Məhkəmə qərarları › İş №2-1(103)-2256/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2256/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2256/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “xüsusi ittiham qaydasında cinayət işinin açılması və s. tələblərinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4520/2023 saylı xx.xx.2023cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi barəsində xüsusi ittiham qaydasında cinayət işinin açılması, BMCMİ-nin ünvanına göndərmiş olduğu məktublara hüquqi qiymət verilib vurulmuş mənəvi ziyana görə 300.000 manatın ödənilməsi, BMCMİ-nin rəisi barəsində xüsusi qərardad çıxarılması, Bakı Ağır Cinayətlər Məhkəməsinin mülki iddianın qismən təmin edilməsi haqqında qəbul etdiyi qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4520/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsində qeyd etdiyi epizodların mahiyyətinə uyğun olaraq, təqdim etdiyi materialları nəzərə alıb, qanunun aliliyini rəhbər tutaraq iddiasını təmin edilməsi barədə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh idarənin vəzifəli şəxsinin yol verdiyi qanuna zidd hərəkətlərinə hüquqi qiymət verib, qismən də olsa ədalətli qərar qəbul etməli idi . Lakin məhkəmə cavabdehin maraqlarına uyğun qərar qəbul etmiş, işi hərtərəli və obyektiv araşdırmamışdır. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının qeyd olunan iddia tələblərindən göründüyü kimi, aşağıdakı hissələrdən ibarətdir: 1)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“BMCMİ”) rəisi barəsində xüsusi ittiham qaydasında cinayət işinin açılması; 2)BMCMİ-nin ünvanına göndərmiş olduğu məktublara hüquqi qiymət verilib vurulmuş mənəvi ziyana görə 300.000 manatın ödənilməsi; 3)BMCMİ-nin rəisi barəsində xüsusi qərardad çıxarılması; 4) Bakı Ağır Cinayətlər Məhkəməsinin mülki iddianın qismən təmin edilməsi haqqında qəbul etdiyi qərarın ləğv edilməsi. İddiaçının qeyd olunan tələblərinin 1-ci, 3-cü və 4-cü hissələrindən göründüyü kimi, cinayət prosessual fəaliyyət aid məsələlri ehtiva edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsi isə nəzərədə tutur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. İddiaçının 2-ci tələbinə gədikdə, həmin tələbi birincisi, cinayət təqibini həyata keçirən orqanların onun məktubları ilə bağlı cinayət-prosssual qanunvericiliyin tələblərindən irəli gələn hərəkətlərin yerinə yetirilməsini ehtiva edir. İkincisi, “İnzibati icraat haqqında” Qanunun 89.2-ci maddəsi nin tələbinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Beləliklə də qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının cavabdeh polis orqanına qarşı hazırkı iddia tələblərinin İPM-in 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış iddia kimi qiymətləndirilməsi mümkün deyildir. Belə olan halda, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən İPMin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir . Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi cavabdehin maraqlarına uyğun qərar qəbul etdiyini, işi hərtərəfli və obyektiv araşdırmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4520/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4520/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar