Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2238/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “şəxsi hesabın bərpa edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)- 3271/2021 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «şəxsi hesabın bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, 2006 – 2008-ci illərdə "xxxx" mətbəəsində, 2009 və 2010-cu illərdə isə "xxxx" MMC-də işləmişdir. Bütün bu dövrlər üçün DSMFyə hesabatlar təqdim olunsa da, ona məxsus fərdi şəxsi hesabatda heç bir məlumat əks olunmamışdır. İddiaçı həmin məsələ ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin həmin qurumdan məsələni həll etmək əvəzinə, təqsirkar onu çıxarmaqla imtina etmişlər. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-3271/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı fərdi şəxsi hesabının bərpası məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-3271/2021 saylı qərarının iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Eyni zamanda cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-3271/2021 saylı qərarının iddianın təmin olunmuş hissəsində ləğv olunmasını, iddianın həmin hissədə də təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməsi üçün “Elektron hökumət portalı”nda (e - gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsində sığortaedənlər "xxxx" mətbəəsi ASCyə və "xxxx" MMC-yə müvafiq funksionallıq verilmişdir. Həmin müəssisələrə funksionallıq verildiyi üçün asan imza və ya elektron imza vasitəsilə müəssisələr, yənisığortaedənlər tərəfindən “X3”da (e - gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsinə daxil olub qeyd olunan dövrlərə aid “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumaf'lar (Forma B3) təqdim edilməlidir.Bütün bu proseslər həyata keçirildikdən sonra İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında öz əksini tapacaqdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı onun tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-3271/2021 saylı qərarının iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi cavabdeh tərəfindən verilmişd apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-3271/2021 saylı qərarının iddianın təmin olunmuş hissəsində ləğv olunmasını, iddianın həmin hissədə də təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından iddiaçı tərəfindən verilmiş şikayət iddianın təmin olunmamış hissəsində, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə iddianın təmin olunmuş hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini bütünlükdə yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı 2006 – 2008-ci illərdə "xxxx" mətbəəsində, 2009 və 2010-cu illərdə isə "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Həmin dövrlər üzrə DSMF-yə hesabatlar təqdim olunmuşdur. Həmin hesabatlarda onun müvafiq ödəmələri öz əksini tapmışdır. Lakin ona məxsus şəxsi hesabatda heç bir məlumat əks olunmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına «Əmək pensiyaları haqqında» AR Qanununun «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikasının Qanununun 1, 4.1, 5.1, 5.3, 10.2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1, 2.1.5, 3.1.4-cü bəndlərini, «İnzibati icraat haqqında» AR Qanununun 13, 15.1, 17, 24.1, 24.2, 58.1-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia qismən təmin edilərək, İddiaçı fərdi şəxsi hesabının bərpası məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının qaldırdığı məsələnin həlli hazırkı cavabdeh DSMF-nin səlahiyyətləri daxilindədir. Lakin iddiaçının müraciəti üzrə bütün hallar araşdırılmadan, sığortaedənin müvafiq məlumatları dürüst təqdim etmədiyi əsas gətirilərərək məsələnin həllindən cavabdeh DSMF tərəfindən imtina olunmuşdur. İddiaçının müraciəti üzrə cavabdehin hərəkətləri formal mülahizələrə söykənən hal qismində qiymətləndirilməli və iddiaçının müvafiq illərdə fərdi şəxsi hesabına ödəmələrlə bağlı təqdim olunan sənədlər qiymətləndirilməklə onun şəxsi hesabının bərpası məsələsinə işin bütün halları araşdırılaraq yenidən baxılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-3271/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2238/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2238/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver