Məhkəmə qərarları › İş №2-1(103)-2227/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2227/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2227/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı mənzilə dair qeydiyyatın ləğv edilməsi və mənzilin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərdən çəkinmə barədə iddia üzrə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1923/2019 saylı 08 oktyabr 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzilinin özgəninkiləşdirilməsi ilə bağlı qeydiyyat aparılmasından cavabdehin çəkinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, E.Süleymanov küçəsi, 49 saylı binanın 387-ci mənzilində qeydiyyatdadır. X2 həmin mənzilə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 həmin evi satmaq istəyir. Bu hal, onun konstitusion hüquqlarını pozur. Bu səbəbdən həmin mənzilə dair onun istifadə hüququnun qeydiyyata alınması zərurəti yaranmışdır. Hesab olunur ki, həmin mənzilin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlər cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qadağan olunmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzilinə dair X3 adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin mənzilin özgəninkilərşdirilməsi ilə bağlı hərəkətlərdən cavabdehin çəkinməsi” kimi qəbul olunmasını xahiş etmişdir. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1923/2019 saylı 08 oktyabr 2019cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yeni baxışa göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3871/20l8 saylı 12.11,2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qızma qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə» dair iddia tələbi təmin edilmiş və İddiaçı Bakı şəhəri. Nizami rayonu, Elşən Süleymanov küçəsi, 49 saylı evin, 387 saylı mənzilindən istifadə hüququnun itirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1986/2019 saylı 27.02.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12.11,2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12.11,2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bununla da, onun qeyd edilən mənzilə istifadə hüququ və pasport qeydiyyatının olması qanuni hesab edilmişdir. Lakin məlum olmayan səbəblərdən mülki işin məhkəmədə baxılması ərəfəsində X1 Sevinc Telman qızının mənzildən pasport qeydiyyatından çıxarılmasına dair sənəd əldə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmiş və bununla da, mənzilə dair mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi faktiki olaraq, onun istifadə hüququnun olduğu mənzilə dair onun mövqeyi nəzərə alınmadan əsassız və qanunsuz olaraq Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 49 saylı evin, 387 saylı mənzil ilə bağlı X3 adına mülkiyyət hüququna dair Reyestrdən Çıxarış vermişdir. Yəni mənzil onun istifadə hüququ ilə yüklü olduğu halda, DƏDRX mənim mövqeyimi və münasibətimi nəzərə almadan mülkiyyət hüququna dair çıxarış vermişdir. Təəssüflər olsun ki, məhkəmə tərəfindən onun iddiası mümkün sayılmamışdır və bununla da hesab edir ki, məhkəmə tam əsassız və qanunsuz qərar qəbul etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxs X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə üçüncü şəxsi dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzilinə dair X3 adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin mənzilin özgəninkilərşdirilməsi ilə bağlı hərəkətlərdən cavabdehin çəkinməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, mənzil tikinti kooperativi binasında yaşayış sahəsi ilə bağlı ayrıca müqavilə bağlamış və pay haqqını tək ödəmiş şəxs mülkiyyət hüququ əldə edir və bu hüququn qeydiyyata alınması ilə bağlı yalnız onun iradəsi nəzərə alına bilər, başqa şəxsin, o cümlədən evdə yaşayan və qeydiyyatda olan şəxslərin razılığı tələb olunmur. Həmçinin qeyd olunmalıdır ki, orada yaşayan şəxslərin razılığının alınması yalnız dövlət və ictimai mənzil fondu mənzillərinin özəlləşdirilməsi zamanı tələb olunur, halbuki, hazırkı iddianın obyekti olan yaşayış sahəsi bu qəbildən deyil. Odur ki, məhkəmənin qənaətinə görə, həmin mənzilin üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hazırkı üçüncü şəxsin hüquqlarına təsir etmir və iddiaçı bu qeydiyyatın mübahisələndirilməsi üzrə subyektiv hüquqa malik deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İş materiallarında olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzili X3 adına 19.03.2019-cu il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apelyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş Nizami Rayon Məhkəməsinin 2(007)-1805/2020 saylı 30.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1375/2021 saylı 15.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1805/2020 saylı 30.09.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və yeni qətnamə çıxarılmaqla X5 tərəfindən 12000 manat kompensasiya verilməklə İddiaçı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 49, 387 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi və İddiaçı həmin mənzildən çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nizami rayon icra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 01.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1375/2021 saylı 15.02.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsinə baxmayaraq qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İcra sənədinin icrası məqsədi ilə qətnamə üzrə göstərilmiş olan 12000 manat kompensasiya məbləği tələbkar X5 tərəfindən tam şəkildə Bakı şəhər Nizami rayon icra şöbəsinin depozit hesabına ödənilmişdir. Göstərilən mənzilin boşaldılması İddiaçı tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş 25.10.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzildən çıxarılması və mənzilin tələbkar X4 təhvil verilməsi təmin olunmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasını (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi məhkəmə qərarları ilə iddiaçı mübahisəli mənzildən kompensasiya almaqla çıxarılmış və onun həmin mənzilə dair hər hansı subyektiv hüququ qalmamışdır . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzilə subyektiv hüququ müəyyən edilmədiyindən, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1923/2019 saylı 08 oktyabr 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar