Məhkəmə qərarları › İş №2-1(103)-2248/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2248/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2248/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Texniki Universitetinə qarşı “əmrin ləğvi və bərpa olunma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-822/2024 saylı, 23 yanvar 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Texniki Universitetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, BDU-nun Biologiya faktüləsinin Elmi Şurasının 19 dekabr 2016-cı il tarixli 03 saylı protokoluna əsasən mikrobologiya ixtisası üzrə 2414,01. fəlsəfə doktoru elmi adını almaq üçün kafedranın qiyabi doktorant kimiqəbul edilmiş və bu barədə müvafiq mövzu təqdim edilmişdir. Lakin sonradan 2018-2019- cu il tarixli tədris ilinin attestasiyadan keçmədiyinə, fakültə ilə əlaqə saxlamadığına vətəhsil haqqı borcunu ödəmədiyinə görə xx.xx.2019-cu il tarixində univeristet doktorantları siyahısından xaric edilmişdir. Lakin sonradan iddiaçı müvafiq olaraq, doktorantura üzrə təhsilini davam etdirmək üçün müraciət etəsə də, müsbət cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 3.30-cu bəndində göstərilmişdir ki, doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilmə müddəti ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. Göründüyü kimi həmin qaydalara əsasən attestasiyadan keçməmək şəxsin oxuduğu doktorantura ixtisasındanxaric edilmə əsası kimi çıxış etmir, onun növbəti tədris ilində təhsilini davam etdirib- etdirməməsinə əsas ola bilər. X1 doktorontlar siyahısından xaric edilməsi ilə bağlı göstərilən əsaslar tam qanunsuzdur və belə bir əsasların hüquqi qaydaları mövcud deyildir. Bununla bağlı iddiaçı aiddiyyəti üzrə Təhsil Nazirliyinə müraciət etmiş, ordan alınan cavabda bildirilmişdir ki, doktoranturaya qəbul və orada təhsil adını qeyd etdiyimiz qaydalar əsasında tənzimlənir və təhsil haqqının ödənilməsi məsələsi müvafiq müqavilə ilə tənzimlənir. Lakin iddiaçı hesab edir ki, hüquqları kobud şəkildə pozulmaqla təhsil hüququndan məhrum edilmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmrini qanunsuz sayılmaqla İddiaçı təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddianın dəqiqləşdirilməsi barədə təkrar ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmrini ləğv etməklə İddiaçı təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6862/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı Əmr ləğv edilməsi, İddiaçı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3905/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6862/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-822/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmr ləğv edilmiş və İddiaçı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları'nın: 1.6-cı bəndinə görə doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. 1.7-ci bəndinə görə isə Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il. qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. 3.27-ci bəndinə əsasən dokotrant təhsil müddətində peşə biliklərinə dərindən yiyələnməli, müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli, elmi tədqiqatlar aparmaq metodologiyasım mənimsəməli, fərdi iş planını tam yerinə yetirməli, ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən) və xarici dildən doktorluq imtahanlarını verməli, elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli; elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli; elmi tədqiqat işini bitirməlidir. 3.28-ci bəndinə görə doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verir. 3.30-cu bəndinə görə doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilmə müddəti ali təhsil müəssisəsi, elmi müəssisə və təşk'latların rəhbərləri tərəfindən müəyyən edilir. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. 3.32-ci bəndinə görə doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər "Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin BDU-ya ünvanlanmış cavab məktubunda da Qaydaların 3.30-cu bəndinə əsasən doktorantın və ya dissertantın xaric edilə biləcəyini və Qaydalarda müvafiq bənd olmadığı üçün onun bərpa edilməsinin mümkün olmadığı vurğulanmışdır.Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin BDU-ya ünvanlanmış cavab məktubunda da. Qaydaların 3.30-cu bəndinə əsasən doktorantın və ya dissertantın xaric edilə biləcəyini və Qaydalarda müvafiq bənd olmadığı üçün onun bərpa edilməsinin mümkün olmadığı vurğulanmışdır. Sadalanan normaların tələbindən göründüyü kimi doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilmə müddəti ali təhsil müəssisəsi və elmi təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Müvafiq kafedra və fakültələr doktorantın qəbul olunduğu tarixə müvafiq olaraq onun təhsil ili ərzində ən azı bir dəfə attestasiyadan keçməsini təmin edir. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. Başqa sözlə attestasiyanın nəticələri doktorantn təhsilini davam etdirib etci .’məməsi üçün əsasdır .Təhsilin davam etdirilib-etdirilməməsi haqqında qərar kollegialdır, laküitə elmi şurası tərəfindən verilir. Doktorant yuxarıda sadalanan fəaliyyəti gözlədikdəonun elmi fə ııyyətinin davam etdirməsi haqda, elmi fəaliyyəti qənaətbəxş olmadıqda və 3.27 bəndlə müəyyən oıunaıı öhdəlikləri yerinə yetirmədikdə isə onun təhsilini davam etdirməməsinə dair qərar qəbul olunur, təhsilinə xitam verilir. Universitet hər bir doktorantın elmi fəaliyyətini təşkil edir və bu fəaliyyət doktorant tərəfindən pozulduqda, doktorant müstəqil elmi tədqiqat işi aparmaq vərdişlərinə yiyələnmədikdə, elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsədikdə, fərdi iş olaram yerinə yetirmədikdə, ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), xarici dildən doktorluq imtahanlarını vaxtında vermədikdə, elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc və elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirmədikdə və nəhayət elmi tədqiqat işini bitirmədikdə fakültə elmi şurasının qərarı ilə onun doktoranturada təhsilinin davam etdirməsi məqsədəuyğun hesab edilmir. Bu qərar doktorantın təhkim olunduğu kafedranın fəaliyyət göstərdiyi X5 qəbul edilir. Və kollegial qəbul edilən qərar təqdimatla rektorluğa təqdim olunur. Təqdimat əsasında doktorant doktoranturadan xaric edilir. Xaric edilən doktorantın bərpa edilməsi isə ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-822/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: --Bakı Dövlət Universitetinin 2016/2017-ci tədris ilində xarici vətəndaşın BDU-nun doktoranturasına qəbulu haqqında xx.xx.2016-ci il tarixli, 3/1216 saylı Əmrinə əsasən, İddiaçı – Türkiyə vətəndaşı, Biologiya fakültəsinə 2414.01 “Mikrobiologiya” ixtisaslaşması üzrə (a/b) ödənişli əsaslarla müqavilə yolu ilə (cari il üçün bir illik təhsil haqqı 1.200 ABŞ dolları) qiyabi doktorant qəbul edilmişdir. -Bakı Dövlət Universitetinin doktorantların dissertasiya mövzularının təsdiqi və elmi rəhbərin təyini haqqında xx.xx.2017-ci il tarixli, 3/625 saylı əmrinə əsasən, İddiaçı – Türkiyə vətəndaşı, xx.xx.2016-cı ildən Biologiya fakültəsi, “Mikrobiologiya” kafedrasının müqavilə yolu ilə əyani doktorantının 2414.01- “Mikrobiologiya” ixtisası üzrə “Azərbaycan torpaqlarından ayrılmış Aspergillus və Penicillium cinsli göbələklərin pektolitik aktivliyi” adlı dissertasiya mövzusu təsdiq edilmişdir. -Bakı Dövlət Universitetinin doktorantın müvafiq kursdan-kursa keçirilmələri haqqında xx.xx.2018-ci il tarixli, 3/272 saylı Əmrinə əsasən, 2017/2018-ci tədris ilində universitetdə təhsil alan, əcnəbi doktorant İddiaçı fakültə Elmi Şurasının qərarı ilə attestasiyadan keçdiyinə görə kursdan-kursa keçirilmiş hesab edilmişdir. -Bakı Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli 3/1236 saylı Əmrində qeyd olunmuşdur ki, İddiaçı - xx.xx.2016-ci il tarixli 3/1216 nömrəli əmr ilə xx.xx.2016-cı il tarixdən Biologiya fakültəsinə 2414.01 – “Mikrobiologiya” ixtisası üzrə (a/b) ödənişli əsaslarla qəbul olunmuş qiyabi doktorant. Türkiyə Respublikası vətəndaşı 2018-2019-cu tədris ilində attestasiyadan keçmədiyinə, fakültə ilə əlaqə saxlamadığına və təhsil haqqı borcunu ödəmədiyinə görə xx.xx.2019-cu il tarixindən universitet doktorantları sırasından xaric olunsun. Təhsil haqqı borcunu ödədikdən sonra sənədlərini geri götürməyə icazə verilsin. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanan məktubda qeyd olunmuşdur ki, doktoranturaya qəbul və doktoranturada təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2010- cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” ilə tənzimlənir. Həmin qaydaların 3.30-cu bəndinə əsasən doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. Eyni zamanda bildiririk ki, təhsil haqqının ödənilməsi məsələləri doktorantlarla müvafiq ali təhsiİ müəssisələri və elmi müəssisələr arasında bağlanmış müqavilə ilə tənzimlənir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: -2.1.Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. -1.0.12. doktorant - doktoranturada təhsil alan şəxs;. -1.0.18. fəlsəfə doktoru - elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcə; -5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. -17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.5.3. doktorantura (adyunktura). -22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. -22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmipedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: -22.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 22.2.2. magistratura (rezidentura); 22.2.3. doktorantura (adyunktura). -22.8. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla, elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. -22.9. Doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir. -22.11. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 22.12. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramına, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. -22.13. Dоktоranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid fоrmalı dövlət sənədi – diplom verilir. -22.14. Ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatlarda, habelə digər təşkilatlarda çalışan elmi və elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yоlu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına, elmi müəssisə və təşkilatlara dissertantların təhkim оlunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul 129 nömrəli Qərarının: -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında yüksək səviyyəli elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada aparılır və elmi tədqiqatlar aparılır. dərəcələrin (elm sahələri idarə etməklə, fəlsəfə doktoru və elmlər doktoru) təhsili ilə başa çatır. -1.7-ci bəndinə əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. -3.30-cu bəndinə əsasən doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlar tərəfindən attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın sınaq müddəti ali təhsil müəssisəsi , elmi müəssisə və təşkilatların rəhbərləri ilə müəyyən edilir. Doktorantın tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticələrinə əsasən müəyyən edilir. -3.32-ci bəndinə əsasən, doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər “Fəlsəfə doktoru” elmi alət almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün zəruridir. -7.1-ci bəndinə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.12-ci maddəsinə əsasən, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. -7.5-ci bəndinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Hazırkı işin hallarından görünür ki, İddiaçı 2016-2017-ci tədris ilində Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə əyani şöbəsinə qəbul olmuş, fakültə Elmi Şurasının qərarı ilə (BDU üzrə 3/272 saylı, xx.xx.2018-ci il tarixli əmr) İ kursdan - İİ kursa keçmiş hesab edilmiş, 2018-2019-cu il tarixli tədris ilində attestasiyadan keçmədiyinə görə cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsi tərəfindən universitent doktorantları siyahısından xaric edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturaya qəbulu və təhsili istinad olunan Qaydalara və qüvvədə olan müvafiq qanunvericiliyə uyğun aparılır. AR Nazirlər Kabinetinin müvafiq maddəsinin məzmunundan göründüyü kimi, attestasiyanın nəticəsi doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsinə təsir etsə də, ali təhsil müəssisələrinə doktorantın xaric edilməsi üçün səlahiyyət vermir. Qeyd edilən halda (attestasiyanın müsbət nəticəsi olmadıqda) doktorant yalnız növbəti tədris ilində təhsilini davam etdirmək hüququnu itirir. Göstərilənlərə əsasən, iddiaçının doktorantlar siyahısından xaric edilməsi barədə əmr verilən zaman inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi əsas olmamışdır. Ona görə də, cavabdehin əmri yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-822/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-822/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar