Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2246/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2246/2023 (Açar sözlər: “bağ sahəsi üzərində hüququn mərhum anasına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”) Bakı şəhəri 10 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X8 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2511/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının Babayeva (Zəkiyeva) X11 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 3155/2908 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından göstərilən torpaq sahəsinin yerinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, yəni torpaq sahəsinin 2909 saylı bağın ərazisinə uyğun olması əsası ilə imtina edilmişdir;
2. 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2017-ci ildə ölmüş anası X1 adına vərəsəlik işi açılmışdır. Mərhum Babayeva (Zakiyeva) X14 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlak barədə dövlət reyestrindən çıxarışın notariat ofisinə göndərilməsi xahiş edilmişdir;
3. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş cavabdehin arxivində mövcud olan xx.xx.1992-ci il tarixli 14156 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 3155/2908 nömrəli bağ sahəsi keçmiş X5 və İstismarı Birliyi ilə Zakiyeva (Babayeva) X14 icarəyə verilmişdir.
4. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciət ərizəsinin təmin edilməməsi üçün əsas olmuş halların araşdırılması ilə bağlı toplanmış sənədlər – inzibati icraat materialları kimi imtina məktubunun, daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktının, torpaq sahəsinin koordinatlarının, iddiaçının ərizəsinin, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 886 nömrəli cavabdehə ünvanlanmış məktubunun, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun, bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 14156 №li müqavilənin, bağın cizgi planının, iddiaçının nümayəndəsinin şəxsiyyət vəsiqəsinin və etibarnaməsinin surətləri təqdim edilmişdir.Eyni zamanda cavabdehin həmin məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsindəki 0,1174 hektar torpaq sahəsi olan 1209 saylı bağ sahəsi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat kontorunda qeydə alınmış 4Ə-1747 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci ildə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 2907 və 2910 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Ləhiş bağ massivində yerləşən 2909 nömrəli bağ sahəsinə dair B.Axundov ilə bağlanmış müqavilənin, sxemin, 3155/2908 nömrəli bağ sahəsinə dair X16 ilə bağlanmış müqavilənin, sxemin, 2908 nömrəli bağ sahəsinin X4 və X9 adına mülkiyyət hüququ ilə qeydə alınması haqqında çıxarışın,həmin bağla əlaqədar torpaq sahəsinin planının, miras payın bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin,torpaq sahəsinin planı və cizgisinin surətləri təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun onun mərhum anası Zakiyeva X2 məxsus olması barədə arayışın (çıxarışın) onun qanun üzrə vərəsəsinə - iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X5 və İstismarı Birliyinin xx.xx.1992-ci il tarixli, 14156 nömrəli müqaviləsi ilə iddiaçının anası Zakiyeva X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan həmin bağ sahəsindən istifadə edirlər. İddiaçının anası xx.xx.2017-ci ildə vəfat etmişdir, anasının vəfatından sonra həmin bağ sahəsindən iddiaçı istifadə edir, bağ sahəsinə sahiblik edir. Halhazırda iddiaçı anasına məxsus bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı iddiaçı Bakı şəhəri 4 saylı ASAN Xidmət Mərkəzində notariat ofisinə müraciət etmiş, orada iddiaçı anasının vərəsəsi tanınmışdır. Notariat kontoru tərəfindən cavabdehə müraciət edilərək miras əmlak toplusuna daxil olan bağ sahəsinə çıxarışın verilməsi xahiş edilmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47- ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi 2909 nömrəli bağın ərazisinə uyğundur. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
10. İddiaçının nümayəndəsi X10 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi X15 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə icraatı zamanı dinlənilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, bağlar təsərrüfatı idarəsində mühəndis, sonradan isə sahə rəisi işləmişdir.Bağ sahələri paylananda xəritə köhnə idi, daha sonra xəritə təzələndi, vətəndaşlar müraciət edərək müqavilələrini təzələdilər. Sadəcə hazırki iddiaçı müraciət etməmişdir. Yeni xəritədə səhvlər vardır. Hal-hazırda bağların nömrələrində yalnız uyğunsuzluq ola bilər, bağ sahələrinin üst-üstə düşməsi kimi hal yoxdur. Xəritənin əsli cavabdeh orqandadır, surəti isə onda da vardır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2511/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtina məktubunda və daha sonra məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında göstərilən dəlillər və əsaslar məhz inzibati icraat zamanı topladığı sənədlərə, sübutlara əsaslanmalıdır.
15. Cavabdehin etirazında və imtina məktubunda iddiaçıya məxsus torpaq sahəsinin yerinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, torpaq sahəsinin 2909 saylı bağın ərazisinə uyğun gəlməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, əvvəla cavabdeh həqiqətən də uyğunsuzluğun olması barədə heç bir mötəbər sübutu - həm 2909 nömrəli, həm də 3155/2908 nömrəli bağ sahələrinin yerləşdiyi sahələrin koordinatlarının üst-üstə düşməsi barədə sübutu, ümumiyyətlə 2909 nömrəli bağ sahəsinin koordinatları barədə sənədi məhkəməyə təqdim etməmişdir.
16. Eyni zamanda iddiaçının ərizəsi üzrə aparılmış və imtina üçün əsas olmuş halların əks olunduğu inzibati icraat materialları məhkəmə tərəfindən cavabdehdən tələb edilmiş və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında yenə də iddiaçının anasına məxsus olmuş 3155/2908 nömrəli bağ sahəsinin həqiqətən də başqa bir, bu halda isə 2909 nömrəli bağ sahəsi ilə üst-üstə düşməsi barədə məlumat aşkar edilmədi. Belə ki, 3155/2908 nömrəli bağın koordinatları müəyyən edilsə də 2909 nömrəli bağın koordinatları inzibati icraat materiallarında mövcud deyildir və hər iki bağın koordinatlarının üst-üstə düşməsi müəyyən edilmir.
17. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliklə dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1. –ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
18. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ, 60-cı maddəsinin İ, İİ, İİİ, İV hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci, 1151.1-ci, 1243.1-ci, 1243.2-ci maddəsinə, “Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, 10-cu maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı, 11.1.-ci, 19.1-ci, 24.3-cü, 24.4-cü maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci, 15.1.1.-ci, 15.1.2.-ci,15.1.4.-cü maddəsinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə, 3.1.-ci bəndinə, 3.1.20.-ci, 3.1.21.-ci bəndinə əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2511/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir.Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur.Məlumat üçün bildirirlər ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçmə işləri aparılan zaman məlum olmuşdur ki, göstərilən ümumi sahənin daxilindən torpaq yol keçir.İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
23. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı və 3-cü şəxs R.Babayev məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
26. “İnzibati icraat haqqında” Qanunu: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
27. “Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
28. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”: - 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; - 3.1.-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: - 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; - 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
34. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, təqdim edilmiş sənədləri və şahid ifadələrini (birinci instansiya məhkəməsində icraatı zamanı dinlənilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, bağlar təsərrüfatı idarəsində mühəndis, sonradan isə sahə rəisi işləmişdir.Bağ sahələri paylananda xəritə köhnə idi, daha sonra xəritə təzələndi, vətəndaşlar müraciət edərək müqavilələrini təzələdilər. Sadəcə hazırki iddiaçı müraciət etməmişdir. Yeni xəritədə səhvlər vardır. Hal-hazırda bağların nömrələrində yalnız uyğunsuzluq ola bilər, bağ sahələrinin üst-üstə düşməsi kimi hal yoxdur. Xəritənin əsli cavabdeh orqandadır, surəti isə onda da vardır.) nəzərdən keçirərək hesab edir ki,cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2511/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarı ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
35. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.Belə ki, torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur.Məlumat üçün bildirirlər ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçmə işləri aparılan zaman məlum olmuşdur ki, göstərilən ümumi sahənin daxilindən torpaq yol keçir.
36. Belə ki, iş materiallarında olan sənədlər əsasında aşagıdakılar müəyyən edilmişdir.
37. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının Babayeva (Zəkiyeva) X11 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 3155/2908 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından göstərilən torpaq sahəsinin yerinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, yəni torpaq sahəsinin 2909 saylı bağın ərazisinə uyğun olması əsası ilə imtina edilmişdir;
38. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciət ərizəsinin təmin edilməməsi üçün əsas olmuş halların araşdırılması ilə bağlı toplanmış sənədlər – inzibati icraat materialları kimi imtina məktubunun, daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktının, torpaq sahəsinin koordinatlarının, iddiaçının ərizəsinin, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 886 nömrəli cavabdehə ünvanlanmış məktubunun, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun, bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 14156 №li müqavilənin, bağın cizgi planının, iddiaçının nümayəndəsinin şəxsiyyət vəsiqəsinin və etibarnaməsinin surətləri təqdim edilmişdir.Eyni zamanda cavabdehin həmin məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsindəki 0,1174 hektar torpaq sahəsi olan 1209 saylı bağ sahəsi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat kontorunda qeydə alınmış 4Ə-1747 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci ildə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
39. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 2907 və 2910 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Ləhiş bağ massivində yerləşən 2909 nömrəli bağ sahəsinə dair B.Axundov ilə bağlanmış müqavilənin, sxemin, 3155/2908 nömrəli bağ sahəsinə dair X16 ilə bağlanmış müqavilənin, sxemin, 2908 nömrəli bağ sahəsinin X4 və X9 adına mülkiyyət hüququ ilə qeydə alınması haqqında çıxarışın,həmin bağla əlaqədar torpaq sahəsinin planının, miras payın bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin,torpaq sahəsinin planı və cizgisinin surətləri təqdim edilmişdir.
40. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 3155/2908 nömrəli bağ sahəsi keçmiş X5 və İstismarı Birliyi ilə Zakiyeva (Babayeva) X18 arasında bağlanmış icarə müqaviləsi əsasında sonuncuya məxsus olmuşdur, həmin şəxs xx.xx.2017-ci ildə vəfat etmişdir, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir.Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 3155/2908 nömrəli bağ sahəsinə dair ölmüş adamın adına çıxarış verilməsi xahiş edilmişdir. Lakin nə notariusun, nə də iddiaçının həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
41. Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsində iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından, təqdim edilmiş sənədlərdən, o cümlədən mübahisəli sahənin “Ortofoto”sundan və şahid ifadələrindən müəyyən etmişdir ki, iddiaçının yuxarıda istinad olunan hüquqmüəyyənedici sənədlər əsasında mərhum anasına məxsus olmuş torpaq sahəsi X4 və X9 adına mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsi(2908 nömrəli bağ sahəsi) ilə üst-üstə düşmür, iddiaçının iddia etdiyi bağ sahəsinin nömrəsinin sxematik xəritəyə uyğunlaşdırılması isə cavabdeh orqanın vəzifəsidir.
42. Daha sonra Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsində iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından, təqdim edilmiş sənədlərdən, o cümlədən mübahisəli sahənin “Ortofoto”sundan müəyyən etmişdir ki, cavabdehin də şikayətin dəlili kimi göstərdiyi hal mövcuddur, yəni iddiaçının iddia etdiyi torpaq sahəsinin daxilindən torpaq yol keçir.
43. Bununla bağlı məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdehin istinad etdiyi dəlil iddiaçının tələbinin “ torpaq sahəsinin daxilindən keçən torpaq yol hissəsi istisna olmaqla” təmin edilməsindən imtina üçün əsas deyildir.
44. Belə ki, Məhkəmə Kollegiyası hesab edir ki, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması müəyyən olunmadığından (hər iki hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir), həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən müqavilə ləğv olunmadığından və hazırda qüvvədə olduğundan, o cümlədən də torpaq sahəsinə dair mövcud uyğunsuzluqlar aradan qaldırılması cavabdehin vəzifəsinə aid olduğundan, habelə iddia olunan torpaq sahəsinin daxilindən keçən yol dövlət əhəmiyyətli magistral yol deyil, sonradan istifadə olunan torpaq yol olduğundan, belə hal mövcud olsa da mülkiyyət hququ qeydiyyata alınmış qonşu bağa münasibətdə imtina üçün əsas kimi göstərilmədiyindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində olan 3155/2908 saylı bağ sahəsinə torpaq sahəsinin daxilindən keçən torpaq yol hissəsi istisna olmaqla hüququn İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
45. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2511/2023 saylı, 26 yanvar 2023cü il tarixli qərarı ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2511/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarı ləğv olunsun. İddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində olan 3155/2908 saylı bağ sahəsinə torpaq sahəsinin daxilindən keçən torpaq yol hissəsi istisna olmaqla hüququn İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.