Məhkəmə qərarları › İş №2-1(103)-2241/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2241/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2241/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “R.N. X4 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əliyeva Səminə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1907/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********807400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 36 568,36 manat vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, E-qaimə faktura məlumatlarına əsasən dövriyyənin 200 000 manatı keçməsini nəzərə alaraq, hesablama metodu tətbiq edilir və 75% mikro güzəşt hüququ silinərək əlavə vergi hesablaması aparılır.

2. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/278026/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 36 568,36 manat vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, dövriyyə azaldılmasına baxmayaraq müvafiq təsdiqedici sənədlər təqdim edilməmişdir.

3. 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində iddiaçının gəlirləri 95 500 manat, gəlirdən çıxılan xərclər 62323,07 manat olmaqla vergitutma məqsədləri üçün mənfəət 32176,93 manat göstərilmişdir. Ödənilməli olan mənfəət vergisinin məbləği isə 51,82 manat göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-297/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC-dən 129 000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-2(103)-613/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-297/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

6. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə iddiaçının 2023-cü il üzrə apardığı əməliyyatlara dair elektron qaimələrin siyahısı təqdim edilmişdir. Həmin siyahıda iddiaçının 2023-cü il üzrə verilmiş elektron qaimələrə əsasən dövriyyəsinin 253 950 manat olduğu göstərilmişdir.

7. İddiaçı tərəfindən təqdim edilmiş elektron vergi sistemindən çıxarışdan görünür ki, 2023-cü il ərzində dövriyyə üzrə EBCM seriyalı, 423709 nömrəli, EBCM seriyalı, 423776 nömrəli, EBCM seriyalı, 423845 nömrəli, EBCM seriyalı, 423978 nömrəli, EBCM seriyalı, 424333 nömrəli, EBCM seriyalı, 424206 nömrəli, EBCO seriyalı, 204476 nömrəli, EBCO seriyalı, 204315 nömrəli, EBCO seriyalı, 204023 nömrəli, EBCO seriyalı, 205312 nömrəli, EBCO seriyalı, 206869 nömrəli, EBCO seriyalı, 207114 nömrəli, EBCO seriyalı, 206556nömrəli, EBDB seriyalı, 176575 nömrəli, EBDB seriyalı, 168791 nömrəli, EBDB seriyalı, 701114 nömrəli, EBDB seriyalı, 701455 nömrəli, EBDC seriyalı, 833655 nömrəli, EBDC seriyalı, 832038 nömrəli, EBDE seriyalı, 897283 nömrəli, EBDE seriyalı, 897326 nömrəli, EBDE seriyalı, 897094 nömrəli, EBDH seriyalı, 705960 nömrəli, EBDH seriyalı, 706071 nömrəli, EBDİ seriyalı, 897357 nömrəli, EBDİ seriyalı, 897331 nömrəli, EBDK seriyalı, 249583 nömrəli, EBDL seriyalı, 524841 nömrəli, EBDL seriyalı, 528769 nömrəli, EBDL seriyalı, 529750 nömrəli, EBDN seriyalı, 235404 nömrəli, EBDN seriyalı, 235733 nömrəli, EBDN seriyalı, 419740 nömrəli, EBDN seriyalı, 419195 nömrəli, EBDN seriyalı, 417927 nömrəli, EBDP seriyalı, 674263 nömrəli, EBDP seriyalı, 673811 nömrəli, EBDS seriyalı, 211182 nömrəli, EBDS seriyalı, 211690 nömrəli, EBDU seriyalı, 595808 nömrəli, EBDU seriyalı, 596310 nömrəli (cəmi 42) ümumi dəyəri 55050 manat təşkil edən qaimələr 2024- cü ildə ləğv edilmişdir.

8. İddiaçı tərəfindən təqdim edilmiş e-qaimə faktura məlumatlarına əsasən 2023-cü il ərzində iddiaçının dövriyyəsi 198900 manat təşkil etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı “R.N. X4 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********807400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2023-cü il Mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/278026/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş 2022-ci il mənfəət vergisi üzrə kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********807400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə əsassız olaraq 36516.54 manat əlavə vergi məbləğləri hesablanmışdır. Həmin hesablamanın aparılmasına səbəb olaraq vergi orqanı tərəfindən ünvanlanmış uyğunsuzluq məktubunda 2023-cü il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli əməliyyatların aparıldığı müəyyən edildiyi qeyd edilmişdir. Həmçinin qəbul edilmiş qərarın əsası olaraq e-qaimə faktura məlumatlarına əsasən dövriyyənin 200 000 manatı keçməsini nəzərə alaraq hesablama metodunun tətbiq edildiyi və 75% mikro güzəşt hüququ silinərək əlavə vergi hesablanmasının aparıldığı qeyd edilmişdir. Vergi orqanı əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır. Belə ki, iddiaçı tərəfindən 2023-cü il mənfəət vergisi üzrə bəyannamə qanunamüvafiq olaraq təqdim edilmiş, dövriyyə 200 000 manatadək olduğundan mənfəət bəyannaməsi kassa metodu ilə hesablama aparılaraq bəyan edilmişdir. 2023-cü ilin mənfəət vergisi bəyannaməsində ümumi gəlir məbləği 95500 manat, cəmi xərc məbləği 63323,07 manat, hesablanmış mənfəət vergisi isə 51,82 manat olmuşdur. Lakin vergi orqanı tərəfindən həmin dövr üzrə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olaraq Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli əməliyyatların aparılması qeyd edilmişdir. Halbuki, iddiaçı həmin dövr üzrə hər hansı riskli əməliyyatlar yerinə yetirməmişdir. Həmçinin,vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli **********902100 saylı uyğunsuzluq məktubu ünvanlandıqdan 1 gün sonra xx.xx.2024-cü il tarixli **********807400 saylı “Vergilərin sosial siğorta və işsizlik siğortası haqqlarının hesablanması barədə” qərar təqdim edilmişdir. Yəni vergi orqanı prosessual pozuntuya yol verərək öz uyğunsuzluq məktubuna iddiaçı tərəfindən cavab verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 5 iş günü müddətini gözləmədən qərar qəbul etmişdir. Bu isə vergi orqanı tərəfindən hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh 2023-cü il mənfəət vergisi bəyannaməsində cəmiyyətin illik gəlirinin 200000 manatdan artıq (253,950 manat) olduğuna əsaslansa da, 55050 manat məbləğində qaimələrin ləğv edilməsini nəzərə almamışdır. Belə ki, həmin qaimələrin ləğv edilməsi nəzərə alınmaqla cəmiyyətin dövriyyəsi 198900 manat olmuşdur. Bununla bağlı sübutlar məhkəməyə təqdim edilmişdir.

12. Eyni zamanda iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh tərəfindən xx.xx.2024cü il tarixli qərar qəbul etmişdir. Bu səbəbdən iddiaçı hazırda həmin qərarı mübahisələndirir.

13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, aparılan araşdırma zamanı 2023-cü il ərzində e-qaimə faktura məlumatlarına əsasən vergi ödəyicisi 253950 manat dəyərində mühasibatlıq xidməti göstərdiyi halda, 2023-cü il mənfəət vergisi bəyannaməsində kassa metodundan istifadə etmişdir. Eyni zamanda VM-nin 106.1.20-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində illik gəlir 200000 manatdan artıq olduğu halda, 24132,69 manat mikro güzəşt məbləğindən istifadə edildiyi üçün kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********902100 nömrəli “Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) mənfəət vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2023cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 36516.54 manat əlavə vergi məbləği hesablanaraq bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********807400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1907/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/278026/2024 saylı qərarın ləğv edilməsi qərara alınmışdır.

15. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, 2023-cü il ərzində e-qaimə faktura məlumatlarına əsasən vergi ödəyicisi 253950 manat dəyərində mühasibatlıq xidməti göstərdiyi halda, 2023-cü il mənfəət vergisi bəyannaməsində kassa metodundan istifadə etmişdir. Eyni zamanda VM-nin 106.1.20ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində illik gəlir 200000 manatdan artıq olduğu halda, 24132.69 manat mikro güzəşt məbləğindən istifadə edildiyi üçün kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi əlavə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubunda əsas məsələ müəssisənin riskli əməliyyatlar aparıb-aparmaması ilə bağlı olmuşdur. Lakin xx.xx.2024-cü il tarixli, qanunsuz şəkildə qəbul olunmuş qərarda əlavə vergi hesablanmasının əsas səbəbi kimi dövriyyənin 200,000 manatdan artıq olması göstərilmişdir. Yəni, vergi orqanın 2023-cü il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli əməliyyatların aparıldığı müəyyən edildiyi qeyd edərək, daha sonra e-qaimə faktura məlumatlarına əsasən dövriyyənin 200 000 manatı keçməsini nəzərə alaraq hesablama metodunun tətbiq edib və 75% mikro güzəşt hüququ silinərək əlavə vergi hesablanmasının aparmışdır. Lakin, cavabdeh vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubunda qeyd edilən riskli əməliyyatların konkret olaraq nədən ibarət olduğu, hansı meyarlar əsasında həmin əməliyyatların riskli hesab edildiyi və bu əsasda yuxarıda göstərilən göstəricilərin niyə tətbiq olunduğu aydın şəkildə izah edilməmişdir. Odur ki, birinci instansiya məhkəsində icraat zamanı lazımi şəkildə araşdırılaraq hüquqi qiymət verilmiş, cəmi 42 olmaqla ümumi dəyəri 55050 manat təşkil edən qaimələr 2024-cü ildə ləğv edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş e-qaimə faktura məlumatlarına əsasən 2023-cü il ərzində iddiaçının dövriyyəsi 198900 manat təşkil etdiyini müəyyənləşdirilmişdir.

c) Proses iştirakçılarının izahatları

18. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətini təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

20. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (218.1.). Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər (218.2.). 221.1. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. 221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)

25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

26. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh orqan tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/278026/2024 saylı qərarının ləğv edilməsini tələb edir.

27. Cavabdeh orqan isə iddiaçının 2023-cü il üzrə bütün təqdim edilmiş qaimə-fakturaları üzrə dövriyyəsini hesablayaraq illik dövriyyənin 200.000 manatdan artıq olduğunu əsas tutuaraq onun mikro sahibkarlıq subyektləri sırasından çıxdığına əsaslanmışdır.

28. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.

29. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və “R.N. X4 Biznes” MMC-yə sorğu göndərilmişdir.

30. İddiaçı tərəfidən sorğuya cavab olaraq təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, “RN. X4 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri mühasibat xidmətləri keçirilməsindən, əlavə fəaliyyəti isə konsaltinq xidməti həyata keçirməkdən ibarət olmuşdur. Avis alt sistemindən çıxarışa əsasən, 2023-cü il ərzində 55050 manat məbləğində ləğv edilən, baş tutmamış elektron qaimələr üzrə xidmətlər, mühasibatlıq və konsaltinq xidməti üzrə olmuşdur ki, həmin xidmətlərində 36050 manat məbləğ hissəsi 2024-cü ildə baş tutmuş, elektron qaimə ilə rəsmiləşdirilmiş və vergiyə cəlb edilmiş, 19000 manat hissəsi isə ümumiyyətlə baş tutmadığı üçün ləğv edilmişdir.

31. Cavabdeh təşkilatın sorğuya cavab olaraq təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, vergi ödəyicisi tərəfindən 2023-cü ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə üzrə özünün hesabladığı vergi məbləğinin 51,82 manat göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən həmin məbləğ qəbul edilməmiş və ödəniləcək vergilərin 36.568,36 manat olması qeyd olunmuşdur. Belə ki, vergi orqanı dəqiqləşdirilmiş (Kameral vergi yoxlaması) mənfəət vergi bəyannaməsində vergi ödəyicisin gəlirinin 253,950 manat olmasını qeyd etmişdir.

32. İş materiallarından göründüyü kimi iddiaçı təqdim etdiyi 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində gəlirinin 200.000 manatı keçməməsi səbəbindən ona sahibkarlıq fəaliyyətinin əldə etdiyi gəlirinin 75 faizinin mənfəət vergisindən azad edilməsinə əsaslanaraq mənfəət vergisini 51,82 manat göstərmiş, cavabdeh isə onu Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulmuş güzəştdən istifadə etmək hüququnun olmadığına istinad edərək ona kameral qaydada əlavə 36516,54 manat mənfəət vergisi hesablamışdır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” Meyarlarına əsasən işçi sayı 1-10 arasında olan və illik gəliri 200 000 manatdan az olan sahibkarlıq subyekti mikro sahibkarlıq subyektlərinə aiddir. Belə olan halda iddiaçının Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən əldə etdiyi mənfəətin 75 faizi həcmində mənfəət vergisindən azad olması üçün onun mikro sahibkarlıq subyektləri sırasına daxil olması sübut edilməlidir. Yəni, işçilərinin sayı 10 nəfərdən, illik gəliri isə 200 000 manatdan az olmalıdır.

34. Kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş elektron vergi sistemindən çıxarışdan görünür ki, 2024-cu ildə ləğv edilmiş 79.650 manatlıq qaimələrin içərisində 2023-cü il ərzində dövriyyə üzrə cəmi 42 ədəd, ümumi dəyəri 55050 manat təşkil edən elektron qaimələr 2024-cü ildə ləğv edilmişdir. Həmin siyahı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş siyahı ilə müqayisə edilmiş və həqiqətən də iddiaçı tərəfindən ləğv edilmiş elektron qaimələrin də iddiaçının dövriyyəsinin hesablanması zamanı cavabdeh tərəfindən nəzərə alındığı müəyyən edilmişdir.

35. Cavabdehin nümayəndəsi tərəfindən 2023-cü ildə bağlanmış müqavilələr üzrə cavabdehin hesabına daxil edilmiş məbləğin onun gəliri kimi qəbul edilməsinə dair gətirdiyi arqumenti məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, rəsmiləşdirilmiş müqavilələr üzrə mühasibatlıq xidmətləri başa çatdırılmadan, yəni işlər təhvil alınmadan ödənilmiş vəsaitin müqabilində mühasibatlıq xidmətlərinin tam yerinə yetirilməməsi səbəbindən ödənilmiş xidmət haqqının sifarişçiyə geri qaytarılması istisna deyil. Həmin vəsait (xidmət haqqı) hər hansı bir səbəbdən geri qaytarılacağı və həmin vəsaiti əsas gətirərək vergi ödəyicisinin gəlirinin 200.000 manatdan artıq olmasına istinad edilərək, gəlirinin 20% hissəsinin vergi borcunun əvəzi olaraq iddiaçıdan alınması vergi ödəyicisinin əsassız yerə ödəniş edilməsinə səbəb ola bilər. Nəzərə alınmalıdır ki, 55.050 manatlıq qaimələr mübahisə predmeti olan qərar qəbul edilənə qədər ləğv edilmiş və həmin qaimələrin ləğv edildiyi nəzərə alınmadan iddiaçıya gəlirinin 20% məbləğinə vergi borcu hesablanmışdır.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

37. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1907/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1907/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar