Məhkəmə qərarları › İş №2-1(103)-2247/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2247/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2247/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı “xəstəliyin səbəb əlaqəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1863/2024 nömrəli, 18 yanvar 2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xəstəliklərinin və sənədlərinin müharibə dövründə-1994-cü ilin may ayının 12nədək döyüş əməliyyatları aparan hərbi hissə tərkibində xidmət etdiyi dövrlərdə, döyüş əməliyyatları zamanı yaranması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbinin hərbi xidmət dövründə aldığı xəstəliklərin səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.1993-cü il tarixdə Əzizbəyov Hərbi Komissarlığı, indiki Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Xəzər rayon idarəsi tərəfindən ordu sıralarına çağrılaraq Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə N saylı hərbi hissədə 4-cü MAT-da bölük komandiri vəzifəsində qulluq etmişdir. xx.xx.1999-cu il tarixdə ordu sıralarından təxris olunaraq mülki işinə qaytarılmışdır. 1994-cü ilin yanvar ayının 6- dan 7-nə keçən gecə Ağdam rayonunun Güllücə kəndi ərazisində düşmənə qarşı aparılan əməliyyatlar zamanı sağ qolundan zədə almış, 1994-cü illin İİ kvartalında hərbi hissə məzuniyyətində olarkən, ağır xəstələnmiş, ayaqlarında ağrılar olmuş, qan təzyiqi160/110 və daha da yüksək olmuşdur. Həmin vaxt yaşadığı yerin Mərdəkan qəsəbəsi, Baba Əliyev 15, mənzil 14 ünvanının təcili tibbi vardım stansiyasına müraciət edərkən ağrılarının müvəqqəti dayandırılması təmin edilmiş, ertəsi gün yenidən ağrılara dözmək mümkün olmadığından, yaşadığı binada müvəqqəti məskunlaşan həkim Məmmədov Nazimə müraciət etmişdir. Həmin həkim hal-hazırda 10 saylı təcili tibbi yardım stansiyasında xidmət göstərir. 1996- 1997 ci illərdə paytaxtın bir çox şəhər klinikalarında, eləcə də 8 №-li Şəhər Poliklinikasının nəzdində BMT tərəfindən Amerikanın UMCOR/Azərbaycan Birləşmiş Metodistlərin Yardım Komitəsi (Leçkomissiya) layihəsi çərçivəsində qaçqın və məcburi köçkünlər müayinə və müalicə olunarkən iddiaçı da uzun müddət kompleksli tibbi müalicə olunaraq yüksək təzyiqin əmələ gəlməsi, ürəyin zədələnməsinə səbəb olması müəyyən edilmişdir. Ordudan qayıtdıqdan sonra günü-gündən səhhətinin pisləşməsi hissi artmaqda davam etmiş, 2003cü ildə iş yerindən növbəti müayinəyə göndərilərkən sağlamlığında problemlər olduğuna görə Bakı Dəmiryol Xəstəxanasının müalicə profilaktika müəssisəsinin nəzarətində qeydiyyata alınmışdır. İllər keçdikcə revmatizm, daxili orqanları, böyrək, mədə-bağırsaq, ürək qan-damar sistemləri öz funksiyasını itirməkdə davam edərək həddindən artıq əziyyət verdiyinə görə, bu barədə 24 aprel 2008- ci ildə və 04 fevral 2012-ci il tarixlərində Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, müraciətinə Mərkəzi Hərbi Həkim Komissiyasından cavab olaraq, hərbi qulluqda olduğu dövrlərdə səhiyyə ocaqlarına müraciətlərinin, aldığı müayinə və müalicələrin çıxarışlarının yığılmasının lazım gəldiyini bildirmişlər. 11 iyul 2011-ci il tarixində qəfildən insult keçirərək 3 saylı Sabunçu S.K.X-sına yerləşdirilərək, Serebral ateroskleroz, Hipertoniya xəstəliyi İİ mərhələ beyin-qan dövranının kəskin pozğunluğu, tromboz tipli insult (KOD: 163), sol tərəfli hemiparez xəstəliyi ilə yanaşı gedən beynin yeni törəməsi, şəkərli diabet İİ tip orta ağırlıqda subkompensasiya fazasında, Xr Hepatoxolesistopankreatit, xr qastroduodenit. OU. Angiopatiya.ÜİX sabit stenokardiya İ FS.Hipertoniya xəstəliyi İİ mərhələ ürəyin zədələnməsi ilə bel fəqərələrinin osteoxondrozu, kökcük ağrıları ilə, bel-oma nahiyyəsində ağrıdan, ağrının sağ ayağa vurmasından və ürək ağrı sıxıntılarından hələ də əziyyət çəkir, bu günə qədər öz hesabına müalicə alır. MN-nin Mərkəzi Hərbi Həkim Komissiyası hərbi qulluqda olduğu dövrə aid səhiyyə müəssisələrinə müraciətləri haqqında Bakı şəhəri Baş Səhiyyə İdarəsinin xx.xx.2016 №4153-01/12 saylı və Bakı Şəhər Təcili və X8 Stansiyasının xx.xx.2018-ci il 99 saylı, həmçinin MN-nin Məhkəmə Tibbi müayinəsinə dair tərtib olunmuş 03 mart K/l75-2017 saylı müayinə aktında verilən cavablar və rəylərin tamamilə araşdırılmadığına görə sənədlər qəbul edilməmişdir. Yuxarıda qeyd edilən iddiaçının qulluq etdiyi dövrlərdə aldığı müayinə və müalicələr tibb müəssisələri tərəfindən aparılan qeydlər və sənədlər arxiv idarələrində aşkar edilməmişdir. 04 avqust 2012-ci il tarixində Müdafiə Nazirliyi işlər idarəsi Mərkəzi Arxiv şöbəsinə, xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Milli Arxiv idarəsinə və xx.xx.2017-ci tarixində 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən Bakı filialı Dövlət Arxiv idarəsinə ünvanladığı ərizələrinə xx.xx.2012, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində verilən cavablarda arxivdən çıxarışlar tam təmin olunmamışdır. Əlavə olaraq xx.xx.2017-ci ildə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai cənabına ünvanladığı ərizə xx.xx.2017-ci il tarixində idarənin ümumi şöbəsi tərəfindən qəbul edilməsinə baxmayaraq hələ də cavablandırılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən 2014-cü ildən imkan olmadığından ambulator müalicələrdən başqa müalicə almamışdır. Mülki İİ qrup əlil kimi aldığı təqaüd Müharibə dövründə itirdiyi sağlamlığının Porfilaktik müalicəsini təmin etmədiyinə görə səhhətinin günü-gündən pisləşməsi, çətinliklərlə üzləşməyinə səbəb olur. Onun xəstəliklərinin və sənədlərinin müharibə dövrünə aid olmasının təsdiq olunması üçün Azərbaycan Respublikasının Prezident Administrasiyasına göndərdiyi ərizələr, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Ekspertizasına göndərilən eyni tərkibli ərizələrlə təqdim olunan sənədlər araşdırılmadan və sağlamlığı müayinə edilmədən rəy verilməsi heç də məqsədəuyğun olmamışdır. 14 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 və Reabilitasiya xidmətinin tələbi, səhiyyə müəssisəsinin 088 №-li forması 2021-ci ilin iyun ayına kimi və MN-nin MHHK-nm qərarı bugünə kimi təmin edilməmişdir. Mülki şəxs kimi ayrılan pensiya müddəti bitdiyinə görə dayandırılmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında bildirilmişdir ki, X1 Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı onun yaralanmasının səbəb əlaqəsinin təyin edilməsi barədə iddiası təmamilə əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbihəkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrın aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4-cü maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz . MN MHHKna təqdim edilmiş İddiaçı dair Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli K/175- 2017 saylı müayinə aktında İddiaçı bədəni üzərində olan xəsarətlərinin odlu silah yaralanması ilə səbəb əlaqəsinin olmadığı göstərilmişdir. Bundan başqa İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 3 saylı şəhər Klinik Xəstəxanasında və xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək X4 müalicə olunmasına dair çıxarış epikrizləri onun xidmət dövrünə aid olmadığı üçün MN MHHK-sı tərəfindən əsas kimi qəbul edilməlidir. Belə ki, İddiaçı dair SHXÇDX-nın Bakı şəhər Xəzər rayon idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli hərbi xidmət keçmə haqqında arayışda onun xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək hərbi xidmətdə olduğu göstərilmişdir. Qeyd olunan əsaslara görə İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarətlərinin və yuxarıda qeyd olunan xəstəlik epikrizlərində göstərilən xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi mümkün deyildir. Tələbin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1863/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək AR SQ-də zabit qismində həqiqi hərbi xidmət keçməsi mübahisəsiz haldır. 1996-1997-ci illərdə aldığı xəsarətlərlə bağlı 8 nömrəli Şəhər Poliklinikasının nəzdində BMT tərəfindən Amerikanın UMC OR/Azərbaycan Birləşmiş Metodistlərin Yardım Komitəsi layihəsi çərçivəsində qaçqın və məcburi köçkünlərə ilkin tibbi yardım göstərilmiş, sonra da X21 Xəstəxanasında yuxarıda göstərilən xəstəliklərindən müalicə almış və hal-hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Habelə 8 nömrəli Şəhər Poliklinikasında müalicə almağına dair qeydiyyat sənədlərinin poliklinikaya təhvil verilmədiyindən arxiv sənədlərinin çıxarılması mümkün olmamışdır. Əlavə etmək istəyir ki, 1993-1999-cu illər dövründə aldığı xəsarətlərlə və aldığı müalicələrlə bağlı 2008ci ildən başlayaraq Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmişdir. Bundan əlavə məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2017) onda sağ bazunun aşağı 1/3-nin bayır-arxa səthində bir ədəd köhnə çapıq toxuma aşkar edildi. İddiaçı yaralanması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, çapıq toxumanın saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıq toxuma 1,5-2 ildən yuxarı olan müddət ərzində küt mexanizmdən, düzxətli kənara malik bərk-küt əşyanın təsirindən əmələ gəlmiş yaraların sağalmış izidir, odlu silah yaralanması ilə səbəbli əlaqəsi yoxdur, o cümlədən, M.R.X15 Yol Xəstəxanasında müalicəsi zamanı müəyyən edilmiş “Serebral ateroskleroz və s. diaqnozla “xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi məhkəmə ekspertinin səlahiyyətlərinə aid deyildir kimi gəldiyi nəticəni qərəzli hesab edir. Odur ki, iddia tələbi əsaslı olduğundan qərar ləğv edilməli və iddia tələbin təmin edilməsinə dair qərar qəbul edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinin 1-ci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: -1.1-ci bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. -7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. -7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. -7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. -7.5-ci maddəsinə əsasən, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: -Xəzər RPİ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə idarəsi tərəfinfdən iddiaçıya ünvanlanan avqust 2016-cı il tarixli məktubdan görünür ki, iddiaçının müraciətə bvaxılaraq 8 nömrəli Şəhər Poliklinikasının nəzdində 1996-1997-ci illərdə BMT tərəfindən Amerikanın UMCOR/Azərbaycan Birləşmiş Metodistlərin Yardım Komitəsi layihəsi çərçivəsində qaçqın və məcburi köçkünlərə ilkin tibbi yardım göstərildiyi, ehtiyacı olanların imtiyazlı dərmanlarla təmin edildiyi, UMCOR/Azərbaycan Birləşmiş Metodistlərin Yardım Komitəsinin 2007-ci il tarixdə tam ləğv olunduğu, onların qeydiyyat sənədlərinin poliklinikaya təhvil verilmədiyindən arxiv sənədlərinin olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2017-ci il tarixli, Ə190 nömrəli məktubundan görünür ki,UMCOR-un şəxsi heyət üzrə arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Müayinə və müalicə kartı barədə arxivdə hər hansı bir məlumat aşkar olunmadı. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 141 nömrəli arayışından görünür ki, baş leytenant İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə müvafiq olaraq AR Müdafiə Nazirliyinin xx.xx.1999-cu il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.1999-cu il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsində hərbi qeydiyyatdadır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 32 nömrəli arayışından görünür ki, 1963-cü il il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək AR SQ-də zabit qismində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156- cı maddəsinin “ə” bəndinə əsasən AR SQ-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əliyev X7 Dəmir Yol Xəstəxanasında “Serebral ateroskleroz. Hipertoniya xəstəliyi İİ mərhələ. Keçirilmiş beyin qan dövranının qalıq əlamətləri. Sol tərəfli hemiparez. Beyinin yeni törəməsi? Şəkərli diabet İİ tip, orta ağırlıqda, subkompensasiya fazasında. Xroniki hepatoxolesistopankreatit. Xroniki qastroduodent OU angiopatiya. ÜİX zabit stenokardiya FS. Hipertoniya xəstəliyi İİ mərhələ, ürəyin zədələnməsi ilə. Bel fəqərələrinin ostexondrozu kökcük ağrıları ilə” diaqnozu xəstəlikləri ilə müalicə almışdır və hal-hazırda həmin xəstəliklərdən əziyyət çəkir. ƏSAS: 1. SQ-nin Məhkəmə-Tibbi Ekspertiza X9nin aktı K/175, X21 Xəstəxanasının epikrizi XT№1558/191; 9 saylı TSEK-nın əlillik haqqında sənədi. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2018-ci il tarixli, **********5 saylı məktubdan görünür ki, İddiaçı əlillik vəziyyətinin Hərbi-Həkim Komissiyasının qərarı və səhiyyə müəssisəsi tərəfindən göndəriş (088№-li forma) verildiyi halda, Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına uyğun olaraq, onun iştirakı olmadan X2 tərəfindən TSERAS üzərində adsızlaşdırıİmiş sənədlər əsasında qiymətləndiriləcəyi bildirilmişdir. -AR Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən canlı şəxsin məhkəmə tibbi müəyinəsi barədə bədən xəsarətlərinin təyininə dair 02 mart 2017-ci il tarixli, K/175 npmrəli aktdan görünür ki, 1963- cü il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 384 saylı təliqə və göndərişi əsasında İddiaçı məhkəmə-tibbi müayinəsi aparılmış ekspert komissiyası qoyulmuş üzrə aşağıdakı rəyə gəlmişdir: İddiaçı məhhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2017) sağ bazunun aşağı 1/3-nin bayır-arxa səthində bir ədəd köhnə çapıq toxuma aşkar edildi. İddiaçı yaralanması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, çapıq toxumanın saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıq toxuma 1,5-2 ildən yuxarı olan müddət ərzində küt mexanizmdən, düzxətli kənara malik bərk-küt əşyanın təsirindən əmələ gəlmiş yaraların sağalmış izidir, odlu silah yaralanması ilə səbəbli əlaqəşi yoxdur. Hazırda qüvvədə olan "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edıməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarının rəhbərlik üçün elan edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 №-li əmrinin 7-ci bəndində “Hərbi qulluqçularda, hərbi toplanışa çağrılmış vətəndaşlarda, hərbi xidmət toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin əlaqəsinin təyin edilməsi"nin “c” bəndinə uyğun olaraq xəsarətlərin səbəb əlaqəsinin edilməsi zamanı məhkəmə-tibb ekspertləri yalnız aşkar bədən zədələnmələrinin xarakterik müddətini təyin edir, xəstəliklərin səbəb əlaqəsinin, o cümlədən, M.R.X20 Xəstəxanasında müalicəsi zamanı müəyyən edilmiş “Serebral ateroskleroz. Hiper xəstəliyi İİ mərhələ. Keçirilmiş beyin qan dövranının qalıq əlamətləri. Sol tərəfli hemi| Beynin yeni törəməsi? Şəkərli diabet İİ tip, orta ağırlıqda, subkompensasiya fazasında. X nepatoxolesistopankreatit. Xroniki qastroduodenit. OU angiopatiya. ÜİX sabit stenokar FS Hıpertoniya xəstəliyi İİ mərhələ, ürəyin zədələnməsi ilə. Bel fəqərələrinin osteoxonc kökcük ağrıları ilə” diaqnozla xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi məhkəmə ekspertinin səlahiyyətlərinə aid deyildir. -Cavabdeh tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli, 868 nömrəli məktubdan görünür ki, İddiaçı dair sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmış, İddiaçı hərbi xidmət keçdiyi dövrdə müayinə və müalicə olunduğuna dair tibb müəssisəsindən verilmiş çıxarış epikrizi və MN MTE və PAM-dən verilmiş xx.xx.2017-ci il tarixli k/175 nömrəli Aktda onun xidmət dövründə xəsarət aldığını təsdiq edən rəy olmadığından xəsarətin və xəstəliyin səbəb əlaqəsi barədə qərar verilməsinin mümkün olmadığı bildirilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya və Müdafiə Nazirliyinin Tibb İdarəsinə ünvanlanan 19 mart 2012-ci il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “Müdafiə Nazirinin ünvanına göndərdiyiniz ərizəniz Müdafiə Nazirliyi Tibb İdarəsi rəisinin göstərişinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi kimi bildirirəm: 2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1ci maddəsinə əsasən, «hərbi-həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini sənədlər üzrə o halda müəyyən edir ki, vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun». Lakin Sizin ərizənizdən və daxil olmuş çıxarış epikrizlərindən məlum olur ki, Siz hərbi xidmət dövründə tibb və hərbi-tibb müəssislərində müayinə və müalicə olunmamısınız. MN MHHK-na daxil olmuş çıxarış epikrizləri Sizin hərbi xidmətdən buraxıldıqdan 12 (on iki) il sonra müalicə olunduğunuza dair çıxarış epikrizləridir. Bu səbəbdən və «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi xidmətdən buraxıldıqdan 12 (on iki) il sonra Sizdə təyin edilmiş xəstəliklərin hərbi xidmətlə əlaqələndirilməsi mümkün deyildir. Əlavə olaraq bildirirəm ki, hərbi xidmət dövründə müalicə almış keçmiş hərbi qulluqçuya aid aşağıda adları çəkilən sənədlər onun qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildikdən sonra xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi məsələsinə baxılır: 1.Keçmiş hərbi qulluqçunun hərbi xidmət keçdiyi və Silahlı Qüvvələrdən tərxis olunduğu haqqında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti şöbəsinin arayışı.

2. Hərbi xidmət dövründə xəsarətlər, xəstəliklər ilə əlaqədar müalicə olunduğunuza dair çıxanş epikrizi. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sabunçu Tibb müəssisəsi tərəfindən verilmiş Xəstəlik tarixçəsindən çlxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək laborator həkim müayinələrindən keçərək əsas və əlavə xəstəliklər üzrə diaqnoz qoyulmuşdur. -X16 tərəfindən verilən Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək həkim müayinəsindən keçərək insulindən asılı olmayan şəkərli diabet xəstəliyi diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində təyin edilmiş ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2015-ci ilədək) ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bildiririk ki, vətəndaşların əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəii Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi xx.xx.2021 -ci il tarixindən sonra şəxsin əlillik vəziyyəti X18 0120003AAGK6 və 0120003AAGU9 nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində elektron qiymətləndirilmiş və müayinələr yetərli olmadığından, KT müayinəsi məsləhət görüldüyündən və əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilmədiyindən, hər iki halda natamam doldurulması səbəbindən göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə şəxsin əlillik vəziyyəti X18 M00Q59887XVD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində elektron qiymətləndirilmiş və əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilmədiyindən, həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində şəxsə aid məlumat tapılmadığından, natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonuncu dəfə vətəndaş əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar müraciəti əsasında mütəxəssislərin iştirakı ilə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarlarına uyğun olaraq xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qəbul edilmişdir. Lakin ümumi xəstəlikdən olan yanaşı xəstəliklər əlillik təyinatının aparılmasına əsas verdiyindən, həmin səbəbdən yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə müvafiq qərar qəbul ediləcəkdir.” Hazırki işdə iddiaçının hüquqi marağı və məqsədi mövcud olan tibbi sənədlər əsasında xəstəlik və xəsarətinin hərbi xidməti dövründə yaranmasının müəyyən edilməsi və həmin xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsinə nail olmaqdır. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin etməkdir. Həmçinin, göründüyü kimi, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin səbəb əlaqəsini qiyabi (sənədlər üzrə) əsaslarla təyin edilməsi üçün vətəndaşda hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilməli və ya müalicə almış olmalı, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olmalı, vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olmalı, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyin müəyyən edilməli, yaxud vəfat etmiş olmalıdır. Hazırkı işin hallarına münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həm inzibati icraat dövründə cavabdehə, həm də məhkəməyə xəstəlik və xəsarətlərinin hərbi xidmətdə olduğu xx.xx.1993-xx.xx.1999-cu illərdə yaranmasını təsdiq edən hər hansı sübutu təqdim edə bilmədiyindən və onda mövcud tibb-müalicə sənədləri hərbi xidmətdən tərxis olunduqdan sonrakı dövrə aid olduğundan, həmçinin müvafiq ekspert rəyi ilə iddiaçının bədənində olan çapığın odlu silah yaralanması ilə əlaqəsinin olmadığı müəyyən edildiyindən (bu hal iddiaçı tərəfindən də mübahisələndirilmir) cavabdehin imtinası əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1863/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1863/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar