Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2257/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1528/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsi nəzərə alınmaqla istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 90 (gün) əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsini cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 10 il xidmət etmişdir. N saylı hərbi hissə komandirinin müvafiq əmri ilə 18 yanvar 2008-ci il tarixdə bölük komandiri vəzifəsindən (baş leytenant rütbəsində) azad olmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla xəstəliyə görə Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin axırıncı abzasına və “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına uyğun olaraq ona növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Müdafiə Nazirinin ünvanına poçt qəbzinə əsasən SS773018443AZ) 27 yanvar 2022-ci il tarixdə (Müdafiə Nazirliyinin ünvanına çatma vaxtı xx.xx.2022-ci il) tarixində ərizə təqdim etmişdir. Ərizəsində istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə iddiaçıya kompensasiyanın birdəfəlik ödənilməsini və ödəməni həyata keçirərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsinin rəhbər tutulması xahiş edilmişdir. Müdafiə Nazirliyinə ünvanlanmış ərizəsi hərbi hissə komandiri polkovnik- leytenant Tural Abdullayev tərəfindən (N nömrəli hərbi hissəsində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli N nömrəli ünvanına çatma vaxtı xx.xx.2022-ci il) cavablandırarkən aşağıdakıları bildirmişdir: X3 Şəxsi Heyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Qaynar xətt telefon nömrəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətiniz əsasında N nömrəli hərbi hissənin vətəndaşların müraciətlərinin vəziyyətinin yoxlanılması komissiyası tərəfindən baxılmışdır. Ehtiyatda olan baş leytenant İddiaçı xidmət müddəti ərzində istifadə edilməmiş məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi barədə N nömrəli hərbi hissəyə müraciət etməsi məqsədəuyğundur. N nömrəli hərbi hissənin cavalandırılması ilə razılaşmayaraq adı çəkilən hərbi hissəyə müraciət edilmiş, müraciətdə tərxis olunarkən son xidmət yeri N nömrəli hərbi hissə olduğu üçün və Müdafiə nazirinə ünvanlanmış ərizəsi məhz N nömrəli hərbi hissəyə yönləndirilməsini nəzərə alaraq ödəmənin həmin hərbi hissə tərəfindən həyata keçirilməsi xahiş edilmişdir. Müraciət edilməsindən uzun müddət keçməsinə baxmayaraq, bu günədək cavablandırılmamışdır. İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Əlavə olaraq qeyd olunmalıdır ki, inzibati orqana ünvanladığı poçt vasitəsilə yazılı ərizəsindən 35 gündən artıq müddət keçməsinə baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Ona görə də iddiaçı bu faktı ərizənin cavablandırılmamasını inzibati orqanın imtinası hesab etmişdir. Hesab edir ki, inzibati orqan tərəfindən ünvanlanmış olduğu tövsiyə xarakterli cavab məktubu “Vətəndaşların müraciətə baxılması qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin kobud şəkildə pozulması ilə hazırlanmış və heç bir məntiqə sığmır. Göründüyü kimi, vətəndaş olaraq iddiaçı inzibati orqan olmayan hərbi hissəyə müraciət etməməlidir. Müraciətinin təmin edilməsini Müdafiə Nazirliyi həyata keçirməlidir. Ona görə də müraciətini cavabdeh olan Müdafiə Nazirliyinin tərxis olunduğu son xidmət etdiyi hərbi hissəyə yönləndirməsi, eləcə də həmin hərbi hissənin başqa bir hərbi hissəyə yönləndirməklə tövsiyə edilməsi vətəndaşı süründürməçilik kimi qiymətləndirilməlidir. İnzibati orqan tərəfindən cavab məktubunda xidmət etdiyi hərbi hissəyə müraciət etməyi məqsədəuyğun hesab edərək qeyd etməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. İddiaçı ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, “İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1528/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N dekabr 2022-ci il tarixli 5752 nömrəli məktubundan görünür ki, ehtiyatda olan baş leytenant İddiaçı 01 mart 2003-cü il tarixdən N iyun 2007-ci il tarixədək N nömrəli hərbi hissədə, N iyun 2007-ci il tarixdən 18 yanvar 2008-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 22 dekabr 2007-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) 18 yanvar 2008-ci il tarixdə N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır. Xidmət etdiyi dövrdə istifadə etmədiyi növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasının ödənilməsi barədə N nömrəli hərbi hissənin qərarına əsasən N (yüz altmış bir) gün (2003cü il- 45 gün, 2004-cü il- 33 gün. 2005-ci il - 28 gün, 2006-cı il- 40 gün, 2007-ci il -15 gün) növbəti məzuniyyət əvəzinə 2313,57 (iki min üç yüz on üç) manat 57 qəpik pul kompensasiyası hesablanıb ödənilmişdir. 2022-ci il tarixdə iddiaçı N nömrəli hərbi hissəyə müraciət etmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin “q" bəndinə əsasən nəzərdə tutulmuş 3 (üç) ay müddətinə növbəti məzuniyyət verilmədiyinə görə, həmin günlərin əvəzinə pul kompensasiyasının ödənilməsini xahiş etmişdir. 2007-ci ildə növbəti məzuniyyətdən 30 (otuz) gün istifadə etdiyindən ona istifadə etmədiyi 15 (on beş) gün əvəzinə pul kompensasiyası ödənildiyinə görə, qalan 45 (qırx beş) gün məzuniyyyət əvəzinə 647,10 (altı yüz qırx yeddi manat 10 qəpik) pul kompensasiyası ödənilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli və Azərbaycan Respublikası Müdafiə Nazirinin 18 mart 2015-ci il tarixli 15 nömrəli qərarının tələblərinə əsasən 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının (255.00 manat), hərbi rütbəyə görə (125,00 manat) və xidmət illərinə görə əlavənin (57.00 manat) məbləğini ayın təqvim günlərinin orta illik miqdarında (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1528/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilərək, İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1528/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 22 dekabr 2007-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən 18 yanvar 2008-ci il tarixdə N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin təqdim etdiyi arayışa əsasən İddiaçı 2007-ci ilin növbəti məzuniyyətdən 30 gün istifadə etmişdir. İstifadə etməmiş növbəti məzuniyyətə görə kompensasiyasının ödənilməsi barədə iddiaçı hərbi hissə komandirinə ərizə ilə müraciət etmişdir. “Hərbi xidmətkeçmə haqında” Əsasnamənin 120-ci maddəsinin “q” bəndinə əsasən nəzərdə tutulmuş 3 (üç) ay müddətinə növbəti məzuniyyət verilir. 2007-ci ilin növbəti məzuniyyətdən 30 gün istifadə etdiyi üçün ona 15 (on beş) gün əvəzinə pul kompensasiyası ödənilmiş, qalan 45 (qırx beş) gün məzuniyyət əvəzinə 647,10 manat pul kompensasiyası ödənilmişdir. Ümumi ona 30+15+45=90 gün kompensasiya təşkil edilmiş və ödəniş aparılmışdır. Bakı İnzibati Məhkəməsi qeyd edilən halları araşdırmadan iş materiallarına əlavə edilmiş arayışlara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq düzgün nəticəyə gəlməmiş və iddiaçının iddia tələbini təmin edərək səhv nəticəyə gəlmişdir. Məhkəmə səhv nəticəyə gəlməklə İnzibati Prosessual Məcəllənin tələblərini pozmuşdur. Hazırkı halda iddiaçı ona pul kompensasiyasının ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1528/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Hazırki iş üzrə ehtiyatda olan baş leytenant İddiaçı 10 il müddətində Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyini və xəstəliyə görə N saylı hərbi hissə komandirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunaraq xx.xx.2008-ci il tarixdə Silahlı qüvvələrdən ehtiyata buraxıldığını bildirmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinə ərizə ilə müraciət edərək istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq hesablanaraq ona ödənilməsi üçün aidiyyətı üzrə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022ci il tarixli, 1039 saylı məktubla iddiaçıya “Ehtiyatda olan baş leytenant İddiaçı xidmət müddəti ərzində istifadə edilməmiş məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi barədə N nömrəli hərbi hissəyə müraciət etməsi məqsədə uyğundur” cavabı ünvanlanmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə) müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən ona hər hansı cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, N nömrəli N nömrəli hərbi hissənin komandirinin məktubunun surətindən və cavabdeh inzibati orqanın etirazından da görünür ki, iddiaçı İbadov X1 120-ci maddəsinin “q” bəndinə əsasən nəzərdə tutulmuş 90 günlük məzuniyyətdən istifadə etməmiş və ona 45 günlük məzuniyyətə görə pul kompensasiyaya ödənilmiş, lakin qalan 45 gün üçün istifadə edilməmiş məzuniyyətə görə ona pul kompensasiyası ödənilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə, İddiaçı məxsus Q008342 nömrəli şəxsi işi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 22 dekabr 2007-ci il tarixli 0632 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) 18 yanvar 2008-ci il tarixdə N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinə istinad edərək 2008-ci il üçün istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 90 (gün) əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçı ona ödənilməyən, hazırda tələb etdiyi 2008-ci il üçün istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 90 (gün) əvəzinə pul kompensasiyasının ödənilmədiyini elə işlədiyi dövrdə, yəni 2008-ci il tarixdə bilmişdir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan 14 il əvvəl (iddia ərizəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir) həyata keçirdiyi hərəkətin (hərəkətsizliyin) qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki, «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti (hərəkətsizliyi) 2008-ci ildə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə Azərbaycan Respublikası MPM-nin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 1 ay təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ona ödənilməyən, hazırda tələb etdiyi 2008-ci il üçün istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 90 (gün) əvəzinə pul kompensasiyasının ödənilmədiyini elə həmin dövrdə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı hazırki iddia ilə məhkəməyə 28 iyun 2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsini və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1528/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1528/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2257/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2257/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver