Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2222/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-3713/2013 saylı, 30 oktyabr 2013-cü il tarixli qərarında yol verilmiş yanlışlığın düzəldilməsi barədə ərizənin təmin edilməməsi haqqında Bakı İnzibati Məhkəməsinin 2inz(81)-3713/2013 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X1 Valeh Məhərrəm oğlunun adına verdiyi, 01 iyul 2007-ci il tarixli 070 saylı Qərarı və 000354 saylı qəbzi əsasında ayrılmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi üçün, alqı-satqı müqaviləsinin bağlanmasının Cavabdehnə həvalə edilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 3713/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, X1 Valeh Məhərrəm oğlunun adına verdiyi, 01 iyul 2007-ci il tarixli 070 saylı Qərarı və 000354 saylı qəbzi əsasında ayrılmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi üçün, alqı-satqı müqaviləsinin bağlanmasının Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qərarda yol verilmiş yanlışlığın düzəldilərək, “xx.xx.2007-ci il tarixli, 070 saylı qərarı" sözlərinin “xx.xx.2005-ci il tarixli, 072 saylı qərarı” sözləri kimi qeyd olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və ərizə onunla əsaslandırılmışdır ki, qərar uzun müddət icra edilməmiş, hazırda bununla bağlı müraciətlərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən bildirilmişdir ki, məhkəmə qərarında göstərilən bələdiyyə qərarının nömrə və tarixi təqdim edilmiş bələdiyyə qərarının nömrə və tarixindən fərqlidir. Məlum olmuşdur ki, Bələdiyyə ərazisində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qərarın tarixi “01 iyul 2005-ci il tarixli, 072 saylı” olsa da, məhkəmə qərarında texniki səhvə yol verilərək “01 iyul 2007-ci il tarixli 070 saylı” göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2inz(81)-3713/2013 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iş üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2inz(81)-3713/2013 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini, texniki yanlışlığın aradan qaldırılması ilə bağlı ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixli torpaq alqısatıqısına dair ödənişlə və 01 iyul 2005-ci il tarixli, 072 saylı qərar ilə ünvan 2 ünvanda yerləşən torpaq sahəsi İddiaçı verilmişdir. Məhkəmə qərarındakı texniki səhv ilə bağlı sonradan verilmiş məhkəmə sorğusunda 070 saylı, 01 iyul 2007-ci il tarixli qərar qeyd edildiyindən məlumat bazasında mövcud olmaya bilərdi, çünki iddiaçıya ayrılmış torpaq sahəsinə dair qərar xx.xx.2005-ci il 072 saylı idi, yəni sorğunun özündə belə qərarın tarixi səhv qeyd edilmişdir. Ümumiyyətlə, bələdiyyələrdə arxiv sənədlərinin saxlanması təmin edilmədiyi üçün V. Xəlilov məhkəmə qərarı ilə sənədin verilməsini xahiş etmişdir. İkincisi, məhkəmə sübutları araşdırmadan düzəliş etməli idi ki, məhkəmə əksinə olaraq qanuni qüvvəsini almış və icra edilmiş məhkəmə qərarı ilə bağlı sorğu vermiş və sübutları araşdırmışdır. Üçüncüsü, sübutları araşdırsa belə iş materiallarında torpaq sahəsinin alqısatqısı barədə qərar 01 iyul 2005-ci il tarixli, 072 saylı idi. Yəni Qərarın qəbul etmiş hakimə təqdim olunmuş alt sənədlərə diqqət etdikdə məlum olur ki, hansı qərar və hansı ünvandakı torpaq sahəsi ilə bağlı ərizəyə baxılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ərizəni və apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Lakin cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən, məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. Məhkəmə qərarının mətninə düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz. Beləliklə məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair 1 saylı Bakı İnzibati Məhkəməsinin 2inz(81)-3713/2013 saylı, 30 oktyabr 2013-cü il tarixli qərarında yol verilmiş yanlışlığın düzəldilməsi barədə ərizənin təmin edilməməsi haqqında Bakı İnzibati Məhkəməsinin 2inz(81)-3713/2013 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadından şikayətin verməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İPM-in 76, 77 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair 1 saylı Bakı İnzibati Məhkəməsinin 2inz(81)-3713/2013 saylı, 30 oktyabr 2013-cü il tarixli qərarında yol verilmiş yanlışlığın düzəldilməsi barədə ərizənin təmin edilməməsi haqqında Bakı İnzibati Məhkəməsinin 2inz(81)-3713/2013 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2222/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2222/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver