Məhkəmə qərarları › İş №2-1(103)-2224/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2224/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2224/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı şirkətinin cavabdehlər Bakı şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinə və Cavabdeh2 qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1008/2012 nömrəli, 06 iyul 2012-ci il tarixli qərarından Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı şirkəti cavabdehlər Bakı şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Binəqədi rayon Xocasən bələdiyyəsinin 12/35 nömrəli, 11 iyun 2007-ci il tarixli qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1008/2012 nömrəli, 06 iyul 2012ci il tarixli qərarı ilə (hakim F.Əhmədov) iddia təmin edilmişdir. Həmin qərardan Cavabdeh2 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən cavabdehə hüquqi yardım göstərilərək, bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 1008/2012 nömrəli, 06 iyul 2012-ci il tarixli qərarı poçt vasitəsilə Cavabdeh2 xx.xx.2012-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş, xx.xx.2012-ci il tarixində xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası cavabdehə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1008/2012 nömrəli, 06 iyul 2012-ci il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1008/2012 nömrəli, 06 iyul 2012-ci il tarixli qərarı poçt vasitəsilə Cavabdeh2 xx.xx.2012-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş, sonuncu tərəfindən xx.xx.2012-ci il tarixində xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Lakin cavabdehin apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə ona təqdim edildiyi tarixdən, yəni xx.xx.2012-ci il tarixdən hesablanmaqla, xx.xx.2012-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə xx.xx.2025-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1008/2012 nömrəli, 06 iyul 2012-ci il tarixli qərarından göründüyü kimi qərar Cavabdeh2 iştirakı ilə qəbul edilmişdir. Həmçinin, Cavabdeh2 özü apellyasiya şikayətində qeyd etmişdir ki, həmin məhkəmə iclasında iştirak etdiyini xatırlasa da, həmin iş üzrə ona ayrılmış torpaq sahəsinə dair qərarın etibarsız hesab edilməsindən xəbəri olmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmənin qərarından məlumatlı olmasına baxmayaraq, həmin qərardan 13 ilə yaxın bir müddət keçəndən sonra apellyasiya şikayətinin verilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında dəfələrlə istinad etdiyi hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İşdən göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1008/2012 nömrəli, 06 iyul 2012-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı şirkətinin cavabdehlər Bakı şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinə və Cavabdeh2 qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1008/2012 nömrəli, 06 iyul 2012-ci il tarixli qərarından Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1008/2012 nömrəli, 06 iyul 2012-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar