Məhkəmə qərarları › İş №2-1(103)-2247/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2247/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2247/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçının nümayəndələri X2 və X15, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3561/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzili üzərində İddiaçı MMC ilə X6 bərabər paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(112)–2212/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 174/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(112)–2212/2020 nömrəli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3561/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin ½ hissəsi üzərində İddiaçı MMC-nin paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-208/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3561/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. ünvan 11-ci il tarixli qərarı 05 avqust 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, ünvan 11-ci il tarixli qərarı icra edilmiş, ünvan 2 ünvanının ½ hissəsinə dair İddiaçı MMC-nin adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli elektron çıxarış hazırlanmışdır. Maraqlı şəxs tərəfindən məhkəməyə ərizə ünvanlanaraq hazırkı inzibati iş üzrə 3-cü şəxs qismində icraata cəlb edilməsi zərurəti yarandığı bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-3561/2021 saylı qərardadı ilə Maraqlı şəxs ərizəsi təmin edilməmişdir. Maraqlı şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadı ləğv edib ərizənin təmin edilməsini, 30 mart 2023-cü il tarixli, 2-1(112)-3561/2021 saylı qərarının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının təzələnərək onun üçüncü şəxs qismində cəlb edilməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC ilə aralarında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli Barışıq Sazişi təsdiq edilmiş, sazışə əsasən o, İddiaçı MMC-yə ödəməli olduğu 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat pulu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəşində yerləşən 63 saylı evin 33 saylı mənzilindəki ½ hissəsindəki payı ilə əvəzləşdirmişdir. Lakin sonradan aldandıgını başa düşmüşdür. Barışıq sazişini isə mübahisələndirməmişdir. Odur ki, ünvan 11-ci il tarixli qərarı onun maraqlarına toxundugundan ləgv edilməli və 3-cü şəxs kimi onun xeyrinə qərar qəbul edilməlidir. Məhkəmə Kollegiyasının iclasında ərizəçi Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Qüvvədə olan məhkəmə qərarında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC ilə cavabdeh X3 arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli Barışıq Sazişi təsdiq edilmiş, sazışə əsasən X1 İddiaçı MMC-yə ödəməli olduğu 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat pulu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəşində yerləşən 63 saylı evin 33 saylı mənzilindəki ½ hissəsindəki payı ilə əvəzləşdirmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)- 1975/2019 saylı icra vərəqəsi əsasında başlanılmış e124187/2019-16-12 saylı icra işinin məhkəmə tərəfindən tədqiqi zamanı müəyyən edilmişdir ki, mənzilin ½ hissəsini 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat ödəməklə əldə etmək X7 təklif edilsə də, həmin təklif onun tərəfindən qəbul edilməmişdir. Əksinə olaraq barışıq sazişinin təsdiq olunması barədə qərardad maraqlı şəxs X11 mübahisələndirsə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 noyabr 2019- cu il tarixli 2(103)-14100/19 saylı qərardadı ilə şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli 2(009)- 1975/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş İddiaçı MMC ilə cavabdeh X3 arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli Barışıq Sazişinin tələblərindən irəli gələrək mənzilin ½ hissəsi üzərində “Faktor Lizinq" MMC-nin mülkiyyət hüququ yaranmışdır. Göründüyü kimi Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC ilə cavabdeh X3 arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli Barışıq Sazişi təsdiq edilmiş, sazışə əsasən X4 İddiaçı MMC-yə ödəməli olduğu 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat pulu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəşində yerləşən 63 saylı evin 33 saylı mənzilindəki ½ hissəsindəki payı ilə əvəzləşdirərək həmin mənzilə dair hüquqlarından imtina etmiş və həmin məhkəmə aktını mübahisələndirməmişdir. Belə olan halda isə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 3561/2021 saylı inzibati iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarı marağına toxunmadığından Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsi əsassızdır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli qəradadında məhkəmənin mövqeyinə görə İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir.(33) İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.(36) Adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur. (40.) Hazırkı iş üzrə iddia tələbinin faktiki və hüquqi əsasları da, ərizəçinin maraqlarına toxunmur, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsinin baş vermə ehtimalı yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-3561/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar