-1277/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli e-2-1(112)-1277/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar