Məhkəmə qərarları › İş №2-1(103)-2228/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2228/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2228/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaranmış fərqin ödənilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2-1(112)-3293/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən - yəni, qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına (65 yaş) çatdığı dövrdən xx.xx.2022-ci il tarixədək, yəni ərizə əsasında əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirildiyi günədək olan 1 il 8 ay müddətində iddiaçıya ödənilən pensiyalar arasındakı maliyyə fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdən, yəni qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına (65 yaş) çatdığı dövrdən xx.xx.2022- ci il tarixədək, yəni ərizə əsasında əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirildiyi günədək olan 1 il 08 ay müddətində ona ödənilən pensiyalar arasındakı maliyyə fərqinin hesablanaraq ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən 06 sentyabr 2024-cü il tarixdə ərizənin təmin edilməsindən imtina barədə məktub verilmişdir. Həmin məktubda ərizənin təmin edilməsindən hansı əsaslarla imtina edilməsi aydınlaşdırılmamışdır. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən edilmiş imtina tam əsassızdır.

3. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi filiala müraciət edərək, ona əmək pensiyaları arasındakı fərqin ödənilməsini xahiş etmiş, lakin qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 34.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş tələblərinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Qanunun 7 və 34-cü maddələrinin xx.xx.2022-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Məlumat üçün bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən bildirilir ki, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, MEİS-in “Sığorta” altsistemində olan məlumatlara əsasən vergi ödəyicisi fəaliyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixdən dondurulmuşdur. Pensiya işində olan sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 31 il 1 ay 2 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 38887,65 manat (2021-ci il tarixə indeksləşdirilmiş), xx.xx.2024-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən işdən çıxdığı tarixədək 9063,88 manat (2024-cü il tarixə indeksləşdirilmiş), pensiya kapitalı əsasında əmək pensiyanın məbləği yenidən hesablanmış xx.xx.2024-cü il tarixdən (aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulduğu tarixdən) 683,28 manat müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Belə ki, xx.xx.2022-ci il tarixli İddiaçı ərizəsinə əsasən pensiyası əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Cavabdeh qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı “əmək pensiyaları arasındakı fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir.

4. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2-1(112)-3293/2025 saylı qərarı ilə iddia təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 34.1-ci maddəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Qanunun 7 və 34-cü maddələrinin xx.xx.2022-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən şəxsə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Məlumat üçün bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən bildiririk ki, əmək müqavilənizə xx.xx.2024-cü il tarixində xitam verilmiş, MEİS-in “Sığorta” altsistemində olan məlumatlara əsasən vergi ödəyicisinin fəaliyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixindən dondurulmuşdur. Pensiya işinizdə olan sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 31 il 1 ay 2 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 38887,65 manat (2021-ci il tarixinə indeksləşdirilmiş), xx.xx.2024-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2021-ci il tarixindən işdən çıxdığınız tarixədək 9063,88 manat (2024-cü il tarixinə indeksləşdirilmiş), pensiya kapitalı əsasında əmək pensiyanın məbləği yenidən hesablanmış xx.xx.2024-cü il tarixindən (aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulduğu tarixdən) 683,28 manat müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Belə ki, xx.xx.2022-ci il tarixli ərizəyə əsasən pensiyan əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

11. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami şöbəsinin Qərarına əsasən İddiaçı xx.xx.1956-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir (Pensiyaçının uçot vərəqi № 042289).

12. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən əlillliyə görə əmək pensiyasından digər yaşa görə əmək pensiyası növünə keçirilməsi xahiş edilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir (Pensiya işinin № 042289). TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

17. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami şöbəsinin Qərarına əsasən İddiaçı xx.xx.1956-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir (Pensiyaçının uçot vərəqi № 042289). İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə təqdim edərək əlillliyə görə əmək pensiyasından digər yaşa görə əmək pensiyası növünə keçirilməyini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir (Pensiya işinin № 042289).

18. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasına 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən keçirilməli olduğunu iddia edərək, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2022-ci il tarixədək yaranmış pensiya fərqinin ödənilməsini tələb etmişdir.

19. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.

20. Məhkəmə müəyyən edir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ 2021-ci tarixdə yarandığından, hazırki mübahisə iddiaçının pensiya hüququnun yarandığı zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun qüvvədə olmuş normaları əsasında həll edilməlidir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci tarixdə qüvvədə olan redaksiya): Maddə 5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.

22. 7 iyun 2024-cü il tarixli 1172-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə: - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 34.1-1-ci maddə əlavə edilmişdir: Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 31.1-1-ci maddəyə “yenidən hesablanması” sözlərindən sonra “, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi” sözləri əlavə edilmişdir.

23. Məhkəmə ilk növbədə müəyyən edir ki, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaransa da, iddiaçı həmin anda digər növ əmək pensiyası hüququndan (əlilliyə görə əmək pensiyası) istifadə edən əmək pensiyaçısı olmuşdur.

24. Məhkəmə nəzərə alır ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı (65 yaşının tamam olduğu) xx.xx.2021-ci il tarixdə qüvvədə olan qanunvericilikdə əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən daha yüksək məbləğdə hesablanmış digər növə keçirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə yalnız bir pensiya təyin edildiyindən və həmin vaxt qüvvədə olan qanunvericilik əmək pensiyasının növünün avtomatlaşdırılmış qaydada dəyişdirilməsini nəzərdə tutmadığından, əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyasına keçirilməsi yalnız əmək pensiyaçısının (İddiaçı) ərizəsi ilə mümkün olmuşdur. Odur ki, İddiaçı xx.xx.2022-ci il tarixində müraciət etdiyindən ona məhz həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə hesab edir ki, normanın qeyd edilən şəkildə tətbiqi iddiaçının vəziyyətinə uyğundur.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

27. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2-1(112)-3293/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar