Məhkəmə qərarları › İş №2-1(103)-2246/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2246/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2246/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-360/2024 saylı 05 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583A ünvanda yerləşən Bağ sahəsinə dair yeni çıxarışın və texniki pasportun tərtib edilərək verilməsindən imtinanın qanunsuz hesab edilməsinə və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583A ünvanında yerləşən Bağ sahəsinə dair, keçmiş Bağlar İdarəsinin xəritələrində mövcud vəziyyətdə ümumi sahəsi göstərilməklə, İddiaçı hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)-3616/2010 saylı qətnaməsi ilə iddiaçı X8 cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində istifadə və sahiblik hüququnun tanınmasına dair iddiası təmin edilmiş, iddiaçı X8 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583“a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququ tanınmışdır. 2019-cu ildə sözügedən bağ sahələrinin satışa çıxarılmasını bildikdə, narazı qalan maraqlarına toxunan şəxs kimi iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)- 4880/2019 saylı qətnaməsi ilə maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti təmin edilərək, Sabunçu rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)- 3616/2010 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbi rədd edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)-4880/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş Kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixli, 2(102)-7362/2019 saylı qərarı ilə şikayətləri qismən təmin edərək, Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, işi göstərişləri əsasında yenidən baxılması üçün həmin Məhkəməyə göndərmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 13 mart 2020- ci il tarixli, 2(103)- 1824/2020 saylı qətnaməsi ilə iddia tələbinin yalnız 1583 və 1584 saylı bağ sahələrinə aid olduğunu əsas gətirərək, Sabunçu rayon məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)- 3616/2010 saylı qətnaməsini qismən, yəni 1583”a” saylı bağ sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınmasını hissəində ləğv etmişdir. Lakin iddiaçı hesab etmişdir ki, 1583 və 1584 saylı bağ sahələri üzərində Eldar Rəhimovun hüquqlarının tanınması, onun adına olan plan sxemə uyğun bağ sahələrinin bölgüsü yerindəki vəziyyətə uyğun olmadan aparıldığından gələcəkdə yeni mübahisələrin yaranmasına səbəb olacaqdır. O səbəbdən həmin qətnamədən Kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)-5273/2020 saylı qərarı ilə Kassasiya şikayəti təmin edilmiş, iddiaçının şikayəti isə təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş göstərişlər əsasında yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. İşə üçüncü dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hər dəfə fərqli mövqe göstərərək xx.xx.2021-ci il tarixli, 2(103)-2846/2021 saylı qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı apellyasiya şikayətini təmin etməyərək Sabunçu rayon məhkəməsinin 2(008)-3616/2010 saylı 07 dekabr 2010-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4468/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı Kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-2846/2021 saylı qətnaməsi 1583A saylı Bağa aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. Eldar Rəhimov böyük qardaşı İddiaçı qarşı çox qərəzli hərəkətlər edərək, 1975-ci ildən Rüfətin öz istifadəsində olan 1583A saylı, həmçinin ataları Adil Rəhimovdan miras qalan 1583 saylı və atasının əmisinin arvadı Nuriyyə Rəhimovaya məxsus olmuş 1584 saylı bağ sahələrini guya uzun illərdir özü istifadə edirmiş kimi göstərərək, yalan iddia yazaraq məhkəməni aldatmışdır. Belə ki, iddiaçı Eldar Rəhimov 1973-cü il təvəllüdlüdür. 1975-ci ildə vəfat etmiş babası Sadıx Rəhimovun 0.24 ha bağ sahəsini atası Adil Rəhimov və 1962-ci il təvəllüdlü böyük oğlu İddiaçı istifadə etdiyi zaman Eldar hələ uşaq idi. 1996-cı ildən isə həmin bağ sahəsini faktiki olaraq iki yerə 1583 və 1583 A-ya bölərək, Bağlar İdarəsində bunu qeydiyyatdan keçirmişlər. Bunlar baş verən zaman iddiaçı Eldar Rəhimovun artıq 23 yaşı var idi və o, artıq uşaq deyildi. Odur ki, onun bunlardan xəbəri olmaya bilməzdi. O bilirdi ki, 1583 və 1583A saylı bağ sahələri var. Həmin bağ sahələrinin müqavilələrinin əsli Eldar Rəhimovun da ailəsi ilə yaşadığı, atasına və sonra anasına məxsus olmuş mənzildə saxlanılırdı Üç bağ sahəsinin olması faktını cavabdeh də qəbul edir. İddiaçı 1583/1584 saylı bağ sahələrinin Eldar Rəhimovun adına özəlləşdirilməsinə razılıq verdiyini qəbul etsək belə, 1583A saylı bağ sahəsi dəolduğundan həmin bağ sahəsi qardaşının adına keçirilməsi ilə bağlı İddiaçı heç bir razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin hamısı eyni şəxs tərəfindən tərtib edilmişdir. Ərizələri tərtib edən iddiaçı Eldar Rəhimovun arvadı Aytəndir. İddiaçı qardaşı Eldar və Fərid Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclası gedən vaxtı, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı bağda olmayacağını və məhkəmə iclasında iştirak edəcəyini yəqin edərək, ağır texnikanın vasitəsilə, guya ki, əvvəllər abadlaşdırdıqları bağ sahəsinin hasarını dağıdaraq İddiaçı aid 1583 A saylı bağ sahəsində tikilmiş tikililəri uçuraraq, ağacları qıraraq, sonunçuya xeyli miqdarda maddi zərər yetirmiş və mənəvi iztirablar çəkməsinə səbəb olmuşlar. İddia ərizəsinə əlavə olunmuş sənədlərin məcmusu ilə təsdiq olunur ki, cavahdeh təşkilat tərəfindən mülkiyyət hüququnun qeydiyyatından əsassız imtina edilməsi iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini mühüm dərəcədə məhdudlaşdırmaqla qanunvericiliyin tələblərini pozur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11268/2022 nömrəli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-360/2024 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3283/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-352/2025 saylı 07 mart 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3283/2024 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və qərardadadın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının vəkili Vəkil Ramazan oğlu "Elektron Məhkəmə" sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə verərək, məhkəmə iclasını iddiaçının və nümayəndəsinin iştirakı olmadan keçirilərək şikayətin təmin edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin tələbini nəzərə alaraq işə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 iş üzrə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Üçüncü şəxsin nümayəndəsi və vəkili X5 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-518/2024 saylı xx.xx.2024-cü il tarixli qərarını məhkəmə kollegiyasına təqdim etmiş, iddiaçının həmin bağ sahəsinə subyektiv hüququnun olmadığını bildirmiş və yekun məhkəmə aktının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının hazrki iş üzrə tələbi “cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583A ünvanda yerləşən Bağ sahəsinə dair yeni çıxarışın və texniki pasportun tərtib edilərək verilməsindən imtinanın qanunsuz hesab edilməsinə və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583A ünvanında yerləşən Bağ sahəsinə dair keçmiş Bağlar İdarəsinin xəritələrində mövcud vəziyyətdə ümumi sahəsi göstərilməklə, İddiaçı hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək verilməsi” ilə bağlıdır. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının çatmaq istədiyi məqsədə nail olması üçün düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia deyil, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin icrasında dönüş edilməsidir. Yalnız həmin qətnamənin icrasında dönüş edildikdən və 1583a saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Eldar Rəhimovun adına mülkiyyət hüququ barədə aparılmış qeyd ləğv edildikdən sonra, iddiaçı həmin bağ sahəsinə dair hüququnun qeydə alınması üçün ilk əvvəl inzibati orqana, imtina cavabı aldıqda isə aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər.” İşə baxan apellyasiya instansiya məhkəməsi işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, kassasiya instansiya məhkəməsinin mövqeyi fərqli olmuşdur. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-352/2025 saylı 07 mart 2025-ci il tarixli qərarında göstərilmişdir ki, “hazırkı halda iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi bilavasitə icrası tələb edilməyən hüquqların (istifadə və sahiblik) tanınması barədə qətnamə olduğundan və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 sentyabr 2021-cı il tarixli qərarı ilə məhz həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi ləğv edilməklə, iddia tələbi ləğv edilən hissədə rədd edildiyindən icrada dönüş etmək üçün prosessual qanunvericilikdə göstərilən əsaslar müəyyən olunmur. Bu səbəbdən iddiaçı inzibati qaydada əvvəl cavabdehə sonra da məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin iddiaçının irəli sürdüyü tələb yəni, “bağ sahəsinə dair hüququnun qeydiyyata alınması” düzgün olmamışdır. Belə ki, həmin bağ sahəsinə X8 mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixli MA ******* nömrəli çıxarışla qeydiyyata alınmış və qeyd edilən çıxarış hal hazırda qüvvədədır. Belə olan halda, iddiaçı ilk öncə üçüncü şəxsin adına olan çıxarışı mübahisələndirilməli, bundan sonra həmin bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadında göstərilən əsaslarla iddianın qeyri-mümkün sayılması barədə gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583a saylı bağ sahəsi X8 mülkiyyətindədir və bu barədə ona xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında ünvan 4 ünvanda yerləşən torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqları tanınmış və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli məktubundan görünür ki, məhkəmənin 2(008)-3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X8 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583 “a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 2846/2021 saylı qətnaməsinə əsasən təmin edilməmiş və Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən üçüncü şəxs İddiaçı verdiyi kassasiya şikayəti təmin edilmiş və sözügedən qətnamə “1583 A” saylıbağa aid hissədə ləğv edilmiş və “1583 A” saylı bağa münasibətdə iddia rədd edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. İşin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-518/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı X8 İddiaçı qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583 və 1584 saylı torpaq (bağ) sahələrində: ümumi hasar daxilində olan torpaq sahəsini 2 hissəyə bölən mişar daşının, 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli yaşayış evinin və 1584 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)- 5553/202 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(103)-5553/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsasında iddianın mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsi sonadək zəruri araşdırmanı aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-360/2024 saylı 05 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-360/2024 saylı 05 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X13 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar