Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2245/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Mustafayeva Taclı Əbdüləhməd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı pul tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2262/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icra edilməsi vəzifəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoymaq, ona 2011-ci ildən 2021-ci ilin iyul ayına qədər çatacaq cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək barəsində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 461 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanının tətbiq edilərək xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırımışıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ü.Süleymanov izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçının işlədiyi hüquq məsələləri üzrə məsləhətçi vəzifəsi Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətinə və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsinə aid olmadığından, iddiaçı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli, 461 nömrəli Fərmanın təsirə dairəsinə düşmür və onun xx.xx.2011-ci ildən xx.xx.2020-ci ilə kimi cərimələrdən ödənilən 25 % miqdarda əlavəni almaq hüququ yaranmır. Ona görə də məhkəmə iddia tələbinin həmin hissəsinin təmin olunmaması nəticəsinə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Salyan şəhərində doğulmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.2001-ci il tarixli, ИТ-0386387 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və X3 X1 hüquqşunası, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək Müfəttəşliyin hüquq şöbəsinin rəisi, xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək sektor müdiri, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Departamentində məsləhətçi, xx.xx.2010-cu ildən xx.xx.2018ci ilədək Departamentin hüquqi təminat sektorunun məsləhətçisi, xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək X9 X4 və X7 üzrə Dövlət Fonduna daxilolmaların təşkili sektorunda məsləhətçi, sektor müdiri, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək X5 Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin hüquq məsələri üzrə məsləhətçisi vəzifələrində işləmişdir. İşdə olan Ekologiya və Təbii Sərvətlər nazirinin 412/k nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, qeyd olunan əmrə əsasən X5 Xidmətinin Hüquqi Təminat, insan resursları və sənədlərlə iş şöbəsinin hüquq məsələləri üzrə məsləhətçisi – 2-ci dərəcə dövlət qulluqçusu İddiaçı xx.xx.2020-ci il tarixdən “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş, həmin Qanunun 33.2-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatdığına görə öz arzusu ilə dövlət qulluğundan çıxdığı üçün İddiaçı ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilmişdir. - Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aldığı əmək haqqının hesablanması barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əsas vəzifə maaşı, qulluq stajına görə əlavə, ixtisas dərəcəsinə görə əlavələr nəzərə alınmaqla cəmi 53154,03 (əlli üç min yüz əlli dörd manat üç qəpik) manat məbləğində əmək haqqı almışdır. İşdə olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/243-09 nömrəli məktubdan görünür ki, nazirliyin sabiq işçisi İddiaçı işlədiyi hüquq məsələləri üzrə məsləhətçi vəzifəsi “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 461 saylı Fərmanının təsir dairəsinə düşmür. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizələrdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 461 nömrəli Fərmanına əsasən ona ödənilməli olan əlavələrin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və X3 X1 hüquqşunası təyin edilmiş, həmin müfəttişliyin hüquq şöbəsinin rəisi, sektor müdiri, X7 Departamentində məsləhətçi, Departamentin hüquqi təminat sektorunun məsləhətçisi, X6 və X7 üzrə Dövlət Fonduna daxilolmaların təşkili sektorunda məsləhətçi, sektor müdiri, X5 Xidmətinin Hüuqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin hüquq məsələri üzrə məsləhətçisi vəzifələrində işləmişdir xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Hazırda İddiaçı ona “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 461 nömrəli Fərmanı əsasında xx.xx.2011-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilən cərimələrin 25 % miqdarında əlavənin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli, 461 nömrəli Fərmanın 1-ci bəndinə əsasən “X7 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilməsi qərara alınmışdır. Ekologiya və Təbii Sərvətlər nazirinin 94/Ü saylı, xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “X7 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitdən Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Metodikasının: - 2.1.1-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavənin hesablanması zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində fəaliyyət göstərən təşkilatlarının müvafiq əməkdaşlarının hər biri tərəfindən toplanılmış və ödənilmiş cərimələrin miqdarının ümumilikdə fonda ödənilmiş cərimələrin miqdarına nisbəti nəzərə alınır. - 3.2-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavələrin ödənilməsi məqsədilə X7 Departamenti X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində fəaliyyət göstərən təşkilatlarının hər bir müvafiq əməkdaşı və onlar tərəfindən toplanılmış və ödənilmiş cərimənin məbləğini əks etdirən təsdiq edilmiş məlumatları hər ay (rüb) üçün növbəti ayın 1-dən, dekabr ayı üçün isə həmin ayın 20-dən gec olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və Təsərrüfat Şöbəsinə təqdim edir. Qeyd edilməlidir ki, əməkdaşlar nəzarəti rəhbərliyin verdiyi sərəncama əsasən həyata keçirir ki, burada da iddiaçının razılığı vacibdir. Protokolların, aktların tərtibatı da bir çox hallarda yazılı, bəzən də şifahi mənim məsləhətim əsasında həyata keçirilmişdir və buna da nəzarət İddiaçı tərəfindən edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddia tələbinin təmin edilməsinə dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 461 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin İddiaçı ödənilməsi vəzifəsi qoyulsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2245/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2245/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver