Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2230/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-4247/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr-01 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 mart 2020-ci il tarixli **********198383 nömrəli qərarının qismən (əmlak vergisi üzrə 8.557,15 manat, torpaq vergisi üzrə 970,40 manat artıq hesablanmış məbləğinin azaldılması hissəsi istisna olmaqla) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 21 sentyabr 2018-ci il tarixli qərarına əsasən "xxxx" MMC-də 2015-ci ilin noyabr ayından 2018ci ilin iyul ayınadək hesabat dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 8 oktyabr 2018-ci il tarixdə başlanmış və 5 dekabr 2019-cu il tarixdə başa çatdırılmışdır. Yoxlamanın 7 halda müvəqqəti olaraq dayandırılması, 2 halda müddətinin uzadılması, 1 halda əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi, 1 halda isə aktın tərtibi müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi 23 yanvar 2020-ci il tarixli **********166320 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında 16 mart 2020-ci il tarixli **********198383 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən iddiaçıya 2015-ci il üzrə 34.876,63 manat və 2017-ci il üzrə 124,70 manat, cəmi 35.001,33 manat mənfəət vergisi, 2015-ci il üzrə 3.479,56 manat, 2016-cı il üzrə 11.135,32 manat və 2018-ci il üzrə 1.581,37 manat, cəmi 16.196,25 manat ƏDV, 2015-ci il üzrə 3.506,93 manat, 2016-cı il üzrə 18.176,08 manat, 2017-ci il üzrə 18.994,38 manat və 2018-ci il üzrə 10.516,88 manat, cəmi 51.194,27 manat ödəmə mənbəyində tutulan vergi, 2016-cı il üzrə 7.568,88 manat mənfəət vergisi, 2017-ci il üzrə 3.596,70 manat ƏDV, 2015-ci il üzrə 2.915,57 manat, 2016-cı il üzrə 2.657,99 manat, 2017ci il üzrə 2.983.59 manat, cəmi 8.557,15 manat əmlak vergisi, 2016-cı il üzrə 290,40 manat, 2017-ci il üzrə 340 manat, 2018-ci il üzrə 340 manat, cəmi 970,40 manat torpaq vergisi hesablanmış və Vergi Məcəlləsinin 57.1, 58.1-ci maddələrinə əsasən 2017-ci il üzrə mənfəət vergisinin azaldılmasına görə 62,35 manat, 2017 – 2018-ci illər üzrə ƏDV-nin azaldılmasına görə 1.616,89 manat, 2017 – 2018-ci illər üzrə ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 14.755,63 manat, 2017 – 2018-ci illər üzrə vergi hesabatı və arayışlarının vaxtında təqdim edilməməsinə görə 240 manat, ümumilikdə 16.674,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 16 mart 2020-ci il tarixli qərar “8.557,15 manat əmlak vergisi və 970.40 manat torpaq vergisi” hissəsi istisna olmaqla qalan hissədə tamamilə əsassız və qanunsuzdur. Yoxlama zamanı vergilərin hesablanması barədə zəruri sənədlər iddiaçıdan götürülməmiş, icarə obyektinin faktiki işlək sahəsi və icarədarların dəqiq siyahısı araşdırılmamış və ekspert rəyində icarə haqlarının real məbləği müəyyən edilməmişdir. Vergi orqanı tərəfindən əlavə vergi yoxlamasının həyata keçirilməsi barədə 23 oktyabr 2019-cıı il tarixli qərar qəbul olunmasına baxmayaraq, yoxlamanı həyata keçirən vergi orqanının hər hansı vəzifəli şəxsi yoxlama ilə bağlı "xxxx" ticarət mərkəzinə gəlməmiş, cəmiyyətdən hər hansı sənəd tələb edilməmiş, iddiaçıya bununla bağlı müvafiq tələbnamə verilməmiş və əlavə yoxlamanın qeydiyyatdan keçirilməsi ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı təqdim edilməmişdir. Bu səbəbdən yoxlama ilə əhatə olunan hesabat dövrünə (noyabr 2015 - iyul 2018) aid icarə müqavilələri və icarə obyektləri ilə bağlı digər zəruri məlumatlar (excel faylı) iddiaçı tərəfindən elektron şəkildə cavabdeh vergi orqanına göndərilmişdir. Bundan sonra cavabdeh vergi orqanından daxil olmuş məktub nəticəsində məlum olmuşdur ki, yoxlamanın daha dolğun və obyektiv keçirilməsi, həmçinin MMC-nin müraciətində göstərilən məsələlərin aydınlaşdırılması məqsədilə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23-cü və 44-cü maddələrinə əsasən 20 noyabr 2019-cu il tarixli qərarla yeni ekspertiza təyin edilmiş və 22 noyabr 2019-cu il tarixli "Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında" qərarla növbəti səyyar vergi yoxlamasının müddəti 23 yanvar 2020-ci il tarixədək uzadılmışdır. Lakin iddiaçının ekspertizanın təyin edilməsi haqqında qərardan hər hansı məlumatı olmamışdır. Halbuki, Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Ekspertiza keçirilməsi haqqında qərar və onunla tanışlıq protokolu 21 yanvar 2020-ci il tarixli ekspert rəyi tərtib edildikdən sonrakı tarixdə poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Bu isə, vergi qanunvericiliyinin kobud şəkildə pozuntusu deməkdir. Bundan başqa, səyyar vergi yoxlaması aktında qeyd olunanlara əsasən cavabdeh vergi orqanı hesab etmişdir ki, “Tər- Gül" MMC-nin fəaliyyət göstərdiyi obyektin mülkiyyətçiləri ilə cəmiyyət arasında icarə münasibətləri mövcud olmuş və Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən tərəflər arasındakı münasibətə bazar qiyməti tətbiq edilmişdir. Bununla bağlı vergi orqanına dəfələrlə izahat məktubları ilə müraciət edilsə də, yoxlamanı həyata keçirən vergi orqanı yenə də bu halları nəzərə almamışdır. Belə ki, dəfələrlə qeyd edildiyi kimi, "xxxx" ticarət mərkəzi vergi orqanında "xxxx" MMC-nin adına məhz vergi orqanının öz təklifi əsasında uçota alınmışdır. Buna sübut obyektin mülkiyyətçisi qismində vergi orqanının uçot məlumat bazasında "xxxx" MMC-nin qeydə alınmasıdır. Vergi orqanına verilmiş sorğu nəticəsində əldə edilmiş sənədlərdən də bəlli olur ki, uçota dair ərizədə də ticarət mərkəzinin mülkiyyətçisi kimi "xxxx" MMC qeyd edilmişdir. Bundan başqa, fiziki şəxslərin birgə mülkiyyətində olan ticarət mərkəzinə dair əmlak və torpaq vergisi hər zaman "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İllərlə yol verilən xətanı aradan qaldırmaq məqsədilə "xxxx" MMC ilə icarədarlar arasında bağlanmış müqavilələrə xitam verilmiş və həmin şəxslərlə obyektin birgə mülkiyyətçiləri (fiziki şəxslər) arasında yeni icarə müqavilələri bağlanaraq uçot məlumat bazasında dəyişiklik edilməsi məqsədilə cavabdeh vergi orqanına təqdim edilmişdir. İcarə haqqından ödəmə mənbəyində tutulan verginin hesablanmasına münasibətdə vergi orqanının yanaşmasından belə nəticə çıxır ki, obyektin mülkiyyətçiləri ödəmə mənbəyində 14% gəlir vergisi ödəməklə vergi öhdəliklərini tam şəkildə icra edə biləcəkləri halda, onlar hər hansı zərurət olmadığı halda bilərəkdən təsisçisi olduqları yeni bir hüquqi şəxs "xxxx" MMC-ni yaratmışlar, daha sonra mülkiyyətçiləri olduqları əmlakı öz yaratdıqları cəmiyyətə, dolayısı ilə özlərinə icarəyə vermişlər, özləri özlərinə hər kv.metrə 7 manat olmaqla aylıq icarə haqqı ödəmişlər, daha sonra isə özlərindən icarəyə götürdükləri obyekti bəzi hallarda hər kv.metrə 7 manatdan aşağı, bəzi hallarda isə 7 manatdan yuxarı məbləğdə üçüncü şəxslərə subicarəyə vermişlər. Nəticədə isə özlərinə 20 % mənfəət və 18% ƏDV üzrə əlavə vergi öhdəlikləri yaratmaq qərarına gəlmişlər. Göründüyü kimi, vergi orqanının hesablaması məntiqi və qanunvericiliyin qarşıya qoyduğu məqsədə adekvat deyil. Əksinə, yoxlama aktı daha çox "hesablama xatirinə aparılmış" hesablama təəssüratı yaradır. Vergi orqanının apardığı hesablamanı əsaslandırmaq üçün istifadə etdiyi Vergi Məcəlləsininm 14.3.2-ci maddəsinə münasibətdə isə bildirilir ki, sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə bəzən dar, bəzən genişləndirilmiş, bəzən isə hərfi mənada şərh edilir. Hazırkı yoxlmada da vergi orqanı Vergi Məcəlləsinin 14.3.2-ci maddəsini hərfi mənada şərh edərək işin faktiki hallarını araşdırmamışdır. Belə ki, Vergi Məcəlləsinin 18-ci maddəsinin hərfi mənasına əsasən hər hansı hüquqi şəxsin nizamnamə kapitalında iştirak payı 20%-dən çox olan şəxslə həmin hüquqi şəxs qarşılıqlı surətdə asılı olan şəxslər sayılsalar da, qanunvericinin bu normada qarşıya qoyduğu məqsəd qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilən təsərrüfat əqdlərində vergidən yayınma riskini aşkara çıxarmaq və qarşısını almaqdır. Hazırkı işdə isə fiziki şəxslərin mülkiyyətində olan əmlakın vergi orqanında onlar tərəfindən təsis edilmiş hüquqi şəxsin, "xxxx" MMC-nin adına uçota alınması və cəmiyyət tərəfindən icarəyə verilməsi vergidən yayınma riski daşıyan hərəkət kimi qiymətləndirilə bilməz. Əksinə, bu hərəkətlə mülkiyyətçilər illərlə özləri də bilmədən özlərinə əlavə vergi öhdəliyi yükləmiş, 14% ÖMV əvəzinə, 20% mənfəət və 18% ƏDV ödəmişdir. Buna baxmayaraq vergi orqanı onları əlavə olaraq 14% ÖMV ilə də yükləməyə çalışır. Bundan başqa, yoxlamanı həyata keçirən vergi orqanı ilk öncə "xxxx" MMC ilə obyektin mülkiyyətçiləri – təsisçiləri arasında hər hansı faktiki icarə münasibətinin olmasını, əgər belə bir münasibət olubsa, həmin münasibətə bazar qiymətinin tətbiq edilməsi üçün hüquqi əsasın olub-olmamasını aydınlaşdırmalı idi. Halbuki, yoxlamanı həyata keçirən vergi orqanının tərəflər arasında icarə münasibətinin olmasına dair hər hansı sübutu olmamış, sadəcə fərziyyə əsasında belə bir nəticəyə gəlmişdir. Vergi orqanı işin faktiki halların – obyektin təsisçilər tərəfindən öz yaratdıqlara hüquqi şəxsə faktiki olaraq icarəyə verilib-verilməməsini tam və obyektiv araşdırıb sübuta yetirmədən, sadəcə fərziyyə əsasında hər hansı normal məntiqə sığmayan bir nəticəyə gəlmişdir. Səyyar vergi yoxlaması zamanı 2015-ci il üzrə hesablanmış mənfəət vergisinə münasibətdə bildirilir ki, vergi orqanı 2015-ci il üzrə ümumi gəliri müəyyən edərkən bütün hesabat ili ərzində icarə haqqında əldə edilmiş ümumi gəliri (ekspert rəyi nəzərə alınmaqla) əsas götürdüyü halda, xərclər hissəsində cəmiyyət tərəfindən təsisçilərə ödənilmiş icarə haqqından yalnız noyabr – dekabr ayları ərzində ödənilən hissəsini əsas götürmüşdür. Halbuki, mənfəət vergisində öz əksini tapan göstəricilər hər hansı 2 ayı deyil, tam 12 aylıq dövrü əhatə etməlidir. Səyyar vergi yoxlaması aktına əsasən 2015 – 2017-ci illər üzrə ödənilmiş, ümumilikdə, 72.325 manat kommunal xərclər icarəçilər tərəfindən ödənildiyindən yoxlama zamanı nəzərə alınmamışdır. Əsas kimi isə, tərəflər arasında bağlanmış icarə müqaviləsi göstərilmişdir. Bununla bağlı bildirilir ki, enerji xərcləri yoxlama ilə əhatə olunan hesabat dövrlərində cəmiyyət tərəfindən ödənilmiş və buna dair təsdiqedici sənədlər (elektron vergi hesabfakturalar) vergi orqanının öz uçot məlumat bazasında da mövcuddur. Bundan başqa, enerji xərclərinin icarəçilər tərəfindən ödənilməsinə dair vergi orqanında hər hansı sübut mövcud deyil. Belə olan halda, enerji xərclərinin nəzərə alınmaması yenə də vergi orqanının fərziyyəsi əsasında baş tutmuşdur. "xxxx" MMC ilə icarəçilər arasında bağlanmış icarə müqavilələrinə bazar qiymətinin tətbiq edilməsi və 2015 – 2017-ci illər üzrə mənfəət və ƏDV-nin hesablanmasına münasibətdə isə bildirilir ki, vergi orqanına yoxlama ilə əhatə olunan dövrlərdə "xxxx" ticarət mərkəzində icarəçi qismində fəaliyyət göstərmiş vergi ödəyiciləri, icarə haqqı məbləği, onların fəaliyyət göstərdikləri dövrlər barədə ətraflı məlumat (excel faylı) təqdim edilmiş, lakin vergi orqanı həmin icarə məbləğlərini hər hansı əsas olmadığı halda nəzərə almamış və ən əsası ticarət mərkəzində müəyyən dövr fəaliyyət göstərmiş, daha sonra icarə müqaviləsinə xitam verilmiş, lakin vergi orqanında təsərrüfat subyekti uçotdan çıxarılmamış şəxsləri də icarə haqqından mənfəət vergisi hesablanan zaman nəzərə almışdır. Halbuki, icarəyə götürülmüş təsərrüfat subyektini vergi orqanında uçota qoymaq və uçotdan çıxarmaq "xxxx" MMC-nin deyil, məhz həmin şəxslərin öhdəliyidir və cəmiyyət hətta bununla vergi orqanına müraciət etsə də, onun müraciəti təmin edilməyəcəkdir. Belə olan halda, yoxlama ilə əhatə olunan dövrdə ticarət mərkəzində fəaliyyət göstərməmiş və ya qismən fəaliyyət göstərmiş şəxslərə görə cəmiyyətə voxlama ilə əhatə olan bütün hesabat dövrləri üzrə vergi məbləğinin hesablanması tamamilə qanunsuz və ədalətsizdir. Bundan başqa, ekspert rəyində 2015 – 2018-ci illər üzrə icarə haqlarının məbləği illər üzrə fərqləndirilmədən eyni həcmdə müəyyən edilmişdir. Halbuki, həmin illərdə ölkənin iqtisadi durumunda ciddi dəyişikliklər getmiş və devalvasiya ilə bağlı 2015 – 2016-cı illərdə icarə haqlarında azalma getmiş, sonrakı illərdə isə bəzi vergi ödəyicilərinin icarə haqqında dəyişiklik edilmişdir. Lakin ekspert bunları nəzərə almadan müxtəlif illər üzrə icarə haqqı məbləğlərini eyni məbləğdə müəyyən etmişdir. Eyni zamanda, ekspert rəyində icarə haqqı üzrə bazar qiymətinin qaydaya əsasən müəyyən edildiyi tam qeyri-müəyyəndir. Belə ki, o, hər hansı müqayisə, təhlil aparmadan, öz mülahizəsinə uyğun bazar qiyməti müəyyənləşdirmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Buna sübut olaraq yanaşı yerləşən və eyni fəaliyyətlə məşğul olan obyektlərə fərqli bazar qiymətinin müəyyən edilməsi göstərilə bilər. Həmçinin, bəzi obyektlər üzrə icarə haqqı ekspert tərəfindən hər hansı məntiqli və hüquqi əsas olmadan 2 – 3 qat artırılmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4247/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, işin halları ilə əlaqədar bildirilir ki, Vergi orqanının 21.09.2018-ci il tarixli **********163717 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.11.2015-ci il tarixdən 31.07.2018-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 23.01.2020-ci il tarixli **********166320 nömrəli səyyar vergi yoxlaması aktı və 16.03.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198383 nömrəli Qərar ilə rəsmiləşdirilmişdir. Həmin qərar 18.03.2020-ci il tarixində vergi ödəyicisinə təqdim olunmuş, vergi ödəyicisi qərarla tanış olmuş, lakin onu imzalamaqdan imtina etmişdir. Həmçinin nümayəndə vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar bildirilir ki, Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq daşınmaz əmlakın subicarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisinin subicarə fəaliyyəti kimi istifadə etdiyi sahə onun təsisçilərinə məxsus olması ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi üçün bazar qiyməti tətbiq edilməklə təsisçilərə məxsus sahənin istifadə edilməsinə icarə münasibətləri kimi, vergi ödəyicisinin ayrı-ayrı şəxslərə həmin sahələrin icarəyə verilməsi subicarə münasibətləri kimi nəzərə alınmışdır. Yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrə əsasan vergi ödəyicisinin subicarə əsasında formalaşan orta aylıq dövriyyəsinin 17776,2 manat olmasını nəzərə alaraq 1 kv.metr üzrə 7,18 manat aylıq icarə haqqının olması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.6.6 maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında hesablanır. Vergi Məcəlləsinin 14.3.2-ci və 14.3.5-ci maddələrinə əsasən təsisçilərin vergi ödəyicisinə icarəyə verdiyi, vergi ödəyicisinin də ayrı-ayrı şəxslərə subicarəyə verdiyi həmin sahənin yoxlama ilə əhatə olan dövrdə real bazar qiymətinin müəyyən edilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən 03.05.2019-cu il tarixli **********182210 nömrəli və 20.11.2019-cu il tarixli **********193618 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərarlar qəbul olunmuş, Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmiş, 21.01.2020-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. 21.01.2020-ci il tarixli ekspert rəyinə əsasən təsisçilərin vergi ödəyicisinə icarə verdiyi sahəyə 1 kv.m üçün icarə məbləği 7 manat müəyyən olunmuş, həmçinin Vergi ödəyicisi tərəfindən subicarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətlərinin (01.11.2015-ci tarixdən 31.07.2018-ci il tarixədək) orta hesabla 1 kv.m üçün icarə haqqı məbləği 3,75 manatdan 66,67 manatadək müəyyən olunmuşdur (1 kv.m üçün orta subicarə məbləği 8,19 m, orta aylıq dövriyyə 20279,1 manat). Ekspert rəyinə əsasən vergi ödəyicisinin subicarə əsasında dövriyyəsi 669 212 manat müəyyən olunmuş, lakin vergi ödəyicisi tərəfindən 586 614,9 m dövriyyə göstərilmiş, nəticədə 82 597,1 manat dövriyyə kənarlaşması aşkar olunmuşdur. Yoxlanılan dövr üzrə kənarlaşmalar vergi ödəyicisinin özünün subicarə fəaliyyəti zamanı hesablamalı olduğu ƏDV və mənfəət vergiləri üzrə, həmçinin təsisçilərə məxsus sahənin istifadə edilməsinə görə icarə münasibətləri zamanı formalaşan ödəmə mənbəyində tutulan vergi üzrə müəyyən olunmuşdur. Beləliklə, vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdaki kimi olmuşdur: Mənfəət vergisi üzrə: Vergi ödəyicisi tərəfindən (Vergi Məcəlləsinin 42-ci və 43-cü maddələrinə əsasən) sənədlər tam təqdim edilmədiyindən yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən aparılmışdır. Vergi ödəyicisi tərəfindən (Vergi Məcəlləsinin 105-ci və 149-cu maddələrinə əsasən) təqdim edilmiş bəyannamələrə əsasən 2015-ci ildə gəlirinin 57071.0 manat xərclərinin 56 223.90 manat mənfəətinin 847.10 manat, hesablanmış mənfəət vergisinin (20%) 169.42 manat, 2016-cı ildə gəlirinin 144383,77 manat, xərclərinin 85 299.53 manat, mənfəətinin 59 084.24 manat, hesablanmış mənfəət vergisinin (20%) 11816.85 manat, 2017-ci ildə gəlirinin 220 350.0 manat, xərclərinin 197 860,54 manat, mənfəətinin 22 489,46 manat, hesablanmış mənfəət vergisinin (20%) 4497,89 manat olduğu göstərilmişdir. Eyni zamanda 2015, 2016, 2017-ci illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin 221.7-ci sətrlərində göstərilmiş "enerji xərcləri" 55336,00 manat, 221.8-ci sətrlərində göstərilmiş "qaz xərcləri" 5224,00 manat, 221.10-cu sətrlərində göstərilmiş "su və kanalizasiya xərcləri" 11765,00 manat(cəmi-72325,00 manat) kommunal xərclər vergi ödəyicisi ilə icarəyə götürən şəxslər arasında bağlanan icarə müqavilələrinə əsasən icarəçilər tərəfindən ödənilməsi nəzərdə tutulduğundan həmin xərclər vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi zamanı nəzərə alınmamışdır, həmçinin 2016 və 2017-ci illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində göstərilmiş 109273,09 manat xərclər (2016-cı il üzrə 221.2-ci sətrdə göstərilmiş Sosial sığorta haqları 901.50 manat, 2017-ci il üzrə 221.11-ci sətrdə göstərilmiş "rabitə xərcləri" 3493,34 manat və 221.12-ci sətrdə göstərilmiş "mühafizə xərcləri" 21600,0 manat, 221.13-cü sətrdə göstərilmiş "bank xidməti üzrə xərclər" 55750,0 manat, 221.14-cü sətrdə göstərilmiş "reklam xərcləri" 11240,0 manat, 221.15-ci sətrdə göstərilmiş "sair xərclər" 8730,0 manat, və 232-ci sətrdə göstərilmiş "digər xərclər" 7521,10 manat, 233.2-ci sətirdə "əmlak vergisi" xərcləri 37,15 manat) təsdiqini tapmadığı üçün yoxlama ilə xərclərdən silinmişdir. Bundan başqa 21.02.2020-ci il tarixli **********715200 nömrəli “İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” Vergi auditi baş idarəsinin rəyini nəzərə alaraq 2015, 2016, 2017-ci illərin əmlak vergiləri və 2016, 2017 və 2018-ci illərin torpaq vergiləri xərclərdən silinmişdir. Beləliklə, yoxlama ilə 2015-ci ildə vergi ödəyicisinin gəlirlərinin 250375,87 manat, xərclərinin isə 75145,6 manat olduğunu nəzərə alınsa, vergi ödəyicisi tərəfindən 35046,5 manat (250375,87-75145,6)*20% mənfəət vergisi hesablamalı olduğu müəyyən edildi. Yoxlama ilə 2016-ci ildə vergi ödəyicisinin gəlirlərinin 209496,58 manat, xərclərinin isə 188256,73 manat olduğunu nəzərə alınsa, vergi ödəyicisi tərəfindən 4247,97 manat (209496,58-188256,73)*20% mənfəət vergisi hesablamalı olduğu müəyyən edildi. Yoxlama ilə 2017-ci ildə vergi ödəyicisinin gəlirləri 198950,33 manat, xərclərinin isə 175837,36 manat olduğunu vergi ödəyicisi tərəfindən 4622,59 manat (198950,33- 175837,36)*20% mənfəət vergisi hesablamalı olduğu müəyyən edildi. Ümumilikdə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 103-cü,104-cü,105-ci və 108-ci maddələrinə əsasən 27432,45 manat mənfəət vergisi (43916,61 manat SVY ilə hesablama, 16484,16 manat ödəyicinin bəyan etdiyi) hesablamalı olduğu müəyyən edildi. Əlavə dəyər vergisi üzrə: Yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən daşınmaz əmlakın subicarəyə verilməsi fəaliyyəti ilə əlaqədar bəyan etdiyi dövriyyə 497 131,3 manat (ƏDV-siz), əvəzləşdirilən dövriyyə göstərilməmiş və 89 483,65 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən və Vergi Məcəlləsinin 14-cü və 44-cü maddələrinə əsasən Azərbaycan Respublikası Ticarət və X1 Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə əsasən aparılmışdır. Yoxlama ilə vergi ödəyicisinin 567128,8 manat ƏDV-siz dövriyyəsi, 102083,2 manat ƏDV müəyyən edilmişdir. Vergi Məcəlləsinin 161-ci, 166-cı və 174-cü maddələrinə əsasən nəticədə yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən 89 483,65 manat əlavə dəyər vergisinin hesablandığı nəzərə alınsa, vergi ödəyicisi tərəfindən 12599,55 (102 083,2-89 483,65) manat verginin azaldılması müəyyən edildi. Ödəmə mənbəyində tutulan vergi üzrə: Vergi ödəyicisinin icarə fəaliyyəti kimi istifadə etdiyi sahə vergi ödəyicisinin təsisçilərinə məxsus olduğu və həmin sahənin vergi ödəyicisinin nizamnamə kapitalına pay qoyuluşu kimi qoyulmadığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdlər qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi üçün bazar qiyməti tətbiq edilməklə təsisçilərə məxsus sahənin istifadə edilməsinə icarə münasibətləri kimi, vergi ödəyicisinin ayrı-ayrı şəxslərə həmin sahələrin icarəyə verilməsi subicarə münasibətləri kimi nəzərə alınmaqla, həm icarə, həm də subicarə münasibətləri zamanı formalaşan qiymətlərin bazar dəyərinin müəyyənləşdirmək üçün ekspert dəvət olunmuş və ekspert rəyi əsasında vergilər hesablanmışdır. Vergi ödəyicisinin təsisçilərə məxsus obyekti subicarə kimi istifadə etdiyi üçün təsisçilərə ödənilmiş icarə haqlarına görə ödəmə mənbəyində vergini tutmaq və dövlət büdcəsinə ödəmək öhdəliyi yaranmışdır. Vergi ödəyicisinin 2015-ci il oktyabr-noyabr ayları üzrə icarə haqqı məbləği- 25049,50 manat (ÖMV 3506,93 manat, 2016-cıil üzrə 129829,00 manat (ÖMV 18176,08 manat), 2017-ci il üzrə 135674,00 manat (ÖMV-18994,38 manat), 2018-ci ilin yoxlanılan dövrü üzrə 75210,5 manat (ÖMV 10516,88 manat), ümumilikdə 51194,27 manat ÖMV hesablanmışdır. Beləliklə, Mənfəət vergisi üzrə 27 432,45 manat, əlavə dəyər vergisi üzrə 12599,55 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 51194,27 manat əlavə hesablama aparılmışdır. Ümumilikdə 91226,27 manat vergi, 16674,87 manat maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin bildirlir ki, vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlama zamanı ekspertiza keçirilmişdir. Yuxarıda qeyd edilən maddəni rəhbər tutaraq vergi orqanı tərəfindən həm ekspertizanın keçirilməsi məqsədilə səyyar vergi yoxlamasının keçirilməsi müddəti dayandırılmışdır. Məhkəmə qərarında həmçinin qeyd etmişdir ki, inzibati orqan yalnız bir ekspert rəyi ilə kifayətlənməklə vergi ödəyicisinin icarə haqqı üzrə tətbiq etdiyi qiymətinin səviyyəsinin real bazar qiymətinə uyğun olmaması nəticəsinə gəlməklə düzgün mövqedə olmamışdır. Bununla bağlı bildirilir ki, vergi ödəyicisinin icarə fəaliyyəti kimi istifadə etdiyi sahə vergi ödəyicisinin təsisçilərinə məxsus olduğu və həmin sahənin vergi ödəyicisinin nizamnamə kapitalına pay qoyuluşu kimi qoyulmadığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi üçün bazar qiyməti tətbiq edilməklə təsisçilərə məxsus sahənin istifadə edilməsinə icarə münasibətləri kimi, vergi ödəyicisinin ayrı-ayrı şəxslərə həmin sahələrin icarəyə verilməsi subicarə münasibətləri kimi nəzərə alınmaqla, həm icarə, həm də subicarə münasibətləri zamanı formalaşan qiymətlərin bazar dəyərinin müəyyənləşdirmək üçün ekspert dəvət olunmuş və ekspert rəyi əsasında vergilər hesablanmışdır. Yuxarıda qeyd edilən halların yazılı şəkildə məhkəməyə təqdim edilməsinə və məhkəmə baxışı zamanı tərəfləribdən qeyd edilməsinə baxmayaraq, həmin hallar araşdırılmamış və məhkəmə tərəfindən əsassız olaraq sözügedən ekspert rəyi mötəbər sübut kimi qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2- 1(103)-290/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2-1(102)-1041/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2-1(103)-290/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı iş üzrə ekspert rəyi tərtib etmiş “Azərekspertiza” Birliyinin eksperti X3 izahat verərək bildirmişdir ki, bazar qiymətlərini müəyyən edərkən analoji təkliflərdən istifadə etmişlər. Orta qiymət olaraq 1 kv.m-ə 7 manat hesablanır. Bu da o zaman üçün həmin bölgədə - 8-ci mkr, Azadlıq metro stansiyası ərazisində yerləşən obyektlərin kirayə qiymətləri üçün müəyyənləşdirilmiş qiymətlərdir. Bu barədə məlumatları internet saytlarından, birja, əmlak saytlarından əldə etmişlər. Obyektin qiymətinin fərqli olması həmin obyektin daha əlverişli yerdə yerləşməsindən irəli gəlir, məsələn, qapıya yaxın yerləşməsindən. Onlar burada ümumi qiymət göstərmişlər. O, özü obyektin ölçülməsində şəxsən iştirak etməmişdir. Onlar Vergilər Nazirliyinin verdiyi sənəd əsasında 2474 kv.m qeyd etmişlər. Yerli baxışda iştirak etmişdir. Onlar orada olanda 2-ci mərtəbədə təmir işləri gedirdi. Obyektin faktiki işlək sahəsinin 2474 kv.m olmaması ilə bağlı əlavə araşdırma aparmamışdır. Vergilər Nazirliyinin verdiyi sənədi əsası götürmüşdür. Obyektə baxış zamanı vergi orqanının əməkdaşları da, obyekti işlədən adamlar da onunla bərabər iştirak etmişdilər. Təkrar apelyasiya baxışı zamanı ekspertizanın keçirilməsində iştirak etmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı X2 şahid qismində izahat verərək bildirmişdir ki, o, həmin iş üzrə vergi orqanı tərəfindən yoxlayıcı təyin olunmuşdur. Onun adının reyestrə salınıb-salınmaması onun səlahiyyətinə aid deyildir. O, qərarla yoxlayıcı təyin olunmuş və öz işini görmüşdür. O, həmin sahələrin yerində baxışında iştirak etmişdir. Əlavə yoxlama tədbirinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi onun səlahiyyətinə aid deyildir. Obyektlərin icarəsi ilə əlaqədar olan bazar qiymətləri ilə bağlı 30 faiz yuxarı və ya aşağı qiymət fərqi mübahisələndirildiyindən ekspert dəvət etmişlər. Bazar qiymətini müəyyənləşdirmək üçün həmin ərazidə yerləşən obyektlərin 2015, 2016, 2017-ci illər üzrə icarə haqqlarının məbləğini internet vasitəsi ilə müəyyənləşdirib ekspert dəvət etmişlər ki, mövcud kənarlaşma müəyyənləşdirsin. İddiaçı MMC ilə obyektin mülkiyyətçiləri arasında hər hansı icarə müqaviləsinə dair əlində sübut yoxdur. İddiaçı MMC ilə mülkiyyətçilər arasında olan heç bir müqaviləyə əsaslanmamışlar, sadəcə olaraq, müəssisənin təsisçiləri ilə müəssisə qarşılıqlı surətdə asılılıqda olan şəxslər olduğuna görə onlara bazar qiymətinə uyğun vergi hesablanmışdır. Mülkiyyətçilərlə müəssisə arasında olan münasibətlərin əvəzli və ya əvəzsiz olmasından asılı olmayaraq, onlar qarşılıqlı surətdə asılı olan şəxslər olduğundan onlara bazar qiymətləri tətbiq olunmalıdır. Təsisçilərlə müəssisə arasında icarə müqaviləsi olmasa da, vergi orqanı onların arasındakı münasibətin qarşılıqlı surətdə asılı olan münasibət olduğuna əsaslanaraq onlara bazar qiymətləri tətbiq etmişdir və vergi hesablamışdır. Birinci dövrdə onlar təsisçi ilə müəssisə arasında olan ödəmə mənbəyinə vergi hesablanması ilə bağlı heç bir hesablama aparmamışlar. Burada bu zaman tam icarə münasibətlərindən söhbət gedirdi, yəni cəmiyyətin ayrı-ayrı şəxslərlə olan icarə münasibətlərindən. O zaman da ekspert bu barədə rəy vermişdir. Sonra iddiaçının nümayəndəsi şikayət etmişdir ki, yoxlamaya bu tərzdə yanaşmaq düzgün deyil, belə ki əmlak müəssisəyə mənsub deyil, əmlak təsisçiyə mənsubdur. Onların şikayəti əsasında onlar artıq 2-ci dəfə ekspert dəvət etmişlər ki, ekspert təsisçi ilə cəmiyyət arasında icarə, cəmiyyətlə başqa icarədarlar arasında subicarə münasibətləri üzrə hesablaşma aparsın. Təkrar apelyasiya baxışı zamanı ekspertizanın keçirilməsində iştirak etmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı X5 şahid qismində izahat verərək bildirmişdir ki, o, həmin zaman Kiçik Sahibkarlıqla baş İdarəsində Audit İdarəsində yoxlayıcı vəzifəsində çalışırdı. Yoxlama qərarı açılmış, ekspertlə birlikdə birinci dəfə gedəndə bazar qiymətinə uyğun olaraq qiymətləndirmişlər. Sonra həmin vaxt onlarda struktur dəyişikliyi oldu və o, başqa vəzifəyə keçmişdir. O, obyektə yerində baxış keçirilərkən iştirak etmişdir. Obyektin sahəsinin 2474 kv.m müəyyən olunmasını uçot baza məlumatlarına əsasən müəyyən etmişlər. Yerində baxış zamanı ekspert xüsusi ekspert aparatı vasitəsi ilə ölçmə əməliyyatlarını həyata keçirmişdir. Hətta o zaman uçot baza məlumatlarında olan sahədən çox çıxdı. Lakin onlar dürüstlük olsun deyə uçot baza məlumatlarında olduğu kimi qeyd etmişlər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 mart 2020-ci il tarixli **********198383 nömrəli qərarının qismən (əmlak vergisi üzrə 8.557,15 manat, torpaq vergisi üzrə 970,40 manat artıq hesablanmış məbləğinin azaldılması hissəsi istisna olmaqla) ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 16 mart 2020-ci il tarixli **********198383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən etmişdir: - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda yuxarı orqanın əsaslandırılmış qərarı ilə bu müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin işin hallarından görünür ki, inzibati orqan 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, eləcə də müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 təqvim günü müddəti başa çatdıqda sonra 60 iş günü artırmışdır. Halbuki, Vergi Məcəlləsi (maddə 38) səyyar vergi yoxlaması üzrə müddətin hesablanmasını iş günü ilə müəyyən etməmiş və yoxlamanın ümumi müddətinin 90 gündən artıq davam edə bilməməsini nəzərdə tutmuşdur; - müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarlar daxil edilməlidir. İşdə olan sənədlərlə məlum olur ki, vergi orqanı yoxlama müddətinin dayandırılması barədə 16 noyabr 2018-ci il, 19 dekabr 2018-ci il, 21 yanvar 2019-cu il, 18 fevral 2019-cu il, 15 mart 2019-cu il, 8 aprel 2019-cu il və 21 iyun 2019-cu il tarixli qərarlarının həmin reyestrə daxil olunmasını təmin etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, yoxlama müddətinin artırılması barədə qərar qəbul edilərkən bu halın da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil olunmasına zərurət var. Çünki, reyestrdə yoxlamanın müddətinin uçotu dəqiq aparılır. Eyni zərurət, vergi orqanı tərəfindən “əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edildikdə də yaranır. Belə ki, sözügedən qərarın qəbulu özülüyündə səyyar vergi yoxlaması müddətinin artırılmasını da ehtiva edir; - ünvan 1 ünvanında yerləşən müvafiq qeyri-yaşayış sahəsi vergi ödəyicisi İddiaçı MMC-nin mülkiyyətində olmadığından, habelə bu obyekt barəsində onun mülkiyyətçisi (və ya mülkiyyətçiləri) ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmadığından, qurum həmin əmlak barəsində sərəncam vermək hüququna malik sayılmır. Bu isə, belə nəticə yaradır ki, ümumiyyətlə həmin əmlakın icarəsi ilə bağlı hazırkı İddiaçı MMC-yə münasibətdə hər hansı vergi öhdəliyi də yarana bilməz; - İnzibati icraatda vergi orqanı tərəfindən vergi ödəyicisi kimi hazırkı iddiaçıya mənfəət vergisi, ƏDV və icarə haqqından ödəmə mənbəyindən tutulan vergi İddiaçı MMC tərəfindən icarəyə verilmiş sayılan qeyri-yaşayış sahələrinin icarə haqqı icraata cəlb olunmuş ekspertin müəyyən etdiyi qiymətlər əsas götürülməklə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinadən hesablanmışdır. Məhkəmə vurğulamışdır ki, inzibati orqan yalnız bir ekspert rəyi ilə kifayətlənməklə vergi ödəyicisinin icarə haqqı üzrə tətbiq etdiyi qiymətinin səviyyəsinin 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməsi qənaətinə gəlməkdə də haqlı olmamışdır. Qeyd olunmalıdır ki, inzibati icraat zamanı alınmış ekspert rəyi səthi tərtib olunmuş, müqayisə predmetləri tam şəkildə uyğun seçilmədən (obyektin təmir səviyyəsi, təyinatı, digər infrastrukturlara yaxınlığı və s. nəzərə alınmadan) verilmişdir. Məhkəmə icraatı zamanı əldə edilmiş və tədqiq olunmuş digər rəy tutarlı arqument və müqayisələrlə əsaslandırılmaqla müəyyən edilmişdir ki, vergi ödəyicisinin müvafiq obyektin icarə haqqı üzrə tətbiq etdiyi qiymətin səviyyəsi 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməmişdir. Bu isə belə nəticə yaradır ki, iddiaçının müvafiq dövrdə icarəyə verdiyi obyektin icarə haqqı üzrə qiymətlərə münasibətdə Vergi Məcəlləsinin 14.3.3cü maddəsinə uyğun həm mənfəət vergisi, həm ödəmə mənbəyində tutulan vergi, həm də ƏDV hesablanması əsassızdır. Qeyd olunanlarə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 mart 2020-ci il tarixli **********198383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması” qərarı mübahisələndirilən hissədə qanuna ziddir. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin 16 mart 2020-ci il tarixli **********198383 nömrəli qərarı mübahisələndirilən hissədə qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 19 noyabr 2019-cu il tarixli **********729700 nömrəli sifariş məktubu və 20 noyabr 2019-cu il tarixli **********193618 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 21 yanvar 2020-ci il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - (V. Təqdim edilən sənədlər) Bakı ŞİH başçısının 78 saylı 17 fevral 2005-ci il tarixli sərəncamı, 10 iyul 2019-cu il tarixli akt, 19 may 2019-cu il tarixli, ********** nömrəli, **********28-06101 reyestr nömrəli və 15 oktyabr 2019-cu il tarixli, ********** nömrəli, **********28-06301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”lar, ticarət mərkəzinin sxemi; - (Vİİ. Ekspertizanın keçirilməsi proseduru) VN yanında Bakı şəhəri X11 üzrə Departamentinin müvafiq məktub və qərarının tələblərinə uyğun olaraq ekspert qarşısında İddiaçı MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 150, 3066-cı məhəllə ünvanında yerləşən icarəyə götürülmüş təsərrüfat subyektinin (obyektinin) icarə və subicarə haqlarının orta bazar qiymətlərinə uyğunluğunun məyyənləşdirilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün ekspertə bu rəyin V bəndində sadalanan sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra Baş İdarənin əməkdaşlarının iştirakı ilə obyektə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iki mərtəbəli qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində və obyektin həyətində geyim malları satışı həyata keçirilir. Vergi orqanının təqdim etdiyi icarədarların siyahısı cədvəlinə əsasən obyektin ümumi sahəsi 2.474,25 kv.m-dir; - (Vİİİ. İcarə haqqının dəyərinin müəyyən edilməsi) Bazarın analizi, təlabat və təkliflərin nisbəti, rəqabət məzmunu, onun dinamikası və perspektiv inkişafı. Maliyyə alternativi sərmayənin analoji təhlükəsi ilə birlikdə. Bazarın tipik iştirakçıları, onların motivasiyası, müqavilələrin standart şərtləri. Qiymətləndirməyə standart yanaşma çərçivəsində icarə üsulunun seçimi. Azərbaycan Respublikasında icarə haqqında fəaliyyətin subyektləri tərəfindən həyata keçirilməsi üçün zəruri olan qiymətləndirmə standartlarına əsasən icarəyə verən şəxs qiymətləndirməyə xərc, müqayisəli və gəlir yanaşmasından mütləq istifadə etməlidir. - (İX. Müqayisəli yanaşma üzrə icarə haqqının hesablanması) Bakı şəhərinin qiymətləndirmə tarixinə olan daşınmaz əmlak üçün ticarət bazarının şərtləri belədir ki, müqayisəli yanaşma metodunun həyata keçirilməsi çox zaman analoji satış, yaxud heç olmazsa satış təklifləri haqda məlumatın kifayət qədər toplanma imkanının olmaması kimi obyektiv çətinliklərlə əlaqədar olur. Bu şərait daxilində hər bir halda müqayisəli yanaşmanı tətbiq etmək imkanı qiymətləndirilən obyektin xüsusiyyətləri ilə müəyyən edilir. Obyekt nə qədər çox unikal olursa, zəruri məlumatın kifayət miqdarda olmaması mümkünlüyü bir o qədər çox olur və bunun nəticəsi kimi müqayisəli yanaşma metodikasından istifadə daha da mürəkkəbləşir; - (X. Ekspert yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlmişdir) Suala cavab: İddiaçı MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 150, 3066cı məhəllə ünvanında yerləşən icarəyə götürülmüş təsərrüfat subyektinin (obyektinin) 1 noyabr 2015-ci il tarixdən 31 iyul 2018-ci il tarixədək olan dövrdə icarə haqqının orta bazar qiyməti 1 kv.m üçün 7 manat müəyyənləşdirildi. Həmin dövrdə subicarəyə verilmiş obyektlərin subicarə haqlarının orta bazar qiyməti bu rəyə əlavə edilmiş cədvəldə göstərilən kimidir. İş materiallarında olan "xxxx" MMC-nin məhkəməyə təqdim edilmiş 252 saylı 21 avqust 2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən ticarət obyektinin hazırda 1 kv.m sahəsi üçün 1 aylıq orta icarə haqqı ayrı-ayrı illər üçün təxminən aşağıdakı kimi müəyyən edilir: 2015-ci ilin noyabr ayı üçün 5.38 manat, dekabr ayı üçün 10,86 manat, 2016-cı il üçün 10,81 manat, 2017-ci il üçün 11,70 manat, 2018-ci ilin iyul ayından 11,70 manat. İddiaçı MMC tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş, ayrı-ayrı vətəndaşlarla MMC arasında rəsmi bağlanmış nüqavilələrdən qeyd edilən məlumatlar, yəni icarəyə verilmiş sahənin 1 kv.m-nin icarə haqqı qiyməti əvvəlki sualda qeyd edilən orta bazar qiymətləri ilə müqayisə edildikdə, müəssisə ilə müqavilə bağlamış şəxslərin sayı icarəyə verilən sahəsinin sahəsi, eləcə də 1 kv.m üçün icarə haqqı qiymətinin əmlak bazarında mövcud olan qiymətlərə uyğun olub-olamaması belə müəyyən edilir – 77 şəxsə 2015-ci ilin noyabr – dekabr aylarında rəsmi icarəyə verilmiş 1.539 kv.m sahənin 1 kv.m-nin orta icarə haqqı qiyməti 9,89 manat olmuşdur ki, bu da azad rəqabət şəraitində hazırkı əmlak bazarında mövcud olan sərbəst qiymətlərə müvafiq olaraq, ekspertizanın müəyyən etdiyi 8,02 manata (5,38+ 10,66 = 16,04 : 2 = 8,02 manat) uyğundur. 77 şəxsə 2016-cı ildə rəsmi icarəyə verilmiş 1.459 kv.m sahənin 1 kv.m-nin orta icarə qiyməti 9,45 manat olmuşdur ki, bu da azad rəqabət şəraitində hazırkı əmlak bazarında mövcud olan sərbəst qiymətlərə müvafiq olaraq, ekspertizanın müəyyən etdiyi 10,81 manata uyğundur. 77 şəxsə 2017-ci ildə rəsmi icarəyə verilmiş 1.784 kv,m sahənin 1 kv.m-nin orta icarə haqqı qiyməti 11,50 manat olmuşdur ki, bu da azad rəqabət şəraitində hazırkı əmlak bazarında mövcud olan sərbəst qiymətlərə müvafiq olaraq ekspertizanın müəyyən etdiyi 11,70 manat uyğundur. 77 şəxsə 2018-ci ildə rəsmi icarəyə verilmiş 1.665 kv,m sahənin 1 kv.m-nin orta icarə haqqı qiyməti 11,97 manat olmuşdur ki, bu da azad rəqabət şəraitində hazırkı əmlak bazarında mövcud olan sərbəst qiymətlərə müvafiq olaraq ekspertizanın müəyyən etdiyi 11,70 manat uyğundur. Qeyd: Təsisçi ilə digər tərəflər arasında bağlanmış müqavilələrə əsasən icarə haqqı qiymətləri sərbəst bazar şəraitində qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir. Həmin qiymətlərin eyni olması vacib deyil, bu qiymətlərin məbləği arasında yuxarı və ya aşağıya doğru fərqlənmələr istisna olunmur. Qoşma: rəyə 1 vərəqdə baxış aktı, 4 vərəqdə excel siyahıları, 4 vərəqdə Cədvəl № 1 (Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 150 və ona yaxın ərazilərdə yerləşən qeyri-yaşayış sahələrinin və obyektlərin hazırkı icarə haqqı qiymətlərinə dair internet saytlarından çıxarışlar) əlavə edilir. İşdən görünür ki, vergi orqanının 21.09.2018-ci il tarixli **********163717 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.11.2015-ci il tarixdən 31.07.2018-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 23.01,2020-ci il tarixli **********166320 nömrəli səyyar vergi yoxlaması aktı və 16.03.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198383 nömrəli qərar ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq daşınmaz əmlakın subicarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisinin subicarə fəaliyyəti kimi istifadə etdiyi sahə onun təsisçilərinə məxsus olması ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi üçün bazar qiyməti tətbiq edilməklə təsisçilərə məxsus sahənin istifadə edilməsinə icarə münasibətləri kimi, vergi ödəyicisinin ayrı-ayrı şəxslərə həmin sahələrin icarəyə verilməsi subicarə münasibətləri kimi nəzərə alınmışdır. Yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrə əsasan vergi ödəyicisinin subicarə əsasında formalaşan orta aylıq dövriyyəsinin 17776,2 manat olmasını nəzərə alaraq 1 kv.metr üzrə 7,18 manat aylıq icarə haqqının olması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.6.6 maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə,xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında hesablanır. Vergi Məcəlləsinin 14.3.2-ci və 14.3.5-ci maddələrinə əsasən təsisçilərin vergi ödəyicisinə icarəyə verdiyi, vergi ödəyicisinin də ayrı-ayrı şəxslərə subicarəyə verdiyi həmin sahənin yoxlama ilə əhatə olan dövrdə real bazar qiymətinin müəyyən edilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən 03.05.2019-cu il tarixli **********182210 nömrəli və 20.11.2019-cu il tarixli **********193618 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərarlar qəbul olunmuş, Azərbaycan Respublikası Ticarət-Sanaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmiş, 21.01.2020-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. 21.01.2020-ci il tarixli ekspert rəyinə əsasən təsisçilərin vergi ödəyicisinə icarə verdiyi sahəyə 1 kv.m üçün icarə məbləği 7 manat müəyyən olunmuş, həmçinin vergi ödəyicisi tərəfindən subicarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətlərinin (01.11.2015-ci tarixdən 31.07.2018-ci il tarixədək) orta hesabla 1 kv.m üçün icarə haqqı məbləği 3,75 manatdan 66,67 manatadək müəyyən olunmuşdur (1 kv.m üçün orta subicarə məbləği 8,19 m, orta aylıq dövriyyə 20279,1 manat). Ekspert rəyinə əsasən vergi ödəyicisinin subicarə əsasında dövriyyəsi 669 212 manat müəyyən olunmuş, lakin vergi ödəyicisi tərəfindən 586 614,9 m dövriyyə göstərilmiş, nəticədə 82 597,1 man dövriyyə kənarlaşması aşkar olunmuşdur. Yoxlanılan dövr üzrə kənarlaşmalar vergi ödəyicisinin özünün subicarə fəaliyyəti zamanı hesablamalı olduğu ƏDV və mənfəət vergiləri üzrə, həmçinin təsisçilərə məxsus sahənin istifadə edilməsinə görə icarə münasibətləri zamanı formalaşan ödəmə mənbəyində tutulan vergi üzrə müəyyən olunmuşdur. Beləliklə, vergi yoxlaması ilə vergi ödəyəcisinə mənfəət vergisi üzrə 27 432,45 manat, əlavə dəyər vergisi üzrə 12 599,55 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 51 194,27 manat əlavə hesablama aparılmışdır. Ümumilikdə 91 226,27 manat vergi, 16 674,87 manat maliyyə sanksiyası hesablanmışdır və nəticədə vergi ödəyicisi barəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 mart 2020-ci il tarixli **********198383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması” qərar qəbul etmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının qərarı ilə Bakı Apelyasiya Məhkəməsi inzibati kollegiyasının qərarı ləğv edilərək göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi istinad etdiyi qüsurların (səyyar vergi yoxlaması zamanı müddətlərlə bağlı normaların pozulması) İPM-nin 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanın qərarına) nə dərəcədə təsir etdiyini əsaslandırmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, “Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda yuxarı orqanın əsaslandırılmış qərarı ilə bu müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin işin hallarından görünür ki, inzibati orqan 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, eləcə də müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 təqvim günü müddəti başa çatdıqda sonra 60 iş günü artırmışdır. Halbuki, Vergi Məcəlləsi (maddə 38) səyyar vergi yoxlaması üzrə müddətin hesablanmasını iş günü ilə müəyyən etməmiş və yoxlamanın ümumi müddətinin 90 gündən artıq davam edə bilməməsini nəzərdə tutmuşdur. Hazırkı iş üzrə kassasiya instansiyasının qərarının 12-ci səhifəsində qeyd edilir ki, “Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi səyyar vergi yoxlamasının müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi şərti isə barəsində yoxlama aparılan vergi ödəyicisinin iş rejiminin gözlənilməsini tələb edir və həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Necə ki, bunu Vergi Məcəlləsinin 37.2-ci maddəsində kameral vergi yoxlamasına münasibətdə etmişdir (30 iş günü). Bundan başqa, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 33.10 (1 iş günü), 37.2-1 (5 iş günü və 10 iş günü), 37.4 (5 iş günü), 72.7 (3 iş günü), 157.2-ci (5 iş günü) maddələrində nəzərdə tutmuşdur. Müddətlərlə bağlı qeyd olunanlar, eyni ilə səyyar vergi yoxlamasının dayandırılmasına (təxirə salınmasına) və yoxlama müddətinin uzadılmasına (artırılmasına) da aiddir.” Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, səyyar vergi yoxlamasının qanunla icazə verilən müddəti 30 iş günü deyil, məhz 30 gündür və cavabdeh vergi orqanı mübahisələndirilən səyyar vergi yoxlaması zamanı qanunvericiliyin qeyd olunan normasını pozaraq yoxlamanı qanunla müəyyən edilmiş müddətdə yekunlaşdırmamışdır. Kassasiya instansiyasının “yuxarıda qeyd olunan pozuntunun (qüsurun) İPM-nin 70.1ci maddəsinə əsasən inzibati orqanın qərarına nə dərəcədə təsir etməsinə dair” dəlilinə münasibətdə isə ilk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisələndirilən 16.03.2020-ci il tarixli inzibati aktının ləğv edilməsi nəticəsinə gələrkən yalnızca inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallara (yəni prossesual pozuntulara) istinad etməmiş, eyni zamanda inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallara da istinad etmişdir. İkincisi, səyyar vergi yoxlaması zamanı qanunla müəyyən edilən müddətə əməl edilməməsi, yekunda vergi ödəyicisinin qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, qanunla müəyyən edilmiş müddət ərzində vergi orqanı tərəfindən hər hansı vergidən yayınma halının aşkar edilməməsi, nəticədə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 49.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə qərarın qəbul edilməsi ilə nəticələnə bilər. İndiki halda, cavabdeh vergi orqanı qanunvericiliyin müddətlə bağlı tələblərini pozaraq, səyyar vergi yoxlamasını müddətin bitməsinə baxmayaraq davam etdirmiş və nəticədə iddiaçıya əlavə vergi öhdəliyi yaradan əlverişsiz inzibati akt qəbul etmiş və sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı mənfəət, ÖMV və ƏDV üzrə vergidən yayınma halını yoxlamanın qanunla müəyyən edilmiş 30 günlük müddəti ərzində deyil, yalnızca əlavə vergi yoxlaması keçirilməsinə dair qərar qəbul etdikdən sonra yoxlamanın 380-ci günündən sonra (yoxlama 08.10.2018-ci il tarixdə başlamış, əlavə vergi yoxlaması barədə qərar isə 23.10.2019-cu ildə qəbul edilmişdir) aşkar edə bilmişdir. Başqa sözlə, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin qanunla müəyyən edilmiş məhdudiyyətlərinə əməl etmiş olsaydı, yoxlama 380 gün davam etməyəcəkdi və hazırda iddiaçıya əlavə vergi öhdəliyi yaradan mübahisələndirilən inzibati akt qəbul edilmiş olmayacaqdı. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.01.2011-ci il tarixli qərarında qeyd edilir ki, “dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir.” Göründüyü kimi, qanunla müəyyən edilmiş müddət bitdikdən sonra inzibati orqan ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması məqsədilə fiziki və ya hüquqi şəxslər barəsində başlatdığı hər hansı prosessual tədbiri dayandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının qərarında həmçinin göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi orqanı yoxlama müddətinin dayandırılması, artırılması və “əlavə yoxlama tədbirlərinin keçirilməsi” barədə qərarlarının reyestrə daxil olunmasını təmin etməmişdir. Ali Məhkəmənin məhkəmə kollegiyası apelyasiya məhkəməsinin həmin qənaətini (vergi orqanının yoxlama müddətinin dayandırılması, artırılması və əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərarlarının reyestrə daxil olunmaması) və bununla bağlı istinad etdiyi halları dair əsaslandırmalarını İPM-nin 12.2 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, məhkəmə “Əlavə yoxlama tədbirlərinin keçirilməsi” barədə qərarın icra olunması ilə bağlı aparılan yoxlamanın vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə getməklə, yaxud həmin yerlərə getmədən, vergi orqanında mövcud olan, həmçinin “Əlavə yoxlama tədbirlərinin keçirilməsi” barədə qərarın qəbul edilməsinədək, artıq əldə edilən sənədlərə əsasən keçirildiyini yoxlamalı, yalnız bundan sonra həmin qərarla əhatə olunan yoxlamanın nəticələrinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbinin tətbiq edilməli olub-olmadığını əsaslandırmalı idi. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsanamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində 49.1.1-49.1.6-cı maddələrində göstərilən qərarlardan birini, o cümlədən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarı çıxarır. Sadalan normalardan aydın olduğu kimi, vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının, o cümlədən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın qəbulundan sonra 5 iş günü ərzində bu barədə məlumatlar yoxlayıcı orqanın müraciəti əsasında Reyestrə daxil edilməlidir. Göründüyü kimi, səyyar vergi yoxlaması zamanı qəbul edilən əlavə yoxlama tədbirlərinin həyata keçirilməsi haqqında qərar, qanunvericiliyin imperativ tələbinə əsasən reyestrə daxil edilməlidir. Bundan başqa, kassasiya instansiyası məhkəməsinin məcburi göstərişi nəzərə alınmaqla həyata keçirilmiş məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 23.10.2019-cu il tarixli qərara əsasən təyin edilmiş əlavə vergi yoxlaması tədbirləri çərçivəsində vergi orqanının 20.11.2019-cu il tarixli qərarına əsasən yenidən ekspertiza təyin edilmiş və vergi orqanının əməkdaşları baxış keçirilməsi məqsədilə vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti həyata keçirdiyi obyektə getmişlər. Belə ki, “Azərekspertiza” Birliyinin eksperti X3, vergi orqanın əməkdaşları X2 və X5 məhkəmə iclasında izahat verərək ekspertiza tədqiqatı zamanı bərabər şəkildə obyektə baxışa getdiklərini bildirdilər. Bu isə o deməkdir ki, nəticəsi hazırkı iş üzrə mübahisələndirilən səyyar vergi yoxlaması zamanı təyin edilmiş əlavə yoxlama tədbiri vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə (obyektinə) getməklə həyata keçirilməsinə baxmayaraq, həmin tədbirin keçirilməsi barədə vergi orqanının 23.10.2019-cu il tarixli **********192016 nömrəli qərarı barədə məlumat qanunvericiliyin tələbləri pozularaq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Bundan başqa, Ali Məhkəmənin məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin (müvafiq qeyri-yaşayış sahəsi vergi ödəyicisi İddiaçı MMC-nin mülkiyyətində olmadığından, habelə bu obyekt barəsində onun mülkiyyətçisi (və ya mülkiyyətçiləri) ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmadığından, həmin əmlakın icarəsi ilə bağlı hazırkı İddiaçı MMC-yə münasibətdə hər hansı vergi öhdəliyinin də yarana bilməməsi barədə) qənaətini və bununla bağlı istinad etdiyi hallara dair əsaslandırmalarını İPM-in 12.1, 12.2 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, vergi öhdəliyi ilə bağlı həmin qənaətə gəlmək üçün apelyasiya instansiyası məhkəməsi, ən azından vergi ödəyicisi olan iddiaçı ilə qeyri-yaşayış sahələrindən əvəzli qaydada istifadə edən şəxslər arasındakı münasibətlərə dair işin hallarını vergi qanunvericiliyinin məqsədləri üçün tədqiq etməli, icarə haqlarının bilavasitə təsisçilərə yaxud iddiaçıya ödənildiyini yoxlamalı və qiymətləndirməli idi. Apelyasiya instansiyası məhkəməsi qərarının əsaslandırmasında Mülki Məcəllənin 87.1-ci maddəsinə istinad etsə də, bu normanın tətbiqini zəruri edən şərtləri göstərməmiş, qərarında bunu əsaslandırmamışdır. Həmçinin Ali Məhkəmənin məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin məzmunda (iddiaçının müvafiq dövrdə icarəyə verdiyi obyektin icarə haqqı üzrə qiymətlərə münasibətdə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə uyğun həm mənfəət vergisi, həm ödəmə mənbəyində tutulan vergi, həm də ƏDV hesablanması əsassız olması barədə) qənaətini işin hallarına uyğun hesab etmir. Belə ki, cavabdehin mübahisələndirilən qərarında Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinad yoxdur. Həmin normanın cavabdeh tərəfindən iddiaçıya münasibətdə tətbiqini təsdiq edən hər hansı sübut apelyasiya instansiyası məhkəməsinin qərarında göstərilməyib. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyinə münasibətdə ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı hesab etmişdir ki, ünvan 3 ünvanında yerləşən obyektin birgə mülkiyyətçiləri (X7 və X10) özlərinin birgə təsis etdikləri İddiaçı MMC-yə icarəyə vermiş, sonuncu isə həmin daşınmaz əmlakı müxtəlif fiziki şəxslərə subicarəyə vermişdir. Bu səbəbdən də cavabdeh Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi üçün obyektin mülkiyyətçiləri ilə İddiaçı MMC arasında olduğunu iddia etdikləri icarə münasibətlərinə bazar qiyməti tətbiq etməklə iddiaçıya 47687.31 manat ÖMV hesablamışdır. Bununla bağlı qeyd olunur ki, icarəyə verilmiş obyektin mülkiyyətçiləri X7 və X10 ilə birgə təsis etdikləri İddiaçı MMC arasında hər hansı əvəzli və ya əvəzsiz icarə müqaviləsi bağlanmamış və cavabdeh vergi orqanı mülkiyyətçilər ilə təsis etdikləri İddiaçı MMC arasında daşınmaz əmlakın istifadəsinə dair bağlanmış hər hansı mülki müqaviləni, o cümlədən icarə müqaviləsini və ya buna dair hər hansı digər təsdiqedici sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı MMC ilə mülkiyyətçilər arasında icarə münasibətlərinə bazar qiymətinin tətbiq edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə müvafiq olaraq bazar qiymətinin tətbiq edilməsi üçün vergi orqanı ilk öncə tərəflər arasında hər hansı əqdin (müqavilənin) mövcudluğunu və həmin müqavilədə təsbit edilmiş icarə haqqının bazar qiymətinə uyğun olmadığını aşkar etməli idi. Belə bir müqavilə olmadığı halda, vergi orqanı ödənilməli olan vergiləri Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən deyil, 67.1-ci maddəsinə əsasən hesablaya bilərdi. Çünki, Vergi Məcəlləsinin 14-cü maddəsi tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymətin bazar qiymətinə uyğun olmadığı (aşağı göstərildiyi) sübuta yetirildiyi halda tətbiq edilir. İşin qeyd olunan halına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12.03.2012-ci il tarixli qərarında qeyd edilir ki, “...vergi ödəyicisi Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən verginin hesablanması məqsədilə vergi orqanı ilə əməkdaşlıq etməməyə və ya buna hətta maneə törətməyə yönəlmiş hərəkətlər etdikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri və həmin maddədə göstərilən digər əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, bu müddəanın tətbiqi Vergi Məcəlləsinin 14-cü maddəsindən fərqli olaraq icarə haqqı məbləğinin aşağı göstərilməsi hallarına aid deyil və vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə qanuni tələblər yerinə yetirilmədikdə, həyata keçirilən müstəqil vasitədir. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən və digər bu kimi qanuni tələblər yerinə yetirilmədikdə, vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə verginin məbləği həmin maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə olunmaqla hesablanır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyindən aydın olur ki, vergi ödəyicisi vergi orqanına icarə münasibətlərinə dair müvafiq təsdiqedici sənədləri (icarə müqaviləsi və s.) təqdim edərsə və həmin müqavilədə təsbit edilmiş icarə haqqı bazar qiymətinə uyğun olmazsa, vergi orqanı icarə haqqından ödənilməli olan vergini Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, hər hansı sənəd təqdim etmədikdə isə həmin məcəllənin 67.1-ci maddəsində təsbit edilmiş əlaqəli məlumatlara əsasən hesablamalıdır. Göründüyü kimi, hazırkı işdə cavabdeh vergi orqanı İddiaçı MMC ilə daşınmaz əmlakın mülkiyyətçiləri arasında olduğunu iddia etdikləri, lakin buna dair hər hansı mülki, o cümlədən icarə müqaviləsi mövcud olmayan icarə münasibətlərinə Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərini tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun da yuxarıda qeyd olunan mövqeyinə əsasən vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. İddiaçı MMC ilə obyektin icarədarları arasında bağlanmış icarə müqavilələrinə bazar qiymətinin tətbiq edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının həmin icarə münasibətlərinə Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiymətini tətbiq etmək hüququ olsa da, qeyd olunan maddənin tələblərinə və həmin maddədə təsbit edilmiş ardıcıllığa düzgün əməl etməmiş və mötəbərliyi ciddi şübhələr doğuran ekspert rəyinə istinad etmişdir. Belə ki, “Vergi Məcəlləsinin 14.4-cü maddəsinə müvafiq olaraq bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu məqsədlə malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir (Vergi Məcəlləsinin 14.9-cu maddəsi). Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. ...Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur.” (AR Konstitusiya Məhkəməsinin Plenumun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12.03.2012-ci il tarixli qərarı) Göründüyü kimi, icarə haqqı üzrə bazar qiyməti ilk öncə Vergi Məcəlləsinin 14.4-cü maddəsində təsbit edilmiş müqayisə üsulu ilə, bu baş tutmadıqda ardıcıl olaraq həmin Məcəllənin 14.6.1-ci (məsrəflər və qiymətə təsir edən amillər əsasında), 14.6.3.1-ci (sonrakı (təkrar) satış qiymətinə əsasən) və 14.6.3.2-ci (dəyərin toplanması üsuluna əsasən) maddələrində nəzərdə tutulmuş üsullar ilə müəyyən edilməli, qeyd olunan üsullarla müəyyənləşdirmək mümkün olmadıqda isə müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Lakin iş materiallarından görünür ki, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 14-cü maddəsində təsbit edilmiş ardıcıllığı gözləmədən və bazar qiymətinin müəyyən edilməsi istiqamətində hər hansı əlavə araşdırma aparmadan, birbaşa ekspertə müraciət etmiş və “Azərekspertiza” Birliyinin 21.01.2020-ci il tarixli ekspert rəyinə istinad etməklə iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Halbuki, “Azərekspertiza” Birliyinin bazar qiymətinin müəyyən edilməsinə dair 21.01.2020-ci il tarixli ekspert rəyi aşağıda qeyd olunanlara əsasən vergilərin hesablanması zamanı mötəbər mənbə qismində istifadə oluna bilməzdi: İlk öncə məhkəmə qeyd edir ki, icarə haqları üzrə bazar qiyməti müəyyən edilərkən icarə haqlarının hansı qaydada və hansı məlumatlar əsasında müəyyən edilməsinə dair ekspert rəyində hər hansı əsaslandırma mövcud deyil. Məhkəmədə şahid qismində ifadə vermiş ekspert X3 icarə haqlarını internet elanlarını təhlil edərək müəyyən etdiyini qeyd etsə də, həmin elanların hansı internet saytlarında yerləşməsi, məzmunu və hansı obyektlər barədə olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, səyyar vergi yoxlaması 2015-2018-ci illəri əhatə etdiyi halda, ekspert rəyində ayrı-ayrı illərin icarə haqları arasında heç bir fərq müəyyən edilməmiş və icarə haqqının illər ərzində hansı səbəbdən dəyişmədən sabit qalması ilə bağlı hər hansı əsaslandırma aparılmamışdır. Halbuki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş icarə müqavilələrinin təhlilindən aydın olur ki, obyektlər üzrə icarə haqqı məbləği 2015- 2018-ci illər ərzində sabit deyil, dəyişkən olmuşdur. Həmçinin, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktında, eləcə də şifahi məhkəmə baxışı zamanı İddiaçı MMC ilə icarəyə götürənlər arasında bağlanmış icarə müqavilələrində təsbit edilmiş icarə haqları ilə hansı səbəbdən razılaşmadığını və həmin münasibətlərə hansı zərurətdən bazar qiyməti tətbiq etdiyini əsaslandıra bilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390cı maddələrinin şərh edilməsinə dair” 12.03.2012-ci il tarixli qərarında qeyd edilir ki, əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Avropa Məhkəməsi belə halın sübuta yetirilməsini vergidən yayınmanın baş verməsindən şübhələnmək üçün ciddi əsasların mövcudluğu ilə əlaqələndirərək, bunun qarşısını almaq məqsədilə Dövlətin ixtiyarında olan uyğun metodlar kimi ödənilməmiş verginin ödənilməsini təmin etmək üçün hüquqi icraatlara başlamanı və zərurət olduqda, vergi cərimələrinin tətbiqini misal gətirmiş, bu imkanlardan sistematik istifadənin cinayət təqibi təhlükəsi ilə birlikdə adekvat tədbir olacağını ifadə etmişdir (Hentrich Fransaya qarşı yuxarıda qeyd olunan qərar, § 47). Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasibətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Sadalanan normadan aydın olduğu kimi, vergi orqanı icarə münasibətlərinə bazar qiyməti tətbiq etmək üçün ilk öncə tərəflər arasında bağlanmış icarə müqaviləsində təsbit edilmiş icarə haqları üzrə vergidən yayınma halına dair ciddi əsasların mövcudluğunu sübut etməlidir. Lakin iş materiallarına əlavə edilmiş səyyar vergi yoxlaması aktından aydın olur ki, cavabdeh vergi orqanı tərəflər arasında bağlanmış icarə müqavilələrində təsbit edilmiş icarə haqlarının vergitutma məqsədləri üçün malların bazar qiyməti kimi qəbul edilməsinin yolverilməzliyinə dair hər hansı əsaslandırma aparmadan, başqa sözlə, əks halı sübuta yetirmədən, icarə haqları üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədilə yoxlamaya ekspert dəvət etmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı icarədarlar ilə İddiaçı MMC arasında bağlanmış icarə müqavilələrində təsbit edilmiş icarə haqları üzrə bazar qiymətini müəyyən edərkən VM-nin 14-cü maddəsində təsbit edilmiş tələblərə və ardıcıllığa riayət etməmiş və vergilərin hesablanması zamanı mötəbərliyinə dair ciddi şüphələr olan, o cümlədən bazar qiymətinin hansı qaydada və nələrin əsasında müəyyən edilməsinə dair hər hansı əsaslandırma aparılmayan “Azərekspertiza” Birliyinin 21.01.2020-ci il tarixli ekspert rəyini əsas götürmüşdür ki, bu da yekunda iddiaçıya Mənfəət vergisi və ƏDV üzrə əsassız əlavə vergi öhdəliklərinin hesablanması ilə nəticələnmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən təsisçilər ilə İddiaçı MMC arasında mövcud olduğu sübuta yetirilməyən icarə müqaviləsinə VM-nin 14-cü maddəsinə əsasən bazar qiyməti tətbiq etməklə hesablanmiş ÖMV və İddiaçı MMC ilə icarədarlar arasında bağlanmış icarə müqavilələrinə isə VM-nin 14-cü maddəsində təsbit edilmiş tələblərə və ardıcıllığa riayət edilmədən, eləcə də mötəbərliyinə dair ciddi şüphələr olan ekspert rəyinə əsasən müəyyən edilmiş bazar qiymətlərini tətbiq etməklə hesabladığı Mənfəət vergisi və ƏDV qanunvericiliyin tələblərinə zidd və qanunsuz olduğundan, eləcə də əlavə yoxlama tədbirinin həyata keçirilməsinə, yoxlamanın müddətinin uzadılmasına və müvəqqəti olaraq dayandırılmasına dair qərarlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilmədiyindən və müddətlərə bağlı vergi qanunvericiliyinin tələbləri pozulduğundan, səyyar vergi yoxlamasının nəticəsinə dair 16.03.2020-ci il tarixli **********198383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ləğv edilməli və həmin qərara əsasən hesablanmış əlavə vergi məbləğləri və tətbiq edilmiş maliyyə sanksiyaları, torpaq və əmlak vergisi istisna olmaqla, silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4247/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2230/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2230/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver