Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-224/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanıb ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanıb ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3599/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci ildə doğulmuş, o, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər Mənzil Kommunal Təsərrüfatında 1 №-li yataqxanada tərbiyəçi, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər Azərbaycan SGLK-nin Qaradağ RK-də 25 №-li məktəbin komsomol komitəsinin katibi vəzifəsində, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər orada komsomol təşkilatları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən işləmiş, xx.xx.1981-ci ildə orada Azərbaycan SGLK-nin Qaradağ RK-də katib - təhsil alan gənclər və pionerlər şöbəsinin müdiri seçilmişdir, xx.xx.1984-cü ildə həmin vəzifədən azad edilmişdir, xx.xx.1984cü ildən xx.xx.1988-ci ilə qədər Azərbaycan KP-nin Qaradağ rayon komitəsində siyasi təşviqat kabinetinin müdiri- təşviqat və təbliğat şöbəsinin müdir müavini, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər partiya rayon komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər partiya rayon komitəsinin ideoloji şöbəsinin müdiri, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilə qədər Sabir adına BPM-də tərbiyə işi üzrə direktor müavini, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər orada müəllim işləmişdir, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər “Promoyl” BM-də kommersiya direktoru, xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilə qədər “xxxx” Kiçik Müəssisəsində direktor işləmiş, xx.xx.2006-cı ildən VÖEN ilə fiziki şəxs kimi fəaliyyətə başlamışdır. Bakı Karamel Fabrikinin xx.xx.1978-ci il tarixli arayışına əsasən Heydərov Eyyub Uveys oğlu Bakı Karamel Fabrikində xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər tranportyorçu işləmişdir. İddiaçı ona dövlət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati oran tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, sizin dövlət qulluqçusu kimi iş stajınız 15 ildən az (cəmi 6 il, 7 gün) olduğundan sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh inzibati orqanın imtinasından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, onun ümumi stajı çox olsa da, dövlət qulluqçusu kimi əmək stajı 6 il 17 gün təşkil edir. O, cavabdehə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanıb verilməsi üçün müraciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün 15 il qulluq stajı tələb olunur. O, cavabdehin imtinasını əsassız hesab edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə, həm də “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi əmək pensiya hüququ vardır. İddiaçının isə dövlət qulluqçusu kimi stajı cəmi 06 il 17 gündür, yəni 15 ildən azdır, bu səbəbdən ona “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsi, həm də “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi şamil edilə bilməz. İddiaçı iddia ərizəsində “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 5-ci maddəsinə istinad etmişdir. Lakin, qeyd edilən Qanun ona aşağıda qeyd edilənlərə görə şamil edilə bilməz. Belə ki, halhazırda qüvvədən düşən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. Qeyd edilən Qanun “Əmək pensiyaları haqqında” Qanun qəbul edildiyi müddət qüvvədən düşmüşdür. Beləliklə, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 5.1-ci maddəsində qeyd edilən şərtlər ancaq xx.xx.2006-cı il tarixədək iddiaçı pensiya yaşına çatmış olsa idi iddiaçıya şamil edilə bilərdi. İddiaçı xx.xx.1955-ci təvəllüdlü olmaqla xx.xx.2006-ci il tarixə 50 yaşında olduğundan onun yaşı ona həmin vaxt qüvvədə olmuş pensiya yaşından (60 yaş) az olduğundan ona “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 5.1-ci maddəsi şamil edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3599/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə yalnız bir cavabdehə münasibətdə iddianı rədd etmiş, digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə isə iddianı mümkün saymamış və bunu əsaslandırmamışdır. Həmçinin digər cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məhkəməyə çağırılmamış, onların nümayəndələrinin iştiraklarının təmin edilməsi üçün tədbir görülməmişdir. Hesab edir ki, onun tələbi qanuni və əsaslıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, mövcud qanunvericilyə əsasən əlavələrin təyin olunması üçün 15 il staj tələb olunur. Ancaq iddiaçının dövlət qulluqçusu kimi 6 il stajı vardır. Onun 2018-ci il mart ayına qədər pensiya hüququ çatmır, yəni bunun üçün 63,5 yaşı olmalıdır. İddiaçının artıq 63 yaşı 1 ayı tamam olanda qanuna müvafiq dəyişiklik olunmuşdur. Ona görə də iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin olunması üçün qulluq stajı olaraq 15 il tələb olunur. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı oölunun iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı “ona dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanıb verilməsi”ni tələb edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı- Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublkası Qanununun 20.1–ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında. İş materiallarından göründüyü kimi, iddiaçının dövlət qulluğu hesab edilən vəzifədə 15 il qulluq stajı yoxdur. Buna görə də ona “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci və “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddələrinə əsasən tələb etdiyi növdə pensiyanın təyin edilməsi qeyri-mümkündür. İddiaçının qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinə istinad edərək 6 il dövlət qulluqçusu stajının olması ilə bağlı dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, həqiqətən də sözügedən qüvvədən düşmüş normanın tələbinə görə dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququnun olması nəzərdə tutulurdu. Həmin Qanun xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş və həmin vaxtdan sonra qüvvədən düşmüşdür. İddiaçının qeyd olunan Qanunun tələbinə əsasən dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün onun xx.xx.2006-cı il tarixə 60 yaşının olması tələb olunduğu halda, həmin tarixə iddiaçının 50 yaşı tamam olduğu üçün və pensiya yaşına çatmadığı üçün həmin qanunun tələblərinin ona münasibətdə tətbiq edilməsi mümkün deyildir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu dəlillərə qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin **********1 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunsa da, bu məsələ prosessual hüquqi məsələ olub, birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmədiyi üçün, eyni zamanda qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün hər hansı əsas yaratmadığından birinci instansiya məhkəməsinin qərarı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-224/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-224/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver