Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2239/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2978/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə: xx.xx.1961-cı il təvəllüdlü (şəxsiyyət vəsiqəsi №0*******) iddiaçı 2006-cı ilə qədər qüvvədə olan qanunvericilyə əsasən onun 5 ildən artıq ümumi, 12 il aydan çox güzəştli pensiya hüququ verən sığorta stajının oduğunu iddia edərək hesab edir ki, 57 yaşından güzətli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Belə ki, xx.xx.1981- xx.xx.1989-cu illərdə (7 il 6 ay 29 gün)"xxxx" ASC-nin Gəncə "Gil-Torpaq" İstehsalat Sahəsində nəzarət ölçü cihazları sexi-kimyəvi və köməkçi sexslər sahəsində elektro-çilingər kimi, xx.xx.1989-xx.xx.1995-ci il tarixədək (5 il 5ay 11gün) "Azərenerjitikinti" trestinin "xxxx" İdarəsinin Gəncə sahəsində tikinti ustası, xx.xx.1995xx.xx.1998-ci illərdə "xxxx" ASC-nin "xxxx" İdarəsində və xx.xx.1998-xx.xx.2004-cü illərdə həmin ASC-nin Şəmkir SES-də Tikinti quraşdırma idarəsində iş icrasısı (cəmi 9 il 11 ay 15 gün); xx.xx.2005-xx.xx.2005-ci ilə qədər isə Elektromontajsazlama Limited” MMC-nin direktoru (11 ay 26 gün) vəzifəsində çalışmışdır. O, 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının xx.xx.2021-ci il tarixdə daxil olmuş müraciətinə xx.xx.2021-ci il tarixli imtina məktubu ünvanlanaraq, onun işlədiyi "Gəncə Gil- Torpaq” İstehsalat sahəsində ölçü cihazları elektro-çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda “Kimya” istehsalatı bölməsində nəzərədə tutulmadığından güzəştli stajının 12 il 6 aydan az (9 il 3 ay) il təşkil etdiyini bildirmişdir. Cavabdeh iddia ərizəsinə etirazında imtina məktunda göstərilən əsaslarla iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2978/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə istinad olunmaqla, imtina müktubuna və iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılaraq mübahisələndirilmişdir ki, məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, düzgün olmayan qərar qəbul etmiş və nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Belə ki, xx.xx.1981-xx.xx.1989-cu illərdə işlədiyi "Gəncə Gil-Torpaq” İstehsalat sahəsində ölçü cihazları elektro-çilingər vəzifəsinin Azərbavcan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda “Kimya” istehsalatı bölməsində nəzərdə tutulmadığından güzəştli stajının 12 il 6 aydan az (9 il 3 ay) təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Qasımzadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü və ali və orta ixtisas təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Bundan əlavə hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır. Əmək kitabçasına və işəgötürən"xxxx" ASC Sumqayıt “Alüminium” İstehsalat Sahəsinin (Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsi) xx.xx.2014-cü il tarixli 01507 saylı və xx.xx.2021-ci il tarixli 03 saylı arxiv arayışına, eləcə də "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 15 saylı güzəşt arayışına əsasən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçı X3: “...1. xx.xx.1981-ci ildə “Nəzarət ölçü cihazları (“NÖC”) sexi - Kimyəvi və köməkçi sexlər sahəsində 3-cü dərəcəli NÖC elektro-çilingər işinə (əsas: xx.xx.1981-ci il tarixli 796 saylı əmr), qəbul edilmiş, xx.xx.1982-ci ildə həmin sexdə 4-cü dərəcəli, xx.xx.1987-ci ildə 5-ci dərəcəli (əsas: xx.xx.1984-cü il tarixli 226 saylı əmr) NÖC elektro-çilingər kimi xx.xx.1989-cu il tarixinə kimi işləmişdir (Əmr № 309, xx.xx.1989-cu il.) xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilədək (7 il 6 ay 29 gün) işlədiyi həmin peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə tədiq olunmuş 2 saylı pensiya Siyahısında mövcuddur: “X. Kimya istehsalatı 2110A000a. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri və mütəxəssisləri...”
2. "xxxx" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən xx.xx.1989-cu il tarixdən (Əmr №117, xx.xx.1989-cu il) xx.xx.1995-ci il (Əmr №3/k, xx.xx.1995-ci il) tarixinədək “Azərenerjitikinti” trestinin "xxxx" idarəsinin Gəncə sahəsində tikinti quraşdırma işləri üzrə zərərli sahədə tikinti ustası vəzifəsində işləmişdir (5 il 5 ay 11 gün). xx.xx.1995-ci il tarixindən (Əmr №3/k, xx.xx.1995-ci il) köçürmə yolu ilə "xxxx" Dövlət Şirkətinin "xxxx" idarəsinin Gəncə sahəsinə iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.1998ci il (Əmr №29/k, xx.xx.1998-ci il) tarixinədək həmin idarədə iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.1998-ci il tarixdən (Əmr №29/k, xx.xx.1998-ci il) köçürmə yolu ilə "xxxx" ASC-nin “Elektrikquraşdırma" idarəsinə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdən (Əmr №29/k, xx.xx.1998-ci il) "xxxx" ASC-nin "xxxx" idarəsindən köçürmə yolu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Şamxor SES” tikinti sahəsinə iş icraçısı kimi köçürülmüş, xx.xx.2004-cü il tarixdə işdən azad olunmuşdur (cəmi, 9 il 11 ay 15 gün). İddiaçının tikinti quraşdırma işləri üzrə tikinti ustası, iş icraçısı peşələrində işlədiyi dövr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 29. ’’Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” b) mütəxəssislər bölməsinin-tikinti, quraşdırma üzrə ustalar və iş icraçıları bəndinə əsasən güzəştli şərtlərlə imtiyazlı təqaüd almaq hüququna malikdir. SSRİ Energetka Nazirliyinin xx.xx.1991-ci il tarixli 60 nömrəli əmrinin “A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti” tresti “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) adlandırılmışdır. Azərbaycan Respublikası Prezdentinin 20 may 1993-cii il tarixli 619 saylı sərəncamına əsasən "Azərenerjitikinti" İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) və “Enerjiquraşdırma”-nın bazası əsasında "xxxx" Dövlət Şirkəti (DŞ) yaradılmışdır. Azərbaycan Respublikası Prezdentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti bazası əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılmışdır. "xxxx" ASC “Azərenerjitinti” trestinin "xxxx" idarəsinin Gəncə sahəsinin və "xxxx" Dövlət Şirkətinin "xxxx" Gəncə sahəsinin hüquqi varisidir.” Qeyd olunmalıdır ki, iddiaçının "xxxx" ASC-də tikinti ustası və iş icraçısı kimi işlədiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının 2 “2290000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “2290000b—23419” kodunda “yeni tikinti və quraşdırma işlərinin ustaları” “2290000b—24441” kodunda iş icraçıları güzəştli pensiya hüququ verən peşələr kimi nəzərə ə tutulmuşdur ki, həmin peşə üzrə də iddiaçının 15 il 4 ay 26 gün güzəştli stajı vardır. Göründüyü kimi, cavabdehin imtina məktubunda, iddia ərizəsinə etirazında və apellyasiya şikayətində xx.xx.1981-xx.xx.1989-cu illərdə iddiaçının işlədiyi "Gəncə Gil- Torpaq” İstehsalat sahəsində ölçü cihazları elektro-çilingər işi güzəştli staj kimi qəbul edilməsə belə, onun xx.xx.1989- xx.xx.2004-cü illərdə tikinti ustası və iş icraçısı kimi işlədiyi vəzifələr güzəştli pensiya hüquq verən vəzifələr sırasına daxildir və bu halın cavabdeh tərəfindən mübahisələnədirildiyi müəyyən olunmur. Hərçənd ki, iddiaçının "xxxx" ASC-də Sumqayıt “Alüminium” X2 «Gil-Torpaq» İstehsalat Sahəsində 7 il 6 ay 29 gün elektro-çilingər kimi işlədiyi fəhlə peşəsi də 2 nömrəli Siyahının “X.Kimya istehsalatı” bölməsində nəzərədə tutulmuşudur :“kod 2110A010 1. Asfalt, pek materialları, asfaltpek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq.” və Kod 2110A030—17531 - 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və (2110A030) ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər” Beləliklə də iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında nəzərdə tutulmuş 12 il 6 aydan da artıq güzəştli pensiya hüququ verən peşə və vəzifdə işlədiyi təsdiq olunur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının 12 il 6 aydan az olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. İddiaçının 2006-cı ilə qədər 25 il ümumi iş stajına gəldikdə isə onun işə əlavə olunmuş ******* saylı hərbi biletinə əsasən xx.xx.1979-xx.xx.1981-ci illər üzrə 2 il 1 ay 11 gün hərbi xidmət dövrü qeyd olunan iş stajına əlavə edildikdə 26 il sığorta stajı toplanır. Beləliklə də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi baxımından, iddiaçının 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. “Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 57 yaşından (xx.xx.2018-ci il tarixdən) pensiya təyin olunmasının cavabdehə həvalə edilməsi əsaslıdır (İddiaçının pensiya təyinatı üçün cavabdehə müraciət etdiyi gündən əvvəlki üç ili əhatə edir). İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2978/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2978/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Anar Tanrıverdiyev
İkram Şirinov