Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2227/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı (üçüncü şəxs Maliyyə Nazirliyi) “bildirişin və gömrük borcunun ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə üçüncü şəxs kimi cəlb edilməklə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş real zərərin məbləği 23338.20 manat, pul vəsaitinin ödənilməsini gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği – 11182.83 manat, mənəvi zərərin məbləği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 100 manat, cəmi 44621.03 (qırx dörd min altı yüz iyirmi bir manat üç qəpik) manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehdən dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-4399/2013 nömrəli, 07 noyabr 2013-cü il tarixli qətnaməsi ilə onun cavabdeh X3 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh S.S.Quliyevdən vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbavcan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manatın onun xeyrinə tutulması qət edilmişdir. 7 ildən artıq müddətdir ki, 23 338,20 (iyirmi üç min üç yüz otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində pulun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, lakin borclu S.Quliyev və Xətai rayon İcra şöbəsi həmin məhkəmə qətnaməni qərəzli olaraq icra etmirlər. Məhkəmə qətnaməsinin icrası ilə bağlı o, dəfələrlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, İcra Baş idarəsinə, Xətai rayon İcra şöbəsinə, Xətai rayon məhkəməsinə və digər orqanlara müraciət etsə də, bu günə kimi heç bir nəticə olmamışdır. İcra işi icra məmuru Vüsal Umarovun icraatında olduğu müddət ərzində o, icra sənədinin icrası ilə bağlı kifayət qədər zəruri hərəkətlər etməmiş, yalnız 2020-ci ilin yanvar ayında müvafiq sorğular, mart ayında isə xatırlatma məktubu göndərməklə kifayətlənmiş, borclunun işləməsinə, bununla da yerinin müəyyən edilməsinin mümkün olmasına baxmayaraq, bu istiqamətdə real heç bir addım atmamış, faktiki olaraq öz passivliyi (hərəkətsizliyi) ilə icra sənədinin icra olunmadan qalmasına şərait yaratmış, həyata keçirilmiş hərəkətlər uzun fasilələrlə edilmiş və edilmiş hərəkətlər üzrə müvafıq nəticələrin əldə edilməsinə nail olmamışdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-392/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilmiş həmin məhkəmənin 2(011)- 4399/2013 nömrəli, 07 noyabr 2013-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı cavabdehin icra məmuru Vüsal Umarovun hərəkətsizliyi qanunsuz hesab edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-551/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə iddia qaldırılana qədər ona dəymiş maddi və mənəvi zərərin əvəzi kimi kompensasiyanın ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etsə də heç bir nəticə olmamış, ümumiyyətlə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin hərəkətsizliyi nəticəsində qanun qüvvəsini almış məhkəmə qətnaməsi icra edilmədiyinə görə cavabdeh və üçüncü şəxs onun tələbinə cavab verməli olan şəxsdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Abdullayev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və onun eyni hal üzrə başqa məhkəmə işində Ali Məhkəmənin qərarı ilə cavabdeh İcra şöbəsinə qarşı iddianın inzibati məhkəmə icraatına aid edildiyini bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçınn apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işin hallarından qeyd olunan göründüyü kimi, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-4399/2013 nömrəli, 07 noyabr 2013-cü il tarixli qətnaməsi cavabdeh S.S.Quliyevdən vurulmuş maddi ziyana görə 13.446,00 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbavcan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manatın ilə İddiaçı xeyrinə tutulması qət edilmiş, cavabdeh şöbənin xx.xx.2014-cü il tarixli qərarı ilə icra sənədinin icrasına başlanılsa da, uzun müddət icra sənədi icra edilməmiş qalmışdır. İşə əlavə olunmuş qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən müəyyən olunur ki, həmin icra sənədinin icra edilməməsi ilə bağlı tələbkar İddiaçı şikayəti Bakı şəhəri Xətai rayon Məhkəməsinn 8(011)-392/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilərək, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 2(011)-4399/2013 nömrəli, 07 noyabr 2013-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-551/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İcra məmuru tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, İddiaçı ilk öncə Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 4399/2013 nömrəli, 07 noyabr 2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmrunun hərəktsizliyinindən həmin qətnamənin icrasına nəzarət etməli olan məhkəməyə müraciət etmiş və həmin məhkəmənin qanuni qüvvəsini almış qərardadı ilə cavabdeh Xətai rayon İcra və Probasiya şöbəsinin icra sənədini icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. İddiaçıının hazırkı iddia tələbi də, məhz, cavabdehin, Xətai rayon Məhkəməsinin qanuni qüvvəsini almış həmin qərardadı ilə qanunsuz hesab edilən, hərəkətsizliyi nəticəsində iddiaçıya (tələbkara) vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsi isə nəzərədə tutur ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası, tədqiq olunan sübutlarla müəyyən edilən hallar baxımından, qeyd edir ki, Xətai rayon Məhkəməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrasına nəzarət həmin icra sənədini verən məhkəmə tərəfindən həyata keçirilməli olsa da, konkret halda iddiaçının hazırkı iddia tələbi, artıq icra sənədinin icrasına nəzarət ilə bağlılıqdan çıxmış və birbaşa inzibati orqanın özünə qarşı yönələrək, onun hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş ziyana görə kompensasiya tələbini ehtiva edir. Birinci instansiya məhkəməsi tərəfindən isə iş hərtərəfli araşdırılmamış və qeyd olunan məhkəmə aaktlarına diqqət yetirilməmişdir. Daha konkret, məhkəmə nəzərə alınmamışdır ki, iddiaçı, ilk öncə icra sənədinin icrsına nəzarəti həyata keçirən Xətai Rayon Məhkəməsinə müracitət etmiş, həmin məhkəmənin qərardadı ilə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edildikdən sonra yalnız, o, sonuncuya qarşı vurulmuş ziyana görə hazırkı kompensasiya tələbini irəli sürmüşdür ki, belə olan halda da yaranmış mübahisəli hüquq münasibətləri artıq ümumi (publik) hüquq normaları ilə tənzimlənməsini, başqa sözlə, inzibati məhkəmə icraatı qadasında baxılmasını zəruri edir. Qeyd olunmalıdır ki, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, iddiaçının eyni hallar üzrə başqa bir məhkəmə işi üzrə AR Ali Məhkəməsi İnzibat Kollegiyası 2-1(102)- 1386/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında vurğulamışdır ki, “məhkəmə qətnaməsinin icrası zamanı münasibətlər ona görə xüsusi hüququn predmeti hesab olunur ki, bu münasibətlər fiziki şəxslərin arasında yaranmaqla mülki hüquq normaları ilə tənzimlənir. Hazırkı iş üzrə cavabdehin fuknksiyaları məhkəmə qətnaməsi əsasında müəyyən edilən xüsusi hüququn icra edilməsindən ibarətdir. İcra sənədinə nəzarəti həyata keçirən məhkəmə tərəfindən cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilmiş, bundan sonra iddiaçı ilə cavabdeh arasındakı münasibətlər xüsusi hüquq müstəvisindən ümumi (publik) hüquq müstəvisinə keçmişdir. Belə ki, hazırkı idia tələbi inzibati orqan olan cavabdehin qanunla ona həyatə edilmiş inzibati funksiyaları yerinə yetirməsi (və ya yetirməməsi) nəticəsində yaranan münasibətləri ehtiva edir.. bu münasibətlər sırf cavabdehin inzibati funksiyaları ilə bağlı olduğundan, cavabdehin hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasyianın ödənilməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi məsələsinin həlli (iddianın təmin və ya rədd edilməsindən asılı olmayaraq) qətnamənin icrasına məhkəmə nəzarəti qaydasında həyata keçirilməyindən hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır...” Beləliklə də, işin sübutlarla müəyyən edilən hallarını və Ali Məhkəmənin qeyd olunan qərarında təsbit olunan təcrübəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdeh icra qürumuna qarşı iddianın mümkün sayılmaması işin qeyd olunan halarına və inzibati icraat haqqında və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2227/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2227/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver