Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2253/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4092/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evin 4/42 hissəsinə dair X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 22456 (iyirmi iki min dörd yüz əlli altı) manat və 2000 (iki min) ABŞ dolları məbləğində borc pulun tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Nəsimi rayon Məhkəməsinin 8(006)-568/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə borclu X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evin, 4/42 hissəsinə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına borc ödənilməlidir. Həmin ev "xxxx" MMC-nin 17- 445 saylı, xx.xx.2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən 28000 (iyirmi səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. Nəsimi rayon İcra şöbəsinin rəisi Nazim Nərimanovun xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən, qeyri-yaşayış sahəsinin satışının təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülməsi xahiş edilmişdir. Hərrac “X8” MMC tərəfindən həyata keçirilmiş, lakin hərrac onlardan məlumatsız, saxta yolla həyata keçirilmiş və hərracın nəticələri əsasında 3-cü şəxs X11 qanunsuz olaraq Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evin, 4/42 hissəsinə çıxarış əldə etmişdir. Tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət olunaraq, Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evin, 4/42 hissəsinə dair X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********21- 10301 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən müraciətim müsbət cavablandırmamış, mübahisənin məhkəmə qaydasında həll edildiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4092/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 165.5 kv.m sahəsi olan 66 nömrəli fərdi yaşayış evinin (.....), 4/42 hissəsi X4 adına xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır -X6 Yekunları Barədə 249 nömrəli Protokolundan görünür ki, hərracın keçirilmə tarixi və vaxtı: 30 Noyabr 2017-ci il saat 11:00, hərracın keçirilmə yeri: Bakı şə/təri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5D. Sifarişçi: Nəsimi rayon İcra şöbəsinin, icra məmuru Ramiz Quliyev, hərrac təşkilatçısı: «X8» MMC, hərracı keçirən şəxs (hərracın təşkilatçısı): «X8» MMC-nin direktoru X9. Satılan əmlak haqqında məlumat: X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evinin, 4/42 hissəsinin (icra sənədi üzrə borc 22456 manat və 2000 ABŞ dolları) tanı dəyəri "xxxx" MMC-nin 17-445 saylı xx.xx.2017-ci il tarixli rəyinə əsasən (rəqəm və sözlə): 28000 (iyirmi səkkiz min) manat Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 903.20.4. maddəsinə əsasən 20% endirimlə 22400 (iyirini iki min dörd yüz) manat. Azərbaycan Respublikası Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 8(006)-568/11 saylı icra vərəqəsinə və Nəsimi rayon İcra Şöbəsinin 17/70105/11 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən, qalib (alıcı) haqqında məlumat: fiziki şəxs: X10 AZE№07213830, verilib: Yasamal RPİ-xx.xx.2009 7E16052 saylı xx.xx.2017-ci tarixli etibarnamə əsasında X5, əmlakın (obyektin) satış qiyməti (rəqəm və sözlə): 22400 (iyirmi iki min dörd yüz) manat, əmlakın (obyektin) alış qiyməti (rəqəm və sözlə): 22400 (iyirmi iki min dörd yüz) manat. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “hazırkı halda mübahisələndirilən reyestr qeydləri inzibati orqanın bilavasitə inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə deyil, mülki hüquqi əqd-hərracın nəticələrinə dair protokol, müqavilə əsasında aparıldığından həmin qeydlərin ləğvinə dair iddia hazırkı inzibati məhkəmə icraatında baxıla bilməz” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.” Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsi X2 mülkiyyətində olmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3121/2009 nömrəli xx.xx.2009- cu il tarixli icra vərəqəsinə əsasən X1 X4 xeyrinə 22456 manat və 2000 ABŞ dolları məbləğində pul (tutulanda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulması qət edilmişdir. İcra vərəqəsi xx.xx.2009-cu li tarixdə verilmiş, icra məmuru tərəfindən müvafiq icra tədbirləri həyata keçirilmiş, borclunun daşınmaz əmlakı oiduğu müəyyən edilmiş, icra məmurunun təqdimatına əsasən borcluya məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsindəki 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsinin (bundan sonra - mübahisəli ev) üzərinə həbs qoyulmuş, "xxxx" MMC tərəfindən həmin daşınmaz əmlak 28000 manat qiymətləndirilmiş, əmlakın açıq hərracdan satışı təşkil olunmuş, xx.xx.2017-ci il tarixli hərracda fərdi yaşayış evinin 4/42 hissəsi tələbkar X7 22400 manata satılmışdır. Bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 165.5 kv.m sahəsi olan 66 nömrəli fərdi yaşayış evinin 4/42 hissəsi X4 adına xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi X4 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər X6 yekunları barədə protokolu əsasında aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən reyestr qeydləri inzibati orqanın bilavasitə inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə deyil, mülki hüquqi əqdhərracın nəticələrinə dair protokol, müqavilə əsasında aparıldığından həmin qeydlərin ləğvinə dair iddiaya hazırkı inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4092/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2253/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2253/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver