Məhkəmə qərarları › İş №2-1(103)-2229/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2229/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2229/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2229 /2023 (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 04 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Səid Şəhniyar oğlu İbrahimlinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2443/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" QSC-nin 15 iyul 2022-ci il tarixli A/211 saylı arayışında qeyd olunur ki, İddiaçı oglu həqiqətən "xxxx"nin Yol xidmətində 3 yanvar 2010-cu il tarixdən 18 iyul 2014-cü il tarixiədək yol montyoru peşəsində çaılışmrdir (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti). 18 iyul 2014-cü il tarixdən hal-haziradək "xxxx" QSC-nin Yol xidmətində yol montyoru peşəsində (yalniz gecə işi (iş saatı 23:30dan 05:30-dək), 24% xüsusi zərərli iş şəraiti) işləyir. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş staji 15 iyul 2022-ci il tarixinə 12 il 6 ay 12 gun təşkil edir və Azərbaycan Respublikasə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nomrəli qararı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir ki, bu da 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ Nəqliyyat bölməsinin ********* 2.Metropolitenlər bəndinin 23002000a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir. Qeyd: Yol montyoru – yol fəhləsi hesab edilir. Gecə saatlarına gorə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30-dan 05:30-dək). İddiaçı əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyassının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlava 6 təqvim günü verilir. Yol montyoru peşəsinin əsas vəzifə və funksiyasi metropolitenin istismarında olan yollarda aparılan cari və əsaslı təmir işlərinin epür (fiqur proyeksiyalarının düz səth üzərində layihəsi) uzrə şpalların və əksqaçicıların yerləşdirilməsi, relslərdə deçiklərin açilması və relslərin kəsilməsi, şpalların təmir edilmasi) yerinə yetirilmasi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasından ibaratdir. Azərbaycan Respublikası Prezidentinin 27 fevarl 2014-cü il tarixli 289 sayli Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən taşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradilmişdir.

2. "xxxx" QSC-nin müvafiq sorğuya cavab olaraq, məhkəməyə ünvanlanmış 3 noyabr 2022-ci il tarixli 40N-10/3-1347 saylı arayışında qeyd olunur ki, İddiaçı oglu 3 yanvar 2010-cu il tarixdən 18 iyul 2014-cu il tarixədək "xxxx"nin Yol xidmətində yol montyoru peşəsində çalışmışdır (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti ilə). 18 iyul 2014-cü il tarixdən hal-hazıradək "xxxx" QSC-nin Yol xidmətində yol montyoru peşəsində (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli iş şəraiti ilə) işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində əmək stajı 12 il 10 ay 01 gün (2 noyabr 2022-ci il tarixə) taşkil edir və AR Nazirlar Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qararı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddasinin 27.5. Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21 iyun 1993-cü il tarixli 320 sayli qararın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir. Qeyd: Yol montyoru – yol fəhləsi hesab edilir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330 -dan 0530 - dək) yol montyorunun əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlava ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 taqvim günü verilir. Yol montyoru peşəsinin əsas vəzifə və funksiyası metropolitenin istismarənda olan yollarda aparılan cari və əsasli təmir işlərinin (epür (fiqur proyeksiyalarının düz səth üzərinda çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetitilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasından ibarətdir. AR Nazirlar Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahisı”nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenəa baglı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Baki Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyacan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən amillərlə müşayiət olunan xüsusilə zərərli və agır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Odur ki, güzəşti şərtlərlə əmək pensiyası hüququ qazanan, lakin sözugedən siyahıda peşə və ya vəzifələrinin adı qeyd olunmayan metropoliten əməkdaşları öz hüquqlarını sübut və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar. Bu səbəbdən "xxxx" QSC-nin 16 iyul 2020-ci il tarixli 40N-10/2-153 saylı məktubu ilə Cəmiyyət üzrə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda əks olunması zəruri olan bütün peşə və vəzifələrin adları cədvəl formasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Bundan əlavə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil edilməsi üçün peşə və vəzifələrin siyahısı, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəlləri də təqdim olunmuşdur. Lakin bu günədək heç bir nəticə əldə edilməmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşgul olan fəhlələr) altında mütəxəssis adları da yer almışdır ki, bu da uygunsuzluq təşkil edir (təklif edilən cədvəldə fəhlə və mütəxəssis kateqoriyalara aid olan peşə və vəzifələr müvafiq olaraq “a” və “b” yarımbəndlər altında göstərilmişdir)

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddia ərizəsində bildirilir ki, İddiaçı əmək pensiyası almaq üçün 18 iyul 2022-ci il tarixdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına DOSR Mərkəzi vasitəsilə müraciət etmişdir. Cavabdeh onun barəsində qəbul etdiyi **********5 saylı imtina qərarı ilə iddiaçının əmək hüquqlarını açıq şəkildə pozmuşdur. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda iddiaçının əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, o, 3 yanvar 2010- cu il tarixdən hal-hazıradək "xxxx" QSC-də yeraltı qurğularda fəhlə vəzifəsində İşləyir. Bundan əlavə inşaat sahəsində də üzün illər işləmişdir. İşlədiyi illər əmək kitabçasında aydın şəkildə qeyd olunmuşdur. Ümumi stajı 30 ildir. Lakin cavabdeh onun 3 yanvar 2010-cu il tarixdən bu günədək işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. İddiaçı cavabdehə müraciət edərək 3 yanvar 2010-cu il tarixdən bu günədək işlədiyim müddətin ümumi iş stajına daxil olunmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə əlaqədar 17 avqust 2022-ci il tarixdə imtina barədə inzibati akt qəbul etmişdir. Cavabdeh imtina barədə aktını onunla əsaslandırmşdır ki, Nazirlər Kabinetinin qərarına görə tələb olunan məsələ onların səlahiyyətindən kənardadır. İddiaçı hesab edir ki, bu iddia inzibati məhkəmə icraatının predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından müvafiq məhkəmədə baxılmalı və cavabdehin imtina barədə qəran mahiyyəti üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iddia İPM-in 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq məcburetmə tələbinə dair iddiadır və buna uyğun olaraq məcbuetmə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur: iddiaçının iddiasının məqsədi «İnzibati icraat haqqında» Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati aktın qəbul edilməsidir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulub. Belə ki, o, əsassız olaraq pensiyasının bir hissəsindən məhrum edilmiş və uzun müddətdir həmin hissəni ala bilməmişdir. Bununla da cavabdeh təşkilatın qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunub və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranıb. İPM-in 38.2-ci maddəsinə əsasən iddiaçı qərardan qərar ona rəsmi qaydada təqdim edildiyi tarixdən 30 gün müddətində məhkəmədə iddia qaldırır. Buna görə də iddia müddəti ötürülməyib. Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyət üzrə baxılmalıdır. Digərləri ilə bərabər, məcburetmə haqqında iddialara ərazi aidiyyəti üzrə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 1, 3, 4, 7, 31-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə, İPM-in 2, 33, 73-cü maddələrinə, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçının 3 yanvar 2010-cu il tarixdən bu günədək işlədiyi müddət ümumi iş stajına daxil etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X2 üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur.

4. DSMF Məhkəmə Mübahisələri ilə İş X2 iddia ilə bağlı məhkəməyə ünvanlanmış 13 dekabr 2022-ci il tarixli məktubunda iddiaya etiraz olaraq qeyd olunur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarına əsasən İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 15 iyul 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciəti araşdırılmış, **********5 nömrəli imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər element mövcud olmalıdır: 1) iddiaçının 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4) iddiaçının işlədiyi peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısında olmalıdır. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının 01 mart 2022-ci il tarixdə 60 yaşı tamam olmuşdur. Lakin iddiaçının işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısında olmadığından onun güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. “«Əmək pensiyaları haqqında» Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na, “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin siyahısı”adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. 1) İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 1 noyabr 1981-ci il tarixli ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin 15 iyul 2022-ci il tarixli A/211 nömrəli arayışında iddiaçının 3 yanvar 2010-cu il tarixdən bugünədək "xxxx" QSC-nin Yol xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın “Nəqliyyat” bölməsinin (21) Metropolitenlər bəndində (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri), qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının güzəştli iş stajının yarandığını iddia etdiyi peşə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»ında yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2021-ci il tarixli 2-1(102)-665/2021 saylı iş üzrə qərarında qeyd olunur ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin Siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda, məhkəmə işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. 2) Eyni qərarda məhkəmə kollegiyası, həmçinin, qeyd etmişdir ki, iddiaçıya 60 yaşdan pensiya təyin olunması üçün iddiaçının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda sadalanan peşələrdə işləməsi deyil, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə işləməsi zəruridir. Beləliklə, hazırki işdə iddiaçının peşəsi (yol montyoru) 1 nömrəli siyahıda müəyyən olunmuş peşələr ilə eyniləşdirilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Göstərilənlərə əsaslanaraq, İddiaçı Ziyadxan oğlunun iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur.

5. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəqiqləşdirərək «iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2443/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X2 üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 1 mart 1962-ci il tarixdə doğulmuşdur. O, 6 iyul 1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 3 yanvar 2010cu il tarixdən hal-hazıradək "xxxx"nin Yol xidmətində yol montyoru peşəsində çalışır. O, 60 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir.

8. İddiaçı 12 il 6 aydan artıq müddət işlədiyi “yol montyoru” peşəsinin səciyyəvi əlamətləri, eləcə də vəzifə olaraq geçə saatlarında yerinə yetirilməsi, əmək haqqına əlavə məbləğin ödənilməsi və məzuniyyət müddətinə bir neçə gün əlavə edilməsi, habelə bu qəbildən olan peşələrin fəhlə peşəsinə aid edilməsi onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “2. Metropolitenlər” bəndinin “a” yarımbəndində nəzərdə tutulan fəhlə peşələri olmasını təsdiqləyir. İddiaçı 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisələndirilməyən hallarına aiddir.

9. Nəzərə alınmalıdır ki, əmək pensiyaları haqqında qanunvericilik normalarına görə 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən vəzifələrdə (peşələrdə) iş stajına malik kişilərin 60 yaşdan («Əmək pensiyaları haqqında» Qanunun 7- ci maddəsi və həmin maddənin qeydi nəzərə alınmaqla 2022-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.

10. İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yaranması üzrə yuxarıda sadalanan bütün şərtlər – 60 yaşın tamam olması, 25 ildən artıq ümumi staj, 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın toplanması şərtləri ödənilir.

11. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranr və bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X2 imtinası qanuna ziddir.

12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə, 60-cı maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə, 7-ci maddəsinə, 9.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, 19-cu maddəsinə, 24.1-ci maddəsinə, 24.2-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin -1(112)- 2443/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə iddiaçının peşəsi (yol montyoru) qeyd olunan Siyahıda müəyyən olunmuş peşələr ilə eyniləşdirilməmişdir. Həmçinin, məhkəmə qərarında iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olmasının işin mübahisələndirilməyən halı olduğu qeyd olunmuşdur. Hesab edilir ki, məhkəmənin bu barədə araşdırma aparmadan belə nəticəyə gəlməsi işin hallarının araşdırılması prinsipinə uyğun deyildir. Hazırkı işdə mübahisə doğuran məsələ iddiaçının işlədiyi peşənin siyahıda olan peşələrə uyğun olmaması göstərildiyi halda, qərarda iddiaçının ümumi və güzəştli iş stajına münasibət bildirilmişdir. Lakin iddiaçının ümumi və güzəştli iş stajı araşdırılmamışdır. Məhkəmə sözügedən qərarda yalnız qanunvericilik normalarına istinad etmiş, onları mübahisəyə dair hallarla əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

c) Prosses iştirakçılarının izahatları

16. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq hazırda heç bir şikayətinin qalmadığını, mübahisənin həll olunduğunu bildirərək, İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Həmçinin, iş üzrə icraata xitam verilməsinə etiraz etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyası:

38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

19. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. İşin faktiki hallarına görə ddiaçı İddiaçı 1 mart 1962-ci il tarixdə doğulmuşdur. O, 6 iyul 1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 3 yanvar 2010-cu il tarixdən hal-hazıradək "xxxx"nin Yol xidmətində yol montyoru peşəsində çalışır. O, 60 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir.

27. İddiaçı 12 il 6 aydan artıq müddət işlədiyi “yol montyoru” peşəsinin səciyyəvi əlamətləri, eləcə də vəzifə olaraq geçə saatlarında yerinə yetirilməsi, əmək haqqına əlavə məbləğin ödənilməsi və məzuniyyət müddətinə bir neçə gün əlavə edilməsi, habelə bu qəbildən olan peşələrin fəhlə peşəsinə aid edilməsi onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “2. Metropolitenlər” bəndinin “a” yarımbəndində nəzərdə tutulan fəhlə peşələri olmasını təsdiqləyir. İddiaçı 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisələndirilməyən hallarına aiddir.

28. Nəzərə alınmalıdır ki, əmək pensiyaları haqqında qanunvericilik normalarına görə 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən vəzifələrdə (peşələrdə) iş stajına malik kişilərin 60 yaşdan («Əmək pensiyaları haqqında» Qanunun 7- ci maddəsi və həmin maddənin qeydi nəzərə alınmaqla 2022-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.

29. İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yaranması üzrə yuxarıda sadalanan bütün şərtlər – 60 yaşın tamam olması, 25 ildən artıq ümumi staj, 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın toplanması şərtləri ödənilir.

30. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək edir ki, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-2443/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq hazırda heç bir şikayətinin qalmadığını, mübahisənin həll olunduğunu bildirərək, İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.

32. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Həmçinin, iş üzrə icraata xitam verilməsinə etiraz etmişdir.

33. Odur ki, İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etdiyindən məhkəmə Kollegiyası iş üzrə icraata xitam verməmişdir.

34. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-2443/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2443/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar