Məhkəmə qərarları › İş №2-1(103)-2223/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2223/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2223/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı həqiqətən də xx.xx.1981-ci il tarixində 29 nömrəli Bakı Texniki Peşə Məktəbinin "Kimya analiz laborantı işini bacarmaqla əmtəə operatoru” ixtisasına qəbul olmuş və xx.xx.1984-cü il tarixində həmin ixtisası əyani formada bitirmişdir. 410324 nömrəli diploma əsasən iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə qədər 29 nömrəli peşə məktəbində təhsil almışdır. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən iddiaçı xx.xx.1984-cü ildən xx.xx.2003-cü ilə qədər X7 2 №-li sexdə aparatçı, xx.xx.2011- ci ildən xx.xx.2013-cü ilə qədər 226 nömrəli orta məktəbdə kiçik xidməti işçi, xx.xx.2020- ci ildən xx.xx.2022-ci ilə qədər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı MTCM-də aparıcı mütəxəssis (kargüzar) işləmişdir. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ünvanlayaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışında xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin 2 nömrəli sexində iddiaçının aparatçı vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı sözügedən müəssisədə xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1992xx.xx.1995-ci il, 23 09.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 10 il 8 ay 18 gün) iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdiq edilib. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddətin iş stajına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən az (13 il 8 ay 23 gün (xx.xx.1981-xx.xx.1984-cü il və xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər və 2006-2022-ci il tarixləri üzrə 2 il 9 ay) təşkil edir. Eyni zamanda, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi güzəştli iş stajı 10 ildən az (8 il 19 gün (xx.xx.1984- xx.xx.1989-cu il, xx.xx.1991xx.xx.1992-ci il və xx.xx.1995-xx.xx.1997-ci iİ tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Beiə ki, 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 9797,88 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq əmək kitabçasında və 03 aprel 2023-ci il tarixli 01 saylı arayışda qeyd olunan illərin güzəştli sosial sığorta stajına daxil edilməklə 55 yaşının tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi va pensiya təyin edilərkən yaranmış məbləğin fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildən xx.xx.2003cü ilədək Azərbaycan SSR Elmlər Akademiyası NKPİ Təcrübə-Sənaye Zavodunun 2 saylı sexində “aparatçı” vəzifəsində işləmişdir. İşlədiyi vəzifə güzəştli şərtlərlə əmək pensiyası hüququ verərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı Əlavənin Vlll bəndinin A.l yarımbəndinin 1080A00-17541 vəzifə koduna və 2 saylı Əlavənin Хİİ bəndinin 3.1.a yarımbəndinin 2130301a-10065 vəzifə koduna uyğun olmuşdur. İşlədiyi dövr üzrə sosial sığorta (əmək) stajı - 18 il 09 ay 12 gün təşkil etmişdir. Yaşa görə (55 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur) güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdehə rəsmi müraciətinə xx.xx.2023-cü il tarixli məktubla (həmin məktub ona rəsmi poçt qəbzinə imza etməklə xx.xx.2023-cü il tarixdə təqdim edilmşdir) imtina cavabı verilmiş, imtinanın əsası kimi bildirlmişdir ki, güzəştli şərtlərlə işlədiyi dövr az olduğundan və fərdi hesabının sığorta hissəsində qeyd olunan pensiya kapitalı az oldugundan pensiya təyin edilməsi mümkün hesab edilməmişdir. O, bununla razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinin tələbinə görə isə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Eyni zamanda, cavabdeh tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixinədək Bakı Texniki Peşə Məktəbinin “kimya analiz laborantı işini bacarmaqla əmtəə operatoru” ixtisasına yiyələnmiş, bununla bağlı ona peşə ixtisasını təsdiq edən diplom verilmişdir. Qeyd edilən təhsil illəri də sığorta (əmək) stajına daxil edilməli idi. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”nın “kimya istehsalatı” adlanan 8.1.1-ci bölməsində “kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri” və “neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlanan 10.5.1-ci bölməsində “konsistent yağlayıcıların istehsalı”na cəlb edilmiş şəxslər yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilən şəxslər kateqoriyasına aid edilmişdir. Məhz bu əsaslarla da hesab edir ki, hazırki iddia təmin edilməklə iddiaçının əmək kitabçasında və 03 aprel 2023-ci il tarixli 01 saylı arayışda qeyd olunan illərin güzəştli sosial sığorta stajına daxil edilməklə 55 yaşı tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə iddiaçıya əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğin fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatma (55 yaş), 2) azı 20 il sığorta stajı, 3) stajın 10 ilinin əmək şəraiti zərərli və ağır işlərə aid olması, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.İkinci, üçüncü və dördüncü şərtlərə münasibətdə qanunvericiliyin tələbləri ödənilmir. İkinci şərtə münasibətdə: iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışına əsasən, onun xx.xx.1984- xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin 2 saylı sexində aparatçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən sözügedən müəsissədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1995ci il, xx.xx.1997-xx.xx.2003- cü il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 10 il 08 ay 18 gün) öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr, b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü: c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr, ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən, ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır (Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1 (102)- 1527/2021 nömrəli qərarı (42-ci bənd), xx.xx.2022-ci il tarixli, 2-1(102)-1100/2022 nömrəli qərarı (28-ci bənd). Yuxanda qeyd olunanlara əsasən müəyyən olunur ki, məzuniyyət hüququ verən əmək stajına öz hesabına (ödənişsiz) məzuniyyətdə olduğu dövr daxil edilmir. Belə olan halda, İddiaçı ümumi iş stajı 20 ildən az (13 il 08 аү 23 gün (xx.xx.1981-xx.xx.1984-cü il və xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər və 2006-2022-ci il tarixləri üzrə 02 il 09 ay) təşkil edir. Üçüncü şərtə münasibətdə: Yuxarıda qeyd edilənlərə uyğun olaraq güzəştli iş stajı 10 ildən az (08 il 19 gün (xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Dördüncü şərtə münasibətdə: İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində geydə alınmalı olan pensiya kapitalının aşağı həddi 45600.00 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan penşiya kapitalı cəmi 9788 manat təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ vermək üçün tələb olunan ümumi əmək stajı və güzəştli əmək stajı, habelə sığorta kapitalı mövcud deyildir. Belə ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1984-cü ildən xx.xx.2003-cü ilə qədər X7 2 nömrəli sexdə aparatçı, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilə qədər 226 nömrəli orta məktəbdə kiçik xidməti işçi, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə qədər Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 1 saylı MTCM-nə aparıcı mütəxəssis (kargüzar) işləməsi göstərilsə də cavabdehin və “X9” MMC-nin əməkdaşları tərəfindən imzalanmış akta, iddiaçının şəxsi vərəqinə, habelə “AMEA X11” MMC-nin məhkəməyə ünvanlanmış məktubuna əsasən iddiaçı xx.xx.1989 - xx.xx.1991, xx.xx.1992 - xx.xx.1995, xx.xx.1997 - xx.xx.2003-cü il dövrlərində ödənişsiz məzuniyyətdə olmuşdur, həmin dövrlərdə iddiaçı işləməmiş, əmək haqqı almamış və məcburi dövlət sosial sığorta ödənişlərinə cəlb olunmamışdır. Belə olan halda iddiaçının ümumi əmək stajı cəmi (işlədiyi 16 il 5 ay və 2 il 11 ay 1 gün təhsil aldğı dövr) 19 il 4 ay 1 gün təşkil edir ki, bu da qanunvericiliklə nəzərdə tutulmuş müddətdən azdır. Eyni zamanda iddiaçının güzəştli iş stajı da 10 ildən (8 il 19 gün (xx.xx.1984- xx.xx.1989-cu il, xx.xx.1991xx.xx.1992-ci il və xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) azdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, xx.xx.1981ci il tarixdən xx.xx.1984-cü il tarixinədək Bakı Texniki Peşə Məktəbinin “kimya analiz laborantı işini bacarmaqla əmtəə operatoru” ixtisasına yiyələnmiş, bununla bağlı mənə Д nömrəli 410321 olan və peşə ixtisasını təsdiq edən diplom verilməsi və qeyd edilən təhsil illəri sığorta (əmək) stajına daxil edilməli idi. Bunu İnzibati Məhkəmə nəzərə almamışdır. Həmçinin, məhkəmənin istinad etdiyi “AMEA X11” MMC-nin xx.xx.1989 - xx.xx.1991, xx.xx.1992 - xx.xx.1995, xx.xx.1997-xx.xx.2003-cü il dövrlərində ödənişsiz məzuniyyətdə olmağı və bununla əlaqədar həmin dövrlərdə işləməməyi, əmək haqqı almamağı və məcburi dövlət sosial sığorta ödənişlərinə cəlb olunmamağı, bir vətəndaş olaraq onun məsuliyyəti və ya səhvi deyil, ümumiyyətlə həmin Müəssisənin yanlışıdır. Bu hal heç də ona əsas verə bilməzdi ki, həm də bu əsasla iddiası rədd olunsun. Yəni, onunla yanaşı bütün əməkdaşlar Müəssisə tərəfindən öz hesabına məsuniyyətə buraxılmışdır. Buna görə əmək stajının hesablanmaması onun günahı deyildir. Müəssisə özü işləməmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-261/2025 saylı qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz imtina məktubunun məzmununa uyğun əsaslandıılmış və əlavə olaraq bildirilmişdir ki, iddia tələbi üzrə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “əmək kitabçasında və 03 aprel 2023-ci il tarixli 01 saylı arayışda qeyd olunan illərin güzəştli sosial sığorta stajına daxil edilməklə 55 yaşının tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi va pensiya təyin edilərkən yaranmış məbləğin fərqinin hesablanaraq birdəfəlik ödənilməsi” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən iddiaçının ümumi iş stajının 20 ildən az (13 il 8 ay 23 gün (xx.xx.1981-xx.xx.1984-cü il və xx.xx.1984xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər və 2006-2022-ci il tarixləri üzrə 2 il 9 ay), güzəştli iş stajının 10 ildən az (8 il 19 gün (xx.xx.1984- xx.xx.1989-cu il, xx.xx.1991xx.xx.1992-ci il və xx.xx.1995-xx.xx.1997-ci iİ tarixləri arasındakı dövrlər) təşkil etməsinə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad edərək tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun tələbi təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi və güzəştli iş stajının olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırki işdə iddiaçı 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinə olan (iddiaçının pensiya hüququnun yaranmasını iddia etdiyi xx.xx.2021-ci ildə qüvvədə olan) redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) 20 il ümumi iş stajı; 2) 10 il güzəştli iş stajı; 3) əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını, təhsil haqqında sənədi və müvafiq güzəştli arayışı təqdim etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı həqiqətən də xx.xx.1981-ci il tarixində 29 nömrəli Bakı Texniki Peşə Məktəbinin "Kimya analiz laborantı işini bacarmaqla əmtəə operatoru” ixtisasına qəbul olmuş və xx.xx.1984-cü il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Həmçinin 410324 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə qədər 29 nömrəli peşə məktəbində təhsil almışdır. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən iddiaçı xx.xx.1984-cü ildən xx.xx.2003-cü ilə qədər X7 2 №-li sexdə aparatçı, xx.xx.2011- ci ildən xx.xx.2013-cü ilə qədər 226 nömrəli orta məktəbdə kiçik xidməti işçi, xx.xx.2020- ci ildən xx.xx.2022-ci ilə qədər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı MTCM-də aparıcı mütəxəssis (kargüzar) işləmişdir. “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən X1 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 2 saylı sexdə aparatçı vəzifəsində xx.xx.1984- cü ildən xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 18 il 9 ay 12 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilə qədər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər divinil-stirol oliqomeri lakın istehsalından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 1993-cü tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİİ bəndinə/A.1 yarımbəndinə və 1080A00- 17541 vəzifə koduna və xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək konsistent yağlayıçıların istehsalından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993сü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının Xİİ bəndinə/3.1.а yarımbəndinə və 2130301a-10065 vəzifə koduna uyğundur. Qeyd: AR Əmlak Məsələləri Dövlət Komitəsinin 277 №li, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən AMEA NKPİ Təcrübə - Sənaye Zavodu yenidən təşkil edilərək "xxxx" MMC-yə çevrilmiş və xx.xx.2018ci il tarixində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı onun 55 yaşının tamam olduğu tarixə qanunla tələb olunan 20 ildən artıq ümumi iş stajının mövcudluğuna istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmiş, lakin cavabdeh qurum tərəfindən tələbi təmin olunmamışdır. Belə ki, cavabdeh inzibati orqanın əsas imtina dəlilləri onunla bağlı olmuşdur ki, “iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışında xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin 2 nömrəli sexində iddiaçının aparatçı vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı sözügedən müəssisədə xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1992xx.xx.1995-ci il, 23 09.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 10 il 8 ay 18 gün) iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdiq edilib. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddətin iş stajına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən az (13 il 8 ay 23 gün (xx.xx.1981-xx.xx.1984-cü il və xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər və 2006-2022-ci il tarixləri üzrə 2 il 9 ay) təşkil edir. Eyni zamanda, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi güzəştli iş stajı 10 ildən az (8 il 19 gün (xx.xx.1984- xx.xx.1989-cu il, xx.xx.1991xx.xx.1992-ci il və xx.xx.1995-xx.xx.1997-ci iİ tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 9797,88 manat təşkil edir.” Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsinə əsasən əmək haqqı saxlanılmadan məzuniyyət ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər (4, 6). 1 sentyabr 2000-ci il taixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; ... 54-cü maddəsinə əsasən əmək şəraitinin təmin edilməsi 1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar 1. İşəgötürən tərəfindən: ... məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 111-ci maddəsinə əsasən məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. 2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. 112-ci maddəsinə əsasən məzuniyyətin növləri 1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ... ç) ödənişsiz məzuniyyət. 128-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətdən istifadə hüququ qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi:

1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. 169-cu maddəsinə əsasən boşdayanma vaxtı əməyin ödənilməsi:

1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Cavabdehin və “X9” MMC-nin əməkdaşları tərəfindən imzalanmış akta əsasən Azərbaycan Milli Elmlər Akademiyasının “X9” MMC-nin arxivində saxlanılan İddiaçı aid əmək haqqı cədvəllərinə T-2 şəxsi hesabına baxış zamanı onun aşağıda qeyd olunan dövrlərdə öz hesabına məzuniyyətdə olduğu müəyyən olundu: xx.xx.1989 – xx.xx.1991, xx.xx.1992-xx.xx.1995, xx.xx.1997-xx.xx.2003. Azərbaycan Milli Elmlər Akademiyası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin birinci instansiya məhkəməsinin sorğusuna cavab məktubuna əsasən arxiv sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, sorğuda göstərilən xx.xx.2023-ci il tarixli yoxlama aktının əsasını təşkil edən sənədlərdən yalnız Laləzar Cəfərovanın işə qəbul barədə əmri, T-2 şəxsi hesab vərəqəsi (sürətləri əlavə olunur) və əmək haqqı cədvəlləri vardır (cədvəllər böyük olduğundan sürətini əlavə etmək mümkün deyil). Əmək haqqı cədvəllərində Laləzar Cəfərovaya aid xx.xx.1997-ci ildən hər hansı ödəniş barədə qeydlər olmadığına görə öz hesabına məzuniyyətdə olduğu güman edilir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə aparılan yoxlama zamanı “01" saylı arayış ləğv olunmuş və müəssisə tərəfindən DSMF-nin əməkdaşlarına “04” saylı, 04 aprel 2023-ci il tarixli arayış təqdim edilmişdir, Azərbaycan Milli Elmlər Akademiyası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin məktubuna əlavə edilmiş xx.xx.1984-cü il tarixli, 127/k nömrəli əmrə əsasən iddiaçı Cəfərova (hazırda Bünyadova) Laləzar Nəriman qızı 2 №-li sexə xx.xx.1984-cü ildən aparatçı peşəsinə işə götürülmüşdür, iddiaçının şəxsi vərəqəsinə əsasən iddiaçı xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər, xx.xx.1989-cu ildən xx.xx.1991ci ilə qədər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə qədər, xx.xx.1997-ci ildən sonra öz hesabına məzuniyyətdə olmuşdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1984-cü ildən xx.xx.2003-cü ilə qədər X7 2 nömrəli sexdə aparatçı, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilə qədər 226 nömrəli orta məktəbdə kiçik xidməti işçi, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə qədər Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 1 saylı MTCM-nə aparıcı mütəxəssis (kargüzar) işləməsi göstərilsə də, cavabdehin və “X9” MMC-nin əməkdaşları tərəfindən imzalanmış akta, iddiaçının şəxsi vərəqinə, habelə “AMEA X11” MMC-nin məhkəməyə ünvanlanmış məktubuna əsasən iddiaçı xx.xx.1989 – xx.xx.1991, xx.xx.1992 - xx.xx.1995, xx.xx.1997 - xx.xx.2003-cü il dövrlərində ödənişsiz məzuniyyətdə olmuşdur, həmin dövrlərdə iddiaçı işləməmiş, əmək haqqı almamış və məcburi dövlət sosial sığorta ödənişlərinə cəlb olunmamışdır. Belə olan halda iddiaçının ümumi əmək stajı cəmi (işlədiyi 16 il 5 ay və 2 il 11 ay 1 gün təhsil aldığı dövr) 19 il 4 ay 1 gün təşkil edir ki, bu da qanunvericiliklə nəzərdə tutulmuş müddətdən azdır. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işdə iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 10 il güzəştli iş stajı şərti də ödənilmir ((8 il 19 gün (xx.xx.1984xx.xx.1989-cu il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1995-xx.xx.1997-ci iİ tarixləri arasındakı dövrlər). Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 10 ildən az olmayan xüsusi stajı da tam olaraq tamamlanmamışdır. Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız sayır və qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi 2-1(112)-261/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X8 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar