Məhkəmə qərarları › İş №2-1(103)-2255/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2255/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2255/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3402/2021 saylı 02 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 12.09.2020-ci il tarixdən, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Filiala müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan onun ərizəsini təmin etməmiş, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunsuz olaraq imtina etmiş, bununla da onun konstitusion hüquqları pozulmuşdur. Belə ki, onun HT-1 № ******* nömrəli, 10 sentyabr 1978-ci il tarixli əmək kitabçasına əsasən aşağıdakı əmək stajı vardır: 02.1975-ci ildən 20.07.1978-ci ilədək olan müddətdə ÜLKGİ-nin 50 illiyi adına 74 №-li orta-peşə texniki məktəbdə təhsil almışdır (diplom əlavə edilir); Azərbaycan SSR DOSAAF (Orduya, Aviasiyaya, X6 Cəmiyyəti) İK Bakı Aeroklubunda avtoçilingər - 16.01.1979-cu ildən 10.11.1979-cu ilədək – 0 il 9 ay 25 gün; 10.11.1979-cu ildən 10.12.1981-ci ilədək hərbi xidmət (hərbi bilet əlavə edilir) - 2 il 1 ay 0 gün; “Azneft” X3 bazasında işlənmiş quyu nasoslarının təmiri üzrə mexaniki yığma işləri üzrə çilingər - 25.01.1982-ci ildən 30.04.1987-ci ilədək - 5 il 3 ay 5 gün; “Azneft” X2 istehsalattexniki qulluq və komplektasiya idarəsinin boru-təmiri bazasında çilingər - 04.05.1987-ci ildən 25.10.1990-cı ilədək - 3 il 5 ay 25 gün; “Batabat” kooperativində səyyar briqadaya yığıcı çilingər - 01.11.1990-cı ildən 01.02.1993-cü ilədək - 2 il 3 ay 0 gün; B.Sərdarov adına maşınqayırma zavodunun 6 №-li sexində yığıcı çilingər 01.021993-cü ildən 18.03.1996-cı ilədək - 3 il 1 ay 17 gün “Suraxanıneft” neft və qazçıxarma idarəsinin Quyuların yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə operator-01.04.1996-cı ildən 08.10.1996-cı ilədək - 0 il 6 ay 7 gün; “Suraxanıneft” neft və qazçıxarma idarəsinin İstehsalatın avtomatlaşdırılması sexində neft və qazçıxarma operatoru- 07.02.2000-ci ildən 24.02.2000-ci ilədək - 0 il 0 ay 17 gün; “Suraxanıneft” neft və qazçıxarma idarəsinin İstehsalatın avtomatlaşdırılması sexində Quyuların tədqiqi üzrə operator - 24.02.2000-ci ildən 02.06.2006-cı ilədək (“Suraxanıneft” neft və qazçıxarma idarəsinin ləğv edilməsi ilə əlaqədar) - 6 il 3 ay 9 gün; “X11 Kompani SA” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində İstehsalatın avtomatlaşdırılması sexində Quyuların tədqiqi üzrə operator - 02.06.2006-cı ildən 12.09.2020-ci ilədək (hal-hazırda işləyir) - 14 il 3 ay 10 gün. Onun 16.01.1971-ci il tarixdən 60 yaşının tamam olduğu 12.09.2020-ci il tarixədək 38 il 1 ay 16 gün ümumi əmək stajı vardır. 07.02.2000-ci ildən 60 yaşının tamam olduğu 12.09.2020-ci il tarixədək Quyuların tədqiqi üzrə operator peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 20 il 7 ay 5 gün xüsusi stajı vardır. Fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalının məbləği 28 401.84 manat təşkil edir. Onun işlədiyi Quyuların tədqiqi üzrə operator peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10. “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin, 10.2. “Neft, qaz və qaz kondensatlarının hasilatı” bəndinin, a) “fəhlələr” yarımbəndinin on beşinci abzasında “Quyuların tədqiqatı üzrə operatorlar” peşəsinə aiddir. Beləliklə, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, 60 yaşının tamam olduğu 12.09.2020-ci il tarixə 25 ildən çox ümumi iş stajı və bu stajın 12 il 6 ayından çox hissəsinin güzəştli pensiya hüququ olan vəzifələrə uyğun olduğundan ona 60 yaşının tamam olduğu 12.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Bununla əlaqədar olaraq o 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Filiala müraciət etmişdir. Həmin idarədən ona ünvanlanmış 01 dekabr 2020-ci il tarixli cavab məktubunda onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İnzibati orqanın imtina cavabında göstərilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutlmuşdur. Mərkəzi Filiala təqdim edilən 10.09.1978-ci il tarixli MT-l № OH 18790 nömrəli əmək kitabçasında onun 02.06.2006-cı il tarixindən bu günədək “X11 Kompani SA" Şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Oeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin nəzərinə çatdırır ki, “X11 Kompani S.A.“şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında“ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X11 Kompani S.A.“ şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Göründüyü kimi “X11 Kompani S.A.” Şirkətinin fəaliyyət istiqaməti neft və qazın hasilatı ilə məşğul olmaqdır. Halhazırda “Azneft“ İB-nin tabeliyində olan neft və qazçıxarma idarələrində də İstehsalatın avtomatlaşdırılması sexləri vardır. Bəzi idarələrdə İstehsalatın avtomatlaşdırılması sexi, bəzilərində İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexi adlandırılır. İstehsalatın avtomatlaşdırılması sexinin əsas funksiyası laylarda və quyularda aparılan hidrodinamik tədqiqatların keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin və planların vaxtında yerinə yetirilməsini təmin etmək, quyuların tədqiqi üzrə operativ tapşırıqların yerinə yetirilmək, geoloji-mədən, mədən-geofıziki, fıziki-kimyəvi tədqiqatlar və analitik işlər üzrə tədbirlər görməkdir. Quyuların tədqiqi üzrə operatoru neft-qaz quyularında neftin çıxarılması zamanı təzyiqin idarə edilməsi, tarazlanması, kompressorun parametrlərinin nizamlanması işlərini yerinə yetirir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3402/2021 saylı 02 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10.09.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun 02.06.2006-cı il tarixindən bugünədək “X11 Kompani S.A” şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bununla əlaqədar olaraq qeyd etmişlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 12.09.2020-ci il tarixdən, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, İddiaçı 60 yaşının tamam olduğu günə ümumi iş stajı 25 ildən artıq (41 il 03 ay 5 gün), güzəştli iş stajı 12 il 6 aydan artıq (20 il 6 ay 19 gün), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 40800,00 manatdan artıq (47344,02 manat) təşkil etdiyindən, yəni tələb olunan hər dörd hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 12.09.2020-ci ildən cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 10.11.1979-cu ildən 30.11.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki peşə təhsili komitəsinin A 785928 №-li, 20.07.1978-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1975-ci ildə orta texniki peşə məktəbinə daxil olmuş və 1978ci ildə həmin məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının lazımi qaydada tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 02.1975-ci ildən 20.07.1978-cu ilə qədər ÜGLKİ-nin 50 illiyi adına 74 №-li orta peşə-texniki məktəbində təhsil almışdır, 31.08.1978-ci ildən 10.11.1979-cü ilə qədər Bakı Aeroklubunda 3-cü dərəcəli aviatexnik və 4-cü dərəcəli avtoçilingər, 25.01.1982-ci ildən 30.04.1987-ci ilə qədər “Azneft” İstehsalat xidmətinin mərkəzi bazasında 3-cü və 4-cü dərəcəli çilingər, 04.05.1987-ci ildən 25.10.1990-cı ilə qədər “Azneft” X2 İstehsalat-texniki qulluq və komplektasiya idarəsinin boru-təmir mərkəzində 4-cü, 5-ci və 6-cı dərəcəli çilingər, 01.11.1990-cı ildən 01.02.1993-cü ilə qədər “Batabat” Kooperativində çilingər, 01.02.1993-cü ildən 18.03.1996-cı ilə qədər B.Sərdarov adına maşınqayırma zavodunun 6 №-li sexində yığıcı çilingər, 01.04.1996-cı ildən 08.10.1996-cı ilə qədər Suraxanı Neft və Qazçıxarma İdarəsində 4-cü dərəcəli quyuların yeraltı təmiri operatoru, 07.02.2000-ci ildən 24.02.2000-ci ilə qədər “Suraxanı Neft və Qazçıxarma İdarəsində istehsalatın avtomatlaşdırılması sexinə 4 dərəcəli neft və qaz çıxarma operatoru, 24.02.2000-ci ildən 02.06.2006-cı ilə qədər quyuların tədqiqi üzrə 5-ci dərəcəli operator, 02.06.2006-cı ildən hal-hazıra kimi “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində istehsalatın avtomatlaşdırılması sexinə 5-ci dərəcəli quyuların tədqiqi üzrə operatoru vəzifəsində işləyir. İş materiallarında olan “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 1129/AS №-li, 30.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 02.02.2006-cı il tarixindən bu günə kimi "X11 Kompani S.A" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində "quyuların tədqiqi üzrə operator" peşəsində çalışır. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda," 10.2. Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, "a) fəhlələr " yarımbəndinin on beşinci abzasında nəzərdə tutulan "quyuların tədqiqatı üzrə operatorlar" peşəsinə aiddir. İş materiallarında olan “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanan 284/AS №-li, 18.03.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 02.06.2006-cı il tarixindən bu günə kimi "X11 Kompani S.A" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində "quyuların tədqiqi üzrə operator" peşəsində işləyir. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, a) "fəhlələr" yarımbəndinin 15-ci abzasında nəzərdə tutulan "quyuların tədqiqi üzrə operatorlar" peşəsinə aiddir. Həmin peşənin qulluq funksiyaları: quyularda optimal rejimin seçilməsi; qrafiklərin qurulması; quyuların mənimsənilmə dövründə neft-su analizinin götürülməsi; cari və əsaslı təmirlərin quyuların pasportunda qeyd edilməsi; istismar olunan quyuların seçilmiş texnoloji rejimdə işləməsinə nəzarət edilməsi; quyudibi və maye səviyyəsinin ölçülməsi; quyularda neft hasilatının ölçülməsi; kompressorla işləyən quyularda hava sərfinə nəzarətdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat X13 tərəfindən iddiaçının 05.11.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 01.12.2020-ci il tarixli, **********6 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 10.09.1978-ci il tarixli İ/İT-İ ******* nömrəli əmək kitabçasında onun 02.06.2006-cı il tarixindən bugünədək “X11 Kompani S.A" şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat X13 tərəfində məhkəməyə ünvanlanmış **********1 №-li, 31.03.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18147,01 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 29197,01 manat olmaqla cəmi pensiya kapitalı 47344,02 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, 02.1975-ci ildən 20.07.1978-cu ilə qədər ÜLKGİ-nin 50 illiyi adına 74 №-li orta- məktəbində təhsil almış (3 il 5 ay 19 gün), 10.11.1979-cu ildən 30.11.1981-ci ilə qədər (2 il 20 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, əmək kitabçasına əsasən 31.08.1978-ci ildən 10.11.1979-cü ilə qədər Bakı Aeroklubunda 3-cü dərəcəli aviatexnik və 4-cü dərəcəli avtoçilingər (1 il 2 ay 9 gün), 25.01.1982-ci ildən 30.04.1987-ci ilə qədər “Azneft” İstehsalat xidmətinin mərkəzi bazasında 3-cü və 4-cü dərəcəli çilingər (5 il 3 ay 5 gün), 04.05.1987-ci ildən 25.10.1990-cı ilə qədər “Azneft” X2 İstehsalat-texniki qulluq və komplektasiya idarəsinin boru-təmir mərkəzində 4-cü, 5-ci və 6-cı dərəcəli çilingər (3 il 5 ay 21 gün), 01.11.1990-cı ildən 01.02.1993-cü ilə qədər “Batabat” Kooperativində çilingər (2 il 3 ay), 01.02.1993-cü ildən 18.03.1996-cı ilə qədər B.Sərdarov adına maşınqayırma zavodunun 6 №-li sexində yığıcı çilingər (3 il 1 ay 17 gün), 01.04.1996-cı ildən 08.10.1996cı ilə qədər Suraxanı Neft və Qazçıxarma İdarəsində 4-cü dərəcəli quyuların yeraltı təmiri operatoru (0 il 6 ay 7 gün), 07.02.2000-ci ildən 24.02.2000-ci ilə qədər “Suraxanı Neft və Qazçıxarma İdarəsində istehsalatın avtomatlaşdırılması sexinə 4 dərəcəli neft və qaz çıxarma operatoru (17 gün), 24.02.2000-ci ildən 02.06.2006-cı ilə qədər quyuların tədqiqi üzrə 5-ci dərəcəli operator (6 il 3 ay 8 gün), 02.06.2006-cı ildən hal-hazıra kimi “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində istehsalatın avtomatlaşdırılması sexinə 5-ci dərəcəli quyuların tədqiqi üzrə operatoru vəzifəsində işləyir (60 yaşı tamam olduğu 12.09.2020-ci il tarixədək 14 il 3 ay 10 gün). Göründüyü kimi iddiaçının hərbi xidmət və təhsil müddəti nəzərə alınmaqla, onun 60 yaşı tamam olduğu 12.09.2020-ci il tarixədək 41 il 11 ay 13 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. İşə götürən tərəfindən verilmiş arayışlara əsasən İddiaçı 02.02.2006-cı il tarixindən bu günə kimi "X11 Kompani S.A" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində "quyuların tədqiqi üzrə operator" peşəsində çalışır. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda," 10.2. Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, "a) fəhlələr " yarımbəndinin on beşinci abzasında nəzərdə tutulan "quyuların tədqiqatı üzrə operatorlar" peşəsinə aiddir (60 yaşı tamam olduğu 12.09.2020-ci il tarixədək 14 il 3 ay 10 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajına malik olmuşdur. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubdan da görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 40800,00 manatdan artıq (47344,02 manat) təşkil edir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsində qeyd edilən hər dörd şərt iddiaçıya münasibətdə ödənildiyindən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 12.09.1920-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin apelyasiya şikayətindəki “İddiaçının 02.06.2006-cı il tarixindən bugünədək “X11 Kompani S.A” şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsinə uyğun deyil” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanan 284/AS №-li, 18.03.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 02.06.2006-cı il tarixindən bu günə kimi "X11 Kompani S.A" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində "quyuların tədqiqi üzrə operator" peşəsində işləyir. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, a) "fəhlələr" yarımbəndinin 15-ci abzasında nəzərdə tutulan "quyuların tədqiqi üzrə operatorlar" peşəsinə aiddir. Həmin peşənin qulluq funksiyaları: quyularda optimal rejimin seçilməsi; qrafiklərin qurulması; quyuların mənimsənilmə dövründə neft-su analizinin götürülməsi; cari və əsaslı təmirlərin quyuların pasportunda qeyd edilməsi; istismar olunan quyuların seçilmiş texnoloji rejimdə işləməsinə nəzarət edilməsi; quyudibi və maye səviyyəsinin ölçülməsi; quyularda neft hasilatının ölçülməsi; kompressorla işləyən quyularda hava sərfinə nəzarətdən ibarətdir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat X8 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3402/2021 saylı 02 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar