Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2229/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1727/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, ünvan 1i ünvanında qeydiyyatdadır.
2. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1983-cü ildə hərbi xidmətə çağrılmış, 05 may 1985-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.1985-ci il tarixdə hərbi qeydiyyata götürülmüşdür.
3. ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1985-ci ildə Azərbaycan “Sənayepartlayış” Trestinin Zəngilan sahəsinə qazma ustası vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1993-cü ildən 5-ci dərəcəli partladıcı vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildən həmin müəssisənin Bakı istehsalat sahəsinə 5-ci dərəcəli partladıcı vəzifəsinə təyin edilmiş və eyni zamanda istehlak anbarının müdiri vəzifəsini icra etmişdir. xx.xx.1996-cı ildən istehlak materialları anbarının müdiri vəzifəsinin icra edilməsi saxlanılmaqla Şah-Kain sahəsinin rəisi vəzifəsini icra edən kimi təyin edilmiş və xx.xx.1999-cu ildə Şah-Kain sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2003cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2003-cü il tarixindən "xxxx" ASCnin partlayıcı maddələrin PM baza sahəsinə PM baza müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə işdən azad edilmişdir.
4. Qaradağ Sənaye Layihə ASC-nin 02 fevral 2024-cü il tarixli 09 saylı arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən «Azərsənayepartlayış» müəssisəsində xx.xx.1985ci ildən xx.xx.2003-cü ilədək qazmaçı-partladıcı vəzifəsində işləmişdir. Arayış «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 nömrəli qərarına uyğun olaraq o, həqiqətən əmək şəraiti xüsusi zərərli ağır olan işlərdə çalışmış və güzəştli şərtlərlə yaşa görə verilir. Arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılarda nəzərdə tutulmuş, 1.1.2. bəndində nəzərdə tutulmuş şpıır qazmaçıları və partladıcılar 1.2.1. açıq dağ-mədən işləri və yer səthində işlər bəndində nəzəıdə tutulmuş şpur qazmaçılar və partladıcılar vəzifələrdə çalışmışdır. Lakin, 2002-ci ildə «Azərsənayepartlayış» müəssisəsi prezidentin fərmanı əsasında özəlləşmə proqramı ilə 286 №-li Əmrə əsasən "xxxx" ASC adı ilə fəaliyyət göstərir. xx.xx.2003-cü il tarixindən xx.xx.2016-ci il tarixinədək "xxxx" ASC-nin PM bazasının müdüri vəzifəsində çalışmışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 31 iyul 2002-ci il tarixli, 269 nömrəli sərəncamı ilə “Azərtikintimaterialsənaye” Dövlət Konserninin "Azərsənayepartlayış" müəssisəsinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilmişdir.
6. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 81 saylı arayışına əsasən iddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən baş mühəndis vəzifəsində "xxxx" MMC-də 05 yanvar 2012-ci il tarixdən hal hazıradək işləyir. "xxxx" MMC-də güzəştli şərtlərlə iş stajı 12 il 7 aydır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “baş mühəndis” vəzifəsi güzəştli siyahıya daxil edilmiş və həmin siyahıda “baş mühəndis” vəzifəsi “Dağ-mədən işləri” bölməsinin 1.2.1-ci hissəsinin b) bəndində nəzərdə tutulmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 02 yanvar 2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin vaxtdan yığılan pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə cavabdehdən ona vurduğu mənəvi ziyana görə 50 000 manat vəsaitin cavabdehin bank hesabından tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.2003- cü il tarixinədək Azərbaycan “Partlayışsənaye” trestində “qazma ustası”, daha sonra “partladıcı” vəzifəsində çalışmışdır. xx.xx.2003-cü ildən 2016-cı ilədək "xxxx" ASC-də “partlayıcı maddələrin baza müdiri” vəzifəsində, 2012-ci ildən hazırkı vaxta qədər isə "xxxx" MMC-nin “baş mühəndisi” vəzifəsində çalışır. İddiaçı onun 60 yaşının tamam olduğu 02 yanvar 2024-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyinatı üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş 6 avqust 1985-ci il tarixli ИT-İ№0239629 nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 09 nömrəli arayışında onun xx.xx.1985 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azərsənayepartlayış” müəssisəsində qazmaçıpartladıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Cavabdehin mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, həmin arayışda göstərilən qeydlərə dair "xxxx" ASC-də hər hansı məlumat olmadığı, sözügedən arayışın əmək kitabçası əsasında tərtib olunduğu, həmçinin “Azərsənayepartlayış” müəsisəsinin xx.xx.1985 - xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində Zəngilan sahəsinə aid olduğu və xx.xx.1993-cü il tarixində rayonun işğal olunması səbəbindən həmin müəssisənin xx.xx.1993 - xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 17 aprel 2024-cü il tarixli Aktı ilə təsdiq edilmişdir. Göstərilən səbəblərə əsasən iddiaçının güzəştli is stajı yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi kompensasiya olaraq 50 000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı qeyd edilmişdir ki, iddiaçının kompensasiya tələbinə dair cavabdehə ilkin müraciəti olmadığından, tələb qeyd edilən hissədə mümkünsüz sayılmalıdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1727/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu 02 yanvar 2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin vaxtdan yığılan pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, mübahisəli dövrlərin iddiaçının əmək kitabçasında qeyd edilməsi heç də onun güzəştli pensiya hüququ verən peşədə çalışması anlamına gəlmir. Hazirki işin hallarından da göründüyü kimi mübahisə predmetini güzəştli arayışın əmək kitabçası əsasında doldurulması və iddiaçının işlədiyini iddia etdiyi peşəyə aid müəssisənin vəfizə təlimatlarının və şəxsə aid arxiv sənədlərinin olmaması təşkil edir. Bildiririk ki, "xxxx" ASC-ninxx.xx.2024-cü il tarixli 09 nömrəli arayışından müəyyən olunur ki, sözügedən müəssisə “Azərsənayəpartlayış” müəssisəsinin hüquqi varisidir. İddiaçının əmək kitabçasında xx.xx.2003-cü ilə aid işdən çıxma möhrü "xxxx" ASC-yə aiddir. Lakin, sözügedən müəssisədə iddiaçı barəsində hər hansı bir arxiv sənədi mövcud deyildir. Məhkəmə mübahisəli dövrləri xx.xx.1985 – xx.xx.1993-cü il (Zəngilan rayonunun işğalına qədər) və xx.xx.1996 – xx.xx.2003-cü il tarixədək olan müddətələrə ayırmaqla iddiaçının iş stajına hüquqi qiymət verməli idi. Çünki, müəssəsinin 1993-1996-cı il tarixlərdə fəaliyyət göstərməməsi iş materiallarına əlavə edilən aktla da təsdiqlənir. Buna baxmayaraq məhkəmə qərarında bütün mübahisəli dövrün iddiaçının əmək stajına daxil edilməsi qənaətinə gəlmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi.
15. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi kollegiya tərəfindən mümkün hesab edildi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun: 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayətində qərar iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 23.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 24.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 25.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi və güzəştli iş stajı olmadığı üçün ona 60 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
26. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus olan hərbi biletə əsasən hərbi xidmət dövrü və əmək kitabçasında göstərilmiş stajı nəzərə alınmaqla onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixinə 32 il 06 aydan artıq əmək stajı vardır.
27. Cavabdeh tərəfindən konkret mübahisələndirilən əmək stajı dövrü isə iddiaçının xx.xx.1985 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azərsənayepartlayış” müəssisəsində qazmaçı-partladıcı vəzifəsində işlədiyi dövrdür.
29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
30. Göründüyü kimi qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur.
31. İşdə olan Qaradağ Sənaye Layihə ASC-nin 02 fevral 2024-cü il tarixli 09 saylı arayışında iddiaçının həqiqətən “Azərsənayepartlayış” müəssisəsində xx.xx.1985-ci ildən xx.xx.2003-cü ilədək qazmaçı-partladıcı vəzifəsində işlədiyi və həmin stajın güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına aid olduğu göstərilmişdir.
32. Həmçinin işin apellyasiya baxışı zamanı Qaradağ Sənaye Layihə ASC-yə sorğu verilmiş, 23 may 2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən 1985-1996-cı il tarixinədək “Azərsənayepartlayış” müəssisənin "xxxx" sahəsində işləmişdir. Müəssisə Bakı şəhəri,Yasamal rayonu, M.Rahim 534 ünvanında yerləşir. Lakin, 2002-ci ildə “Azərsənayepartlayış” müəssisəsi Prezidentin Fərmanı əsasında özəlləşmə proqramı ilə ƏMR-ə əsasən "xxxx" ASC adı altında fəaliyyət göstərir.
33. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş və iddiaçının qeyd edilən əmək stajının artıq mövcud olduğu dövrdə qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 1-ci bölməsinin (Dağ-mədən işləri) 1010300a—11429 bəndində göstərilən “partladıcılar” peşəsi iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2003-cü ilədək işlədiyi peşəyə uyğundur. İddiaçının həmin peşə üzrə əmək stajı isə 17 ildən artıqdır. Nəzərə alınmalıdır ki, iddiaçının 1993-1996-cı illər aralığında olan müddətlər nəzərə alınmasada belə iddiaçının güzəştli şərtlərlə pensiya ilə təmin olunma hüququ yaranır.
34. Odur ki, cavabdeh orqan iddiaçının həmin dövr üzrə həm ümumi, həm də güzəştli əmək stajını mübahisələndirsə də bununla bağlı öz mövqeyini əsaslandıra bilməmiş, əmək kitabçasının tərtibində hər hansı uyğunsuzluq müəyyən edilməmişdir
35. Beləliklə də, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 37.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 38.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1727/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1727/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.