Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2255/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Fərid İlham oğlu Mədətli və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1334/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı şəhəri, Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu), Dübəndi qəsəbəsində ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən 600 kv.m İddiaçı xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, uzun müddət Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Həmkarlar İttifaqında Baş mühasib vəzifəsində işləmiş və hazırda yaş həddinə görə təqaüdə çıxmışdır. 1987-ci ildə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) işçiləri üçün Bakı şəhəri Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Dübəndi qəsəbəsində ayrılmış torpaq sahəsində “Yoldaşlıq-Bağçılıq Təsərrüfatı” təşkil olunmuş və həmin torpaq sahəsindən həmin təşkilatın işçilərinə 0,05 ha torpaq sahəsi ayrılmışdır. O cümlədən də, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) işçisi kimi İddiaçı da Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Dübəndi qəsəbəsində 7-ci Şimal küçəsinin 223 saylı ünvandan 0,05 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı qanuni əsaslarla ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin kənarı mişar daşı (kubiklə) ilə tam hasarlanmış və dəmir darvaza qoyulmuşdur. Sonrakı illərdə isə müəyyən səbəblərdən digər əsaslı tikinti işləri aparılmamışdır. Bunun da əsas səbəbi “Yoldaşlıq-Bağçılıq Təsərrüfatı” rəhbərliyi tərəfindən verilmiş birinci sənədlərin “Orjinalı” deyil, kserosurəti olmasıdır. Bundan başqa isə ona “Yoldaşlıq-Bağçılıq Təsərrüfatı” rəhbərliyi tərəfindən verilən “Bağçılıq üzvülüyü” kitabçası tərəfindən itirilmişdir. Bundan başqa, “Yoldaşlıq- Bağçılıq Təsərrüfatı” rəhbərlik edən (sədrlik edən) Vəlibəyova Validənin vəfat etməsi və onun tərəfindən aparmış olduğu orijinal sənədlər itmişdir. Ona görə də, “ASAN xidmət” mərkəzinə müraciəti müvəffəqiyyətsiz başa çatmış və torpaq sahəsinə dair sənəd ala bilməmişdir. - Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu), Dübəndi qəsəbəsində ayrılmış torpaq sahəsində onların hasar qonşusu olan Abdullayev Fətulla lazımı hüquqi sənədlər əldə etmiş və artıq yaşayış evi də tikmişdir. Digər ünvanda - 5-ci Şimal küçəsində rabitə işçisi Ədalət İsakov məhkəmə yolu ilə torpaq sahəsinə dair hüquqi sənədləri əldə etmişdir. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) işçiləri üçün Bakı şəhəri, Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu), Dübəndi qəsəbəsində ayrılmış 0,05 ha torpaq sahəsinin “Yoldaşlıq- Bağçılıq Təsərrüfatı” rəhbərliyi tərəfindən verilmiş müvafiq sənədləri vardır. Həmin qeyd olunan torpaq sahəsi ona ayrılan vaxtdan hal-hazıradək iddiaçının istifadəsindədir və torpaq sahəsində müxtəlif meyvə (bar) ağacları tərəfindən əkilmiş və becərilir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Həmçinin İdarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxeminə uyğun aparılmamışdır, uyğunsuzluq mövcuddur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1334/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya qanuni əsaslarla ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin kənarı mişar daşı (kubiklə) ilə tam hasarlanmış və dəmir darvaza qoyulmuşdur. Sonrakı illərdə isə müəyyən səbəblərdən digər əsaslı tikinti işləri aparılmamışdır. Bunun da əsas səbəbi “Yoldaşlıq-Bağçılıq Təsərrüfatı” rəhbərliyi tərəfindən verilmiş birinci sənədlərin “Orjinalı” deyil, kserosurəti olmasıdır. Bundan başqa isə ona “Yoldaşlıq-Bağçılıq Təsərrüfatı” rəhbərliyi tərəfindən verilən “Bağçılıq üzvülüyü” kitabçası tərəfindən itirilmişdir. Bundan başqa, “Yoldaşlıq- Baxçılıq Təsərrüfatı” rəhbərlik edən (sədrlik edən) Vəlibəyova Validənin vəfat etməsi və onun tərəfindən aparmış olduğu orijinal sənədlər itmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəb olaraq səhhəti ilə bağlı problem olduğunu və iştirakı olmadan baxılmasına etriaz etmədiyini, və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh publik hüquqi şəxs cavabdehlik daşıyan orqandır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina məktubu almışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırkı iş üzrə iddia tələbi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı şəhəri, Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu), Dübəndi qəsəbəsində ayrılmış 0,05 ha bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi ilə bağlıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarının surətindən görünür ki, rayon sovetlərinin icra komitələri yanında işçi komissiyalarının baxdığı materiallara əsasən aşağıdakı sahələr üzrə kollektiv bağların salınması üçün aşağıdakı müəssisə, təşkilatlara torpaq sahəsinin ayrılması qərara alınmışdır: 1.1. Əzizbəyov rayonunun Dübəndi qəsəbə ərazisində Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli 326 nömrəli qərari ilə ayrılmış keçmiş Zirinski tərəvəzsüdçülük sovxozunun ərazisində kollektiv bağçılıq ortaqlığının təşkili üçün Bakı Şəhər Soveti İcraiyyə Komitəsinə: 26 Bakı Komissarları adına rayonun müəssisə və təşkilarlarına: 1.1.9. tərəfdaşlığın 74 üzvü üçün Bakı Şəhər Telefon Şəbəkəsi. BQİ Baş Memarlıq və Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1987-ci il tarixdə təsdiq edilən memarlıq-planlaşdırma göstərişlərinin surətindən görünür ki, həmin göstərişlər Bakı şəhəri Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarı əsasında verilmişdir. Sahə Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi ərazisində yerləşir. Azərbaycan SSR Bakı Telefon Rabitəsi “Yoldaşlıq-Baxçılıq Təsərrüfatı”nın 1987-ci ildə qəbul edilən icazə vərəqinin surətindən görünür ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarı əsasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyində işləyən İddiaçı Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində 218 (18) saylı bağ sahəsi ayrılmışdır. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Bağçılıq Yoldaşlıq Cəmiyyətinin arxivə təhvil verilməmiş üzvlərinin siyahısından görünür ki, 33-cü sırada İddiaçı Mahmud qızının adı göstərilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinə ayrılan torpaq sahələrinə münasibətdə üzvlərin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Bağçılıq Yoldaşlıq təsərrüfatı arxivə təhvil verilmiş üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmiş, bununla belə iddiaçı tərəfindən təqdim edilmiş siyahı da məhkəmə tərəfindən tədqiq edilmiş və həmin siyahıda iddiaçının adı aşkar olunsa da, iddiaçının hüquqmüəyyənedici sənəd kimi iş materiallarına əlavə etdiyi Azərbaycan SSR Bakı Telefon Rabitəsi “Yoldaşlıq-Bağçılıq Təsərrüfatı”nın 1987-ci ildə qəbul edilən icazə vərəqinin əslinə baxış keçirmək mümkün olmamışdır, belə ki, iddiaçı sənədlərin əsillərinin ona verilmədiyini bildirmişdir. İddiaçı hazırda yuxarıda adı çəkilən sənədə istinad edərək, onun mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçının ona ayrıldığını iddia edilən torpaq sahəsinə dair verilmiş “icazə vərəqi”n surətində torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Apellyasiya araşdırması zamanı iş üzrə ətraflı araşdırma aparmaq məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna 01 oktyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Dübəndi qəsəbəsində 7-ci Şimal küçəsinin 223 saylı ünvandan 0,05 ha torpaq yerləşən 173 (9-cu cənub küçəsi) saylı bağ sahəsinin ətrafında yerləşən qeydiyyatdan keçmiş bağ sahələrinə çıxarış verilməsinə əsas olan sənədlərdən görünür ki, həmin bağ sahələrinə dair bütün ilkin hüquqmüəyyənedici sənədlər-üzvlük kitabçası, protokol, torpaq sahəsinin plan-ölçü sənədi və s. mövcud olmuşdur. Bundan əlavə iddiaçının vaxtilə işlədiyi Bakı X1 torpaq sahəsinin ayrılmasına dair müvafiq arxiv sənədlərinin aşkar edilməsi məqsədilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və "xxxx"MMC-yə müvafiq məhkəmə sorğuları ünvanlanmışdır. Həmin sorğular aidiyyəti üzrə cavablandırılması üçün Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsinə ünvanlanmış və xx.xx.2026cı il tarixli sorğuya cavab məktubunda xx.xx.1949-cu il təvəllüdlü İddiaçı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bağçılıq-yoldaşlığı təsərrüfatı tərəfindən Bakı şəhəri, Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu), Dübəndi qəsəbəsində torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədin arxiv materiallarında mövcud olmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşdən görünür ki, “Bakı şəhər telefon şəbəkəsi” bağçılıq yoldaşlığa dair sənədlər İdarəyə təhvil verilsə də, həmin sənədlərdə iddiaçıya aid heç bir sənəd olmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etsə də, bu hüququn təsbit edilməsi üçün tələb olunan mötəbər və hüquqi əsaslı sənədlərin mövcudluğu sübuta yetirilməmişdir. Odur ki, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1334/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2255/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2255/2025
04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver