Məhkəmə qərarları › İş №2-1(103)-223/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-223/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-223/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2 və digər nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3562/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirilmə haqqında iddia qaldıraraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9410 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini Bakı İnzibati Məhkəməsindən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “Cavabdehin xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9410 nömrəli qərarı ilə İddiaçı MMC Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablamalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, həmin qərar ona xx.xx.2022- ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. İddiaçı hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, həmin qərarda xx.xx.2022-ci il tarixli, Seriya DVX 015182, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” Akta istinad edilmişdir. Həmin Aktda isə göstərilmişdir ki, operativ vergi nəzarəti zamanı İddiaçı MMCnin fəaliyyət ünvanında 40 manat pul ödənilmiş, ödəniş nəzarət-kassa aparatı ilə çek vurulmuşdur. Lakin araşdırma zamanı nəzarət-kassa çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd olunan cekin (malın və ya xidmətlərin) əks olunmaması müəyyən olundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı qaydaları”nın 8.3.16.-cı bəndinin, 50.8-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Cavabdeh təşkilatın yoxlayıcıları Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinin pozulmasının nədən ibarət olmasını dəqiq göstərməmişdir. Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələbinə görə Nəzarət-kassa aparatının çeklərində 16 məlumat göstərilməlidir. Cavabdeh təşkilatının yoxlayıcılarının xx.xx.2022-ci il tarixli aktında iddiaçının verdiyi nəzarət-kassa aparatının çekində hansı məlumatın olmamasını dəqiq göstərməmişdir. Aktın Nəticə hissəsində göstərilir: İddiaçı MMC(********** VÖEN), Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı qaydaları"nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiqi təklif olunmuşdur. Lakin istinad olunan maddi hüquq normalarında iddiaçının təqsirini əks etdirən pozuntu barədə heç bir məlumat yoxdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddanı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Qanunvericiliyin tələblərinə görə Nəzarət kassa aparatının çekində qanunvericilikdə qeyd olunan məlumatlar olmadıqda vergi ödəyicisi məsuliyyət daşıyır. “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” nın 8.3-cü bəndinin tələblərinə görə NKA-nın istismar sənədlərinə və qüvvədə olan normativ aktlara uyğun istismarını təmin etmək, NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək, pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək nəzarət kassa aparatı istifadəçisinin vəzifəsi kimi qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3562/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9410 nömrəli qərar ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “..Məhkəmə qərarında qeyd olunur ki, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul edilmiş qərarda qanunvericiliklə göstərilən əsaslardan heç biri qeyd olunmamışdır. Bununla əlaqədar bildirilir ki, Vergi Məcəlləsinin 23.1.1-ci və 50.3-cü maddənin tələblərindən də göründüyü kimi, operativ vergi nəzarətinin keçirilməsi haqqında vergi orqanının qərarında qanunvericiliklə göstərilən əsasların qeyd olunması müəyyən olunmur. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas hesab olunur. Həmin əsas “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeyd olunmuşdur. Həmçinin məhkəmə qərarında qeyd olunur ki, vergi orqanı tərəfindən NKA qeydiyyata alınarkən vergi ödəyicisi və operatorun NKA-ya daxil etdiyi məlumatların dəqiqliyi yoxlanılmamışdır. Bununla əlaqədar bildirilir ki, NKA quraşdırıldıqdan sonra yaranan hər hansı bir nasazlıqla bağlı İstifadəçi vergi orqanlarına və Operatora məlumat verməmişdir. “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: 5.1-ci maddəsinin tələblərinə görə istismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verməlidir; 5.2-ci maddəsinə görə NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir; 8.3.3. və 8.3.16-cı bəndinin tələblərinə görə nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi orqanının vəzifəsidir. Məhkəmə qərarının əsası kimi qeyd olunur ki, vergi orqanı tərəfindən vergi qanunvericiliyi pozulmuş, aparılmış vergi nəzarəti zamanı heç bir protokol tərtib olunmamış və qərar yoxlama xx.xx.2022-ci il tarixdə bitdiyi halda qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə, yəni xx.xx.2023-cü ildə qəbul edilmişdir. Bununla əlaqədar bildirilir ki, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş, Aktın bir nüsxəsi vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə (AVİS **********758200 ) göndərilmiş, vergi ödəyicisinin öz etirazını təqdim etməsi üçün qanunvericiliklə müəyyən olunmuş 30 gün müddət gözlənilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 39-cu maddəsinə görə vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Məlum olur ki, vergi orqanı tərəfindən qərar qəbul olunarkən vergi qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməmiş, maddi və prossesual hüquq normalarının tələbləri pozulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçının nümayəndələri isə onunla razılaşmamış, apellyasiya şikayətinin əsassız hesab dərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakı əsaslara görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Konkret halda, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9410 nömrəli qərarının ləğv edilməsini tələbi etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, cavabdehin mübahisələndirilən qərarı maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. İş materiallarından görünür ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********62246 nömrəli qərarına əsasən iddiaçıya məxsus olan obyektdə (“X8”nda) “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022 il tarixdən xx.xx.2022 il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilərək “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, seriya DVX, 015182 nömrəli akt tərtib olunmuşdur. İşə əlavə olunmuş həmin aktan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:21-də keçirilmiş operativ vergi nəzarəti zamanı müşahidə nəticəsində müştəri tərəfindən göz müayinəsi üçün ödənilmiş 40 manat pul məğləği NKA-na vurularaq müştəriyə təqdim edilən kassa çekində qanunvericiliklə müəyyən edilmiş məlumatlar (Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan - malın və ya xidmətin adı) əks etdirilmədiyi əsas tutularaq, həmin fakt AR Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı qaydaları”nın 8.3.16-cı bəndinin, Vergi Məcəlləsinin isə 16.1.9-cu maddəsinin tələblərinin pozuntsu kimi qiumətləndirilmiş və həmin akt əsasında iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə”, 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qərar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul olunmuşdur. Birincisi, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli **********62246 nömrəli qərarında iddiaçıya məxsus obyektdə hansı əsasla operativ vergi nəzarətinin həyata keçirildiyi barədə məlumat mövcud deyildir. Halbuki, Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Cavabdehin işə əlavə olunmuş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən əsaslardan hər hansı birinə istinad edilməmiş və qərar əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İşə əlavə olunmuş “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli aktdan, cavabdehin iddia ərizəsinə etirazın və onun apellyasiya şikayətinin dəlillərindən görünür ki, operativ vergi nəzarəti zamanı vurulmuş kassa cekində malın və ya xidmətlərin adı əks olunmadığı, bununla da Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı qaydaları”nın 8.3.16.-cı bəndinin, 50.8-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Bununla əlaqədar, birincisi, qeyd olunmalıdır ki, cavabdehin operativ vergi nəzarətini həyata keçirdiyi iddiaçıya məxsus həmin təsərrüfat subyektinin adının “Celamig” X8” olması, Klinikaya gələn müştərilərə göstərilən xidmətlərin yalnız gözün müalicəsi ilə əlaqədar olduğunu deməyə əsas veirir. İşə əlavə edilmiş həmin kassa çekindən görünür ki, vergi xidməti əməkdaşı (Zərbəliyev Nuru) alıcı qismində xəzinəyə pul ödəmiş, xəzinədar tərəfindən əməliyyat aparılaraq həmin pul vəsaiti nəzarət-kassa aparatına daxil edilərək, həmin kassa çekində satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergilər dövlət büdcəsinə ödənildiyi təsbit olunmuşdur. Digər tərəfdən, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna "xxxx" MMC tərəfindən Bakı İnzibati Məhkəmsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus X6 nəzarət-kassa aparatı xx.xx.2022-ci il tarixdə qarşılıqlı əməkdaşlıq çərçivəsində İddiaçı MMC (sifarişçi) ilə "xxxx" MMC (icrçraçı) arasında bağlanmış müqavilə əsasında quraşdırılmışdır. İşə əlavə olunmuş həmin müqavilənin 3.2-ci bəndinin şərtlərindən görünür ki, icraçı onlayn kassa aparatının düzgün işləməsini və istsmarını təmin etməli (3.2.1.), problemlərin (insidentlərin), onlayn kassa istismarı zamanı yaranan gözlənilməyən situasiyaların uçotunu aparmalı və Vergilər Nazirliyinin nəzarət orqanlarının səlahiyyətlərinə aid olan bu cür problemlər (insidentlər) barədə onların baş verdiyi andan iki iş günü ərzində məlumat verməlidir (Tərəflərin izahatarına əsasən müəyyən olunmuşdur ki, Vergilər Nazirliyi ilə "xxxx" MMC arasında da vergi ödəyicilərinə məxsus təsərüüfat subyektlərində nəzarətkassa aparatlarının quraşdırılması və istismarı ilə əlaəqədar müvafiq müqavilə bağlanmışdır). Qeyd olunanlar da nəzərə alınmaqla məhkəmə kollegiyası qeyd edir ki, ən azından, iddiaçıya məxsus “X8”nda quraşdırılan nəzarət-kassa aparatı cavabdeh vergi orqanında qeydiyyata alınarkən, sonuncu Vergi Məcəlləsinin 24.0.6-cı maddəsində təsbit olunan vəzifələrindən irəli gələrək, nəzarət-kassa aparatının “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” nın 8.3-cü bəndinin tələblərinə cavab verib- vermədiyini müəyyənləşdirməyə borclu idi. Həmçinin, iş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli operativ vergi nəzarətinin nəticələri vergi qanunvericiliyi ilə müəyyən olunan qaydalara uyğun da rəsmiləşdirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda vergi yoxlamasının keçirilməsi zamanı protokollar tərtib edilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. İş materiallarından isə görünür ki, cavabdeh vergi orqaının operativ vergi nəzarətini həyata keçirən əməkdaşları tərfindən Vergi Məcəlləsinin qeyd edilən maddələrinin tələbləri də pozulmuş, operativ vergi nəzarəti zamanı heç bir protokol tərtib olunmamışdır. Ümumiyyətlə, vergi orqanı olaraq cavabdeh nəzərə almalıdır ki, Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən həm də vergi ödəyicisinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək onun üzərinə düşən vəzifəsidir. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən İPM-in 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddiaçının vergi məsuliyyətinə cəlb edən mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilərək həmin qərarın ləğv edilməsi işin hallarına, maddi və prossessual hüquq normalarna uyğun nəticədir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin işin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırdığını, qanunvericiliyin tələblərini tam araşdırmadığını, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etdyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3562/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3562/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar