Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2232/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin adına rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin adına rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3770/2023 saylı 23 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, buraxılış ili 1996-cı il olan “SUZUKİ GT73A” markalı motosikiletin sahibi İddiaçıdur. **********9380 saylı Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün olan vəsiqədən görünür ki, “SUZUKİ GT73A” markalı motosikilet Almaniyadan gətirilmişdir. İddiaçı motosikiletin sahibi olaraq “SUZUKİ GT73A” markalı motosikiletin onun adına rəsmiləşdirilərək qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 016-140548-1222 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, motosikletin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən tələbin təmin edilməsi motosikiletin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyatı hərəkətlərini aparılmasının təmin edilməsi ilə bağlı müvafiq məhkəmə qərarı olduğu təqdirdə mümkün olacaqdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ““SUZUKİ GT73A” markalı motosikiletin adına rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “SUZUKİ GT73A” markalı motosikiletin rəsmiləşdirilməsi ilə bağlı cavabdeh AR Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən 2 noyabr 2022-ci il tarixli ********** nömrəli məktubla ona imtina cavabı verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, qeyd olunan “SUZUKİ GT73A” markalı motosikiletin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən qaldırılan məsələnin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X8 İdarəsinin Qeydiyyat imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yanlız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılmış araşdırma nəticələrinə əsasən araşdırma zamanı motosikletdə aşkar edilmiş qüsurla əlaqədar olaraq avtomobilin mülkiyyətçisinin əməlində cinayət xarakterli hal müəyyən edilməmişdir. Motosikletin qeydiyyat sənədlərindən də göründüyü kimi, avtomobil 1996-cı il buraxılışlı olmaqla 26 ildir ki, istismardadır. Eyni zamanda, motosiklet uçot göstəriciləri üzrə BDYPİ Qİİ-nin X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. Yuxarıda qeyd edilən əsaslardan da göründüyü kimi, “SUZUKİ GT73A” markalı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsindən imtina üçün hər hansı əsas mövcud deyil. Bu səbəbdən də hesab edir ki, cavabdeh orqan DİN Baş X9 İdarəsi tərəfindən verilən imtina məktubu tamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3770/2023 saylı 23 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin, “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmunun uyğun izahat verərək bildirmişdir ki, inzibati məhkəməyə iddia verilən zaman özü burada olmadığından nəqliyyat vasitəsinə aid sənədlər tərcümə edilərək məhkəməyə təqdim edilməmiş, nəqliyyat vasitəsinin ban nömrəsi qeyri-zavod üsulu ilə deyil, zavod üsulu ilə vurulmuş, sadəcə üzərində cızıq olmuş, sonradan Almaniya dövləti tərəfindən ban nömrənin eyni olması ilə bağlı ikinci dəfə müvafiq sənəd verilmişdir. Buna baxmayaraq cavabdeh orqan tərəfindən nəqliyyat vasitəsinə təqdim edilmiş sənədlər əsasında məhkəmənin qərarı olmadan müvafiq şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştrakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakçısı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı tələbi, “SUZUKİ GT73A” markalı motosikiletin adına rəsmiləşdirilməsi və ona qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, tələbinin təmin edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya məxsus mexaniki nəqliyyat vaasitəsi olan motosikletin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulmasının müəyyən edilməsinin onun ban nömrəsinin müvafiq sənədlərdə göstərilmiş nömrələrə uyğunsuzluğuna bərabər qiymətləndirilməsinə və belə uyğunsuzluğun sözügedən nəqliyyat vasitələrinin istismarını istisna edən hal olmasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin ediməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 26cı bəndinə görə motosiklet – mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (trisikllər və yüngül kvadrisikllər motosikletlərə bərabər tutulur). Həmin Qanunun 4-cü maddəsində (18-ci bənd) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək, (21-ci bənd) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Qanunun 27-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş istintaq və təhqiqat idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin 005-24916-1222 Nə-li 25 oktyabr 2022-ci il tarixli təliqəsilə Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə «Suzuki GT73A» markalı motosiklet təqdim olunmuşdur. Tədqiqat qarşısında aşağıdakı sual qoyulmuşdur: Təqdim edilən «Suzuki GT73A» markalı motosikletin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur? «Suzuki GT73A» markalı, üzərində nömrə nişanı olmayan motosikletə baxış Bakı şəhərincə keçirildi. Motosikletə baxış zamanı müəyyən edildi ki, o gümüşü- bənövşəyi boya ilə rənglənmişdir.(Bax:Fotocədvəl-1 ,Foto-1). İlkin olaraq motosikletin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş üzərinə sonradan «-» sinvolu vurulmuş «JS1GT73A000502158» hərf və rəqəmləri aşkar edildi. (Bax:Fotocədvəl-1 ,Foto-2). Həmin hərf və rəqəmlər olan sahə 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayiıə zamanı həmin hərf və rəqəmlərin yerləşməsinə, ölçülərinə, formalarına, vurulma dərinliklərinə, konfiqurasiyalarına görə belə nəticəyə gəlmək olar ki, onlar kustar üsulla vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Həmin hərf və rəqəmlərin aşağı hissəsində təxminən 1mm məsafədə «JS1GT73A000502158» hərf və rəqəmləri həkk edilmişdiir. Həmin hərf və rəqəmlər olan hissə 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı həmin hissədə həkk edilmiş hərf və rəqəmlərinin yerləşməsinə ölçülərinə, formasına, vurulma dərinliyinə, ara məsafələrin və konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar kustar üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. (Bax:Fotocədvəl- 1,Foto-2) Motosikletin zavod lövhəsi (birka) vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə iki ədəd tıxacla pərçimlənmiş bir ədəd birka aşkar edildi. Həmin zavod lövhəsinin üzərində motosikletin ban nömrəsini göstərən «JS1GT73A000502158» hərf və rəqəmlərinin 1-11-ci mövqelərində duran «JS1GT73A000» hərf və rəqəmləri çap üsulu ilə qara boya ilə yazılmış, 12-17-ci mövqeyində duran «502158» rəqəmləri həkk edilmişdir. Həmin rəqəmlər 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, zavod lövhəsinin üzərində ban nömrəsinin 12-17-ci mövqeyində həkk edilmiş «502158?> rəcəmləri yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, Konfiqurasiyas na görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. (Bax:fotocədvəl-1 ,foto-3). Sonra motosikletin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxiş zamani həmin hissədə həkk edilmiş «T703-108068» hərf və rəqəmləri aşkar edildi. Həmin hərf və rəqəmlər olan sahə 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı həmin hərf və rəqəmlərin yerləşməsinə, ölçülərinə, vurulma dərinliklərinə, formalarına. Konfiqurasiyalarına görə belə nəticəyə gəlmən olar Kİ, onlar zavod usulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. (Bax:Fotocədvəl-1 .Foto-4). Tədqiqata DİN BDYPİ Qİİ-nin 14 oktyabr 2022 ci il tarixdə tərtib edilmiş nəqliyyat vasitəsinin texniki müayinə aktının surəti təqdim edilmişdir. Aktda motosiklin qeydiyyat nişanı yoxdur (yazılmayıb), marka, model və rəngi'.Suzuki GT73A, tipi minik, ban tipimotosikl, buraxılış ili: 1996, mühərrik nömrəsi: T703- 108068. şassi nömrəsi: JS1 GT73A000502158 və sahibi haqqında məlumatlar vardır. «Suzuki GT73A» markalı, üzərində nömrə nişanı olmayan motosikletə baxış gündüz vaxtı, təbii işıqda aparıldı. Beləliklə, aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki: «Suzuki GT73A» markalı, üzərində nömrə nişanı olmayan motosikletin ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş üzərinə sonradan «-» sinvolu vurulmuş «JS1GT73A000502158» hərf və rəqəmlər kustar üsulla vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Həmin hərf və rəqəmlərin aşağı hissəsində təxminən 1mm məsafədə həkk edilmiş «JS1GT73A000502158» hərf və rəqəmlər kustar üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Motosikletin zavod lövhəsi (birka) üzərində ban nömrəsini göstərən «JS1GT73A000502158» hərf və rəqəmlərinin 1-11-ci mövqelərində duran «JS1GT73A000» hərf və rəqəmləri çap üsulu ilə qara boya ilə yazılmış, 12-17-ci mövqeyində duran «502158/. rəqəmləri zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Motosikletin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «T703-108068» hərf və rəqəmlər zavod usulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. 27 oktyabr 2022-ci il tarixli rəyin məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP-si 19 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respubliksı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol- Nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Arif Hüseynov küçəsi ev 10-da qeydiyyatda olan İddiaçı adına sənədləşdirilmiş «Suzuki GT73A» markalı üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan JS1GT73A000502158 ban nömrəli, '996-ci il buraxılışlı motosikletdə ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması ilə bağlı araşdırma aparıb rəy verilməsini xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma mənə həvalə edilmiş və tərəfimdən araşdırma aparılmışdır. Vətəndaş İddiaçı izahatında göstərmişdir ki, «Suzuki GT73A» markalı dövlət qeydiyyat nişanı olmayan, JS1GT73A000502158 ban nömrəli, 1996-ci il Duraxılışlı motosikleti internet vasitəsi ilə Almaniya Respublikasından alaraq Azərbaycan Respublikasına gətirmişdir. Motosiklet 14 oktyabr 2022-ci il tarixdə gömrük qeydiyyatından Keçmiş və 15 oktyabr 2022-ci il tarixdə avtomobil qeydiyyat aparılması üçün BDYPİ-nə təqdim edilmişdir. Orada motosikletə baxış keçirilən zaman motosikletin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması müəyyən edildiyindən qeydiyyat hərəkətləri aparılmamışdır. «Suzuki GT73A» markalı dövlət qeydiyyat nişanı olmayan JS1GT73A000502158 ban nömrəli 1996-ci il buraxılışlı motosiklet uçot göstəriciləri üzrə BDYPİ Qİİ-in X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. «Suzuki GT73A» markalı dövlət qeydiyyat nişanı olmayan JS1GT73A000502158 ban nömrəli motosikletin qeydiyyat sənədlərindən göründüyü kimi, avtomobil 1996-ci il buraxılışlı olmaqla 26 ildir ki, istismardadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 26 oktyabr 2022-ci il tarixli 22/1088a nömrəli tədqiqat haqqında arayışından görünür ki, Suzuki GT73A» markalı üzərində dövlət qeydiyyat nişanı olmayan motosikletin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş üzərində sonradan JS1GT73A000502158» hərf və rəqəmlərin aşağı hissəsində təxminən 1 mm məsafədə həkk edilmiş «JS1GT73A000502158» hərf və rəqəmlər kustar üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterli, zavod lövhəsi (birka) zavod üsulu ilə, mühərrik «T703-108068» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterlik olması göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 saylı Qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamənin 4.1-ci bəndini rəhbər tutularaq, Suzuki GT73A» markalı üzərində dövlət qeydiyyat nişanı olmayan ban nömrəli, buraxılışlı motosikletin qeydiyyat aparılması məsələsinə baxılması üçün rəyin surətinin BDYPİ-nin Qİİ-nə göndərilməsi və araşdırmanın başa çatmış hesab edilərək işə tikilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı iddiaçının adına rəsmiləşdirilməsini və qeydiyyat şəhadətnaməsinin verilməsini tələb etdiyi motosikletin təqdim etdiyi ilk qeydiyyat sənədlərinin tərcümə və təsdiq edilmiş surətlərindən müəyyən olundu ki, Nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsinə əsasən dövlət qeydiyyat nişanı SU-F12 (05-10) olan avtomobil Almaniya Federativ Respublikasından alınmış və nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi JS1GT73A000502158 olmuşdur. Sonradan nəqliyyat vasitəsində çərçivə dəyişikliyi aparıldığı üçün onun ban nömrəsi yenidən yerinə salınmış və bu düzəlişə dair nəqliyyat vasitəsinə ikinci bir təsdiq sənədi verilmişdir. Həmin təsdiq arayışından görünür ki, sözügedən avtomobilin rəsmi nömrə nişanı SU-F-12, avtomobilin identifikasiya nömrəsi JS1GT73A000502158, Reyn-Sieg-Kreis bölgəsi, “U.3:İ.FEL.M çıxarış FANNL.31E0*TO E:FZ.İD.F.Z. çərçivə dəyişdikdən sonra yeni salınmış, köhnə F.Z. çərçivəsi düzgün sökülmüşdür” qeydi aparılaraq rayon icra başçısının imzası ilə bu dəyişiklik təsdiq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə nəqliyyat vasitələri avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə təkrar qeydiyyata alınır. Həmin Əsasnamənin 4.5-ci bəndinə əsasən avadanlıqla təchiz edilmiş və yenidən yığılmış, yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır: avadanlıqla təchiz edilməsi və yenidən yığılması haqqında nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq orqanın verdiyi icazə; avtotəmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş banın, şassinin, mühərrikin nömrələri göstərilir); nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim aktı; avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi; həmçinin 2.8. bəndində göstərilmiş digər müvafiq sənədlər. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən nəqliyyat vasitəsi avadanlıqla təchiz edilib yenidən yığıldıqda yeni model, şassi, çərçivə, ban və mühərrikin nömrəsi göstərilməklə onun mülkiyyətçisinə yeni qeydiyyat şəhadətnaməsi verilir. “Qeydiyyat üçün əsas” bölməsində əvvəlki modeldən (köhnənin adı yazılır) avadanlıqla təchiz edilib yenidən yığılması, həmçinin əvvəlki qeydiyyat sənədinin nömrəsi və seriyası göstərilir. Qeydiyyat şəhadətnaməsinin “Buraxılış ili” bölməsində nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması ili yazılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 190 nömrəli 1999-cu il 14 iyun tarixli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimat”ın 2.15-ci bəndinə əsasən xarici ölkələrdən Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri gömrük nəzarətində olduqda, nəqliyyat vasitəsi sosial-təminat orqanları vasitəsilə alındıqda, dövlət standartlarına müvafiq olaraq xüsusi işıq və səs siqnalları quraşdırılmış və ya xüsusi rəng qrafikasına malik olan, yaxud reklam şəraitini məhdudlaşdıran şərtlər olduqda və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında və nəqliyyat vasitəsinin uçot kartoçkasında müvafiq yazılar aparılır. Həmin Təlimatın 3.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin rekvizitləri çap üsulu ilə, yaxud xüsusi mürəkkəblə, aydın oxunan şəkildə çap hərfləri ilə doldurulur. Blankın rekvizitlərində yazı üçün ayrılmış yer azlıq etdikdə, ümumqəbul olunmuş ixtisarlardan istifadə edilə bilər. Hər hansı bir rekvizit barədə məlumat olmadıqda, müvafiq qrafada “yoxdur” yazısı qeyd olunur. Həmin Təlimatın 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin mətni aydın və dürüst yazılmalıdır. Hüquqi şəxslərin adı ünvanları göstərilməklə ixtisar edilmədən yazılmalı, fiziki şəxslərin isə adı, soyadı və atasının adı, yaşayış yeri və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi göstərilməklə yazılmalıdır. Sözlərin və rəqəmlərin üstündən xətt çəkilərək pozulması, silinməsi və əlavə yazılar aparılması yolverilməzdir. Həmin Təlimatın 3.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin “A”, “D” və “S” rekvizitləri baş hərflərlə, qalan rekvizitlər isə kiçik hərflərlə doldurulur. hərflərin şriftlərin sıxlaşdırılmasına yol verilməməlidir. “Qeydiyyat üçün əsas” qrafasında şəhadətnamənin verilməsi üçün əsas olan sənəd (əvvəlki qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi, onu vermiş qeydiyyat məntəqəsinin adı, gönə dövlət qeydiyyat nişanları, ticarət təşkilatının arayış-hesabı, gömrük sənədləri, bağışlama müqaviləsi, məhkəmənin qərarı və nəqliyyat vasitəsinə sahibliyi təsdiq edən digər sənədlər, onların seriyası, nömrəsi, verilmə tarixi və verən orqanın adı) göstərilir. “Xüsusi qeydlər” qrafasında nəqliyyat vasitəsi haqqında bəzi məlumatlar, onun müvəqqəti uçota alınması, həmçinin “Əsasnamə” ilə tutulmuş digər müvafiq qeydiyyatı aparan şəxsin vəzifəsi, soyadı, aparılma tarixi göstərilir. Aparılmış qeydiyyat vəzifəli şəxsin imzası və möhürlə təsdiqlənir. Həmin Təlimatın 3.4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində onu verən qeydiyyat məntəqəsinin tam adı və sənədin verilmə tarixi göstərilir. Şəhadətnamə, onun verilməsi haqqında qərar qəbul etmiş vəzifəli şəxs tərəfindən imzalanır və qeydiyyat məntəqəsinin möhürü ilə təsdiq olunur. Həmin Təlimatın 4.1-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyat göstəriciləri dəyişdirildikdə “Əsasnamə”nin tələblərinə müvafiq olan və bu Təlimatın 2.1-2.10, 2.13 və 2.18-ci bəndlərində göstərilən hərəkətlər həyata keçirilir. “Əsasnamə”nin 4.5-ci bəndində nəzərdə tutulmuş halda, nəqliyyat vasitələrinin avadanlıqla təchiz edilməsinə və yenidən yığışmasına müvafiq icazə Azərbaycan Respublikası DİN DŞ İdarəsi tərəfindən verilir. Fiziki şəxslərə məxsus olan yüngül minik avtomobillərinin eyni marka daxilində yenidən yığılmasına müvafiq icazə, onların uçotda olduqları qeydiyyat məntəqələrində bu Təlimata 9 nömrəli əlavədə göstərilən formada verilə bilər. Həmin Təlimatın 4.2-ci bəninə əsasən qeydiyyat göstəricilərinin dəyişdirilməsi rəsmiləşdirildikdən sonra bu Təlimatın 3-cü bəndində göstərilən qaydada nəqliyyat vasitəsinə yeni qeydiyyat şəhadətnaməsi verilir. Həmin Təlimatın 4.4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin xüsusi işıq və səs quraşdırılması və digər hallarla bağlı olaraq qeydiyyat göstəriciləri dəyişdikdə, bu Təlimatın 2.15-ci bəndində nəzərdə tutulmuş analoji hərəkətlər həyata keçirilir. Nəqliyyat vasitəsinə xüsusi işıq və səs siqnalları və digər avadanlığın quraşdırılmasına, onun xüsusi rəng qrafikasına malik olmasına xitam verilməsi ilə əlaqədar olaraq qeydiyyat göstəricilərinin dəyişdirilməsi, göstərilən avadanlıqlar söküldükdən və xüsusi rəng qrafikası silindikdən sonra həyata keçirilir. Həmin Təlimatın 4.5-ci bəndinə əsasən qeydiyyat göstəricilirinin dəyişdirilməsi ilə əlaqədar olaraq bütün hallarda nəqliyyat vasitəsinin uçot kartoçkasında və kompüter bazasında müvafiq dəyişikliklər aparılır. Beləliklə, iş üzrə müəyyən olundu ki, iddiaçının adına rəsmiləşdirilməsini və qeydiyyat şəhadətnaməsinin verilməsini tələb etdiyi motosikletin ban nömrəsi çərçivə dəyişikliyi ilə bağlı yeni salınmış və bu barədə dəyişiklik avtomobilin ilk qeydiyyatının aparıldığı ölkədə səlahiyyətli orqan tərəfindən təsdiq olunmuş, səlahiyyətli orqanın rəsmi şəxsi buna imza etmişdir. Buna görə də qeyd olunan dəyişiklik cavabdehin imtina məktubunda imtinasının əsası kimi qeyd etdiyi “ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması” kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtina məktubunda qeyd etdiyi əsasla, yəni “ban nömrənin qeyri-zavod üsulu ilə vurulması”nı “Yol hərəkəti haqqında” Qanunda göstərilən “ban nömrənin qeydiyyat sənədlərində göstərilmiş nömrəyə uyğun gəlməməsi nəqliyyat vasitəsinin istismarını qadağan edir” müddəasına uyğunlaşdıraraq iddiaçının əsaslı tələbinin təmin olunmaması barədə düzgün olmayan nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Həmin Qanunun 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3770/2023 saylı 23 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilərək, İddiaçı məxsus “SUZUKİ GT73A” markalı motosikiletin adına rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3770/2023 saylı 23 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus “SUZUKİ GT73A” markalı motosikiletin adına rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2232/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2232/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver