Məhkəmə qərarları › İş №2-1(103)-2239/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2239/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2239/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Cavabdeh1nə qarşı “onların ölkədən çıxışına və onlara məxsus avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Cavabdeh1nə qarşı “onların ölkədən çıxışına və onlara məxsus avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4709/2023 saylı 09 mart 2023-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “onların ölkədən çıxışına və onlara məxsus avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar atası X8 ilə birlikdə "xxxx" MTK-nın təsisçiləridir və MTK-nın qanuni təmsilçisi X6r. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1288/2019 saylı 1 sentyabr 2019-cu il tarixli hökmü ilə X8 təqsirli bilinərək 02 il müddətinə şərti cəza almışdır. Həmin cinayət işi ilə iddiaçlların heç bir əlaqəsi yoxdur və şahid qismində də dindirilməmişlər. MTK-nın sədri kimi yalnız onların atası X8 istintaqa cəlb olunsa da, təsisçi kimi iddiaçıların da ölkədən çıxışına və əmlakları üzərinə cavabdehlər tərəfindən məhdudiyyət qoyulmuşdur. Bakı şəhəri Probasiya İdarəsinin 4 oktyabr 2021-ci il tarixli 21-1/3-1213 saylı məktubu ilə təsdiq olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1288/2019 saylı 1 sentyabr 2019-cu il tarixli hökmü ilə onların atası X7 verilmiş 02 il şərti sınaq müddəti cəzası cəza müddəti bitdiyi üçün o, probasiya qeydiyyatından çıxarılmışdır. X1 hal-hazırda məhkumluğu yoxdur. Lakin bu güdək onların ölkədən çıxışına, eləcə də əmlakları üzərinə qoyulmuş məhdudiyyət götürülməmişdir. Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin 27 oktyabr 2022-ci il tarixli 138450-1222 nömrəli məktubunda qeyd olunmuşdur ki, Daxili İşlər Nazirliyinin 6 may 2015-ci il tarixli 007-4444- 1215 nömrəli məktubu əsasında **-ZU-*** dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN TOUAREG” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SONATA” markalı, **- TN-*** dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN JETTA” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ 240” markalı və **-KK-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı nəqliyyat vasitələrinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş X12i İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlərin aparıldığı və sözügedən məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət olunması tövsiyə edilmişdir. Qeyd edilən “VOLKSWAGEN TOUAREG” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı və “HYUNDAİ SONATA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər İddiaçı1, “VOLKSWAGEN JETTA” markalı 90-TN228 dövlət qeydiyyat nişanlı, “MERSEDES BENZ E240” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2107” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillər isə İddiaçı3 məxsusdur. İddiaçılar məhdudiyyətlərin götürülməsi ilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə, eləcə də Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etmişlər. Lakin bu günədək onlara rəsmi cavab verilməmişdir. Məcbur qalıb məhkəməyə müraciət olunur. İPM-nin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsaslanaraq, iddiaçıların ölkədən getməsi üzərinə qoyulmuş məhdudiyyətin, eləcə də onlara məxsus olan “VOLKSWAGEN TOUAREG” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN JETTA” markalı **- TN-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ E240” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2107” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehlər AR Daxili İşlər Nazirliyinin və AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4709/2023 saylı 09 mart 2023-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddia tələbinə cinayət-prosessual fəaliyyəti qaydasında baxılmalı deyil. Hesab edilir ki, cavabdehlər səhvən iddiaçıların ölkədən çıxışına məhdudiyyət və əmlaklarının üzərinə həbs qoymuşlar. Məhkəmə məsələyə düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki işdə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Cavabdeh1nə qarşı tələbi “onların ölkədən çıxışına və onlara məxsus avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehlər AR Daxili İşlər Nazirliyinin və Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin cinayətprosessual fəaliyyəti ilə bağlı mübahisələndirilən qərar və ya hərəkətin inzibati icraat çərçivəsində qəbul olunmamasına, cavabdehlər AR Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilinməməsinə istinad edərək iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli 007-4444-1215 nömrəli məktubu əsasında "VOLKSWAGEN TOUAREG" markalı **-ZU-***, "HYUNDAİ SONATA" markalı **-UZ-***, "VOLKSWAGEN JETTA" markalı **-TN-*** (məktubunuzda səhvən **-TN-*** göstərilib), "MERCEDES BENZ E240" markalı **-LN-*** və "VAZ 2107" markalı **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş X12i İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Odur ki, toxunulmuş məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etməniz tövsiyə olunur. Apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçıların ləğv edilməsini tələb etdikləri məhdudiyyət cinayət təqibi ilə bağlı tətbiq edildiyindən həmin məhdudiyyətin götürülməsi və ya ləğv edilməsi də məhz həmin növdə olan icraat çərçivəsində həyata keçirilə bilər. Həmin məhdudiyyətin ləğv edilməsi qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatında mümkün deyildir. Bu səbəbdən iddiaçının tələbinə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: -122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. -122.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, “..Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu Məcəllənin 449.2.3-cü maddəsinə əsasən, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər də təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər, ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4709/2023 saylı 09 mart 2023-ci il tarixli qərarı qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4709/2023 saylı 09 mart 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar