Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2236/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat İdarəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı X3 və X5 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə "sərəncamın etibarsız hesab edilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş e-2- 1(112)-7026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat İdarəsi cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X1 istifadəsində olan və fərdi yaşayış tikintisi üçün 600 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə iş üzrə üçüncü şəxs X4 mülkiyyətinə ayrılmasına dair cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 117-74/1 nömrəli sərəncamının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, vətəndaş X3 tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR-a) xx.xx.2024-cü il tarixli, 14-2/1- H-8xx-xx/2024 nömrəli ərizə ilə müraciət edərək Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 117-74/1 nömrəli Sərəncamı ilə ona 600 m2 torpaq sahəsi ayrıldığını bildirmişdir. Daha sonra sözügedən torpaq sahəsinin neft boru kəmərinin mühafizə zonasına düşüb düşmədiyi haqqında razılıq sənədinin verilməsini xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən araşdırılmış və Binəqədi Gənclər şəhərciyinin arxasında yerləşən torpaq sahəsinin ərazisinə yerində baxış keçirilmiş və müəyyən olmuşdur ki, 39T 0401756; 4482088; 0401786; ******* saylı koordinatlarda vətəndaş N.Həsənova məxsus torpaq sahəsi İddiaçı Abşeron İstehsalat Bölümünün istismarında olan BöyükŞor-Sumqayıt Dş700 yeraltı magistral neft kəmərinin (istismara verilmə tarixi 1983-cü il) 10.9 km hissəsində mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 39T 0401756; 4482088; saylı koordinatda məsafə 42 metr, 39T 0401756; ******* saylı koordinatda 44 m təşkil edir. Bununla da əraziyə baxış zamanı torpaq sahəsinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları"-na əsasən Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. Sözügedən Sərəncamdan göründüyü kimi iş üzrə üçüncü şəxs X4 adına verilsə də, hazırda torpaq sahəsi iş üzrə üçüncü şəxs X2 məxsusdur. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 117-74/1 nömrəli Sərəncamına əsasən Binəqədi rayonu Binəqədi bələdiyyəsi ərazisində yerləşən 600,0 kv.m ölçüdə torpaq sahəsi, fərdi yaşayış tikintisi üçün vətəndaş X4 adına alqısatqı yolu ilə mülkiyyətinə ayrılması və sənədləşdirilməsi qərara alınmışdır. Göründüyü kimi, torpaq sahəsinin faktiki olaraq, SOCAR-ın İddiaçı istismarında olan neft boru kəmərinin mühafizə zonası daxilində yerləşməsi səbəbindən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 117-74/1 nömrəli Sərəncamı bu günədək icra edilməmiş, torpaq sahəsi iş üzrə üçüncü şəxs X4 adına sənədləşdirilməmiş və 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Üçüncü şəxsə ayrılmış torpaq sahəsinin faktiki olaraq qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunmasına zəmin yaradır. Məhkəmə qərardadı ilə iş üzrə X3 və X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X3 tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR-a) xx.xx.2024-cü il tarixli, 14-2/1- H-8xx-xx/2024 nömrəli ərizə ilə müraciət edərək Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 117-74/1 nömrəli Sərəncamı ilə ona 600m torpaq sahəsi ayrıldığını bildirmişdir. Həmçinin sözügedən torpaq sahəsinin neft boru kəmərinin mühafizə zonasına düşüb düşmədiyi haqqında razılıq sənədinin verilməsini xahiş etmişdir. Bu zaman iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 117-74/1 nömrəli Sərəncamının mövcudluğu məlum olmuşdur. Bundan əvvəl iddiaçının həmin sərəncam barəsində məlumatlı olması imkanı qeyri-mümkündür. Həmin torpaq sahəsinə hər hansı çəpərləmə (hasarlanma) aparılmadığına görə digər şəxsin mülkiyyətində və ya istifadəsində olmasını keçən müddət ərzində bilmək, məlumatlı olmaq ağlabatan deyildir. Ərizə tərəflərindən araşdırılmış və Binəqədi Gənclər şəhərciyinin arxasında yerləşən torpaq sahəsinin ərazisinə yerində baxış keçirilmiş və müəyyən olmuşdur ki, 39T 0401756; 4482088; 0401786; ******* saylı koordinatlarda vətəndaş N.Həsənova məxsus torpaq sahəsi İddiaçı Abşeron İstehsalat Bölümünün istismarında olan Böyük-Şor-Sumqayıt Dş700 yeraltı magistral neft kəmərinin (istismara verilmə tarixi 1983- cü il) 10.9 km hissəsində mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 39T 0401756; 4482088; saylı koordinatda məsafə 42 metr, 39T 0401756; ******* saylı koordinatda 44 m təşkil edir. Bununla da əraziyə baxış zamanı torpaq sahəsinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01,2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalan"na əsasən Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Təqdim edilmiş sərəncam etibarsız sayılmalıdır. Göründüyü kimi, keçən müddət ərzində 3-cü şəxslər həmin sərəncamla onlara ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınmasına nail olmamışlar. Torpaq sahəsi neft boru kəmərinin mühafizə zonasında yerləşməsinə görə həmin sərəncam icrası mümkün olmayan inzibati aktdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin konstitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddia tələbinin qanunla müəyyən edilmiş prosessual müddətlərə əməl edilməklə qaldırılmış olmasıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 117-74/1 nömrəli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m. torpaq sahəsi fərdi yaşayış tikintisi üçün vətəndaş X6 alqısatqı yolu ilə ayrılmışdır. Sözügedən torpaq sahəsi hazırda X4 istifadəsindədir. İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 117-74/1 nömrəli sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini, fəaliyyətinə ciddi təsir etdiyini iddia etmiş və buna görə də həmin inzibati aktı mübahisələndirmişdir. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı iddiasında inzibati aktın etibarsızlığını tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğvi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarından görünür ki, iddiaçı Nazim Quliyev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə (bundan sonra – Nərimanov Rayon İcra Hakimiyyəti) və üçüncü şəxslər T.İdrisova, Natiq Hacıyevə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 22 may 2008-ci il tarixli 225 saylı sərəncamın (bundan sonra – sərəncam) etibarsız hesab edilməsi, T.İdrisova və N.Hacıyevə məxsus ünvan 1 ünvanında yerləşən tikilinin sökülməsi barədə iddia tələbi irəli sürmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddiaçı tələbində inzibati aktın etibarsızlığını mübahisələndirsə də, əslində iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır. Kollegiya bildirir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 27-ci fəslinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həmin Məcəllənin 298-ci madddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırki mübahisə üzrə iş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində məhkəməyə müraciət etməsi, inzibati aktı mübahisələndirməsi halı müəyyən olunmur. Eyni zamanda Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların xx.xx.2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Həmçinin hazırda qüvvədə olan İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı apellyasiya şikayətində mübahisələndirilən sərəncamın onlara verilmədiyini, həmin sərəncamın onlara daha sonradan məlum olduğunu qeyd etmişdir. İddiaçının apellyasiya şikayətinə münasibətdə Kollegiya qeyd edir ki, sözügedən sərəncamın rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı 3-cü şəxs X4 istifadəsində olan torpaq sahəsinin “Azneft” İB-nin daimi istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşməsi əsası ilə cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 117-74/1 nömrəli sərəncamını mübahisələndirir. Kollegiya qeyd edir ki, iddiaçı inzibati orqanın bundan təxminən 9 il əvvəl qəbul etdiyi inzibati aktı mübahisələndirir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Eyni zamanda şirkətin fəaliyyəti və onun məqsədi nəzərə alındıqda müəyyən olunur ki, şirkət müvafiq məqsədlə onun istifadəsinə ayrılmış torpaq sahəslərinin təyinatı üzrə istifadəsinə məsuliyyət daşıyır ki, bu da onun həmin torpaq sahəsi barədə qəbul olunmuş istənilən aktdan xəbərdar olmalı olduğunu, hüququnun pozulduğunu bilməli olduğunu deməyə əsas verir. Göründüyü kimi, həm əvvəlki həm də hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən iddiaçının hazırkı iddiası mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. AR İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair hər hansı əsaslandırılmış ərizəni də məhkəməyə təqdim etməmişdir. Sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddia tələbi irəli sürülərkən prosessual müddətlə bağlı qanun normalarına əməl edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini mümkün sayılmamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2236/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2236/2024
26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver