Məhkəmə qərarları › İş №2-1(103)-2235/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2235/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2235/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və tərcüməçi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və “Qaçqın statusu”nun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3014/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-31/2 saylı qərarının ləğv edilməsi və xx.xx.1978-ci il təvəllüdlü İddiaçı və onun ailə üzvü xx.xx.2016-cı il təvəllüdlü qızı Anaya Leslie-yə qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Pakistan İslam Respublikası vətəndaşı (pasport: AA8807003), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı 17 yanvar 2023-cü il tarixdə ailə üzvü (xx.xx.2016-cı il təvəllüdlü qızı Anaya Leslie) ilə birlikdə “Qaçqın statusu verilməsi haqqında” vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 05-2023 saylı şəxsi iş açılmışdır. Təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və müsahibədən keçirilmişdir. İddiaçı “Qaçqın statusu verilməsi haqqında” vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Multa şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə xrisian (katolik) olduğu, 1992-ci ildə Karaçidə 10 illik orta təhsil aldığını, 2005-ci ildə isə həmin şəhərdə tibb bacısı kurslarını bitirdiyini, peşəsinin tibb bacısı olduğunu, 2005- 2022-ci il tarixində Karaçidə fərdi qaydada tibb bacısı kimi fəaliyyət göstərdiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən o, atasının vəfat etdiyini, anasının 3 bacı və 3 qardaşının Karaçi şəhərində yaşadığını qeyd etmişdir. “İnernational Women’s Studie”-in dərc etdiyi hesabatda qadınlara qarşı zorakılığın yüksək göstəriciləri qeyd olunur ki, bu da, təkcə döyülmə deyil, həm də, turşu atma, uşaq nikahı və məcburi nikahdır. Qeyd olunan cinayətlər xüsusilə dini radikalların yaşadığı bölgələrdə qat-qat daha yüksəkdir. Bundan əlavə pakistanın əyalətlərində dini ayrı-seçkilik də, çox yüksəkdir. Dini ayrıseçkilik təkcə başqa dinlərdən olanlara qarşı pis rəftarla müşayət olunmur. Hətta eyni dindən, lakin başqa təriqətdən olan insanlarda çox cidi şəkildə təqiblərə məruz qalırlar. Misal üçün elə bu ilin iyul ayında Pakistanın şimal-qərbindəki Hayber Paxunxva əyalətindəki radikal dini partiya Camiat Ulema-E-İslam (JUİ-F) iyulun 30-da keçirilən tədbir zamanı terror aktı törətmişdir. Bombanın partlaması nətiəsində 39 nəfər həlak olub. Bu barədə əyalətin səhiyyə naziri Riaz Ənvara istinadən AFP məlumat yayıb. Eyni zamanda acı həqiqətdə olsa, qeyd etməlidirlər ki, bir çox dövlət məmurları, eləcə də, yerli pakistan polis əməkdaşları gizli olaraq hər hansı yerli dini radikal birləşmələrin üzvləridirlər. Bu baxımdan da, üzvlərinin törətdiyi bir çox cinayətlər gizli saxlanılır, zərərçəkmişləri isə şikayət etməyə məcbur etdirirlər. Məhz o səbəbdən də, xüsusilə məişət zəmnində törədilən cinayətlərin bir çoxu üstü örtülü qalır. Buna görə də, Aqeela Lesli ərinin ona qarşı davamlı zorakılığı haqqında polisdən “FİR” X2 – ilkin araşdırma raportunu ala bilməyib, bundan əlavə Reportu almaq üçün onun vaxtı və imkanları da, olmayıb. Xüsusilə qeyd edilər ki, Aqeela Lesli dini etiqat baxımından xristian olduğu üçün, əri isə xristianlıqdan islama keçərək yerli dini birləşməyə qatıldığından, o, yaşadığı əyalətdə polis əməkdaşlarından heç bir ədalət tapa bilməyib. Pakistanın paytaxtına, ədalət dalınca gedən Aqeela Lesli, tezliklə anlayır ki, ədaləti tapmaq onun imkanları baxımından elədə də, əsasən olmayacaq. Xüsusilə vaxt onun əleyhinə işləyirdi. Vaxt uzandıqcada ərinin onu burda tapacağı qorxusu artırdı. Ərinin onu tapması isə onun həyatı üçün təhlükə yaradacaqdır. Xüsusilə də, Aqeela Lesli öz qızının həyatından narahat idi. Belə ki, əri, onun qızını əlindən alıb öz radikal dini inanclarına və qaydalarına əasən tərbiyə edəcəyini bildirmişdir. Radikal dini qaydalara əsasən isə qız uşağını oxumağa, təhsil almasına imkan yaratmayacağını və erkən nikaha məcbur ediləcəyindən qorxurdu. Bu baxımdan o, Pakistanı tərt edərək ən yaxın sivil və proqresiv ölkə olan Azərbaycana üz tutmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3014/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxçayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3014/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.1978-ci il təvəllüdlü İddiaçı AA8807003 nömrəli pasporta əsasən Pakistan İslam Respublikasının vətəndaşıdır. -17 iyun 2016-cı il təvəllüdlü Leslie Anaya BD8805301 nömrəli pasporta əsasən Pakitan İslam Respublikasının vətəndaşıdır. -Azərbaycan Respubliksı Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli MŞ-05-2023 nömrəli Arayış-müvəqqəti şəhadətnaməyə əsasən, xx.xx.1978-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı və onun ailə üzvü (qızı – xx.xx.2016-cı il təvəllüdlü Anaya Leslie) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Ximətinə ərizə ilə müraciət etmiş, 17 yanvar 2023-cü il tarixdə adına 05-2023 saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsiq edilmiş “Qaçqın statusu” verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən xx.xx.2023-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-u il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsaəsn arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. -xx.xx.1978-cı il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı olan İddiaçı (xx.xx.2016cı il təvəllüdlü qızı Anaya Leslie ilə birlikdə) “Qaçqın statusunun verilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 05-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, özü ilə müsahibə keçirilmişdir -Cavabdehin xx.xx.2023-cü il tarixli İQ-31/2 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” Qərarına əsasən, Pakistan İslam Respublikasının vətəndaşı (Pasport: № AA8807003), hazırda ünvan 2 ünvanında müvəqqəti yaşayan, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (xx.xx.2016-cı il təvəllüdlü qızı Anaya Leslie) 17 yanvar 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 05-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Multan şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə xristian (katolik) olduğunu, 1992-ci ildə Karaçidə 10 illik orta təhsil aldığını, 2005-ci ildə isə həmin şəhərdə tibb bacısı kurslarını bitirdiyini, peşəsinin tibb bacısı olduğunu, 2005- 2022-ci il tarixlərində Karaçidə fərdi qaydada tibb bacısı kimi fəaliyyət göstərdiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən o, atasının vəfat etdiyini, anasının, 3 bacı və 3 qardaşının Karaçi şəhərində yaşadıqlarını qeyd etmişdir. İddiaçı anasının təkidi ilə vəfat etmiş bacısının əri Leslie Oliver ilə evləndiyini və bu evlilikdən Anaya adlı qızının dünyaya gəldiyini demişdir. O, ərinin 6-7 il bundan əvvəl islamı qəbul edib bir müsəlamn qadınla evləndikdən sonra onu və xx.xx.2016-cı il təvəllüdlü qızı Anaya Leslieni tərk etdiyini, sonradan qızı Anayanı ondan tələb etdiyini və buna razı olmadığına görə qızı ilə birlikdə ölkəsini tərk edərək xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlil; aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdm edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi ölkəsində keçmiş əri tərəfindən təqib olunduğunu və bu barədə polisə şikayətlə müraciət etdiyini bildirsə də, dediklərinin sübutunu tədiq edən sənəd (polisə müraciət “FİR” – X2 – ilkin araşdırma raportu) təqdim etməmiş, təqiblərini ərinin ondan qızını və pul tələb etməsi və s. kimi ailə-məişət problemləri ilə əsaslandırmışdır. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, dininə, siyasi baxışlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvü vətəndaşı olduqları ölkədə dövlət orqnaları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı ailə üzvü ilə birlikdə şəxsi işi “Qaçqın statusu” verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 17 aprel 2023-cü il tarixli, 8 saylı protokolu). “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə '“‘Qaçqın'’ statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı və ailə üzvünə (xx.xx.2016-cı il təvəllüdlü qızı Anaya Leslie) qaçqın statusu verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı Pakistan İslam Respublikasının vətəndaşıdır. Hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı ailə üzvü ilə birlikdə (xx.xx.2016-cı il təvəllüdlü) 17 yanvar 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 05-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, özü ilə müsahibə keçirilmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Multan şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə xristian (katolik) olduğunu, 1992-ci ildə Karaçidə 10 illik orta təhsil aldığını, 2005-ci ildə isə həmin şəhərdə tibb bacısı kurslarını bitirdiyini, peşəsinin tibb bacısı olduğunu, 2005-2022-ci il tarixlərində Karaçidə fərdi qaydada tibb bacısı kimi fəaliyyət göstərdiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən o, atasının vəfat etdiyini, anasının, 3 bacı və 3 qardaşının Karaçi şəhərində yaşadıqlarını qeyd etmişdir. İddiaçı anasının təkidi ilə vəfat etmiş bacısının əri Leslie Oliver ilə evləndiyini və bu evlilikdən Anaya adlı qızının dünyaya gəldiyini demişdir. O, ərinin 6-7 il bundan əvvəl islamı qəbul edib bir müsəlman qadınla evləndikdən sonra onu və xx.xx.2016-cı il təvəllüdlü qızı Anaya Leslieni tərk etdiyini, sonradan qızı Anayanı ondan tələb etdiyini və buna razı olmadığına görə qızı ilə birlikdə ölkəsini tərk edərək xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Eyni zamanda ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlil; aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdm edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi ölkəsində keçmiş əri tərəfindən təqib olunduğunu və bu barədə polisə şikayətlə müraciət etdiyini bildirsə də, dediklərinin sübutunu tədiq edən sənəd (polisə müraciət “FİR” – X2 – ilkin araşdırma raportu) təqdim etməmiş, təqiblərini ərinin ondan qızını və pul tələb etməsi və s. Kimi ailə-məişət problemləri ilə əsaslandırmışdır. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, dininə, siyasi baxışlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvü vətəndaşı olduqları ölkədə dövlət orqnaları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi qanunvericilik “qaçqın” statusunun verilməsi üçün şəxsin vətəndaşı olduğu, yaxud vətəndaşlığı olmayıb adətən yaşadığı ölkənin himayəsindən istifadə edə bilməməsini onun irqi, milli, dini, sosial və ya siyasi səbəblərə görə ölkəsində təqiblərin qurbanı olması və ya olacağı ehtimalını tam əsaslandırması və bu müdaxilənin ehtiyat tədbiri kimi onun üçün zəruri olmasını sübut etməsi halı ilə şərtləndirir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan, təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Hazırkı mübahisədə isə istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan şərtlərin mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçıya münasibətdə əsaslı qərar qəbul etmişdir. İddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. İddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatlıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmamış və iddiaçı vətəndaşı olduğu ölkədə təhlükəsizliyinin təmin edilməməsi, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda, o cümlədən 2-1(102)- 3182/2019 saylı, 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-2143/2020 saylı, 25 noyabr 2020-ci il tarixli, 2-1(102)-366/2021 saylı, 24 fevral 2021-ci il tarixli və 2-1(102)-535/2021 saylı, 31 mart 2021-ci il tarixli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3014/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3014/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar