Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2228/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi qeydə alınmaqla, evə və torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi qeydə alınmaqla, evə və torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3988/2023 saylı 14 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AB seriyalı 002602 saylı xx.xx.2000-ci il tarixli qaçqın vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 daimi yaşayış yeri olan Qafan rayonunu 1988-ci il tarixdən tərk etmiş, Bakı şəhəri Nərimanov rayonunda məskunlaşmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 22,1 kv. metr olan 8 saylı mənzil xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına Daşınmaz əmlakın dövlət reyestrində 2695 nömrəli reyestr kitabının 251112 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib olunmuş 11/12454 inventar №-li texniki pasportun surətindən müəyyən olunur ki, İddiaçı1 məxsus ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, 8 saylı mənzilin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,0476 ha, faktiki və tikinti altı sahə 0,0476 ha, mənzil haqqında ümumi məlumat hissəsində 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 22,1 kv. metr, yaşayış sahəsi 11,1 kv. metr kimi qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 13anov rayonu, Malik Məmmədov küçəsində yerləşən ümumi sahəsi 27,5 kv. m. olan 5 saylı evin 8 B saylı mənzili xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2695 nömrəli reyestr kitabının 25111 nömrəli vərəqində İddiaçı2 adına qeydə alınmışdır. ünvan 13anov rayonu, M.Məmmədov küçəsi, ev 5, mənzil 8 ünvanında qeydiyyatda olan İddiaçı2 tərəfindən verilmiş (notarial qaydada təsdiq olunmuş) ərizədən müəyyən olunur ki, İddiaçı2 atası İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi ev 5, mənzil 8 ünvanı üzrə və ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8B ünvanı üzrə yerləşən mənzilin fərdi yaşayış evinə keçirilməsinə və torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı1 adına qeydiyyata alınmasına razı olduğunu qeyd etmişdir. İddiaçılar adlarına daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmış yaşayış sahələrinin müvafiq olaraq onların adına fərdi yaşayış evi kimi, həmçinin hər iki evin yerləşdiyi torpaq sahələrinin adlarına qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələblərinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı1 ünvanlanmış **********63 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmiş əmlakın yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, 8B saylı mənzilə dair müraciət hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə edilməlidir. Həmçinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış **********02 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mənzilin fərdi yaşayış evinə keçirilməsinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan lespublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Hər iki imtina məktubundan narazı qalan iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat və **********17-05101-093002 reyestr nömrəsi ilə sahəsi 22,1 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8 ünvanında yerləşən yaşayış sahəsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat və **********17-05101-093010 reyestr nömrəsi ilə sahəsi 27,5 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8 B ünvanında yerləşən yaşayış sahəsinin fərdi yaşayış evi kimi, həmçinin qeyd olunan hər iki evin yerləşdiyi torpaq sahələrinin Daşınmaz əmlakın Dövlət reyestrində müvafiq olaraq İddiaçı1 və İddiaçı2 adlarına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8 ünvanı üzrə yerləşən daşınmaz əmlak (fərdi yaşayış evi) onun, yəni - İddiaçı1 xüsusi mülkiyyətindədir və həmin əmlak üzərində onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə reyestrdən müvafiq çıxarış (daşınmaz əmlakın reyestr №- si:**********17-05101 -093002) verilmişdir. Göstərilən daşınmaz əmlak fərdi yaşayış evi olsa da, onlardan asılı olmayan səbəblərdən onun ünvanı mənzil kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixində onların göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Göstərilən inzibati orqanın xx.xx.2022-ci il tarixli **********63 №-li məktubuna əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İmtinanın əsası kimi, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 №-li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir. 2017-ci ildə ona ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5 mənzil 8 ünvanı üzrə yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarış verilmişdir ki, bu da həmin vaxt haqqında söhbət gedən torpaq sahəsinin də qanuni əsaslarla ona məxsus olmasının yoxlanılmasını nəzərdə tuturdu. İddiaçıya verilmiş Texniki pasportda “Torpaq sahəsi haqqında məlumat” bölməsində “sənəd üzrə torpaq sahəsi” qrafasında 0,0476 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı1 ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8 və 8B ünvanında yerləşən bir mərtəbəli evlərin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi tələbi ilə ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 10 ünvanda yerləşən mənzil 8B daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Belə ki, əmlakın yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, 8B saylı mənzilə dair müraciət hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə edilməmişdir. Həmçinin qeyd olunan ünvana texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli, **********63 nömrəli məktub ünvanlanmışdır. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3988/2023 saylı 14 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat və **********17-05101-093002 reyestr nömrəsi ilə sahəsi 22,1 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8 ünvanında yerləşən yaşayış sahəsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat və **********17-05101-093010 reyestr nömrəsi ilə sahəsi 27,5 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8 B ünvanında yerləşən yaşayış sahəsinin fərdi yaşayış evi kimi, həmçinin qeyd olunan hər iki evin yerləşdiyi torpaq sahələrinin Daşınmaz əmlakın Dövlət reyestrində müvafiq olaraq İddiaçı1 və İddiaçı2 adlarına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq digər İddiaçı2 iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə digər iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə digər İddiaçı2 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçıların hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın ilkin imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “onların adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat və **********17-05101-093002 reyestr nömrəsi ilə sahəsi 22,1 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8 ünvanında yerləşən, həmçinin xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat və **********17-05101-093010 reyestr nömrəsi ilə sahəsi 27,5 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8 B ünvanında yerləşən yaşayış sahələrinin fərdi yaşayış evləri kimi, həmçinin qeyd olunan hər iki evin yerləşdiyi torpaq sahələrinin Daşınmaz əmlakın Dövlət reyestrində müvafiq olaraq onların adlarına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, lakin sonuncu tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmiş əmlakın yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, 8B saylı mənzilə dair müraciət hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə edilməlidir” əsası ilə tələbin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmiş və onların iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq təqdim edilmiş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********23 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş “Daşınmaz əmlakın bağışlanması barədə” xx.xx.2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, İddiaçı1 ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 48,9 kv. metr, yaşayış sahəsi 24 kv. metr olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən İddiaçı2 bir hissəni (27.5 kv. metr) bağışlamışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********37 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, 8 saylı mənzil ilkin olaraq xx.xx.1997-ci il tarixdə İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 29 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-383 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə və bölgü sxeminə əsasən sözügedən mənzilin 22.1 kv. metr hissəsi İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, 27,5 kv. metr hissəsi isə ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, 8b saylı mənzil ünvanı alaraq İddiaçı2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin qeyd olunan məktubu ilə məhkəməyə təqdim olunmuş, Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin “Ermənistan SSR-dən gələn azərbaycanlıların qeydiyyatı haqqında” 24/359 saylı xx.xx.1989-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, qeyd olunan qərarla 1 №li Əlavəyə uyğun olaraq Nərimanov RPİ-nin 9-cu polis bölməsinə və bütün mənzil-istismar idarələrinə notariuslar tərəfindən təsdiq edilmiş etibarnamələrlə edilmiş yaşayış sahələri ilə bağlı mübadilələr əsasında azərbaycanlı ailələrinin yaşayış yeri üzrə qeydiyyata alınmaları tapşırılmışdır. Qərara əlavə olunmuş siyahıda İddiaçı1 K.Çetkina (hazırda Malik Məmmədov) küçəsi, ev 5 ünvanında yerləşən yaşayış sahəsi 24 kv. metr olan 8 saylı mənzilə qeydiyyata alınması qeyd olunmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 095893 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, M.Məmmədov küçəsində yerləşən, iki otaqlı yaşayış sahəsi 24 kv. m., ümumi sahəsi 48,9 kv. m. olan 5 saylı evin 8 saylı mənzili xx.xx.1997-ci il tarixdə 834 №-li reyestr kitabında xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və texniki inventarlaşdırma şöbəsi tərəfindən tərtib olunmuş mənzil planının surətindən müəyyən olunur ki, İddiaçı2 və İddiaçı1 ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi 5 saylı evin, 8 saylı mənzilin bölgüsü ilə razılaşmışdır. DƏDKR-nin 1 saylı Ərazi İdarəsinin **********50 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 29 saylı DNK-nın 4Ə-383 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə və bölgü sxemnə əsasən sözügedən mənzilin 1 otağı İddiaçı2 adına yeni ünvan alaraq (ünvan 13anov rayonu, M.Məmmədov küçəsi. Ev 5, mənzil 8 b) qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. DƏDKR-nin 1 saylı Ərazi İdarəsinin **********72 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023cü il tarixli müayinə (baxış) aktından və mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8 ünvanında yerləşən mənzil faktiki olaraq yaşayış sahəsi 11,1 kv. m., ümumi sahəsi isə 22,1 kv. m. təşkil edir. İstifadədə olan 43,0 kv. m. torpaq sahəsində əlavə 7,6 kv. m. talvar tikilisi mövcuddur. İddiaçı2 xüsusi mülkiyyətində olan ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5, mənzil 8B ünvanında yerləşən mənzil faktiki olaraq yaşayış sahəsi 13,5 kv. m., ümumi sahəsi isə 27,5 kv. m. təşkil edir. İstifadədə olan ərazinin ümumi sahəsi 39,2 kv. m-dir. Qeyd olunan hər iki mənzil ümumi həyət tipli binada, bir damın altında yerləşir. Belə ki, arxiv materiallarına və bölgü sxeminə əsasən mənzillər bir mənzilin iki hissəyə bölünməsi səbəbindən yaranmışdır. Hər bir mənzilə aid torpaq sahəsinin fiziki sərhədləri şərtidir. İstifadə olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Beləliklə, iddiaçıların müvafiq mənzilləri (8 və 8B saylı) onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, bu barədə hər ikisinin reyestrdən çıxarışı mövcuddur. Qeyd olunan mənzillə bağlı texniki pasport da mövcuddur. Hazırda iddiaçılar adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yaşayış sahələrinin ayrı-ayrılıqda fərdi yaşayış evləri olaraq və həmin evlərin altındakı torpaq sahələri üzərində mülkiyyət hüququnun vahid reyestrdə qeydə alınıb, bu barədə reyestrdən çıxarış və texniki pasportun verilməsini tələb edirlər. Cavabdeh inzibati orqan isə iddiaçıların adına qeydə alınmış yaşayış sahələrinin mənzil olmasına və onun altındakı torpaqla bağlı hüquqmüəyyənedici sənədlərin olmamasına istinad edərək tələbin təmin olunmasından imtina edir. Məhkəmə kollegiyası aşağıda sadalanan qanunvericilik normalarının tələbinə görə hesab edir ki, hazırki işdə cavabdehin imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Cavabdehin imtinasında istinad etdiyi “mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmaması” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə bağlı hansı sənədlərin cavabdeh inzibati orqana təqdim edilməli olması hər hansı qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla yanaşı, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iddiaçıların adlarına qeydə alınmış yaşayış sahəsinin mənzil olması” barədə dəlili ilə bağlı qeyd olunması zəruridir ki, işin apellyasiya baxışı zamanı iddiaçı tərəfin təqdim etdiyi sözügedən yaşayış sahələrinin fotoşəkillərindən müəyyən olundu ki, həmin yaşayış sahələri əslində mənzil deyil, fərdi yaşayış evləri olmaqla yanaşı, ayrı-ayrılıqda yerləşirlər. Bu fakt apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş “X4” MMCnin verdiyi 143 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə də tam təsdiq olunur. Belə ki, həmin rəydə göstərilmişdi ki, ünvan 13anov rayonu, Malik Məmmədov küçəsi, ev 5 ünvanında yerləşən 8 və 8B saylı mənzillər təyinatı üzrə ayrıca giriş-çıxış qapısından, həyətyanı sahədən, yaşayış və köməkçi tikililərdən ibarət olmaqla fərdi müəyyən edilmiş bir mərtəbəli fərdi yaşayış evləri kimi istifadə olunur. Həmçinin hər iki mənzil otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olub, fərdi müəyyən edilmiş yaşayış evləri hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, hazırki işdə mübahisə “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və ya əksi” ilə bağlı deyil, “mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması” ilə bağlıdır. Odur ki, bu mübahisəyə Mənzil Məcəlləsinin İİİ fəslində yer alan “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi” ilə bağlı müddəalar heç bir əsasla tətbiq oluna bilməz. Ona görə də cavabdeh inzibati orqanın iş üzrə iddiaçıların müraciəti ilə bağlı hüquqmüəyyənedici sənəd (bu sənədlərin adı cavabdeh tərəfindən çəkilmir) tələb etməsi ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Bu müddəa həm də “İnzibati icraat haqqında” Qanunda da öz əksini tapmışdır. Belə ki, adı çəkilən Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5 və 10.2.1-ci maddələrinə əsasən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçıların adlarına hər iki yaşayış sahəsinin “mənzil” olaraq qeydə alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarışlar mövcuddur, hansı ki, qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Belə olan halda iddiaçıların reyestrdə adlarına qeydi aparılmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması tələbinin təmin olunma imkanının yoxlanılması üçün sözügedən “mənzil”in “fərdi yaşayış evi” anlayışına cavab verib-verməməsi araşdırılmalıdır. Bu barədə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin bəzi müddəalarını diqqətə çəkir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. İş üzrə iddiaçıların adına “mənzil” kimi qeydiyyatı aparılmış daşınmaz əmlakların texniki pasportundan da müəyyən olunur ki, o, 1 mərtəbədən ibarət olmaqla, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binaya aidiyyatı olmayan ayrıca sahəli mənzil deyil, məhz fərdi müəyyən edilmiş evdir. Bu halı təkzib edə biləcək hər hansı dəlil cavabdeh tərəfindən bildirilmir və bu barədə hər hansı sübut da təqdim olunmamışdır. Əksinə, apellyasiya baxışı zamanı iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərdən və mütəxəssis rəyindən hər iki yaşayış sahəsinin fərdi müəyyən edilmiş yaşayış evləri olduğu müəyyən olundu. Belə olan halda iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış “mənzil” texpasportundakı məlumatlara əsasən və qanunla yuxarıda göstərilən “fərdi yaşayış evi” kriterilərinə cavab verdiyinə görə onun “fərdi yaşayış evi” kimi qeydiyyata alınması mümkündür. Buna görə də iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Kollegiya onu da nəzərə alır ki, iddiaçıların adlarına reyestrdə qeydiyyatı aparılmış “mənzillər”in “fərdi yaşayış evləri” kimi qeydiyyata alınmasını qeyri-mümkün edən qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Odur ki, “mənzil”in “fərdi yaşayış evi” kimi qeydiyyatının aparılması ilə hər hansı qanun normasının pozulması da müəyyən edilmir, əksinə iddiaçıların adlarına belə qeydiyyatın aparılmasından imtina onların qanunla qorunan mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, iddiaçılar mənzil üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədləri, o cümlədən texniki pasportu daşınmaz əmlakın “fərdi yaşayış evi” kimi qeydiyyata alınması məqsədilə cavabdehə təqdim etmişlər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıların sözügedən daşınmaz əmlak üzərində hüquqlarının qeydi ilə bağlı onlara reyestrdən cavabdeh inzibati orqanın verdiyi çıxarışlar qüvvədədir, qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin çıxarışlar hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Digər tərəfdən, iddiaçıların fərdi yaşayış evlərinin altındakı torpaq sahələrinin də adlarına rəsmiləşdirilməsi ilə bağlı tələblərinə münasibətdə isə qeyd olunmalıdır ki, Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin “Ermənistan SSR-dən gələn azərbaycanlıların qeydiyyatı haqqında” 24/359 saylı xx.xx.1989-cu il tarixli qərarına görə, qeyd olunan qərarla 1 №li Əlavəyə uyğun olaraq Nərimanov RPİ-nin 9cu polis bölməsinə və bütün mənzil-istismar idarələrinə notariuslar tərəfindən təsdiq edilmiş etibarnamələrlə edilmiş yaşayış sahələri ilə bağlı mübadilələr əsasında azərbaycanlı ailələrinin yaşayış yeri üzrə qeydiyyata alınmaları tapşırılmışdır. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 562 saylı, 22 avqust 2001-ci il tarixli Fərmanının 7-ci bəndində (25 may 2006-cı il tarixli 412 nömrəli Fərman ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir) göstərilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin”. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıların onlara məxsus fərdi yaşayış evlərinin altındakı torpaq sahələrinin adlarına rəsmiləşdirilməsi ilə bağlı tələblərinin də təmin olunmasından cavabdeh orqanın imtina etməsi əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-1842/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Bu baxımdan hər iki iddiaçının tələblərinin təmin olunmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3988/2023 saylı 14 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3988/2023 saylı 14 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2228/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2228/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver