Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2226/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-9430/20N saylı, 07 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N92-ci ildə Binəqədi RHK tərəfindən hərbi xidmətə çağırılaraq hərbi xidmətdə böyük şücaətlər göstərmişdir. Lakin N93-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən sol əlin N barmağının dəlib keçən qəlpə yarası və hava kontuziyası nəticəsində sağ qulağın təbii pərdəsinin cırılması və pıçıltı nitqini AD-İm, AS-6 m qavraması ilə nəticələnən xəsarətlər almışdır. Hazırda barmaqları işləmir və səhhətində ciddi probləmlər vardır. Aldığı xəsarətlər hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, arxivdə döyüşlərdə iştirak etməyi və yaralanmağı ilə bağlı müvafiq əmrlər və məlumatlar olsa da, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, MNnin Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarında Müdafiə Nazirliyinin xx.xx.N94-cü il tarixli 2N45 saylı nömrəli arayışlarına istinad olunmuşdur. N nömrəli hərbi hissə komandirinin yanvar - dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumatın aşkar olunmaması isə iddiaçıdan asılı olan hal deyil. İddiaçı N94-cü ilədək hərbi xidmət keçərək cəsarətlə döyüşmüşdür. Hərbi biletində xx.xx.N93-cü ildən 25 yanvar N94-cü ilədək Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etməyi ilə bağlı qeydlər vardır. Füzuli rayon istiqamətində iddiaçı ilə birgə döyüşən döyüş yoldaşlarına bu status verilmişdir. Cavabdehin iddiaya qarşı verilən etirazında göstərilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz olaraq bildirilir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90- NNN QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N88-ci il fevralın N-dən N9N-ci il oktyabrın 9-dək erməni milliyyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Belə ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2- 4997 nömrəli arayışına əsasən İddiaçı xx.xx.N93-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddianın əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-9430/20N saylı, 07 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının SX068064N saylı hərbi bileti vardır. Hərbi biletində də iddiaçının xx.xx.N90-cı il tarixdə hərbi hissənin siyahısına daxil olması, 08.N9N-ci ildə hərbi hissənin siyahısından çıxarılması, xx.xx.N92-ci ildə hərbi hissənin siyahısına daxil olması, xx.xx.N94-cü ildə hərbi hissənin siyahısından çıxarılması qeyd olunmuşdur. Bununla bağlı qeydlər hərbi biletində birbaşa göstərilmişdir. Hərbi biletində həmçinin, xx.xx.N93-cü ildən xx.xx.N94-cü ilədək Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etməsi də birbaşa təsdiqini tapmışdır. Hərbi biletində xx.xx.N93-cü ildə sol əlin N barmağının dəlib keçərək güllə yarası, xx.xx.N94-cü ildə isə kontuziya sol budun ağır kor qəlpə yarası barədə qeyd vardır. Verilmiş əmrlərin qorunmasında iddiaçı məsuliyyət daşımır. Ona zəruri sənədlər hərbi hissə tərəfindən verilmişdir. Onun müharibədə yaralanması faktı isə hərbi həkim komissiyasının rəyi ilə birbaşa təsdiq olunmuşdur. Belə ki, iddiaçının topladığı sənədlərdə, həmçinin hərbi biletində məlumatlar öz əksini tapıb və möhürlə təsdiqlənmişdi. Ona görə də, hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.N), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-cü il tarixli, 4/39725 nömrəli imtina məktubunda bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-4997 nömrəli arayışına əsasən xx.xx.N93-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Katibliyinin Mərkəzi Arxivinin Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ünvanladığı məktubu ilə bildirilmişdir ki, Oktyabr RHK-dan təcili həqiq hərbi xidmətə çağırılmış, xx.xx.N72-ci il təvəllüdlü XN N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 23 №-li əmrilə (əsas: § N.2, səh 24, əmrdə adı "Qabil” yazılmış, əmr rus əlifbası ilə qeyd edilmişdir) xx.xx.N92-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N may N92-ci il tarixli 37 №-li əmrilə X3 (əsas: § N, sıra 6, əmrdə adı “Qabil” və atasının adı "Məmməd" yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) Füzuli rayonu döyüş əməliyyatları bölgəsinə göndərilərək, qazan təminatından çıxarılmaqla 3 (üç) günlük quru ərzaqla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyun N92-ci il tarixli 42 №-li əmrilə İ MABün 3KB- si, baş çavuş XN (əsas: § N.6, səh N02, əmrdə adı "Qabil" və hərbi rütbəsi "baş çavuş" yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) xx.xx.N92-ci il tarixdən Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən döyüş tapşırıqlarını yerinə yetirərək gəlmiş hesab edilmişdir. 0N.08.92-3N.08.92-ci il tarixlərdə döyüş tapşırıqlarını yerinə yetirmiş, İ MAB-ün 3KB-Sİ, kiçik çavuş XN N №-li hərbi hissə komandirinin N sentyabr N92-ci il tarixli 70 №-li əmrilə (əsas: § 8, səh N52, sıra 52, əmrdə soyadı "Mahmudv”, adı "Qabil”, hərbi rütbəsi "kiçik çavuş" yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən gəlmiş hesab edilmişdir. 0N.09.92-30.09.92-ci il tarixlərdə döyüş tapşırıqlarını yerinə yetirmiş, MAB-ün 3KB-si, çavuş XN N №-li hərbi hissə komandirinin N oktyabr N92-ci il tarixli 89 №-li əmrilə (əsas: § 2, səh N88, sıra 34, əmrdə adı "Qabil”, hərbi rütbəsi "çavuş” yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən gəlmiş hesab edilmişdir. 0N.N0.92 - 3N.N0.92-ci il tarixlərdə döyüş tapşırıqlarını yerinə yetirmiş, İ MAB-ün 3KB-si, sıravi XN N №-li hərbi hissə komandirinin N noyabr N92-ci il tarixli N03 №-li əmrilə (əsas: § N, səh 69, sıra 32, əmrdə adı "Qabil", hərbi rütbəsi "sıravi" yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən gəlmiş hesab edilmişdir. N №-li hərbi hissənin xx.xx.N93-xx.xx.N93-cü il tarixli Yaralananların qeydiyyatı kitabında (əsas: səh 99, sıra 88) xx.xx.N93-xx.xx.N93-cü il tarixlərdə hərbi hissənin Tibb bölüyünə daxil olmuş yaralananların siyahısında N №- li hərbi hissənin hərbi qulluqçusu İddiaçı xx.xx.N93-cü il tarixdə döyüşdə "Sol əlin N (bir) barmaq dəlib keçən güllə yarası” alması barədə məlumat vardır. xx.xx.N93-cü il tarixdə hərbi hospitaldan qayıtdığı üçün N MAT-un çavuşu XN N №li hərbi hissə komandirin əmrilə (əsas: § 2, səh 374, sıra N, əmrdə adı "Qabil", hərbi rütbəsi "çavuş" yazılmışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, Binəqədi RHK tərəfindən N92-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N93cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma-diaqnoz: "Sol əlin İ barmağının dəlib keçən odlu silah qəlpə yaralanması, sümüyün zədələnməsi ilə" xx.xx.N94-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travma-diaqnoz: "Hava kontuziyası nəticəsində sağ qulağın təbil pərdəsinin cırılması, pıçıltı nitqini AD-'İ m, AS-6 m qavraması ilə” xx.xx.N94-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: "Sağ qulağın təbil pərdəsinin quru perforasiyası pıçıltı nitqini AD-Nm, AS-6 m qavraması ilə” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin xx.xx.2022-ci il tarixli 8 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 36 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.N93-cü il tarixli N625 nömrəli, xx.xx.N94-cü il tarixli NN68 nömrəli, xx.xx.N94-cü il tarixli 2N45 nömrəli arayışları, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - İddiaçıya məxsus SX seriyalı ******* №-li xx.xx.2022-cü il tarixli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.N90-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixədək Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-ci il tarixli 3N39 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.N93-cü il və xx.xx.N93-cü il tarixlərdə vətəndaş İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətlənməsi barədə adına tərtib olunmuş arayış göndərilir. Əlavə olaraq N94-cü il tarixdə vətəndaş İddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması barədə X8 saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilmədi. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-ci il tarixli 3N39 nömrəli arxiv arayışı ilə bildirilmişdir ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.N93-cü il və xx.xx.N93-cü il tarixlərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: N. Sol əlin İ barmağının odlu silah (qəlpə) yarasından sonrakı nəticə, yad cisim ilə (xx.xx.N93-cü il). 2. Sol əlin İ barmağını dəlib keçən odlu silah (qəlpə) yarasından sonrakı nəticə (xx.xx.N93-cü il). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. 33q bəndinin İ qrafasına əsasən xidməti vəzifəsindən N5 (on beş) gün azad olunmağa ehtiyacı vardır (xx.xx.N93-cü il). MN-nin N87-ci il 260 nömrəli əmrinin İ qrafasına əsasən hərbi xidmətə yararlıdır (xx.xx.N93-cü il). Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N93-cü ilə məxsus “İclas Protokolları” kitabının 8-ci və 67-ci səhifələrində olan 3594, 3856cı sayındakı qeydlər. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağırılmış, N72-ci il təvəllüdlü İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmadığını nəzərə alaraq onun şəxsi işinin mövcud olması mümkün deyil. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtinanın əsas dəlili Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-4997 nömrəli arayışına əsasən xx.xx.N93-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumatın olmamasıdır. Birinci instansiya məhkəməsi qanunvericliyin tələblərinə istinad edərək qərarında qeyd etmişdir ki, iddiaçının sənədlərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası”nda baxılmış və döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona “Müharibə veteran” adının verilməsi mümkün hesab olunmamışdır. Komissiya tərəfindən Mərkəzi Arxivin xx.xx.2022ci il tarixli 4/2-4997 nömrəli arayışına əsasən xx.xx.N93-cü il tarixdən sonrakı hərbi xidmət və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Halbuki, məhkəmə kollegiyasının müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.N72-ci il təvəllüdlü, İddiaçı hərbi biletində hərbi hissəyə daxil olması Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-N689 nömrəli məktubu əsasında yazılıb. Yəni, xx.xx.N92-ci il tarixdə hərbi hissə komandirinin N saylı əmri ilə N nömrəli hərbi hissənin siyahısına daxil edilib. Mərkəzi Arxivin verdiyi sənədlərdə görünür ki, N saylı hərbi hissə İddiaçı xx.xx.N93-cü il tarixə kimi bütün hərəkətləri, xəsarət alması, xəstələnməsi, hətta “çavuş" hərbi rütbəsi verilməsi əmrlərdən keçir. N saylı hərbi hissənin N saylı hərbi hissənin tərkibinə verildiyi müddətdə, yəni xx.xx.N94-cü il tarixdə Mahmudov təkrar yaralandığı üçün DİN-nin Hospitalına göndərilmiş, xx.xx.N94-cü il tarixdə hospitaldan çıxarılaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına (229 saylı hərbi hissə) göndərilmiş və xəstəliklə əlaqədar olaraq ona N5 (on beş) gün müddətinə məzuniyyət verilmişdir. Məzuniyyət bitdikdən sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən aldığı xəsarət və yararlığı barədə 2N45 saylı arayış verilmişdir. Arayışda yaralanmanın Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda alındığı qeyd olunmuşdur. Lakin, yuxarıda göstərdiklərimiz N () saylı hərbi hissənin əmrlərdən çıxarışlarında qeyd olunmayıb. Müharibə dövrünü nəzərə alaraq belə hallarla mütəmadi rastlaşmağımızı qeyd edirik. Hərbi vəzifəlinin ehtiyata buraxılması barədə əmrdən çıxarış olmadığı üçün hərbi hissənin yerləşdiyi hərbi Prokurorluğa sorğu göndərilmiş və Füzuli HP-nun xx.xx.2022-ci il tarixli N6/2283 saylı məktubunda barəsində təqsirləndirici material və cinayət işi olmadığı bildirilmişdir. Xidmətin Vahid Elektron informasiya Sistemində Mahmudovun xidmətinin başlanğıcı xx.xx.N92-ci il, sonu isə xx.xx.N94-cü il tarixə qeyd olunmuşdur. Hərbi bilet bu əsaslarla yazılmışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müvafiq dövlət orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il, 22 sentyabr tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələbinə əsasən şəxsin döyüş əməliyyatlarında iştirak etməsi öz özlüyündə ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas deyil. Belə ki, yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbindən görünür ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Hazırki iş üzrə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Xidmətin Vahid Elektron informasiya Sistemində İddiaçı xidmətinin başlanğıcı xx.xx.N92-ci il, sonu isə xx.xx.N94-cü il tarixə qeyd olunmuşdur. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur. Cavabdehin əsas dəlili iddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumatın aşkar edilmədiyi barədədir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2022-ci il tarixli, 079 nömrəli qərarı ilə qərara almışdır ki, iddiaçının müayinə və müalicə olunduğu odlu silahla güllə yaralanması “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Odur ki, iddiaçının xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi, döyüş zamanı yaralandığından hospitalda müalicə alması ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas olmuşdur. Bu səbəbdən cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-N(N02)-N89/20N saylı xx.xx.2023-cü il tarixli qərarında məhkəmə kollegiyası eyni mövqe nümayiş etdirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-9430/20N saylı, 07 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-9430/20N saylı, 07 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2226/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2226/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver