Məhkəmə qərarları › İş №2-1(103)-2251/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2251/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2251/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-4175/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X8 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququn yarandığı tarixdən, yəni 17.03.2015-ci ildən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, 1975-80-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış və 03.11.1980-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 03.11.1980-12.05.1997 və 02.06.2003-18.08.2006-cı il tarixlərdə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında, 08.04.2003-29.05.2003-cü il tarixlərdə "xxxx" MMC Mingəçevir Ərazi Elektrik Şəbəkəsində, 21.08.2006-cı il tarixdən halhazıradək Mingəçevir “X3 Şəbəkəsi” MMC-də müxtəlif peşə və vəzifələrdə çalışır. 16.12.1980-cı il tarixli, MT-1 ******* nömrəli əmək kitabçasından göründüyü kimi, 17.03.2015-ci il tarixə azı 25 il ümumi iş stajı vardır. 06.05.2019-cu il tarixli arxiv arayışından müəyyən edilmişdir ki, 03.11.1980 - 01.11.1981-ci il tarixlərdə (11 ay 28 gün) Elektrosexdə növbə rəisi NK-nin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 №-li “Siyahısı”nın “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinin “1.X6 stansiyaları” yarımbölməsində “elektrik sexlərinin növbə rəisləri” bəndi 2140100b—24043 koduna; 01.11.1981- 01.09.1982-ci il tarixlərdə (10 ay) Böyük növbətçi-elektrik montyoru “qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının və yanacaqötüriicü avadanlığın xidməti və təmiri ilə məşğul olan bütün adlarda elektrik montyorları” bəndi 2140100a—19820 koduna; 01.09.1982-01.04.1986-cı il tarixlərdə (03 il 07 ay) Elektrostansiyanın növbə rəisi “elektrik stansiyalarının növbə rəisləri ” bəndi 2140100lı—24043 koduna; 08.09.1987-06.02.1995-ci il tarixlərdə (07 il 04 ay 28 gün) Elektrik sexin elektrotexniki laboratoriyasında usta “avadanlığın təmiri üzrə ustalar, böyük ustalar” bəndi 2140100b—23362 koduna aiddir. İşlədiyi peşə və vəzifələr NK-nin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın “24.1 X6 stansiyaları” yarınıbölməsinə də uyğundur. Odur ki, 16.12.1980-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasından və 06.05.2019-cu il tarixli arxiv arayışından göründüyü kimi 17.03.2015-ci il tarixə 25 ildən artıq ümumi, 12 il 09 ay 26 gün isə güzəştli iş stajı vardır. Bundan əlavə, "xxxx" MMC-nin istehsalat fəaliyyəti haqqında arayışında qeyd olunmuşdur ki, “o, işlədiyi müddətdə 8 saatlıq iş günü ərzində enerji bloklarında, 1 və 2 saylı Qazan-Turbin sexlərində, 330/500 kv-luq APQ-də elektrik avadanlıqlarının sazlanması, təmiri və sınağı zamanı müxtəlif zərərli faktorların (hava axını, titrəmə, sahə gərginliyi və s.) təsirinə məruz qalmışdır.” "xxxx" MMC-nin arxivində, Kadrlar şöbəsində və mühasibatlığında saxlanılan sənədlərə əsasən verilən arayışa əsasən Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyası - 26.11.1981-ci il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası, 25.04.2003-cü il tarixdə "xxxx" MMC, 05.01.2006-cı il tarixdə "xxxx" MMC adlandırılmışdır. 11.03.2020-ci il tarixdən cavabdeh orqana ünvanladığı müraciətlərə baxmayaraq, o, 22.03 və 19.06.2020-ci il tarixli cavab məktubları ilə güzəştli şərtlərlə pensiya hüququnu təmin etməkdən imtina etmişdir. Sonuncu müraciətə NK-nin 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın “24.1 X6 stansiyaları” yarımbölməsinə istinad edilmədən, yalnız “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsinin “b” bəndindəki vəzifələr sadalanaraq, 1980-2006-cı illərdə işlədiyi sahənin Siyahıda qeyd olunan sahəyə uyğun olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi barədə cavab verilmişdir. Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-4175/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-4175/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə qərarlarıa əsaslanaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin sorğusuna verilmiş 09.03.2021-ci il tarixli cavabda “İşin xarakteri haqqında” Arayışdan müəyyən oluna bilər ki, “03.11.1980-cı il tarixdən 01.04.1986-cı il tarixədək və 08.09.1987-ci il tarixdən 12.05.1997-ci il tarixədək növbətçi elektrik montyoru, usta və növbə rəisi vəzifələrinin ARsı NK-nin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu ******* a-18455 və “b” bəndində vəzifə kodu ******* b- 23362 (avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar və böyük ustalar) vəzifə kodu ******* b-24043 (növbə rəisi) vəzifəsinə uyğundur.” 1) Qərarda Arayışın məzmunu ümumiyyətlə müzakirə və mübahisə predmeti olmamış; 2) oxşar işə dair ən son məhkəmə praktikası hesab olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 975 /2021 nömrəli 09.06.2021-ci il tarixli Qərarının 29-cu bəndinin tələbləri aşağı məhkəmə instansiyaları üçün tövsifedici xarakterli də olmağına baxmayaraq, burada nəzərə alınmamış; 3) hal hazırda Arayışı verən müəssisədə işləmirəm; 4) iş üçün müstəsna hüquqi əhəmiyyəti olan həmin Arayışı şəxsən əldə edə bilməmişəm (iddia ərizəsinə əlavə etməmişəm); 5) həmin Arayış müvafiq məhkəmə sorğusu əsasında işə əlavə olunub. Odur ki, obyektivliyi şübhə doğurmamalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 02.06.2021ci il tarixli, 2-1(112)-4175/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 01.07.2019-cu il tarixli arayışından görünür ki, Quliyev X4 şəhəri, A.S.Puşkin küçəsi, ev 62 ünvanında qeydiyyatdadırlar. - İddiaçı Mabud oğluna məxsus NZ 062596 №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 06.07.1980-ci ildən 15.02.1982-ci ilə qədər (1 il 7 ay 10 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada surətindən görünür ki, iddiaçı 1975-1980-ci il tarxədək Azərbaycan İnstitunda təhsil almışdır (05 il), 03.11.1980-cı ildən 01.11.1981-ci ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası Tikintisindin direksiyasında Elektrik sexinə növbə rəisi (11 ay 29 gün), 01.11.1981-ci ildən 01.09.1982ci ilədək Elektrik sexində X7 montyoru (10 ay 01 gün), 01.09.1982-ci ildən 01.04.1986-cı il tarixədək Elektrik sexində növbə rəisi (03 il 07 ay 01 gün), 01.04.1986-cı ildən 08.09.1987ci il tarixədək Elektrik sexində Elektrotexniki laboratoriyada böyük mühəndis (01 il 05 ay 08 gün), 08.09.1987-ci ildən 06.02.1995-ci il tarixədək Elektrik sexində Elektrotexniki laboratoriyada usta (07 il 04 ay 29 gün), 06.02.1995-ci ildən 12.05.1997-ci il tarixədək Elektrik sexində elektrotexnik (02 il 03 ay 07 gün), 29.05.2003-cü ildən 02.06.2003-cü il tarixədək Azərbaycan Dövlət Rayon X2 sexinin Elektrotexniki laboratoriyasına “Yüksək gərginliklərin sınaq və profilaktikası” qrupuna mühəndis (4 gün), 02.06.2003-cü ildən 18.08.2006-cı il tarixədək Elektrik sexində elektrotexnik laboratoriyasında mühəndis (03 il 02 ay 17 gün), 21.08.2006-cı ildən 23.06.2010-cu il tarixədək "xxxx" MMC-də avtomatika xidmətinin rəisi və baş mühəndis (03 il 10 ay 03 gün) vəzifələrində işləmiş, 24.06.2010-cu ildən hal-hazıradək "xxxx" MMC-də işləyir. - "xxxx" ASC "xxxx" MMC-nın 201-06 №-li, 06.05.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Mabud oğlu həqiqətən 03.11.1980 - cı il tarixində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyasında Elektrik sexinə növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir (03.11.1980-cı il. Əmr №211). 01.11.1981-ci ildə həmin sexdə X7 montyoru vəzifəsinə keçirilmişdir (27.10.1981 -ci il. Əmr №394). 01.09.1982-ci ildə Elektrik sexinə növbə rəisi vəzifəsinə keçirilmişdir (11.09.1982-ci il. Əmr № 202/ K). 01.04.1986-cı ildə Elektrotexniki laboratoriyaya böyük mühəndis vəzifəsinə keçirilmişdir (04.04.1986-ci il. Əmr №48). 08.09.1987-ci ildə Elektrotexniki laboratoriyaya usta vəzifəsinə keçirilmişdir (21.01.1988-ci il. Əmr №04). 06.02.1995-ci ildə Elektrolaboratoriyanın rəisi vəzifəsinə təyin edilmişdir. (17.02.1995-ci il. Əmr № 35/K). 12.05.1997-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (16.05.1997-ci il. Əmr № 35/K). 02.06.2003-cü ildə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasfnda Elektrik sexinin Elektrotexniki laboratoriyasına “Yüksək gərginliklərin sınaq və profilaktikası” qrupuna mühəndis vəzifəsinə işə qəbul olunmuşdur (06.06.2003-cü il. Əmr № 682/K). 18.08.2006-cı ildə Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (16.08.2006-ci il. Əmr № 275/K). Zərərli iş şəraitində işlədiyi üçün 01.03.1990- 31.02.1997-ci il tarixədək 12%, 02.06.2003-18.08.2006-ci il tarixədək 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Məlumat üçün bildirilmişdir ki, "xxxx"-nin 26.11.1981-ci il tarixli 420 saylı əmrinə əsasən Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyası - Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası adlandırılmışdır. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli, AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES'1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən idarəetrns strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - "xxxx" MMC tərəfindən İddiaçı Mabud oğluna verilmiş istehsalat fəaliyyəti haqqında arayışdan görünür ki, İddiaçı Mabud oğlu 03.11.1980-ci ildə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyasında Elektrik sexinə növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. 01.11.1981-ci ildə həmin sexdə X7 Montyoru, 01.09.1982-ci ildə həmin sexdə növbə rəisi, 01.04.1986-cı ildə Elektrotexniki Laboratoriyada böyük mühəndis, 08.09.1987-ci ildə usta, 06.02.1995-ci ildə Elektrotexniki Laboratoriyanın rəisi vəzifəsində işləmişdir. 02.06.2003-cü ildən 18.08.2006-ci il tarixədək Elektrotexniki Laboratoriyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası” qrupunda mühəndis işləmişdir. O, işlədiyi müddətdə 8 saatlıq iş günü ərzində enerji bloklarında, 1 və 2 saylı Qazan - Turbin sexlərində, 330/500 kv - luq APQ - də elektrik avadanlıqlarının sazlanması, təmiri və sınağı zamanı müxtəlif zərərli faktorların (hava axını, titrəmə, sahə gərginliyi və s.) təsirinə məruz qalmışdır. - "xxxx" ASC "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 100/01-07-72 №-li, 09.03.2021-ci il tarixli məktuba əlavə edilmiş 07-14 №-li, 09.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 03.11.1980-cı il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası Tikintisinin direksiyasında Elektrik sexinə növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir (Əmr 211, 03.11.1980). 01.11.1981-01.09.1982-ci il tarixədək Elektrik sexində X7 montyoru vəzifəsinə işləmişdir (Əmr 394, 27.10.1981). 01.04.1986-cı il tarixədək Elektrik sexində növbə rəisi vəzifəsində işləmişdir (Əmr 202/k, 11.09.1982). 08.09.1987-ci il tarixədək Elektrik sexində, Elektrotexniki laboratoriyada böyük mühəndis vəzifəsində işləmişdir (Əmr 48, 04.04.1986). 06.02.1995-ci il tarixədək Elektrik sexində, Elektrotexniki laboratoriyada Usta vəzifəsində işləmişdir (Əmr 04, 21.01.1988). 12.05.1997-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (Əmr 35/k, 16.05.1997). 02.06.2003-cü il tarixdə Azərbaycan Dövlət Rayon X2 sexinin Elektrotexniki laboratoriyasına “Yüksək gərginliklərin sınaq və profilaktikası” qrupuna mühəndis vəzifəsinə işə qəbul olmuşdur (Əmr 682/k, 06.06.2003). 18.08.2006-cı il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (Əmr 275/k, 16.08.2006). İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 01.03.1990-31.02.1997-ci il tarixədək 12 % miqdarında, 02.06.2003-18.08.2006-cı il tarixədək 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. “Azərbaşenerji”nin 26.11.1981-ci il tarixli, 420 saylı əmrinə əsasən Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyası - Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası adlandırılmışdır. "xxxx" ASC-nin 25.04.2003cü il tarixli, AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqər “Azərbaycan DRES" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində 03.11.1980-ci il tarixdən 01.04.1986-cı il tarixədək və 08.09.1987-ci il tarixdən 12.05.1997ci il tarixədək tutduğu növbətçi elektrik montyoru, usta və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu ******* a-18455 və “b" bəndində vəzifə kodu ******* b - 23362 (avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar və böyük ustalar) vəzifə kodu ******* b-24043 (növbə rəisi) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndində 330 KV-luq və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və profilaktikası üzrə elektrik montyorları və “b" bəndində avadanlığın yerində təmiri üzrə ustalar və böyük ustalar vəzifəsinə uyğundur. - Filialın iddiaçının 08.06.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 19.06.2020-ci il tarixli, **********7 №-li məktubdan görünür ki, idarəyə təqdim etdiyi 16 dekabr 1980ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında 03.11.1980-18.08.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyasının Elektrik sexində və Elektrotexniki laboratoriya sahəsində növbə rəisi, usta və böyük mühəndis peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə siyahıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq onu güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.8-ci maddələrini, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyi, tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı Məbdud oğlu qanunla tələb olunan güzəştli iş stajına malik olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Birinci instansiya məhkəmə icraatı zamanı aparılmış araşdırma əsasında müəyyən edilmişdir ki, İddiaçı Məbdud oğlunun 03.11.1980-18.08.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyasının Elektrik sexində və Elektrotexniki laboratoriya sahəsində işlədiyi növbə rəisi, usta və böyük mühəndis peşələri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahısında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin siyahı”sında nəzərdə tutulmamışdır. Belə olan halda İddiaçı 01.01.2006-cı ilə qədər 12 il 6 ay güzəştli iş stajı yaranmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlanaraq qeyd olunan iş üzrə zərurət yarandığından, aşağıdakılara dair ətraflı məlumatın növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur:

1. İddiaçının işlədiyi "xxxx" MMC yeraltı istilik stansiyasıdırmı?

2. İddiaçının elektrik montyoru işlədiyi elektrik sexində qazanxanaların turbin (buxar-qaz turbini) avadanlığının və yanacaqötürücü avadanlığın xidməti və təmiri həyata keçirilir, yoxsa bu işlər qazanxana, turbin (qaz turbini) sexində görülür?

3. İddiaçı elektrik sexinin elektrik laboratoriyasında usta işləyən zaman avadanlığın təmiri ilə məşğul olmuşdurmu? Məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış məktubda aşağıdakılar qeyd olunmuşdur:

1. İddiaçı işlədiyi "xxxx" MMC X6 Stansiyası deyildir.

2. İddiaçı Elektrik sexində işlədiyi növbətçi elektrik montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 13-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar-güc təsərrüfatı bölməsinin a yarımbəndinin qazanxana, turbin (buxar-qaz-turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmini edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları və bütün adlardan olan elektrik çilingərləri 2140000a-18455 vəzifə koduna və həmin bölmənin b) yarımbölməsinin avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin, buxar-qaz-turbin) yanacaq ötürmə, toz hazırlama 2140000b- 23362 vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahsının 24-cü bölməsinin a) yarımbəndində qazanxana, turbin (buxar-qaz-turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları və bütün adlardan olan elektrik çilingərləri və həmin bölmənin b yarımbəndində avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin, buxarqaz- turbin) yanacaq ötürmə, toz hazırlama vəzifələrinin xüsusiyyətləri ilə eynidir.

3. İddiaçı işlədiyi Elektrik sexinin Elektrotexniki Laboratoriyasında usta işlədiyi zaman avadanlığın daşınmadan, yəni qoyulmuş yerində təmiri ilə məşğul olmuşdur. Beləliklə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının 01.11.1981-01.09.1982-ci illərdə işlədiyi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"da 13-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar-güc təsərrüfatı” bölməsinin a) yarımbəndinin 2140000a -18455 vəzifə kodunda və 08.09.1987-06.02.1995-ci illərdə işlədiyi usta peşəsi həmin siyahıda 13-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar-güc təsərrüfatı” bölməsinin 2140000b - 23362 vəzifə kodunda təsbit olunduğundan həmin peşələr güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına hesablanmalıdır. Lakin iddiaçının çalışdığı digər vəzifələr nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"da, nə də ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"da təsbit olunmadığından həmin vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına hesablana bilməz. Belə ki, iddiaçının işlədiyi mühəndis peşəsi qeyd edilən Siyahılarda yalnız atom stansiyalarında mühəndis peşəsi kimi, habelə elektrik sexinin növbə rəisi vəzifəsi yalnz yeraltı stansiyalardakı elektrik sexinin növbə rəisi vəzifəsi kimi nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi stansiya nə atom stansiysı, nə də yeraltı stansiya deyil. Siyahılarda yerüstü stansiyalarında yalnız qazanxana, turbin, yanacaqgötürmə qazan-turbin tozhazırlama sexlərinin növbə rəisi vəzifəsi nəzərdə tutulsa da, iddiaçı elektrik sexinin növbə rəsi vəziəfəsində çalışmıdır. Qeyd olunanlara əsasən iddiçının güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı cəmi 8 il 3 ay 28 gün təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı ilmuş, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-4175/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar