Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2224/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 və cavabdehin mütəxəssisi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 2 №-li poliklinika 3-cü şəxs qismində cəlb olunmaqla “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2007/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əlilliyinin tanınması və pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona “əlilliyin təyin edilməsi” vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini və iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, əvvəllər Azərbaycan Respublikasında polis orqanlarında xidmət edərkən xəstəliyi ilə əlaqədar, XHK-nın qərarına əsasən virus-hepatiti “C”, orta ağır forma, qara ciyərin funksiyasının pozulması ilə, öd xəstəliyi, Sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından sonra qalıq əlamətləri, Asteno-nevrotik vəziyyət üzrə 2-ci qrup əlil olaraq xəstəliyə görə pensiyaya çıxmışdır. Onda sonralar əlilliyin həmin əlamətləri ilə yanaşı ağır şəkər xəstəliyi (“şəkər”, “hepatit-S”) və sair nasazlıqlar da aşkar edilmiş, xeyli müddətdir ki, davamlı olaraq müalicə olunmuşdur və olunur. 2016-cı ilə kimi hər il sözügedən diaqnozla əlilliyinə dair vaxtaşırı olaraq müvafiq müayinələrdən və komissiyalardan keçmişdir və həmin müayinə və komissiyaların heç birində sağlamlığının bərpa olunmasına dair müsbət irəliləyişlər aşkar edilməmişdir. Bunun əksinə olaraq vəziyyəti daha da pisləşmiş, dəfələrlə demək olar ki, pandemiya dövrünü çıxmaq şərtilə hər il xəstəxanalarda qalmaqla müalicə olunmuşdur. Əlilliyə səbəb olmuş xəstəliklərlə yanaşı məhkəməyə təqdim etdiyi sənədlərdə, o cümlədən cavabdehin verdiyi xx.xx.2015-ci il tarixli müayinə olunan şəxs barədə məlumat sənədinin “TSEKİ-in diaqnozu” hissəsində qeyd edildiyi kimi “Virus hepotiti “C” orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə, keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri, “asteno-nevrotik vəziyyət, xoniki osteomeielit, qeyri-stabil stenokardiyası, öd daşı xəstəliyi, ÜLX.Qeyri-stabil stenookardiya, Hipertoniya xstəliyi İİ dər (dərəcəli), ÜÇ-İ dər, Şəkərli diabet İİ tip, orta ağırlıqda”., Həmin sənəddə “Əlilliyin müəyyən olunması meyarı hissəsində qeyd edildiyi kimi, “2.2. ikinci dərəcə əlillikdigər: Virus Hepotiti “C” orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə, Sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından sonrakı vəziyyət kimi təkzibolunmaz faktlar ola-ola cavabdeh əsassız olaraq əlilliyini ləğv etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2007/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları: Apelyasiya şikayətində məhkəmənin düzgün nəticəyə gəlmədiyi, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Həmçinin apellyasiya şikayətində fasiləsiz olaraq 10 ildən artıq əlillik dərəcəsi aldığını görə ona müddətsiz olaraq İİ qrup əlillik təyin edilməli olduğu bildirilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, apellyasiya şikayətinin isə əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətini müdafiə etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və mütəxəssisinin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2015-cı il tarixli xxxxxxx0003 №-li məlumatdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı səbəbi Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuş; TSEK-in diaqnozu: Virus hepatiti “C”, orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə Sağ bud sümüyünün orta 1/3-in bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının bükücü kontrakturası. Keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri. Astenonevrotik vəziyyət. Xroniki osteomielit. Öd daşı xəstəliyi.ÜİX. Qeyri-stabil stenokardiya. Hipertoniya xəstəliyi İİ dər. Üç-İ dər. Şəkərli diabet İİ tip, orta ağırlıqda; Əlilliyin müəyyən olunması meyarı: ikinci dərəcə əlillik Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik =>Digər: Virus hepatiti “C” ota ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3-in bitişmiş sınığından sonrakı vəziyyət. - İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 2 №-li poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixdə göndərilmiş 4400003AAAH5 saylı göndərişdə əsas diaqnoz M86.4- Drenə olunmuş sinusla xroniki osteomielit, Sağ bud sümüyünün total xroniki osteomieliti, tez-tez baş verən kəskinləşdmələrlə, diz və bud çanaq oynaqlarının kəskin konturakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq: bükmə-70 dər. Açmatam), ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə (xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci iltarixdə ET Travmatologiya və Ortopediya İnstitutunun verdiyi rəy); Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud çanaq: bükmə-70 dər.açma-tam); Yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti, Virushepatiti, C daşıyıcı; Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası FSİİİ; Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip, 2 ağır forma; Yanaşı xəstəliklər 10 –Essensial (birincili) hipertenziya, Arterial hipertensiya İİ dərəcə. - xx.xx.2022-ci il tarixli müayinəyə dair (akt №-xxxxxxx0010) qiymətləndirmə nəticələrindən müəyyən olunur ki, X1: Xİİİ Sinif-sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri =>M80-M94-Osteopatiyalar və xondropatiyalar=> M86-M90-Digər osteopatiyalar =>M86-Osteomielit =>M86.4Drenə olu…Diaqnozun mətni: Drenə olunmuş sinusla xroniki osteomielit, Sağ bud sümüyünün total xroniki osteomieliti, tez-tez baş verən kəskinləşmələrlə, diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq: bükmə70 dər, açma-tam), ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə.ÜİX Stabil gərginlik stenokardiyası. Şəkərli diabet, tip 2, ağır forma. Virs hepatiti “C”, daşıyıcı. Arterial hipertenziyaİİ dərəcə. Kalkulyoz xolesistit. İmtina edilməsnin səbəbi: Diaqnoz əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının **********3 3-li 20 aprel 2022-ci il tarixli Qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 4400003AAAH5 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 240 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Virus hepatiti “C”, orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Öd daşı xəstəliyi. Saq bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından sonrakı vəziyyət, saq diz oynağının bükücü kontrakturası. Keçirilmiş kəllə-beyin travmasından sonra qalıq əlamətləri. Astenonevrotik vəziyyət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Drenə olunmuş sinusla xroniki osteomielit. Saq bud sümüyünün total xroniki osteomieliti, tez-tez bas verən kəskinləşmələrlə, diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, acma tam; bud-çanaq: bükmə-70 dər, açma-tam), ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə. Hərəkətin və yerisin digər və dəqiqləşdirilməmiş pozulmaları. Ətrafın kəskin funksiya pozğunluğu. Davamlı ağrı sindromu. Oynaqların kontrakturası. Digər xolesistitlə birgə öd kisəsi daşları. Kalkulvoz xolesistif’ diaqnozu araşdırılmışdır. Müayinə zamanı sağ bud sümüyünün sınığından sonrakı, ~20 sm ölçüsündə əməliyyat çapığı izlənilsə də, oynaqlarda kontraktura, xroniki osteomielit əlamətləri, fistula müşahidə edilməmişdir. Nevroloji statusda ocaqlı patologiya aşkarlanmamış, emosional labil, Romberq vəziyyətində cüzi sədələmə, iflic və parez müəyyən edilməmişdir. Yanaşı olaraq, hepatit “C” ilə son illərə dair yalnız bir epikriz təqdim etmiş, daşıyıcı kimi qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən həzm orqanlarının disfunksiyası və qaraciyər çatışmazlığı əlamətləri aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq iddia tələbinin əsassız olduğu qənaətinə gəlinərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməməsi ilə düzgün nəticəyə gəlinmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 Sosial Ekspertiza və X8 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEKin çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İşin obyektiv araşdırılması məqsədi ilə məhkəmənin baxış iclasına cavabdehin mütəxəssisi dəvət olunmuşdur. Mütəxəssis izahatından müəyyənləşdirilən hallar. 1) İddiaçı 10 illik 2-ci qrup əlillik alsada, növbəti müayinə zamanı 2-ci qrup əlillik təyin olunması üçün hər hansı əsas müəyyən edilməmişdir. 2) İddiaçı xroniki hepatiti “C” virus xəstəliyinin yalnızca daşıyıcısıdır (xəstəyə xəsarət yetirmir). 3) İddiaçının əlillik almasına səbəb olan aşağı ətrafın sınığı sağalmışdır. 4) İddiaçının əmək qabiliyyəti bərpa olunub İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 37/2023 saylı (ekspertizanın başlanma tarixi 14 dekabr 2022-ci il, başa çatma tarixi 18 yanvar 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlllik vəziyyətinin qiymətləndirilməsi üçün adına DİN-nin 2 saylı poliklinikası tərəfindən doldurulmuş 4400003AAAH5 saylı göndərişdə qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Qeyd edilən xəstəliklərlə əlaqədar ehtiyac yarandığı hallarda o, müalicəyə cəlb edilə bilər. İddiaçı iddia ərizəsində, apellyasiya şikayətində xüsusi olaraq vurğulamışdır ki, ona 10 ildən artıq fasiləsiz olaraq əlillik təyin edilmiş, bu səbəbdən də ona yenidən əlillik təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, iddiaçının 10 il ikinci qrup olması nəzərə alınaraq ona halda müddətsizə əlillik təyin edilə bilərdiki, iddiaçı növbəti qiymətləndirmədən keçsin və əlil olması təsdiqlənsin. Növbəti qiymətləndirmə zamanı isə cavabdeh tərəfindən iddiaçının hazırda İİ qrup əlil olması öz təsdiqini tapmamışdır. Birinci və apellyasiya instansiyalarında aparılan araşdırma zamanı da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alındıqda iddiaçıda ikinci qrup əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin olması müəyyən edilməmişdir. Beləliklə qeyd edilənləri nəzərə alan Kollegiya belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunauyğun olduğundan, iddiaçının qanunla qorunan hüquqlarını pozmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2007/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2224/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2224/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver