Məhkəmə qərarları › İş №2-1(103)-223/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-223/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-223/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı “pensiya məbləğinin yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-770/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18-21 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyası məbləğinin yenidən hesablanaraq onun metodist müəllim olduğunu və "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək çalışmasını nəzərə alaraq pensiya ödənişlərinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1948-ci il təvəllüdlüdür. Salyan şəhərində anadan olmuşdur. 1967-ci ilin 16 noyabr tarixindən rəsmi olaraq işləyir. Bu fakt xx.xx.1968-ci ildə açılan əmək kitabçasında öz əksini tapmışdır. Aldığı 251 nömrəli, xx.xx.1991-ci il tarixli vəsiqəsində ona 641 nömrəli əmr ilə “Metodist müəllim” adı verilmişdir. O, cavabdehə müraciət edib, imtina məktubu almışdır. Həmin **********6 nömrəli, xx.xx.2020-ci il tarixli məktuba əsasən onun əmək kitabçasında qeyd edilmiş 21 il 10 ay 8 gün əmək stajına görə 200 manat pensiya hesablanır və ödənilir. xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi "xxxx" Firmasında olan dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövrləri sosial sığorta stajı kimi hesablamaq mümkün olmamışdır. Onun "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək çalışdığını iş yoldaşları X8 və X16 notarial qaydada təsdiq ediblər. Həmin əməkdaşlar məhkəmədə şahid qismində iştirak edə bilər. Bundan əlavə, xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi əmək kitabçasında qeyd olunmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-770/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi illərin onun sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı DSMF-nun Xətai xidmət nümayəndəliyinə müraciət edərək, özünə münasibətdə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı "xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləmiş olduğu "Nlka" firmasında olan dövrü yoxlamaq mümkün olmadığı və xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində heç bir sosial sığorta haqqı aşkar olunmadığı üçün" DSMF-nin Xətai xidmət nümayəndəliyi iddiaçıya yaşa görə pensiyasının yenidən hesablanmasından əsaslı olaraq imtina etmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsin Xətai rayon xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırılmışdır ki, o, qeyd olunan illərdə işləmiş, həmin illər əmək kitabçasında qeyd edilmiş, bu səbəbdən sosial sığorta stajına daxil edilməlidir. Qeyd etmək lazımdır ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. Həmin dövrün sığorta stajına daxil edilməsi üçün heç bir hüquqi əsas yoxdur. İddiaçı 21 il10 ay 8 gün əmək stajına görə 200 manat pensiya hesablanıb ödənilir. İmtina cavabında qeyd edildiyi kimi, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının işləmiş olduğu Nika firmasında olan dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövrləri sosial sığorta stajı kimi hesablamaq mümkün deyil. İddiaçının işlədiyini iddia etdiyi xx.xx.1995-xx.xx.2006cı illərlə ilə bağlı cavabdeh orqan tərəfindən AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə xx.xx.2020-ci il tarixli **********4 nömrəli sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2020-ci tarixli **********862900 nömrəli cavab məktubunda "xxxx" firmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1997-ci il tarixdə qeydiyyata alındığı qeyd edilmişdir. xx.xx.2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli on rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir. 12 dekabr 2003-cü tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə yəni hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydalarına əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Mülki Məcəllənin 48.1-ci maddəyə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Sözügedən normaların dispoziyasından aydın olur ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. Bakı İnzibati Məhkəməsinin qərarında da qeyd edildiyi kimi iddiaçı X5 əmək kitabçasında xx.xx.1995-xx.xx.2006-cı il tarixədək “NİKA firmasında işlədiyi illərə dair təsisçisi olduğunu iddia etdiyi X11 dair möhür və VÖEN (2********) mövcuddur. Birinci instansiya məhkəməsinin qərarında hüquqi şəxs kimi "xxxx" firmasının (VÖEN **********) dövlət qeydiyyat məlumatlarına əsasən təsisçi- X6r. İddiaçının firmanın təsisçisi olduğunu iddia etdiyi X9 "xxxx" firmasında rəhbər və ya təsisçi kimi qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdən "xxxx" firmasında işlədiyini iddia etdiyi dövrdə məcburi dövlət sosial sığorta haqqlarını ödəməməsi və həmçinin xx.xx.2006-cı il tarixdən əvvəlki dövr üçün müəssisənin qeydiyyat məsələlərində aşkar olunan ziddiyyətlər vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci il təvəllüdlüdür. İş materiallarında olan 251 nömrəli, xx.xx.1991-ci il tarixli vəsiqənin surətindən görünür ki, Salyan şəhəri 1 nömrəli məktəbin Rus dili və ədəbiyyatı müəllimi İddiaçı Təhsil nazirinin xx.xx.1991-ci il tarixli, 641 nömrəli əmri ilə “Metodist müəllim” adı verilmişdir. İş materiallarında olan iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1967-ci il tarixdən, xx.xx.1968-ci il tarixədək, xx.xx.1968-ci il tarixdən xx.xx.1969cu il tarixədək, xx.xx.1974-cü il tarixdən, xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən, xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən, xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək müəllim, metodist və digər vəzifələrdə işləmiş, xx.xx.1995-ci il tarixdə "xxxx" Firmasına işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X3 və X13 tərəfindən verilmiş **********377 nömrəli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək onlarla birlikdə "xxxx" Firmasında işləmişdir. İş materiallarında olan X3 adına açılmış ПТ-İ seriyalı, 20 yanvar 1977-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, X10 xx.xx.1991-ci il tarixdə "xxxx" Firmasına işə qəbul olunmuş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli, **********109700 nömrəli məktubun surətindən görünür ki, məlumat bazasına əsasən məktubda adı qeyd olunan "xxxx" Firması (VÖEN **********) 11 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 25 avqust 2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli 10 (on) rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin “iddiaçının əmək kitabçasında xx.xx.1995-xx.xx.2006-cı illərə dair hissədə "xxxx" firmasının möhürü ilə yanaşı, fiziki şəxs X12 məxsus (VÖEN2********) möhürün vurulması səbəbi ilə fiziki şəxs X14 ilə "xxxx" Firması arasında hər-hansı bir əlaqənin olub-olmaması barədə məlumat verilməsinə dair” sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli, **********117600 nömrəli məktubun surətindən görünür ki, hüquqi şəxs "xxxx" Firmasının (VÖEN **********) dövlət qeydiyyatı məlumatlarına əsasən təsisçisi – "xxxx" Məhdud Məsuliyyətli Şirkəti, rəhbəri – X6r. Məktubda adı qeyd olunan şəxs X9 "xxxx" Firmasında rəhbər və ya təsisçi kimi qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********6 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar bildirilmişdir ki, respublikada vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Əmək kitabçasında qeyd edilmiş 21 il 10 ay 8 gün əmək stajına görə 200 manat pensiya hesablanıb ödənilir. xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləmiş olduğu "xxxx" Firmasında olan dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövrləri sığorta stajı kimi hesablamaq mümkün deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İddiaçı onun xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi illərdə Firmanın fəaliyyət göstərib-göstərməməsinin araşdırılması məqsədilə sorğular göndərilmiş və sorğulara cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən daxil olmuş məktublara əsasən müəyyən edilmişdir ki, "xxxx" Firması 11 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 25 avqust 2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli 10 (on) rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir. Hüquqi şəxs "xxxx" Firmasının (VÖEN **********) dövlət qeydiyyatı məlumatlarına əsasən təsisçisi – "xxxx" MMC, rəhbəri – X6r. X9 "xxxx" Firmasında rəhbər və ya təsisçi kimi qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləməsinə dair müvafiq qeydlər olsa da, "xxxx" Firması 11 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 25 avqust 2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli 10 (on) rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir. Bu səbəbdən də, iddiaçının "xxxx" Firmasında işlədiyi 11 dekabr 1997-ci il tarixdən, xx.xx.2006-cı il tarixədək illər sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. İddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barədə sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Qanunvericiliyin müddəalarına görə mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim edilmədiyindən, "xxxx" Firmasının dövlət qeydiyyatına alındığı, xx.xx.1997-ci il tarixdən etibarən xx.xx.2006-cı il tarixədək işlədiyi illər sığorta stajına daxil edilməli, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi müddət isə sosial sığorta stajına daxil edilməməlidir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə eləcə də, iddiaçının tələbinin metodist müəllim olduğuna görə pensiyasına əlavə hesablanması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının tələbi həmin hissədə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunvericiliyində metodist müəllim olmuş şəxslərin pensiyalarına əlavələrin hesablanması nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. İşdən göründüyü kimi iddiaçının əsas tələbi onun "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək çalışmasını nəzərə alaraq pensiya ödənişlərinin yenidən hesablanmasından ibarətdir və iddiaçı "xxxx" Firmasında işləməsini əmək kitabçasında qeyd olunması ilə əsaslandırır. Cavabdeh orqanın imtinasının eləcə də apellyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləmiş olduğu "xxxx" Firmasında olan dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövrləri sığorta stajı kimi hesablamaq mümkün deyildir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli, 496 №-li qərarı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması və aparılması üzrə struktur bölməsinin təsis edilməsi tapşırılmışdır. Qeyd olunan qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə təsərrüfat obyektlərinin (irəlidə “obyektlər” adlanacaq) uçota alınması qaydalarını, onların fəaliyyəti haqqında məlumatların təzələnməsinin qaydasını və dövriliyini, uçot obyektlərinin Dövlət Registrinin (sonralar registr adlanacaqdır) yaradılması, aparılması və ondan istifadə olunması prinsiplərini, onun maliyyələşdirilməsi və ləğv edilməsi qaydasını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dövrlər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə aid əmək fəaliyyətini əhatə edir və müvafiq olaraq həmin dövrlərdəki əmək fəaliyyətinin pensiya hüququ verən sosial sığorta stajına hesablanıb-hesablanmaması məsələsinə də məhz həmin Qanunun müddəalarından çıxış etməklə qiymət verilməlidir. Belə ki, həmin dövrdə əmək haqqının alınmaması və ya alınsa belə həmin əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Bundan başqa qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" Firması 11 dekabr 1997-ci il tarixdə 383 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Firmasının dövlət qeydiyyatı məlumatlarına əsasən təsisçisi – "xxxx" MMC, rəhbəri – X6r. Bundan başqa işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsi ilə iddiaçının "xxxx" Firmasında işlədiyi təsdiq olunur. Həmçinin şahid qismində dindirilmiş adı çəkilmiş şəxsin özünün "xxxx" Firmasında işləməsi iş materiallarına əlavə edilmiş ona məxsus əmək kitabçası ilə sübut olunur Belə ki, iş materiallarına əlavə edilmiş ИТ-İ №0589602 saylı əmək kitabçasının surətindən görünür ki, X10 xx.xx.1991-cü il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" Firmasında işləmişdir. . X1 məxsus əmək kitabçasında olan qeydlər "xxxx" firmasının möhürü ilə yanaşı, fiziki şəxs X12 məxsus (VÖEN2********) möhürlə də təsdiq olunmuşdur. Eyni zamanda işə birinci instansiya məhkəməsində işə baxılarkən notarial qaydada təsdiq edilmiş X13 tərəfindən verilmiş **********377 nömrəli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək onunla birlikdə "xxxx" Firmasında işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmışdır. Digər tərəfdən isə iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisənin sənədlərinin dövlət arxivində saxlanılmaması isə iddiaşının təqsiri üzündən baş verməmişdir. Nəzərə almaq lazımdır ki, yoxlamanın hər hansı səbəbdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə mövcud məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia qismən təmin olunması iddiaçı tərəfindən mübahisələndirilmədiyindən işə apellyasiya şikayəti həcmində baxılmalıdır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-770/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar